Məhkəmə qərarları › İş №2(004)-150/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-150/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-150/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 13 saylı evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 m2 təşkil edən sıxlaşdırılmış hissəyə uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 13 saylı yaşayış evində yerləşən 11 saylı mənzil təcrid olunmuş sahələri 14,0 m2 və 16,80 m2-dən ibarət 2 təcrid olunmuş otaqlardan, sahəsi 20,90 m2 olan sıxlaşdırılmış mənzildən və ümumi istifadədə olan yardımçı sahələrdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” ******* saylı çıxarışı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 13 saylı evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 m2 təşkil edən sıxlaşdırılmış bir otağına 5/12 hissədə İddiaçı1, 5/12 hissədə İddiaçı2, 1/12 hissədə açıq saxlanılmış, mərhum X2 varisi Cavabdeh İsgndər qızının, 1/12 hissədə İddiaçı3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, qeyd olunan otağa hazırki iş üzrə Cavabdeh İskəndər qızı birlikdə iddiaçıların paylı mülkiyyət hüquqları təmin olunmuşdur. Qeyd olunan hallar onu göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur” müddəsını əks etdirən 213.1-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 13 saylı evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 m2 təşkil edən bir otağı paylı mülkiyyətləridir. Qeyd edilən paylı mülkiyyət hüquqlarına və dəfələrlə Cavabdeh İskəndər qızına edilmiş xəbərdarlıq və tələblərinə baxmayaraq, adı gedən otaqdan yalnız Cavabdeh İskəndər qızı istifadə edir və onların həmin otaqdan hər hansı bir formada istifadələrinə imkan vermir. Bu hərəkətləri ilə cavabdeh otağa sahiblik və ondan istifadə barədə, habelə otağın bölünməsi və ya ondan payların ayrılması barədə heç bir razılığa gələ bilməmişlər. Otağın hazırki bazar qiymətinə payların ayrılması barədə təklifinə cavabdeh münasibət belə bildirməmişdir və öz hərəkətlərini davam etdirir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində də qeyd etdikləri kimi Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 13 saylı yaşayış evində yerləşən 11 saylı mənzildə yerləşən təcrid olunmuş sahəsi 20,90 kv.m olan sıxlaşdırılmış mənzil mülkiyyət hüququ əsasında 5/12 hissədə İddiaçı1, 5/12 hissədə İddiaçı2, 1/12 hissədə İddiaçı3 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Mərhum X2 varisi Cavabdeh xüsusi mülkiyyət hüquqları qeydə alınmış 1/12 hissədə açıq saxlanılmışdır. Hazırki iş üzrə cavabdeh X7 hal-hazırda həmin mənzildə yaşayır. İddiaçılar iddia edirlər ki, cavabdeh həmin hissədən yalnız özü istifadə edir. İddiaçılara öz hissələrindən istifadə etməyə heç bir imkan vermir. Qeyd olunan maddi hüquq normalarına – birgə mülkiyyət hüququnu nəzərdə tutan, birgə mülkiyyətdən payların ayrılması hüququnu nəzərdə tutan normalara, Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014cü il tarixli qərarına əsaslanaraq, payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda hələ bu ilin yanvarında iddiaçılar cavabdehə həmin payın bölünməsi ilə bağlı müvafiq bildirişlə müraciət etmişlər. Lakin cavabdeh həmin bildirişə münasibət belə bildirməmişdir. Tələbləri həmin birotaqlı mənzilin naturada bölünməsidir. Onlar buna məcburdurlar, çünki Konstitusiya Məhkəməsinin Plenumunun qərarında da göstərildiyi kimi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrdə müəyyən olunmuş qaydalara əməl olunmalıdır. Ondan sonra həmin mənzil hərraca çıxarıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, onlar iddianı qəbul etmirlər. Mənzil üçotaqlı mənzildir. Bu mənzildən 1 otaq anasından vərəsəliklə cavabdehə keçib. Sahəsi 20.90 kv.m. otaqda cavabdeh ailəsi ilə yaşayır: cavabdeh, nəvəsi, gəlini və oğlu. Digər 2 otaqda İddiaçı1, onun anası Nurcahan xanım yaşayırlar. İddiaçı2 kirayədə yaşayır. İddiaçı2 İstiqlaliyyət küçəsində əmlakı var. X1 anasıdır. İddiaçı1 anasına məxsus olan hissədə yaşayır. İddiaçı1 Cavabdeh qardaşının oğludur. Bu şəxslər eyni evdə yaşayıblar, lakin zamanında Lalə xanımın qardaşı öz yoldaşından boşandığına görə və ev qardaşın adında olduğuna görə o öz ikinci yoldaşına əmlakının yarısını, mənzilin 2 otağını verib. Burada sənəd üzərində vaxtilə İddiaçı1 anası o evin yarısını götürüb. Qalan bir otaqda isə mərhum qardaş, bacı – Cavabdeh, onun oğlu, oğlu evlənəndən sonra gəlini və nəvəsi yaşayır. Çıxarışa əsasən 20,9 kv.m. sahəsi olan otağın 4 mülkiyyətçisi var. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, 210,3 m2 ümumi sahəyə malik mənzilin 2 otaq yaşayış sahəsi olmaqla 30,8 kv.m və 64.1 kv.m zirzəmi X4 adına, 66,7 kv.m sahəsi olan zirzəmi X10 adına rəsmiləşdirilmiş və sahəsi 20,9 kv.m. təşkil edən 1 otaqda isə İddiaçı1 5/12 hissədə payı, İddiaçı2 5/12 hissədə payı, İddiaçı3 1/12 hissədə payı və X2 1/12 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, ünvan 1, 11 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 (2 otaq y/s 30,8 m2, zirzəmi 64,1 m2), X10 (zirzəmi 66,7 m2), İddiaçı1 (1 otaq 20,9 m2-dən 5/12 hissə, İddiaçı2 (1 otaq 20,9 m2-dən 5/12 hissə) və İddiaçı3 (1 otaq 20,9 m2-dən 1/12 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, X2 hissəsi isə (1 otaq 20,9 m2-dən 1/12 hissə) açıq saxlanılmışdır. Cavabdeh adına ünvan 1 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6644 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin sahəsi 20,9 m2 təşkil edən 1 otağın təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər arasında 5/12 və 1/12 hissə olmaqla, 4 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2; 2.4; 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbi əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/6644 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin sahəsi 20,9 m2 təşkil edən 1 otağın təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər arasında 5/12 və 1/12 hissə olmaqla, 4 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2; 2.4; 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/6644 nömrəli rəyinə uyğun bölgü aparılması mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar