Məhkəmə qərarları › İş №2(004)-1533/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1533/2020

15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1533/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh-nin qanuni təmsilçisi - direktoru X1 və vəkili X2 ilə, İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” tələbinə dair iddiası; Cavabdeh-nin İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə məhkəmə qaydasında xitam verərək, iddiaçıya dəyən 11.890 manat maddi zərərin, həmin zərərin 5%-i 595 manat dəbbə pulu və 26.000 manat cərimə olmaqla, ümumilikdə 37.890 manat pulun Cavabdeh-dən tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ona məxsus mənzillə bağlı yayılan informasiyanın yığışdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin əvəzi kimi 10.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə xitam verilməsi, İddiaçı xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə əsasən Cavabdeh-yə ödəməli olduğu 15.000 manat vəsaitdən ödədiyi 8.000 manat çıxılmaqla, qalan 7.000 manat təmir xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030 manat pulun İddiaçı tutularaq Cavabdeh-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh-nin qanuni təmsilçisi - direktoru X3 məhkəmə iclasında iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə onun təsisçisi olduğu Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 01/120 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı xidmətlərin göstərilməsini sifariş edərək ünvan 1 məhəllə ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 5-ci mərtəbəsində üç otaqlı 6 nömrəli mənzilin iddiaçının razılığı ilə cavabdeh tərəfindən “loft” üslubunda iddiaçı tərəfindən təqdim edilmiş dizayna uyğun olaraq tam əsaslı təmir edilməli idi. Göstərilmiş xidmətin müqabilində cavabdehə iddiaçı tərəfindən 15.000 manat pul ödənilməli idi. Təmir 90 gün ərzində həyata keçirilməli, bu vaxt iddiaçının ilk ödəniş etdiyi gündən hesablanmalı idi. Bu müddət bitdikdən sonra növbəti 30 gün ərzində təhvil-təslim baş tutmalı idi. 120 günün tamamında təmir başa çatdırılmadıqda 121-ci gündən etibarən hər gecikdirilmiş gün üçün cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməli, təmir 90 gündən tez bitdiyi halda, hər həftə üçün iddiaçı tərəfindən cavabdehə 100 manat mükafat verilməli idi. Materialların çatdırılması iddiaçı tərəfindən həyata keçməli idi. İddiaçının tikinti işindən tam anlayışı var idi, həftədə 3-5 gün olmaqla iş vaxtından sonra, mütəmadi gəlib təmirin gedişatını xüsusi lazer aparatları ilə yoxlayırdı. İddiaçı hissə hissə olmaqla Cavabdeh-yə 8.000 manat ödəniş etmişdir. Cavabdeh işin 80-85 faizini bitirsə də, İddiaçı əlavə ödənişlər etmirdi. Materiallar işə uyğun və vaxtında göndərmirdi, layihədə tez-tez dəyişikliklər edirdi, əlavə işlər tapşırırdı. Bu səbəblərdən Cavabdeh işi vaxtında tamamlaya bilmirdi. Əlavə işləri tapşırarkən iddiaçı deyirdi ki, müqavilə əhəmiyyətli deyil, pozuntu ona görə olub və hər gecikmiş günə görə 100 manat cərimə hesablamayacaqdır. İddiaçı əlavə görülən işlərə görə Cavabdeh-yə 1.500-2.000 manat əlavə vəsait ödəməlidir. İddiaçı Cavabdeh-ni işdən kənarlaşdıraraq, mənzilin təmirinin başa çatdırılmasını başqa ustalara tapşırmışdır. Müqavilədən kənar işlər divarların təzyiqli su ilə yuyulmasından, döşəmənin tozsoranlanması, başqa mənzilə yığılmış kərpiclərin daşınması, isti döşəmənin vurulması, əlavə santexnik işləri və sair işlərin görülməsindən ibarət olmuşdur. İddiaçı əlavə görülən işlərə görə də ödənişlər edəcəyini bildirirdi. Müqavilə dəyəri olan 15.000 manatdan, ilkin olaraq avans şəklində 2.400 manat, davamında görüləcək işlər üzrə 3.600 manat, 2.400 manat, 3.600 manat, 1.200 manat, 1.800 manat olmaqla ödənilməsi müəyyən olunmuşdu. İddiaçının qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdə avans şəklində 2.400 manat pul vəsaiti cəmiyyətə ödənilmiş və mənzilin təmir işlərinə qrafik üzrə başlanılmışdır. İddiaçı növbəti ödənişi xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 110 gün sonra 2.000 manat, xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 120 gün sonra 1.200 manat, xx.xx.2019-ci ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 147 gün sonra 2.000 manat, xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 211 gün sonra 400 manat olmaqla, cəmi 8.000 manat pul ödəmişdir. İşin 80-85 faizi tamamlanandan sonra müqaviləyə xitam verilməsinin səbəbkarı iddiaçı tərəf olmuşdur. Müqavilənin şərtləri cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu əvvəlki məhkəmə iclasında ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 01/120 saylı müqavilə bağlanıb. Müqavilə üzrə iddiaçı xidmətlərin göstərilməsini sifariş edərək ünvan 1 məhəllə ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 5-ci mərtəbəsində üç otaqlı 6 saylı mənzilin iddiaçının razılığı ilə cavabdeh “loft” üslubunda iddiaçının təqdim etdiyi dizayna uyğun olaraq tam əsaslı təmir etməli idi. Göstərilmiş xidmətin müqabilində cavabdehə iddiaçı tərəfindən 15.000 manat pul ödənilməli idi. Təmir 90 gün ərzində həyata keçirilməli, bu vaxt iddiaçının ilk ödəniş etdiyi gündən hesablanmalı idi. Bu müddət bitdikdən sonra növbəti 30 gün ərzində təhvil-təslim baş tutmalı idi. 120 günün tamamında təmir başa çatdırılmadıqda 121-ci gündən etibarən hər gecikdirilmiş gün üçün cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməli, təmir 90 gündən tez bitdiyi halda hər həftə üçün iddiaçı tərəfindən cavabdehə 100 manat mükafat verilməli idi. Materialların çatdırılması iddiaçı tərəfindən həyata keçməli idi. Nəzərə alınmayan dizayna uyğun işçilik xidmətinin ümumi məbləğin 5 faizi qədərini cavabdeh tərəfindən qarşılanmağı onun üzərinə qoyulmuşdur. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhtəliklərini tam yerinə yetirməmişdir. İddiaçı 15.000 manat pul məbləğini 6 dəfəyə ödənməli idi və bu məbləğin 5 dəfəsi, yəni 8.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin mənzil keyfiyyətli təmir edilməmiş, müqavilədə göstərilən müddət başa çatsa da, 90-cı gün iddiaçı mənzilə baxmış və yubanma olduğunu görmüşdür. Cavabdeh bildirmişdir ki, ustalarla bağlı problem olduğu üçün yunbanma baş verib və iddiaçı cavabdehə əlavə möhlət vermişdir. Həmçinin belə bir öhdəliyi olmasa da iddiaçı təmiri bitirməkləri üçün ustalara əlavə 1.400 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh mənzili tam təmir etmək istəmir və bundan imtina edir. İddiaçı tərəfindən “Grand Baku” qiymətləndirmə və sığorta ekspertizasına müraciət etmiş və ekspertizanın nəticəsində müəyyən olmuşdur ki, Cavabdeh tərəfindən 5.980 manatlıq təmir işi görülmüşdür. İddiaçı cavabdehə 2.020 manat artıq ödəniş etmişdir. Təmir yubandığı üçün iddiaçı məbləği tam ödəmirdi. Materialların təşkilində yubanma olmayıb. Evin dizaynını növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirmişdir. Ustaların işi gecikdirməsi və iddiaçı tərəfindən əlavə möhlət verılməsi ilə bağlı yazılı razılaşma yoxdur. Cavabdeh tərəf öz səhvini aradan qaldırmaq üçün əlavə 600 manatlıq iş görmüşdür. İddiaçı cavabdeh tərəfə inandığına görə təmir müddətində evə gedib baxmırdı. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 01/120 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı xidmətlərin göstərilməsini sifariş edərək ünvan 1 məhəllə ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 5-ci mərtəbəsində üç otaqlı 6 nömrəli mənzilin iddiaçının razılığı ilə cavabdeh tərəfindən “loft” üslubunda iddiaçı tərəfindən təqdim edilmiş dizayna uyğun olaraq tam əsaslı təmir edilməli idi. Göstərilmiş xidmətin müqabilində cavabdehə iddiaçı tərəfindən 15.000 manat pul ödənilməli idi. Təmir 90 gün ərzində həyata keçirilməli, bu vaxt iddiaçının ilk ödəniş etdiyi gündən hesablanmalı idi. Bu müddət bitdikdən sonra növbəti 30 gün ərzində təhvil-təslim baş tutmalı idi. 120 günün tamamında təmir başa çatdırılmadıqda 121-ci gündən etibarən hər gecikdirilmiş gün üçün cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməli, təmir 90 gündən tez bitdiyi halda, hər həftə üçün iddiaçı tərəfindən cavabdehə 100 manat mükafat verilməli idi. Materialların çatdırılması iddiaçı tərəfindən həyata keçməli idi. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. İddiaçı hissə-hissə olmaqla Cavabdeh-yə 8.000 manat ödəniş etmişdir. Cavabdeh işin 80- 85 faizini bitirsə də, İddiaçı əlavə ödənişlər etməmişdir. Materialları işə uyğun və vaxtında göndərməmiş, layihədə tez-tez dəyişikliklər etmiş, əlavə işlər tapşırmışdır. Bu səbəblərdən Cavabdeh işi vaxtında tamamlaya bilməmişdir. İddiaçı Cavabdeh-ni işdən kənarlaşdıraraq, mənzilin təmirinin başa çatdırılmasını başqa ustalara tapşırmışdır. Müqavilədən kənar işlər divarların təzyiqli su ilə yuyulmasından, döşəmənin tozsoranlanması, başqa mənzilə yığılmış kərpiclərin daşınması, isti döşəmənin vurulması, əlavə santexnik işləri və sair işlərin görülməsindən ibarət olmuşdur. İddiaçı əlavə görülən işlərə görə də ödənişlər edəcəyini bildirmişdir. Müqavilə dəyəri olan 15.000 manatdan, ilkin olaraq avans şəklində 2.400 manat, davamında görüləcək işlər üzrə 3.600 manat, 2.400 manat, 3.600 manat, 1.200 manat, 1.800 manat olmaqla ödənilməsi müəyyən olunmuşdur. İddiaçı qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdə avans şəklində 2.400 manat pul vəsaitini Cavabdeh-yə ödəmiş və Cavabdeh mənzilin təmir işlərinə qrafik üzrə başlamışdır. İddiaçı növbəti ödənişi xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 110 gün sonra 2.000 manat, xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 120 gün sonra 1.200 manat, xx.xx.2019-ci ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 147 gün sonra 2.000 manat, xx.xx.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 211 gün sonra 400 manat olmaqla, cəmi 8.000 manat pul ödəmişdir. İşin 80-85 faizi tamamlanandan sonra müqaviləyə xitam verilməsinin səbəbkarı iddiaçı tərəf olmuşdur. Cavabdehin mənzildə gördüyü 85 % təmir işlərinin dəyəri 12.750 manat təşkil edir. Müqavilənin şərtləri cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia rədd edilməli, qarşılıq iddia qismən təmin edilməklə, İddiaçı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh-yə ödəməli olduğu 15.000 manat təmir xərcindən faktiki icra edilmiş (85%) təmir işlərinin dəyərindən, yəni 12.750 manat vəsaitdən ödədiyi 8.000 manat çıxılmaqla, qalan 4.750 manat təmir xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.780 manat pul İddiaçı tutularaq Cavabdeh-yə ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Çünki təmir işləri tam başa çatmadığına görə, görülməyən işlərin haqqını cavabdeh iddiaçıdan tələb edə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “tərəflər arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə məhkəmə qaydasında xitam verərək, iddiaçıya dəyən 11.890 manat maddi zərərin, həmin zərərin 5%-i 595 manat dəbbə pulu və 26.000 manat cərimə olmaqla, ümumilikdə 37.890 manat pulun Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə iddiaçıya məxsus mənzillə bağlı yayılan informasiyanın yığışdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin əvəzi kimi 10.000 manat tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İlki iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə xitam verilsin. İddiaçı xx xxxxxx 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə əsasən Cavabdeh-yə ödəməli olduğu 15.000 manat təmir xərcindən faktiki icra edilmiş (85%) təmir işlərinin dəyərindən, yəni 12.750 manat vəsaitdən ödədiyi 8.000 manat çıxılmaqla, qalan 4.750 manat təmir xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.780 (dörd min yeddi yüz səksən) manat pul İddiaçı tutularaq Cavabdeh-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar