Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1591/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə Cavabdehna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, "xxxx" ASC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər 23 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 8İ 13364 reyestr nömrəli icra qeydinə əsasən ondan cəmi 5241,13 manat , əsas borc üzrə 4593 manat, faiz borcu üzrə 647 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Sözügedən icra qeydi əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhər icra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərarın olması barədə məlumat əldə edəndən sonra ona məlum oldu ki, bank icra qeydinin alınması ilə bağlı notariusa müraciət edib. Onunla bank arasında xx.xx.2022ci il tarixdə TL-EE000283819 saylı kredit müqaviləsi bağlanmışdır, kredit müqaviləsi şərtlərinə görə öhdəliyin icra müddəti xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. O, üzərinə düşən öhdəliyi vaxtı vaxtı icra etmişdir. Hesab edir ki, Bakı şəhər 23 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 81 13364 reyestr nömrəli icra qeydi qanunsuzdur və ləğv edilməlidir. İlk növbədə Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tələbkar icra qeydi üçün notariusa müraciət etməmişdən qabaq pretenziya qaydasına riayət edərək onun ünvanına, elektron poçt ünvanına, mobil telefon nömrəsinə məlumat göndərməlidir. Lakin “Azərbaycan Respublikası Beynəlxalq Bankı" ASC qanunun bu tələbini pozmuşdur. Bununla belə notarius icra qeydi verərkən bu məqama diqqət yetirməmişdir. Göründüyü kimi icra yalnız borcun mübahisəsiz olduğu halda və müvafiq bildiriş göndərildikdən sonra təsdiq edilə bilər. Hazır ki borc tələbi üzrə tələbkarın qeyd etdiyi rəqəmlər həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, tərəflərindəən iddiaçıya bildiriş göndərilmişdir. Bildirişin tərəfə göndərilməsi, lakin onun həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. iddiaçıya şifahi də borc barədə məlumat verilmiş, yəni borc barədə tədbir görüləcəyindən məlumatı var idi, lakin şifahi əlaqə saxlanıldıqda da ünvanının dəyişməsini bildirməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı əsas borc üzrə 4593 manat, faiz borcu üzrə 647 manat olmaqla, cəmi 5241,13 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri 23 saylı Notariat Ofisinin 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə borc alanın aldığı əsas borc üzrə 4593,04 manat və buna uyğun hesablanmış faiz borcunun qaytarılması tələb olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmış qaimə nömrəsi 156689 olan məktubu kuryer xx.xx.2023-cü il tarixdə İddiaçı (ünvan 1 çatdırılması üçün yollanmış, lakin ünvanda belə şəxs yaşamadığı üçün məktubun çatdırılması mümkün olmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun "xxxx" ASC qarşısında borcu yaranmışdır. "xxxx" ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmış qaimə nömrəsi 156689 olan məktubu kuryer xx.xx.2023-cü il tarixdə İddiaçı (ünvan 1 çatdırılması üçün poçta təhvil verilmiş, lakin bu ünvanda yaşamır qeydi ilə məktub çatdırılmamışdır. Belə ki, bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ- 13364 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1591/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1591/2024
10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver