Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1557/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə qarşı mənzilə aid sənədlərin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun müdafiə olunması və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarışın və digər zəruri sənədlərin verilməsi vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci tarixdə “Çoxmənzilli Yaşayış Binasının Tikintisi” haqqında 222 nömrəli fərdi müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93452 manat ödənilməklə iddiaçı tərəfindən əldə edilmişdir. Bu barədə müqavilənin 3.2-ci bəndində müddəa öz əksini tapmışdır. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq, Cavabdeh tərəfindən zəruri sənədləşdirmə işləri aparılmamış, protokoldan çıxarış və digər sənədlər iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək lazımi sənədlərin verilməsinin 2 gün müddətində təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış əldə edmək istəyir, lakin proktokoldan çıxarış və digər sənədlərin mövcud olmaması səbəbilə bu mümkün olmur. İddiaçı tərəfindən çıxarış əldə edilə bilmədiyindən o, sözügedən əmlaka qanuni yolla sərəncam vermək hüququndan məhrum olur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsinin xahiş hissəsində qeyd etdiyi “digər zəruri sənədlər” olaraq Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya verilməsini nəzərdə tutmuş və sözügedən sənədlərin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulmasını xahaiş etmişdir. İddiaçı iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən İddiaçı verilmiş xx.xx.2015-ci il tarixli 3945/222/5 saylı arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsindəki 4 saylı mənzil İddiaçı adına dəyişdirilmişdir. İddiaçı (sifarişçi) İddiaçı ilə cavabdeh (podratçı) Cavabdeh arasında bağlanmış “Çoxmənzilli Yaşayış Binasının Tikintisi” haqqında xx.xx.2015-ci il tarixli 222 nömrəli fərdi müqaviləyə əsasən, sifarişçi bu müvqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən 3 otaqlı 4 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Bu mənzilin dəyəri ilkin olaraq xx.xx.2009-cu il tarixli 222 saylı müqaviləyə əsasən podratçıya X1 tərəfindən tam həcmdə ödənilmişdir. xx.xx.2015-ci il tarixdə mənzilin dəyərinin ödənilməsi qarşılıqlı razılaşma əsasında X1 tərəfindən İddiaçı adına dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1044/2022 saylı qətnaməsindən müəyyən olunur ki, hazırıki iş üzrə İddiaçı hazırki iş üzrə Cavabdehnə qarşı maliyyə arayışının verilməsi öhfəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən 3 otaqlı 4 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı kommunal borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı göstərilən kommunal xidmətlərə görə 1696 manat məbləğində borcun tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-334/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair İddiaçı adına maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə göstərilən kommunal və domofon xidmətlərinə görə 473 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-334/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1044/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-334/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə baxmış məhkəmələr ilk iddia tələbi üzrə işin müəyyən edilmiş hallarını qanunvericilk normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, iddiaçı mənzilə görə müqavilə üzrə ödənilməli olan məbləği MTK-ya tam olaraq ödədiyindən, MTK-nın mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını iddiaçıya vermək öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubuna əsasən, iddiaçı 2 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarış və digər zəruri sənədlərin iddiaçıya verilməsinin Cavabdeh tərəfindən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək sözügedən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh ona mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını verməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını əsas götürərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilsə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsi cavabeh Cavabdeh üzərinə qoyulsun. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1557/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1557/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver