Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1568/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Ərizəçi (Sabunçu Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “doğum haqqında akt qeydində düzəliş edilməsi barədə” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Sabunçu Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum haqqında akt qeydində düzəliş edilməsi barədə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmağı barədə vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, yəni doğum haqqında şəhadətnamənin kötüyündə ad qrafasında səhvən yazılmış “X2” sözünün düzəliş olunaraq “Ərizəçi” kimi yazılması, akt qeydində düzəliş edilməsi vəzifəsinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin tələbi nəticə etibarı ilə doğum akt qeydində düzəliş edilməsi tələbidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçi xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ağacanova Kamal qızının barəsində 30.06.1977-ci il tarixdə Sabunçu rayon Kürdəxanı Qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 22 saylı doğum haqqında akt qeydində düzəliş edilərək adının “Könül“ əvəzinə “Gülyaz” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda hesab edirəm ki, hazırki ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən 08.02.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Sabunçu Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “doğum haqqında akt qeydində düzəliş edilməsi barədə” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunur. "xxxx" ASC K0100998 nömrəli terminalı vasitəsilə 08.02.2022-ci il tarixli 19074 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul X1 tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1568/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1568/2022
09.02.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver