Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1605/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərabaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ******* ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 illik hesablanmış faizlər qismində 70000 ABŞ dolları tutularaq iddiaçının xeyrinə ödənilməsini nəzərə alaraq, 5 illik (2017-2022) hər il üçün 7 faiz olmaqla, cavabdehdən 350000 ABŞ dollarının (qətnamənin icra olunduğu tarixə olan rəsmi məzənnəyə uyğun olaraq manatla) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə ******* ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış fazilər qismində 70000 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu tarixə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması və qətnamənin həmin hissələrdə eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldıqdan sonra icraya yönəldilmişdir. Bundan sonra icra məmuru tələbin Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətindəki qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş göndərmiş, həmin MMC-nin 2018-ci il tarixli rəyinə əsasən, qeyriyaşayış sahəsi qiymətləndirilmiş, Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “X1” MMC tərəfindən hərraca çıxarılmış, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda əmlak 3 faiz endirimlə - ******* manata İddiaçı satılaraq hərracın nəticələri haqqında eyni tarixli protokol tərtib olunmuş və tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehlərin verdiyi kassasiya şikayəti təmin olunmamışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə iddiaçının mülkiyyətinə verilmiş, xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyətə verilmişdir. Buna baxmayaraq, cavabdeh qeyri-yaşayış sahəsini boşaltmamışdır. Nəhayət, məhkəmə qərarı əsasında xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra şöbəsi qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçı və onun ailəsinə təhvil vermişdir. Cavahdeh Cavabdeh iddiaçının ona verdiyi ******* ABŞ dollarından hüququ olmadan əsassız varlanmış və gəlir əldə etmişdir. 2016-cı ildən iddiaçı Cavabdeh verdiyi pulu geri qaytarmaq üçün məhkəmələrə müraciət etmişdir. İş üzrə qanuni qüvvəyə minmiş ümumilikdə 25 məhkəmə aktı (qərar, qətnamə, qərardad) vardır. Qanuni qüvvəyə minmiş Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ******* ABŞ dolları pul vəsaitinin qanunsuz saxlanmasına görə 1 il üçün illik 7% hesablamaqla 70000 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, lakin qətnamə icra olunmamış, 5 illik əldən çıxmış fayda ödənilməmişdir. Cavahdehin hüququ olmadığı halda, həmin pul vəsaitini qanunsuz saxlamış və ondan faydalanaraq gəlir əldə etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh qarşı 2018-ci ildə eyni məzmunlu iddia qaldırılmış və həmin iddiada ona məxsus pulu qanunsuz və əsassız saxladığı üçün 2016-2018-ci illər üçün 140000 ABŞ dolları məbləğində faiz pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4152/2018 saylı qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 3915/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2018-ci ildə irəli sürülmüş iddiasının rədd edilməsinə əsas kimi, qətnamənin cavabdeh, yəni Cavabdeh təqsirli hərəkətləri nəticəsində icra edilməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməməsi göstərilmişdir. Belə ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlamış və könüllü icra üçün Cavabdeh 10 gün müddət təyin etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh icra şöbəsinə müraciət etmiş və müraciətdə “Dan Ulduzu” şadlıq sarayını sata bilmədiyi və nağd pulu olmadığına görə İddiaçı satdığı əmlakın pulunu nağd qaytara bilmədiyini göstərmişdir. Həmçinin, müraciətdə mübahisəni həll etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, icra məmuru tələbi iddianın təmini tədbiri olaraq üzərinə həbs qoyulmuş əmlaka yönəltməmiş, eləcə də, cavabdehin başqa variantla və ya başqa əmlakla əvəz etmə olaraq etdiyi təklif üzrə yalnız 2018- ci ilin fevral ayında “Dan Ulduzu” adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini, eləcə də Cavabdeh məxsus mənzillərin qiymətləndirməsini həyata keçirərək, İddiaçı təklif etmiş, iddiaçı isə yalnız xx.xx.2018-ci il tarixdə qeyri-yaşayış sahəsini bütövlükdə hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh iş materiallarında olan sübutlarla tələbi bir dəfəyə ödəməsi üçün yetərli pul vəsaitinə malik olması halı təsdiq edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” AR Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəziflərin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onların könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərdən aydın olur ki, iddiaçı artıq bir dəfə eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmiş və iddiası yuxarıda göstərilən əsaslarla rədd edilmişdir. Təkrar müraciət edilmiş iddiasında göstərilən əsaslar dəyişməz olaraq qalır və məhkəməyə hər hansı əlavə sübut təqdim etməmiş, sadəcə olaraq iddiasının həcmini artırmışdır. Məhkəmənin mülki iş üzrə 2(004)-1605/2023 saylı 24 may 2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla Bakı şəhər Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(004)-4152/2018 saylı qətnaməsi olduğundan mülki iş üzrə icraata 2017-2018-ci illər üçün faiz tələbi hissəsində xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsini birdəfəlik icra etməyə yetərli pul vəsaiti olmadığından Cavabdeh icra məmuruna müraciət edərək qətnamənin icrasının ona məxsus şadlıq sarayına yönəldilməsini təklif etmiş, onun təklifinə əsasən həmin əmlak hərraca çıxarılmış və sonuncu hərracda (2018-ci il tarixdə) əmlak 30 faiz endirimlə, yəni ******* manata Ağaəli İsmayılova satılaraq hərracın nəticələri haqqında protokol tərtib edilmişdir. Hal-hazırda iddiaçı cavabdeh tərəfindən şadlıq sarayının ona vaxtında təhvil verilməməsinə görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulmuş pul vəsaitindən faizləri tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, şadlıq sarayının vaxtında təhvil verilməməsinə görə iddiaçı cavabdehə qarşı (cavabdehin təqsiri olduğu halda) həmin qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə əldən çıxmış fayda tələbi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1605/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1605/2023
24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver