Məhkəmə qərarları › İş №2(004)-1574/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1574/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1574/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı X3 cavabdehlər Cavabdeh1nə, “X1 Mərkəzi” MMC-yə, Hidayətoğlu şirkətlər qrupuna, Cavabdeh5 Akif oğluna, Cavabdeh4, üçüncü şəxslər Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hərrac protokolunu və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Məmmədova Elena Leonidovna cavabdehlər Qubra rayon İcra və Probasiya Şöbəsinə, “X1 Mərkəzi” MMC-yə, Hidayətoğlu şirkətlər qrupuna, Cavabdeh5 Akif oğluna, Cavabdeh4 üçüncü şəxslər Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hərrac protokolunu və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Quba rayonu Susay kəndində 3,5 ha tikintialtı torpaq sahəsinin “X1 Mərkəzi” MMC-nin 21 avqust 2023-cü il tarixli 04/01 saylı açıq hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, Cavabdeh1 ünvanı ünvan 2imanov rayonu Nəcəf Nərimanov küçəsi; Cavabdeh5 Akif oğlunun qeydiyyatda olduğu ünvan Bakı şəhəri A.İsmayılov küçəsi dalan 3 ö/t ev 26; Cavabdeh4 ünvanı Sumqayıt şəhəri 48-ci məhəllə ev 5 mənzil 13-dür. “AZEMİS”-dən xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, cavabdeh “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı AZ1133, ünvan 7ənzil 23-dür (VÖEN **********). Odur ki, iddiaçı X3 hazırkı iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə cavabdehlərin qeydiyyatı olduğu və ya hüquqi ünvanı olduğu məhkəmələrdən birinə müraciət etməlidir. Çünki, cavabdehlərdən heç biri Yasamal rayonu ərazisində rəsmi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X3 cavabdehlər Cavabdeh1nə, “X1 Mərkəzi” MMC-yə, Hidayətoğlu şirkətlər qrupuna, Cavabdeh5 Akif oğluna, Cavabdeh4, üçüncü şəxslər Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hərrac protokolunu və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2024-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X2ytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar