Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1539/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi cəlb edilməklə “konfransın nəticələrinin, protokoldan çıxarışın etibarsız hesab edilməsi, Federasiyaya aid möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi cəlb edilməklə “konfransın nəticələrinin, protokoldan çıxarışın etibarsız hesab edilməsi, Federasiyaya aid möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 noyabr 2024-cü ildə keçirilən Ümumi yığıncağın nəticələrinin qanunsuz hesab edilməsi, Cavabdeh Federasiyaya aid möhürün, təsis və digər sənədlərin alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi (bundan sonra Federasiya) 22 iyun 1995-ci ildə 914 nömrəsi ilə dövlət qeydiyyatına alınıb. 16 iyun 2022-ci ildə keçirilən Federasiyanın sonuncu ümumi yığıncağında İddiaçı1 (bundan sonra iddiaçı) prezidenti seçilmişdir. Həmçinin iddiaçı, Cavabdeh (bundan sonra cavabdeh), X15, X27. X11. X8. X18 ibarət tərkibdə Federasiyanın İdarə Heyəti seçilmişdir. Bu dəyişikliklər Ədliyyə Nazirliyi tərəfindən 22 iyul 2022-ci ildə qeydə alınmışdır. Üstəlik həmin dəyişikliklər barədə Reyestrdən çıxarışda İctimai Birliyin üzvlərinin ümumi sayının 23 nəfər olduğu, Federasiyanın icra orqanlarının səlahiyyətinin 16 iyun 2026-cı ilə kimi olduğu qeyd edilmişdir. Buna baxmayaraq, Cavabdeh (Federasiyanın 16 iyun 2022-ci ilə kimi rəhbəri olub) 2 noyabr 2024-cü ildə qanunsuz olaraq Federasiyanın ümumi yığıncağı adlı toplantı keçirmiş və həmin toplantıda özünün yenidən Federasiyanın Prezidenti seçildiyini elan etmişdir. Bununla yanaşı Azər Həsənov Federasiyaya aid möhürü və sənədləri mənimsəmişdir. Bundan əlavə Azər Həsənov özünü Federasiyanın prezidenti kimi təqdim edərək və Federasiyaya aidə möhür və sənədlərdən istifadə edərək müxtəlif şəxslərlə əqdlər bağlayır və maddi vəsaitlər əldə edir. Bu səbəblərə görə Azər Həsənovun fəaliyyəti qanunsuzdur. Federasiyanın və onun prezidenti kimi iddiaçının, maraqlarını və hüquqlarını pozur. Cavabdehin təşəbbüsü və başçılığı ilə 2 noyabr 2024-cü ildə keçirilən Ümumi yığıncaq qanunvericiliyin və Federasiyanın Nizamnaməsinin tələblərinə cavab vermirdi. Birincisi, Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmişdir. Belə ki, belə növbədənkənar Ümumi yığıncağın çağırılması üçün X31 və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü olmamışdır. 22 iyul 2022-ci il tarixli qeydiyyata əsasən Təşkilatın üzvlərinin sayı 23 nəfər təşkil edirdi. xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqda isə Federasiya üzvü olan 7 nəfər (Azər Həsənov, Fəxri Əliyev, Elçin Eminov, Rəşad İsayev, Vüqar Əsədov, Rəfael Taşdəmirov və Habil Əliyev) iştirak edib. Bu da Federasiya üzvlərinin 1/3-ni təşkil etmir. Bundan əlavə Federasiyanın İdarə Heyətinin 7 üzvü olsa da, 2 noyabr 2024-cü il tarixli Ümumi yığıncaqda İdarə Heyətinin 2 üzvü iştirak edib (cavabdeh və Fəxri Əliyev). Bundan əlavə Ümumi yığıncağın keçirilməsi barədə və orada müzakirə ediləcək məsələlər barədə ümumi yığıncağın keçirildiyi günə ən azı 2 həftə qalmış üzvlərə məlumat verilməli idi. Lakin Federasiya üzlərinin və İdarə Heyətinin üzvlərinin əksəriyyətinə ümumiyyətlə belə ümumi yığıncağın keçirilməsi barədə məlumat verilməmiş və onlar yalnız mətbuat və sosial mediadan Ümumi yığıncağın artıq keçirilməsi haqqında postfaktum xəbər tutmuşdular. Ümumi yığıncaq keçirilməsi üçün yetərsayın olması lazım idi. Ümumi yığıncağın səlahiyyətli olması üçün orada Federasiya üzvlərinin yarıdan çox iştirak etməlidir. Federasiya üzvlərinin yarıdan çoxu 12 nəfər edirdi, Ümumi yığıncaqda isə cəmi 7 nəfər Federasiya üzvü iştirak edirdi. 2 noyabr 2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildən görünür ki, həmin toplantıda 19 nəfər şəxs iştirak edib. Bunlardan yalnız adları sadalanan 7 nəfər Federasiya üzvü olub, qalan 12 nəfərin (bu şəxslərin adları iddia ərizəsinə əlavə edilmiş 2 noyabr 2024-cü il tarixli toplantının fotogörüntüsü və iştirak edənlərin siyahısında verilib) Federasiyaya heç bir aidiyyəti yox idi. 2022-ci ildə iddiaçının Federasiya Prezident seçildiyi gündən bəri bu 12 nəfər şəxsin Federasiyaya üzv olması barədə ərizəsi daxil olmamış və İdarə Heyəti bu şəxslərin üzvlüyə qəbul edilməsi məsələsinə baxmamışdır. Bu səbəbdən də Federasiya üzvlərinin 7 nəfərinin (üçdə birindən də az) iştirak etdiyi Ümumi yığıncaq səlahiyyətli deyildi. Bundan əlavə İddiaçı1 Federasiyanın Prezidenti kimi səlahiyyətləri 16 iyun 2026-cı ilə kimi idi. Ona məlumat vermədən, onun iştirakı olmadan, onun məruzəsi dinlənilmədən və ya özünün istefa verməsi barədə ərizəsi olmadan və ya hər hansı digər səbəbdən bu vəzifədən uzaqlaşdırılmadan onun yerinə yeni Prezidentin seçilməsi iddiaçının hüquqlarını pozmuşdur. Daha sonra iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi iddia ərizəsinə dəyişiklik barədə məhkəməyə ərizə verərək, 02 noyabr 2024cü ildə keçirilən “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin konfransının nəticələrinin, xx.xx.2024-cü il tarixli, 31 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh Federasiyaya aid möhürün, təsis sənədlərinin (nizamnamə, reyestrdən çıxarış) alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dəyişiklik barədə ərizə onunla əsaslandırılmışdır ki, 1. İddia ərizəsinin əsaslandırıcı hissəsinə əlavələr: 2 noyabr 2024-cü ildə keçirilən “Azərbaycan Muay Tay- Tayboks Federasiyası” İctimai Birliyinin növbədənkənar Konfransı çağırılması və keçirilməsi ilə Federasiyanın Nizamnaməsinin və qüvvədə olan qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Federasiyanın Nizamnaməsinin 6.1-ci bəndinə əsasən “konfransın keçirilməsi barədə X31 və Konfransın müzakirəsinə çıxrılacaq məsələlər konfransa ən azı 2 həftə qalmış Federasiya üzvlərinə elan edilir.” a) Nizamnamənin 6.8-ci bəndinə əsasən "İdarə Heyətində qərarlar sadə səs çoxluğu ilə qəbul edilir”, Federasiyanın İH-də 7 nəfər üzv vardır, lakin bu üzvlərdən ən azı 5 nəfər belə bir qərara səs verməmişlər; b) Konfrans xx.xx.2024-cü ilə təyin edilib, bütün üzvlər bu barədə xəbərdar edilməyib, ən azı cavabdeh bu barədə məhkəməyə sübut təqdim etməyib, konfransın vaxtı dəyişdirilib, xx.xx.2024-cü ilə keçirildikdə “2 həftəlik” xəbərdarlıq müddəti pozulmuş, konfransın xx.xx.2024-cü ildə keçirilməsi ilə bağlı ümumiyyətlə İH-nin yeni qərarı mövcud olmamışdır. c) İclasda İH-nin üzvləri İddiaçı1, Fərid Qarayev, Vüqar Qasımov, Ramiz Quliyev, Qasımov, Ramiz Quliyev, Cabbar Mustafayev, Fəxri Əliyev ümumiyyətlə iştirak etməmişlər; d) Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmiş, növbədənkənar Konfransın çağırılması üçün X31 və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir; e) Nizamnamənin 6.2-ci bəndinə əsasən Konfransı nümayəndələrin yarıdan çox iştirak etdikdə səlahiyyətlidir, Konfransın Protokoluna görə konfransda 30 üzvdən 22-si iştirak etmişdir, ümumiyyətlə Federasiyanın 30 deyil, cəmi 22 üzvü vardır, cavabdeh həmin Konfransda iştirak edən şəxslərin də siyahısın da məhkəməyə təqdim etməmişdir. 2. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla bağlı: Bu sübutlar məhkəmə tərəfindən qəbul edilməməlidir: a) Üzvlükdən çıxmaq barədə ərizələr: Ərizələrin əsli təqdim edilməmişdir, kserosurət olduğu üçün sübut kimi qəbul oluna bilməz. Əhmədov Elxanın ərizəsi (bu ərizə AR Kikboksinq Federasiyamın Prezidenti Orxan Əbiyevə ünvanlanıb) üzvlükdən çıxmaq barədə deyil. Kikboksinqlə məşğul olmaqla bağlıdır və böyük ehtimalla 2001-ci ilə aiddir, 2009-cu il fevral ayından artıq "Kikboksinq Federasiyasının və idman növünün “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinə aidiyyatı yox idi; Qurbanov Pərvin və Mehdizadə Kamran ərizələri ilə bağlı X31 mövcud deyildir. Ümumiyyətlə, Federasiyanın üzvlüyündən çıxmaq da X31 əsasında olmalıdır, nizamnamənin 6.7-ci bəndinin 5-ci abzasında üzvlükdən çıxarılma İH-nin səlahiyyətlərinə aid edilmişdir. Bu İH-nin hüququdur, vəzifəsi deyildir fikri ilə razılaşmaq olmaz, elə həmin bənddə İH-nin səlahiyyətlərində “Federasiyanın fəaliyyətinə ümumi rəhbərlik edir, Federasiyanın nəzdində olan mərkəz, klub, məktəblərin və digər qurumların fəaliyyətinə nəzarətini həyata keçir və onların illik hesabatlarını dinləyir, federasiyanın ştat cədvəlini və strukturunu təsdiq edir, Federasiyaya yeni üzvlərin qəbul edilməsi, üzvlükdən çıxması və xaric edilməsi məsələlərinə dair qərarlar qəbul edir və s. Göründüyü kimi, bu göstərilənlər İH-nin təkcə hüququ deyil, həm də vəzifəsidir və bunlara əməl etməmək İH üçün məsuliyyət yaradır. Eyni hal Federasiyanın Prezidenti üçün nəzərdə tutulmuşdur və Nizamnamənin həmin hissəsində də “səlahiyyət" terminindən istifadə olunur. Digər tərəfdən üzvlükdə olub-olmamaq digər üzvlərin qanuni maraqlarına toxunur, çünki üzvlərin sayından kvorum, ictimai nəzarət və s. məsələlər asılıdır: Məhkəmə təqdim edilmiş üzvlükdən çıxmaqla bağlı ərizələrdən İH-nin üzvlərinin və Federasiyanın Prezidentinin xəbəri olmamışdır. b) Votsap yazışmaları ilə bağlı sübutlar üzrə: Yazışmalardan göründüyü kimi xx.xx.2024-cü il tarixdə İclasın gündəliyi aşağıdakı kimi müəyyən olunmuşdur : Məşqçilər Komitəsi barədə, Peşəkar Liqa haqqında. İdarə heyətinə boş yerlərə seçkilər. Lakin AR Ədliyyə Nazirliyinə təqdim edilmiş Protokolda isə Konfransın gündəliyi bu cür müəyyən olunur: Federasiyanın Prezideninin fəaliyyətinə qiymət verilməsi, yeni Prezidentin seçilməsi, X46nin seçilməsi. Protokola görə iclasda 30 nəfərdən 22 nəfər iştirak edib, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Səsə qoyulan məsələ ilə bağlı qəbul olunan qərar arasında da bir uyğunsuzluq mövcuddur, Gündəlikdə məsələ “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X2 fəlaiyyətinə qiymət verilməsi”dirsə, yekunda qərar qəbul olunur: İddiaçı1 Azərbaycan Muay Tay-Tayboks Federasiyası X7 vəzifəsindən xaric edilir və bu qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. Halbuki, əgər, gündəlikdə duran məsələlər dəyişdirilirsə, bu konfransda müzakirə olunmalı və iştirakçıların yarıdan çoxunun səsi ilə konfransın gündəliyi dəyişdirilməli idi. Cavabdeh Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X7 seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X22 Heyətinin üzvlərinin seçilməsi 7 nəfərdən ibarət X46 formalaşmışdır: Cavabdeh, Vüqar Əsədov, Talıbov Qadir, Mürsəli Yekibaşov, Həmidə Xəlilova, Fəxri Əliyev, Fərid Qarayev. X17 seçilməsi ilə bağlı qərar da tam deyildir, səsvermənin nəticələri yoxdur. 3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərlə bağlı: Yeni siyahıda Cabbar Mustafayev yoxdur, halbuki, o 22 üzv arasında siyahıda var idi. Yeni üzvlərin siyahısında İlqar Alıyev, Yəbir Şıxəliyev, İnsaf Abdullayev, Cavid İsgəndərov, Qadir Talıbov, Bəhram Cəfərli, Mürsəli Yekibaşov, Həmidə Rüzgari, Vasil Abdullayev, Murad Səlimov yer almışdır, X16 isə X4 göstərilmişdir. İlkin olaraq Federasiyanın 22 nəfər üzvü var idi, AR Ədliyyə Nazirliyində də bu siyahı mövcuddur, amma üzvlərin sayı indi 30-a çatdırılıb, nizamnamənin 5.3-cü bəndinə əsasən üzvlüyə qəbul Federasiyanın İdarə Heyətinin üzvlərinin 50%-dən yuxarı səsi ilə qəbul edilir, üzvlüyə qəbul ilə bağlı 1 ay qabaqcadan ərizə verilir, üzvlərin uçotu aparılır və onlara vəsiqə verilir. Məhkəməyə bunlarla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 dəftərxana vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasında və məhkəmə iclasında bildiklərinə qarşılıq olaraq bildirir ki, Federasiyanın yığıncağı və gündəliyi 2 həftə öncədən idarə Heyyətinin vatsap qrupunda və üzvlərin ümumi qrupunda elan olunmuşdur. Ümumi yığıncaq NTK-nın qərarı və üzvlərin üçdə birinin təşəbbüsü ilə çağırılmışdır. Digər bir məsələ Federasiyanın rəsmi blankında faktiki ünvan yazılmış və möhür və yazılı sənədlər həmin ünvandakı ofisdə olmuşdur və hazırda da olmaqdadır. İddiaçı1 məktublara və digər yazışmalara imza atdıqdan sonra məktubları möhürlə təsdiq etmiş, bundan başqa heç vaxt möhürün ona verilməsi tələbi olmamışdır. Heç bir şəxslə Federasiyanın adından əqd bağlanmamış, maddi vəsait əldə olunmamışdır. İddia ilə bağlı qeyd edir ki, ümumiyyətlə İddiaçı1 məhkəmədə Federasiya adından iddiaçı olmaq səlahiyyəti yoxdur. Bununla bağlı mövcud protokol var. Hazırda da qüvvədədir. Cavabdeh Federasiyanın təsisçilərindən biri olaraq Ümumi yığıncağı çağırmaq hüququ var və bu hüquqdan istifadə edərək Ümumi yığıncağı çağırmışdır. Həmçinin yığıncaq üzvlərinin 1/3 hissəsinin təşəbbüsü ilə çağrılmışdır. Həmin siyahını da ərizələrinə əlavə edirlər. Ümumi yığıncaq xx.xx.2024-cü il tarixində elan olunmuş, üzvlərində yarıdan çoxu iştirak etdiyi üçün yetərsay olmuşdur. Yığıncağın yeri qeyd edildiyi kimi 2 həftə öncədən elan edilmişdir. Yığıncaq qeyd etdikləri kimi təsisçi olaraq cavabdehin və NTK-nın qərar və üzvlərdən 1/3-nin təşəbbüsü ilə çağırılmışdır. xx.xx.2022-ci il tarixinə üzvlərin sayı 23 deyil, 22 olmuşdur. Əgər bu siyahını əsas götürülsə, xx.xx.2024- cü il tarixinə üvlərdən 4 nəfəri üzvlükdən çıxmışdır. Ona görə də bu siyahıya əsasən üzv sayı 22 deyil, 18-dir və yığıncaqda yetərsay olmuşdur, iddiaçı tərəf yığıncağın çağrılma sayı ilə yığıncağın yetərsayını səhv salmışdır. İdarə Heyətinin üzvlərinin hamısının yığıncaqda iştirakının vacibliyi haqqında Nizamnamədə və qanunvericilikdə bənd yoxdur, iclasa iştirak edənləri siyahısını ərizələrinə əlavə edirlər. Fərid Qarayev xarici ölkədə olduğu üçün və İlqar İbrahimov xəstə olduğu üçün yığıncağa onlayn qoşulmuşlar, həmçinin internet kəsintisini nəzərə alaraq, hər ehtimal onlar səsvermə hüquqlarını digər iştirakçılara yazılı şəkildə vermişlər. Yığıncaq elan ediləndən keçirilən günə kimi İddiaçı1 məşqçilərə zəng edərək yığncaqda iştirak etməmələri barədə hədə-qorxu gəlmiş, təhqir etmiş və böhtan atmışdır. Həmçinin, o üzvlərə zəng edərək yığıncağın seçim yox, başqa məqsədlə çağırıldığını bildirmiş və bununla bağlı onlara problem yaradacağını demişdir. Bu onu deməyə əsas verir ki, İddiaçı1 və onun ətrafında olan bir neçə üzvün yığıncağın tarixi, yeri, gündəliyi barədə öncədən tam məlumatı olmuşdur. Yetərsayın olması üçün iyul 2022-ci il siyahısına əsasən 10 nəfər iştirakçı olmalı idi. Yığıncaqda həmin siyahıya görə 11 nəfər iştirak etmişdir. Əgər 02 noyabr 2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-sı iştirak etmiş, 5 nəfər isə onlayn olaraq iştirak etmişdir. Ona görə də, iki halda da yetərsay olmuşdur. Bu onu deməyə əsas verir ki, iddaçınını özünün əsasnamələrini imzaladığı yeni üzvlərini unutmuşdur. Yeni üzvlər bir qayda olaraq ərizə ilə müraciət etmişlər və həmin müraciətləri İddiaçı1 şəxsi avtomobilində saxlamışdır. Yeni üvlərin qəbulu ilə bağlı həm əyani, həm də onlayn iclaslar keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş şahid X20 ifadəsində 3-4 il əvvəl Azərin prezident, Arazın isə vitse-prezident olduğunu, Azərin əvvəl Uşusanda və Muay-tay federasiyasının prezidenti olduğunu, sonradan qərar çıxdığını, 2 federasiyanın prezidenti olmaq mümkün olmadığını, bu səbəbdən səsvermə ilə 4 il bundan əvvəl Arazı prezident seçdiklərini, səsvermədə şəxsən iştirak etdiyini, axırıncı konfransın 3-4 ay əvvəl olduğunu, həmin konfransda da iştirak etdiyini, Arazın prezident olması barədə narazılıqlar olduğunu, Arazı prezident qoyduqdan sonra bir fərq olmadığını, idmançıların yenə də öz pulu hesabına yarışlara getdiyini, hamının Arazın prezident olmasından narazılığını bildirdiyini, ona konfransın olması barədə Fəxrinin xəbər verdiyini, konfransda məşqçilər, idarə heyətinin üzvləri, bir neçə idmançının iştirak etdiyini, kimlərin İdarə Heyətinin üzvü olması barədə məlumatı olmadığını, özünün Federasiyanın üzvü olsa da, İdarə Heyətinin üzvü olmadığını, Araz prezident olandan sonra hər hansı bir fəaliyyəti olmadığını, idmançıların öz pulu hesabına yarışlara getdiyini, hər hansı bir rolunun olmadığını, hər hansı bir federasiya ilə birləşmədikləri üçün yarışları təşkil edə bilmədiklərini, hökmən hansısa federasiya ilə birləşməli olduqlarını və ondan sonra yarışların keçirilməsinə icazə veriləcəyini, son iki il ərzində onların federasiyasının passiv olaraq qaldığını, konfransda iştirak edənlərin şəklində nömrələnmiş şəxslərdən 18 nömrədən başqa hamısının üzv olduğunu, idmançı, məşqçi, hakimin hamısının üzv olduğunu, Federasiyanın neçə üzvünün olmasını bilmədiyini, konfransdan təxmini 2-3 gün əvvəl ona keçirələcəyi barədə məlumat verildiyini, belə rəsmi məlumat verilmədiyini, birinə telefonla, başqasına kiminsə məlumat verdiyini, Azərin ona sənəd atdığını, sənəddə iclas barədə məlumat verildiyini, üzvlərin hamısının adını deyə bilməyəcəyini, Ədliyyə Nazirliyində kimlərin qeydiyyatda olduğunu bilmədiyini, iclasın protokoluna imza çəkmədiyini, onun yerinə imza etdiklərini, protokol ona verilsəydi imzalayacağını, həmin vaxt imza ilə bağlı etiraz etmədiyini, iclasda qeyri-qanuni bir şey olmadığını, 2022-ci ildəki konfransda Arazın iştirak etdiyini, 2024-cü ildəki konfransda isə Azərin iştirak etdiyini, Arazın iştirak etmədiyini, konfranslar arasındakı fərqin bu olduğunu, səs verəndə ona hər hansı bir təzyiq olmadığını, öz iradə ifadəsilə səs verdiyini, Fəxrinin ona təxmini iclasın gündəliyində hansı məsələlər olacağını dediyini, Prezident seçkilərindən məlumatı olduğunu bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/206/4-14 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai birliyinin yenidən qanuni təmsilçisi X1. İctimai birliyin üzvlərinin əvvəlki sayı 23 nəfər, hazırki sayı isə 24 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X28 (prezident), İddiaçı1, X10, X11, X8, X39. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi: X28 (sədr), X15, X27, X11, X8, X39. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/206/6-14 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai birliyinin əvvəlki qanuni təmsilçisi X28, hazırki qanuni təmsilçi isə İddiaçı1 seçilmişdir. İctimai birliyin üzvlərinin əvvəlki sayı 24 nəfər, hazırki sayı isə 23 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X28 (sədr), X15, X27, X11, X8, X39. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi: İddiaçı1 (prezident), X3 Fərid Siyasət oğlu, X27, X11, X8, X39. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X22 heyətinə Qurbanov Pərvin ərizə yazaraq, işlərinin çoxluğu ilə əlaqədar Federasiyanın üzvlüyündən çıxdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X22 heyətinə X12 ərizə yazaraq, işlərinin çoxluğu ilə əlaqədar Federasıyanın işində son 3 ildə iştirak etmədiyi üçün üzvlükdən çıxdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X22 heyətinə X12 ərizə yazaraq, işlərinin çoxluğu ilə əlaqədar Federasiyanın işində son 3 ildə iştirak etmədiyi üçün üzvlüyündən çıxdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Kikboksinq Federasıyasının prezidenti cənab X37 Elxan tərəfindən ünvanlanmış ərizəyə əsasən o Azərbaycan Muaytay Federasiyasında olan İdman Klubunun “Mübarizlərindən” fəaliyyətini dayandırmışdır. 2001-ci ildən kikboksinq federasiyası ilə fəaliyyətə başlamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Muay Tay-Tayboks Federasıyasının idarə heyətinə X5 ərizəsinə əsasən 2 noyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar konfransda xəstə olduğu üçün iştirak edə bilməmişdir. Ona görə də, konfransa onlayn qoşularaq alınan qərarların və Federasiya prezidenti seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Muay Tay-Tayboks Federasıyasının idarə heyətinə X9 ərizəsinə əsasən 2 noyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar konfransda xarici ölkədə olduğu üçün iştirak edə bilməmişdir. Ona görə də, konfransa onlayn qoşularaq alınan bütün qərarların və federasiya prezidenti seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Muay Tay-Tayboks Federasıyasının idarə heyətinə X6 ərizəsinə əsasən 2 noyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar konfransda ailə vəziyyəti ilə bağlı fiziki olaraq iştirak edə bilməmişdir. Lakin, konfransa onlayn qoşularaq alınan qərarların, həmçinin Federasiya prezidenti seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Muaytay- Tyaboks Federasıyası növbədənkənar konfransının xx.xx.2024-cü il tarixli, 31 nömrəli protokoldan çıxarışına əsasən İddiaçı1 Azərbaycan Muaytay Tayboks Federasiyasının prezidenti vəzifəsindən xaric edilmiş, Cavabdeh Azərbaycan Muaytay-tayboks Federasiyası X7 seçilmiş, Dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması Cavabdeh həvalə edilmiş və X29, X23, Yekibaşov Mürsəli Xəlil Oğlu, X19, Cavabdeh, X39, X15 Azərbaycan Muaytaytayboks X22 Heyətinin üzvləri seçilmişlər. İş materiallarında olan 25 dekabr 2008-ci il tarixli konfransın qərarına əsasən xx.xx.1995-ci il tarixdə 914 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Kikboksinq və X38” ictimai birliyinin nizamnaməsinə edilmiş dəyişikliklər: 1. Nizamnamənin titul vərəqəsində və mətnində təşkilatın adına redaksiya verilərək, “Azərbaycan Muay Tay-Tayboks Federasıya” ictimai birliyi olmuşdur. 2. Nizamnamənin 1.2-ci, 2.1-ci, 2.2-ci bəndləri, 2.9-cu bəndinin 4-cü və 6-cı abzaslarında “kikboksinq və muay tay” sözləri “muay tay-tayboks” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Muaytay-tayboks Federasiyasının 16 iyun 2022-ci il tarixli təsdiq edilmiş qərarına əsasən 15 mart 1995-ci il tarixdə 914 nömrə ilə AR Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Muaytay-tayboks Federasiyasının nizamnaməsinin (əsasnaməsinin) 6.9-cu və 6.10-cu bəndlərinə edilmiş dəyişiklik/əlavələr: 1. Nizamnamənin 6.9-cu bəndində “İdarə Heyətinin sədri” ifadəsi “Prezidenti” sözü ilə əvəz olunmuşdur. 2.Nizamnamənin 6.10-cu bəndində “Federasiyanın Prezidenti” ifadəsindən sonra “və vitse Prezidentləri” ifadəsi əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və reyestr Baş İdarəsinə “Azərbacan Muaytay-tayboks Federasiyası” İctimai Birliyinin ərizəsinə əsasən Azərbacan Muaytay-tayboks Federasiyasının konfransında yeni qanuni təmsilçinin və İcra Orqanının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinə ünvanladığı müraciətə cavab məktubuna əsasən “Azərbaycan Muay Tay-Tayboks Federasiyası" ictimai birliyinin reyestr məlumatlarında baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumatın və həmin dəyişiklik sənədlərinin surətinin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və nazirliyə daxil olmuş müraciətlərə baxılmış, Cavabdeh sözügedən birliyin qanuni təmsilçisi seçilməsi və icra orqanının tərkibinin formalaşdırılması ilə bağlı təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə zidd olduğundan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 11.3.1-ci maddəsinə əsasən imtinaya səbəb olmuş müddəalar göstərilməklə və yazılı izah verilməklə geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/2-13-8115/2/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh ünvanladığı müraciətə cavab məktubuna əsasən təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarının 7.1-ci bəndinin tələblərinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, müraciət ərizəsi həmin Qaydalara 4 nömrəli Əlavənin tələblərinə uyğun tərtib olunmamış, naoelə ərizədə dəyişikliyin məzmunu tam göstərilməmişdir. Bununla yanaşı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən ictimai birliklər Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır. Birliyin dövlət akkreditasiyasından keçib-keçməməsi məsələsinə aydınlıq gətirilməsini xahiş edirlər. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər (protokol, üzvlərin sayını təsdiq edən sənəd, qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti) geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/2-13-8115/3/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh ünvanladığı müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası’nın 2.1-ci bəndinə əsasən ictimai birliklər Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır. Nazirliyin 3-16-5/2-14-8115/22024 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə təşkilatın dövlət akkreditasiyasından keçib-keçməməsinə aydınlıq gətirilməsi barədə bildirilsə də, məsələ ilə bağlı təsdiqedici sənəd təqdim olunmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər (protokol, üzvlərin sayını təsdiq edən sənəd, üzvlərin şəxsiyyətini təsdiq ədən sənədin surəti) geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-19/2-381/2025 nömrəli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Azərbaycan Kikboksinq Federasiyası” X7 Orxan Əliyevə ünvanlanmış məktuba əsasən Muaytay idman növünün Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı 2024cü il 13 dekabr tarixli, 0214/2024 nömrəli məktubuna Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 38 nömrəli Qərarı ilə müraciətinə əsasən “Azərbaycan Kikboksinq Federasıya” İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınmışdır. Bundan əlavə iş materiallarına ümumi yığıncağın videosu olan 1 ədəd fləşkard əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. 47.2- ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. 114-cü maddəsinə əsasən ictimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. İctimai birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar. İctimai birlik ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. İctimai birliklərin ayrıayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasinin Qanununun: 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. 10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər; 10.3-cü maddəsinə əsasən ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur; 13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir; 25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. 25.3-cü maddəsinə əsasən ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. 25.6-cı maddəsinə əsasən ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. 25.7-ci maddəsinə əsasən ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. 31.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyrihökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Azərbaycan Kikboksinq və Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.1995-ci il tarixdə, 914 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan Kikboksinq Federasiyasının hüquqi varisidir. Federasiya Cavabdeh tərəfindən yaradılmış və prezidenti Cavabdeh olmuşdur. Federasiyanın məqsədi kikboksinq və muay tay idman növlərinin ölkədə inkişafı və təbliğini həyata keçirməkdən, habelə həvəskar və peşəkar idmançıları hazırlamaqdan ibarətdir. 2008-ci ildə Federasiya 2 yerə ayrılmışdır: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muay Tay-Tayboks Federasiyası. Azərbaycan Muay Tay-Tayboks Federasiyasının xx.xx.2022-ci il tarixli ümumi yığıncağında İddiaçı1 prezident seçilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə növbədənkənar ümumi yığıncaq çağırılmış, həmin ümumi yığıncaqda Cavabdeh yenidən “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X7 seçilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi xx.xx.2024-cü il ümumi yığıncağın çağırılması qaydalarına əməl edilmədiyini, növbədənkənar ümumi yığıncağın çağırılması üçün X31 və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü olmadığını, xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqda Federasiya üzvü olan 7 nəfərin iştirak etdiyini, Federasiyanın İdarə Heyətinin 7 üzvü olsa da, 2 üzvünün iştirak etdiyini, Ümumi yığıncağın keçirilməsi barədə və orada müzakirə ediləcək məsələlər barədə ümumi yığıncağın keçirildiyi günə ən azı 2 həftə qalmış üzvlərə məlumat verilməlidiyini, ümumi yığıncaq keçirilməsi üçün yetərsayın olmadığını, ümumi yığıncağın səlahiyyətli olması üçün Federasiya üzvlərinin yarıdan çoxu iştirak etməli olduğu halda cəmi 7 nəfər Federasiya üzvünün iştirak etdiyini, 2 noyabr 2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildən 19 nəfərin iştirak etdiyinin göründüyünü, bunlardan yalnız 7 nəfərin Federasiya üzvü olduğunu, qalan 12 nəfərin Federasiyaya heç bir aidiyyətinin olmadığını, Federasiya üzvlərinin 7 nəfərinin (üçdə birindən də az) iştirak etdiyi Ümumi yığıncağın səlahiyyətli olmadığını, İddiaçı1 məlumat vermədən, onun iştirakı olmadan, onun məruzəsi dinlənilmədən və ya özünün istefa verməsi barədə ərizəsi olmadan və ya hər hansı digər səbəbdən bu vəzifədən uzaqlaşdırılmadan onun yerinə yeni Prezidentin seçilməsinin iddiaçının hüquqlarını pozduğunu bildirərək, Cavabdeh qarşı “konfransının nəticələrinin, protokoldan çıxarışın etibarsız hesab edilməsi, Federasiyaya aid möhür və təsis sənədlərin qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh tərəf iddiaya etiraz edərək, Federasiyanın yığıncağı və gündəliyi barədə 2 həftə öncədən idarə Heyətinin vatsap qrupunda və üzvlərin ümumi qrupunda elan olunduğunu, ümumi yığıncağın NTK-nın qərarı və üzvlərin üçdə birinin təşəbbüsü ilə çağırıldığını, ümumi yığıncaqda üzvlərinin yarıdan çoxunun iştirak etdiyi üçün yetərsay olduğunu, İdarə Heyətinin üzvlərinin hamısının yığıncaqda iştirakının vacibliyi haqqında Nizamnamədə və qanunvericilikdə bənd olmadığını, üzvlərdən Fərid Qarayevin xarici ölkədə olduğu üçün və İlqar İbrahimov xəstə olduğu üçün yığıncağa onlayn qoşulduğunu, həmçinin internet kəsintisini nəzərə alaraq, hər ehtimal səsvermə hüquqlarını digər iştirakçılara yazılı şəkildə verdiklərini, yığıncaq elan ediləndən keçirilən günə kimi İddiaçı1 məşqçilərə zəng edərək yığncaqda iştirak etməmələri barədə hədə-qorxu gəldiyini, təhqir etdiyini, yığıncağın seçim yox, başqa məqsədlə çağırıldığını və bununla bağlı onlara problem yaradacağını dediyini, deməli, İddiaçı1 və onun ətrafında olan bir neçə üzvün yığıncağın tarixi, yeri, gündəliyi barədə öncədən tam məlumatlı olduğunu, yığıncaqda iyul 2022-ci il siyahısına əsasən 11 nəfərin iştirak etdiyini, 02 noyabr 2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-nın iştirak etdiyini, 5 nəfərin isə onlayn olaraq iştirak etdiyini, ona görə də, iki halda da yetərsay olduğunu, yeni üzvlərin ərizə ilə müraciət etdiklərini, yeni üzvlərin qəbulu ilə bağlı həm əyani, həm də onlayn iclaslar keçirildiyini, digər məsələ Federasiyanın rəsmi blankında faktiki ünvanın yazıldığını, möhür və yazılı sənədlərin həmin ünvandakı ofisdə olduğunu, İddiaçı1 heç vaxt möhürün ona verilməsini tələb etmədiyini, ümumiyyətlə İddiaçı1 məhkəmədə Federasiya adından iddiaçı olmaq səlahiyyətinin olmadığını bildirmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, ictimai birlik qeyri-hökumət təşkilatı olmaqla, onun strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunvericiliklə və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Federasiyanın nizamnaməsinin 6.1-ci maddəsinə əsasən növbədənkənar konfrans İdarə Heyətinin, Nəzarət-təftiş komissiyasının və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Konfransın keçirilməsi barədə X31 və konfransın müzakirəsinə çıxarılacaq məsələlər konfransa ən azı 2 həftə qalmış Federasiya üzvlərinə elan edilir. 6.3-cü maddəsinə əsasən Federasiyanın konfransı Federasiyanın prezidentini seçir və səlahiyyətlərini vaxtından əvvəl dayandırır. 6.4-cü maddəsinə əsasən konfransın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən çıxarışa əsasən müəyyən olunur ki, Azərbaycan Muay Tay-Tayboks Federasiyası İdarə Heyətinin whatsapp qrupunda və üzvlərin ümumi qrupunda 17 oktyabr 2024-cü il tarixdə “ayrılıqda müraciət edərək yığıncaq çağırılmasını istəyirsiniz, ona görə sorğu keçirmək lazımdır. Kim yığıncaq keçirilməsini istəyirsə + qoysun” yazılmış, üzvlərin üçdə bir hissəsindən çoxu + qoyaraq ümumi yığıncağın çağırılmasını istəmiş, 18 oktyabr 2024-cü il tarixdə ümumi yığıncağın 31 oktyabr tarixinə təyin edilməsi elan olunmuşdur. Daha sonra iclasın vaxtı xx.xx.2024-cü il tarixdən dəyişdirilərək xx.xx.2024-cü il tarixinə (xx.xx.2024-cü il tarixdən 2 həftə sonraya) təyin edilmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X20 hamının Arazın prezident olmasından narazılığını bildirdiyini, Araz prezident olandan sonra hər hansı bir fəaliyyətinin olmadığını, idmançıların öz pulu hesabına yarışlara getdiyini, prezident kimi heç bir rolunun olmadığını, son iki il ərzində federasiyanın passiv olaraq qaldığını, bu səbəbdən prezident seçkisi ilə bağlı ümumi yığıncaq çağırıldığını, ümumi yığıncağın çağırılması və müzakirəsinə çıxarılacaq məsələlər barədə məlumatlı olduğunu, konfransda şəxsən iştirak etdiyini, ona hər hansı bir təzyiq olmadan öz iradə ifadəsilə səs verdiyini, 2 noyabr 2024cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildə nömrələnmiş şəxslərdən 18 nömrədən başqa hamısının üzv olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş videoda (flashkart) 19 nəfərin iştirakı ilə ümumi yığıncağın keçirildiyi, yığıncaqda yekdilliklə Cavabdeh federasiyanın prezidenti seçilməsi öz əksini tapmışdır. Məhkəmə tərəfindən iddiaçının X24 şahid qismində dindirilməsi ilə bağlı vəsatətinin təmin olunmasına baxmayaraq, X39 məhkəmə iclasına gəlməmiş, şahid qismində dindirilməmiş, videodan görünür ki, həmin konfransda fəal iştirak etmiş və səsvermədə Cavabdeh lehinə səs vermişdir. Ümumi yığıncağın iclasında iştirak edən üzvlərin sayına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ərizələrə əsasən müəyyən olunur ki, federasiyanın üzvlüyündən çıxmaq barədə ərizələr verilmişdir. Federasiyanın nizamnaməsinin 5.9-cu maddəsinə əsasən könüllü olaraq federasiyanın üzvlüyündən çıxanda federasiyanın üzvlüyünə xitam verilir. İddiaçı həmin şəxslərin üzvlükdən çıxarılması barədə qərarın olmadığını əsas gətirsə də, nizamnaməyə əsasən belə qərarın qəbul edilməsi İdarə heyətinin vəzifələrinə deyil, səlahiyyətlərinə aid edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, federasiyanın üzvü olan X15, X13, X14 üzrlü səbəbdən 2 noyabr 2024-cü il tarixli ümumi yığıncaqda iştirak edə bilməmiş, iclasa online qoşularaq Cavabdeh lehinə səs vermişlər. Məhkəmə həmçinin qeyd edir ki, göründüyü kimi Federasiyanın 2 noyabr 2024-cü il tarixli növbədənkənar konfransın protokoldan çıxarışı hələ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda həmin protokoldan çıxarışın qanunsuz hesab edilməsi tələbinin məqsədləri aydın deyil, iddiaçı bu barədə tələbini əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının Federasiyaya aid möhür və təsis sənədlərinin qaytarılması tələbinə münasibətdə ilk öncə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 2022-ci ildən federasiyanın prezidenti olsa da, faktiki olaraq səlahiyyətlərini icra etməmişdir, bugünədək möhürün və təsis sənədlərinin onda olmaması və hazırda bu tələblə məhkəməyə müraciət etməsi də bu faktı təsdiq edir. Bundan başqa, iddiaçı federasiyanın prezidenti olmasına baxmayaraq təsis sənədlərinin və möhürün cavabdehdə olması əsası ilə məhkəməyə müraciət etsə də, möhürün itirilməsi barədə qəzetdə elan dərc etdirmiş və yeni görünüşlü federasiyanın adına möhür almışdır. Yeni görünüşlü möhürün onda olmasına baxmayaraq məhkəməyə müraciət edərək federasiyanın möhürünün ona təhvil verilməsi tələbini qoymuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 2022-ci ildə federasiyanın prezidenti seçilməsindən sonra fəaliyyəti dövründə Federasiyanı idarə etmədiyi, nizamnaməyə əsasən üzərinə götürdüyü səlahiyyətlər daxilində hüquq və vəzifələrini yerinə yetirmədiyi halda hazırda təsis sənədlərinin təhvil verilməsi tələbinin nədə ifadə olunması anlaşılan deyildir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi cəlb edilməklə “konfransın nəticələrinin, protokoldan çıxarışın etibarsız hesab edilməsi, Federasiyaya aid möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-1539/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1539/2025
09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver