Məhkəmə qərarları › İş №2(011)-71/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-71/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-71/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 57,29 kv.metr olan mənzilin paylı mülkiyyətdən ayrılması, paylı mülkiyyət münasibətlərinə xitam verilməsi və mənzilin tam pay olmaqla xüsusi mülkiyyəti hüququnun qeydə alınmasının üçüncü şəxs olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 57,29 kv.metr olan mənzili əldə etmiş, mənzil xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Cavabdehlərlə yanaşı onun da mülkiyyətində olan mənzilə giriş-çıxışı ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdikləri hər hansı bir ortaq əmlakı yoxdur, paylı mülkiyyətçilər və o, eyni yaşayış binasında ayrı-ayrı giriş-çıxışları olan sahələrdən istifadə edirlər, buna baxmayaraq mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla mülkiyyətində olan əmlakdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. İddiaçı paylı mülkiyyətdə olan mənzil ona məxsus olan ünvan 1 ünvanında 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 57,29 kv.metr olan mənzilin ayrılmasını tələb etməkdə özünü haqlı hesab edir. xx.xx.2025-ci il trixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 4-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 57,29 kv.metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş. Sonuncu baxış iclası zamanı isə ərizə yazaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 0,02 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 1397,97 kv.metr olan fərdi yaşayış evinin 4-cü mərtəbəsində 2 otaq (ümumi sahəsi 61,0 kv.m olan) X2, 4-cü mərtəbəsində 2 otaq (ümumi sahəsi 56,64 kv.m olan) Cavabdeh3, 4cü mərtəbədə 2 otaq (ümumi sahəsi 57,29 kv.m olan) İddiaçı və qalan hissə isə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6669 saylı, 13 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 3 saylı evinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,29 kv.metr olan 2 otaqlı mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 3 saylı evinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,29 kv.metr olan 2 otaqlı mənzilin paylı mülkiyyətdən naturada ayrılmasının “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2,5.5, 5.6,5.7 və 5.8-ci bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 4-cü mərtəbədə 2 otaq olmaqla, ümumi sahəsi 57,29 kv.metr olan mənzili İddiaçı mülkiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 1397,97 kv.metr olan binada iddiaçı cavabdehlərlə birlikdə paylı mülkiyyət hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan ümumi sahəsi 57,29 kv.metr olan mənzilin naturada ayrılması mümkün hesab olunmuşdur. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın iddiaçıya məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan hissə onun payına uyğun ayrılmalıdır. Payın naturada ayrılması eyni zamanda ayrılmış mənzilə dair ayrıca çıxarışın verilməsini də ehtiva etdiyindən X5 naturada ayrılmış ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 4cü mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 57,29 kv.metr olan mənzilinə dair tam mülkiyyət hüququnun onun adına qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 4-cü mərtəbəsində X5 mülkiyyətində və istifadəsində olan 2 otaqdan ibarət, ümumi sahəsi 57,29 kv.metr olan mənzil onun payına uyğun olaraq naturada ayrılsın. X5 naturada ayrılmış ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 57,29 kv.metr olan mənzilinə dair tam mülkiyyət hüququnun onun adına qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 həvalə edilsin. 200 manat ekspertiza xərci X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar