Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1584/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh3-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı ’’İddiaçı" Sığorta Şirkəti ASC-nin cavabdehlər X9, Cavabdeh2 MMC-yə və Cavabdeh3-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ’’İddiaçı" Sığorta Şirkəti ASC cavabdehlər X9, Cavabdeh2 MMC-yə və Cavabdeh3-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 mülkiyyətində olan “Dam örtükləri” mağazasına dəymiş zərərə görə 3060 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh X12 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Dərnəgül yolu ərazisində Cavabdeh3-yə məxsus “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Daewoo” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Z. Bünyadov prospektində yerləşən X10 mülkiyyətində olan “Dam örtükləri” mağazasına maddi zərər vurulmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, X6 yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən X12 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, 256299 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi xx.xx.2015-ci il tarixli yol nəqliyyat hadisəsi baş verdiyi anda “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3-nin mülkiyyətində olmuşdur. Lakin, hadisə baş verdiyi tarixdə X12 “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 52 saylı “Yol vərəqəsi” ilə idarə etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh2 MMC avtomobilin mülkiyyətçisi olmadığı üçün onun belə bir yol vərəqəsi vermək səlahiyyəti olmamışdır. Eyni zamanda Cavabdeh3-nin adından cavabdeh X9 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X6 təqsirli olması Bakı Şəhər DYPİ-nin YPX-nin MYP 319790 saylı xx.xx.2015-ci il tarixli İnzibati Xəta haqqında Protokolunda öz əksini tapmışdır. xx.xx.2015ci il tarixli “Yol nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabata uyğun olaraq “Dam örtükləri” mağazasına 3060 AZN ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 018083 saylı sığorta aktına və 3421 saylı ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti 3060 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixli 2459M/14/B savlı liznq müqaviləsinə əlavə olan təhvil-təslim aktına əsasən “X21” markalı avtomobil lizinq şirkəti tərəfindən xx.xx.2014-cu il tarixdə lizinq alan X2 təhvil verilmiş və avtomobilin idarə olunması üçün etibarnamə də yalnız ona verilmişdir. xx.xx.2015-ci il tarixdə baş vermiş qəza hadisəsi zamanı isə avtomobil şirkətə aidiyyatı olmayan X12 tərəfindən idarə olunmuş və onun hadisənin törədilməsində təqsirli olunması is materiallarında olan sənədlərlə sübut olunur. Belə olan halda lizinq verən kimi “xxxx” lizinq şirkətinin əmlaka dəvən zərərin ödənilməsində hər hansı bir məsuliyyəti yoxdur. Çünki lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini qanunvericilik və lizinq müqaviləsi üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. Hazırki münasibətlər üzrə iddaçının “xxxx” lizinq şirkəti QSC-dən əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. “xxxx” lizinq şirkəti QSC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2459M/14/B saylı lizinq müqaviləsinin 6.2-ci bəndinə görə də lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadasi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə başlı məsuliyyəti, lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Eyni zamanda həmin müqavilənin 14.3-cii bəndinə görə !izina obyektinin yerləşdirilməsi, saxlanması, istifadəsi və qaytarılması zamanı üçüncii şəxslərə vurulmuş zərərə şörə lizinq alan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1 -ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə başlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmçinin, “xxxx” lizinq şirkəti ilə lizinq alan X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2459M/14/B saylı Daxili malivvə lizinqi müqaviləsinə əsasən tərəflər qevd olunan müqavilə üzrə bütün öhdəlikləri tam icra etdiyinə görə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin “xxxx" lizinq şirkəti QSC-yə münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3-nin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, iddia tələbinin Cavabdeh3-yə münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh X12 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ’’İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən icbari sığortası üzrə sığortalanaraq, Cavabdeh3-nin mülkiyyətində olan, X12 tərəfindən idarə olunan “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Dərnəgül yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Z.Bünyadov prospektində yerləşən X10 mülkiyyətində olan “Dam örtükləri” mağazasına maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində X12 təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı Şəhər DYPİ-nin YPX-nin MYP 319790 saylı xx.xx.2015-ci il tarixli İnzibati Xəta haqqında Protokolu ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Yol nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabata uyğun olaraq “Dam örtükləri” mağazasına 3060 manat ziyan dəymişdir. İşə əlavə olunmuş PAT********** saylı sığorta müqaviləsinin 018083 saylı sığorta aktı və 3421 saylı ödəniş tapşırığından görünür ki, ’’İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən 3060 manat məbləğində sığorta ödənişi zərərçəkənin hesabına köçürülmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X1 adına qeydiyyata alınmış və AC256299 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Hazırda iddiaçı sığortalıya ödənilmiş pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını iddia etmişdir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Habelə həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh X12 təqsirli bilinərək, avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan idarə etdiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh Y.Nağızadədən 3060 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu tutularaq, iddiaçı ’’İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir, hadisə baş verdiyi zaman “X21” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər cavabdehlər Cavabdeh2 MMC-nin hər hansi bir hüquq müəyyən edici səlahiyyəti olmada yol verəqəsinin verilməsi MMC-nin məhsulliyyət daşımadığından və Cavabdeh3-nin mülkiyyətində olmasına baxmayaraq qanunu əsaslarla “X21” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X1 adına bir il müddətinə sahibliyinə və istifadəsinə verildiyindən iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X5 3060 (üç min altmış) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı ’’İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh3-yə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1584/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1584/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver