Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-151/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh Shakhin Aleskerovun iştirakı ilə, İddiaçı "xxxx" MMC cavabdeh Ələskərov Şahinə qarşı “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin boşaldılması, sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Ələskərov Şahinə qarşı “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin boşaldılması, sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 21 iyun 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Shakhin Aleskerov iddiaçının nümayəndəsinin ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Ələskərov Şahinə qarşı “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin boşaldılması, sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən 12 iyun 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC -yə (VÖEN: **********) qaytarılsın. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-151/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-151/2025
25.02.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver