Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1608/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş rnaddi ziyanın əvəzı olaraq ödənilmiş xidmət haqqının 50%-nin, yəni 500 manatın (40 ay x 25 manat), vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat təzmtnatın, iddia ərizəsinin hazırlanması ilə əlaqədar çəkdiyı 80 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi, cavabdehin üzərinə xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə ciddİ əməl olunması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtinə əsasən MMC ona fiber optik rabitə kanalı vasitəsi ilə internet şəbəkəsinə qoşulma və İP TV (120 dək TV kanalı) xidmətləri göstərməyi, o isə bu xidmətlərin əvəzində MMC-yə aylıq 25 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bu günədək qüvvədədir. Müqaviləlin imzalandığı tarixdən bu günədək tərəfindən şərtlərinə dəqiq əməl edilmişdir. MMC tərəfindən isə müqvilənin şərtləri imzalandığı ilk günlərdən başlayaraq bu günə kimi müntəzəm surətdə pozulur və hazırda da pozulmaqda davam edir. Belə ki, dəfələrlə interneti hec bir xabərdarlıq edilmədən gün ərzində 8 saat, bəzi hallarda isə 10 saat kəsilmişdir. Bu barədə MMC-yə məlumat verib şikayətini bildirmiş, cavabında isə cəmiyyətdən asılı olmayan səbəblərdən baş verdiyi, yaxud bir azdan sistemə yeniləmə veriləcəyi bildirilmişdir. Lakin bəzi hallarda hətta səhər acılana kimı gözləsə də internet bərpa olunmamışdır. Ən pis isə odur ki, internetin kəsilməsi gecə saat 02-03 yaxud 04 radələrində baş verir. Halbuki zaman fərqinə görə məhz həmin saatlarda işgüzar məsələlərlə əlaqədar xaricdəki, o cümiədan Kanadadakı tərəfdaşları ilə danışmağa məcburdur. xx.xx.2019-cu il tarixdə Bakı vaxtı ilə 20:20-də Kanada ilə danışdığı vaxt internet kəsilmiş və səhər saat 10-a qədər bərpa olunmamışdır. Bu hadisəyə görə tərəfdaşı ondan üz döndərmişdir. Yəni bu hadisə onun nüfuzuna ciddi ziyan vurmuş və planlaşdırdığı işləri pozulmuşdur. Həmin gecə əsəbiləşdiyi üçün ürəyi narahat olmuş, həkim gəlib ona tibbi yardım göstərmişdir. Müqavilənin şərtlərinə görə ona verilməli olan internetə qoşulma sürəti 10 Mbit\s nəzərdə tutulmuş, lakin bu 3 ildən artıq müddətda 10 Mbit/s və ya ondan yuxarı cəmi bir neçə gtin olmuşdur. Əksər vaxtlarda sürət 3, 5, 6 Mbifts olmuşdur. Halbuki xıdmət haqqı 10 Mbit/s-yə görə alınmışdır. Hesab edir ki, həmin pulların 50 faizinin özünə qaytarılmasını tələb etməsi haqlı və ədalətlıdır. Keyfiyyətsiz və müqavilənin şərtlərinə uyğun olmayan xidmətlə əlaqədar MMC-nın operatoruna zəng vurduqda və şıkayətlərini rəhbərliyə çatdırmasını xahiş etdikdə təhqirə məruz qatmışdır. MMC-nin elektron poçtuna yazdığı şikayətlə əlaqədar onunla əlaqə saxlayan və özünü MMC-nin vəkili kimi təqdtm edən Ramil Süleymanov ona deyir ki, “xoşunuz gəlmır müqaviləni pozun və s.” Hesab edir ki, bu hegeomonluqdur və müqavılə tərafdaşına qarşı hörmətsizlik və qeyri-insani münasibətdir. Müqavilə ilə nəzərdə tutulmuş İP TV (120-dək tv kanalı) xidməti daha biabırcı və yarıtmaz vəzİyyətdədir. Çünkı 120 tv kanalı yoxdur, cəmi bir necə kanal var, kanalların təsviri çox pisdır, səs tez-tez yoxa çıxır, görüntülər itir. Bütün bunları yazılı surətdə xx.xx.2019-cu ıİ tarixli pretenzıya bildirişi ilə MMC-nin rəhbərliyinin diqqətinə çatdırsa da, şikayətlərinə məhəl qoyulmaması nəticəsində səhhətinə ziyan vurulmuş, eyni zamanda maddi və mənəxi zivan da vurulmuşdur. Dəfələrlə stress keçirmiş, depressİyaya düşmüşdür. Sözügedən pretenziya bildirışi xx.xx.2019-cu il tarixdə MMC-nin Müşteri Xidmətləri Departamentinin rəhbəri Elnarə Əfəndiyevaya şəxsən təqdim edtlmişdir. Lakin rəhbərliklə əlaqə saxladıqda, pretenziya bildirişinə onun daxil olmisından 5-6 gün sonra yazılı cavab göndərildiyi, odur ki, birgə müzakirəyə ehtiyac qalmadığı bildirilmişdir. Son 9 gündə yaşadığı əraziyə xidmət edən Poçt məntəqəsi ilə dəfələrlə əlaqə saxlasa da, MMC-dən cavab məktubunun daxil olmadığı bildirilmişdir. Hətta iş o yerə catmışdır ki, MMC-nin vəzifəli şəxsi olan Elnarə Əfəndiyevadan əgər ona cavab göndərilmişdirsə məktubun izləmə tranzaksiya nömrəsini bildirməsini tələb etmiş, lakin o, bundan da imtina etmişdir. Beləlikiə də Cavabdeh MMC-nin rəhbərliyi mübahisənin məhkəməsiz həllindən imtina etmtşdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclaslarında teleqramla məhkəməyə müraciət edərək, Naxçıvan MR-da olduğunu, pandemiya ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı onların müştərisi olmuşdur. Onunla xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin vaxt aralarında kiçik bir problem yaranmışdır. İddiaçı məxsus qiyməti 15 manat olan adaptoru yanmışdır. Daimi müştəri olduğuna görə həmin avadanlığı pulsuz dəyişməyə, məsələni sülhlə həll etməyə təklif etmiş, lakin iddiaçı hay küy salaraq bildirmişdir ki, ona mənəvi ziyan dəymiş, onun əsəbləri ilə oynanılmışdır. Daha sonra bildirmişdir ki, ona internet verilmir, onun işgüzar görüşləri, xarici əlaqələri vardır. Bundan sonra tərəflərindən iddiaçıya internetdən narazıdırsa, provayderi dəyişməyi təklif etmişdir. İddiaçı iddia ərizəsində internetin surətindən narazı olduğunu qeyd edir. Lakin onun imzaladığı müqavilənin 5.1.1-ci maddəsində 10 meqabit saniyə qədər internet surətinin verildiyi qeyd edilir. Onun surəti enə də bilər, qalxa da. İddia ərizəsində avadanlığın (adaptorun) yandığını, onun keyfiyyətsiz olduğunu qeyd edir. Bildirmək istəyir ki, enerji qidalanmasından yaranan problemlərə görə onlar cavabdeh deyillər. İddiaçı həmçinin ona mənəvi ziyan dəydiyini bildirir. Mənəvi ziyanla bağlı Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarları var. Onlar iddiaçını təhqir etməmiş, məsələni ictimailəşdiməmişlər. O, sadəcə özündən çıxaraq əsəbləşmişdir. İddiaçı ödədiyi pulun geri qaytarılmasınə təlb edir. Müqavilənin 4.6–cı bəndində qeyd edilir ki, icraçıya verilən pul geri tələb edilməyəcəkdir. İddiaçı müqaviləyə imza edərək onun şərtləri ilə razılaşmışdır. Onlar avadanlığı dəyişməyə razı idilər. İddiaçı onlara avadanlığın yanmasını bildirdikdən 5 gün sonra ona zəng edərək avadanlığı dəyişməyə razı olduqlarını bildirmişlər. Lakin iddiaçı onların xidmətdən imtina etmişdir. İddiaçının isə internetini onlar kəsməmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh MMC ilə abunəçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı, abunəçinin müraciəti əsasında Fiber-optik rabitə kanalı vasitəsilə 10 Mbit/s-ə qədər sürətlə İnternet şəbəkəsinə qoşulma, İP TV (120 - dək televiziya kanalı) xidmətləri göstərir, sifarişçi isə bunun müqabilində aylıq 25 manat xidmət haqqını ödəyir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru A.Nağıyev tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini E.Vəlizadəyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0675/E/19 saylı məktubun surətindən görünür ki, İddiaçı Nazirliyə ünvanladığı müraciəti ilə bağlı bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin qaynar xəttinə İP .TV-nin işləmədiyi haqqında müraciət etmişdir. Mövcud problemin araşdırılması ilə bağlı şikayətçinin yaşadığı ünvana xx.xx.2019-cu il tarixdə şirkətin texniki işlər üzrə əməkdaşı Ş.Bayramov tərəfindən baxış keçirilərkən mag 250 avadanlığının adaptorunun yandığı aşkar olunmuş və şikayətçiyə yeni adaptor almalı və bunun üçün 15 AZN ödəməli olduğu bildirilmişdir. İddiaçı avadanlıq üçün verilmiş 6 ay zəmanət müddətinin bitmədiyini bildirərək, ödəniş etməkdən imtina etmişdir. Beynəlxalq standartlara əsasən, elektriklə qidalanan qurğularda baş verən hər hansı problemlərə, eyni zamanda satılan və ya müvəqqəti istifadəyə verilən avadanlıqlarda elektrik problemlərinə görə baş verən xətalara görə şirkət məsuliyyət daşımır. “Cavabdeh MMC öz abunəçilərinə İP TV-nin televizorda yayımlanması üçün quraşdırılan 1 (bir) ədəd “Set-Top- Boks” və “Wi-fı modem” qurğusunu istifadə müddəti ərzində pulsuz istifadayə verir, yalnız ikinci avadanlıq bir illik ödəmə şərti ilə abunəçiyə təqdim olunur. Bazarda mövcud olan abunəçilərə daha keyfıyyətli xidmət göstərmək üçün MMC-də "müştəri xidməti" şöbəsi yaradılmışdır. Abunəçilər istənilən zaman ofisə gələrək öz müraciyət və ya şikayətlərini bildirə bilər. İddiaçı müraciət məktubunda vurğuladığı Cavabdeh MMC-də xarici rəhbərin olması fıkri yanlışdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.1.8-ci bəndinə əsasən sifarişçinin texniki vasitələr kompleksində, proqram təminatında, elektrik qida qurğularında olan çatışmazlıqlar səbəbindən baş verən gecikmələrə, məlumatların itməsinə və rabitədə fasilələrə görə icraçı heç bir məsuliyyət daşımır. xx.xx.2019-cu il tarixdə İddiaçı mövcud probleminin həll olunması üçün, istisna hal kimi özü ilə əlaqə yaradılmış və ona yeni adaptorun pulsuz qoyulacağı barədə məlumat verilmişdir. İddiaçı isə onunla əlaqə saxlayan nümayəndəyə “gəlməyinizi istəmirəm” deyə bildirmiş və beləliklə də, şikayətçi İddiaçı mövcud problemin həll olunması üçün şirkətin köməyindən imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarında göstərildiyi kimi, “Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur. Həmin Qanunun 25-ci maddəsinə əsasən sellülar (mobil) xidmət - istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən müqavilədə və onun tərkib hissəsi sayılan digər sənədlərdə aşağıdakı müddəalar əks etdirilir: 40.3.1. telekommunikasiya xidmətindən istifadə üçün abunəçinin məxsusiləşdirmə kodu zəruri olduqda abunəçinin son avadanlığının qoşulma ünvanı; 40.3.2. xidmətin ödənilmə qaydası; 40.3.4. müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri; 40.3.5. tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti; 40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər; 40.3.7. abunəçiyə təklif olunan texniki qulluq; 40.3.8. mübahisələrə baxılma qaydası və s. Həmin Qanunun 41.1-ci maddəsinə görə isə telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin icraçı Cavabdeh MMC ilə abunəçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərini nəzərə alaraq qeyd edir ki, iddiaçı Talıbov Müşfı̇q Kazım oğlu ona internet və İP TV xidmətlərinin göstərilməsi zamanı, Cavabdeh MMC tərəfindən ona müqavilədə nəzərdə tutulmuş şərtlərdən daha aşağı keyfiyyətli xidmətlərin göstərilməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi zərər dəyməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Məkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı tərəfindən, abunəçinin müraciəti əsasında Fiber-optik rabitə kanalı vasitəsilə 10 Mbit/s-ə qədər sürətlə İnternet şəbəkəsinə qoşulma, xidmətlərinin göstərilməsi nəzərdə tutulduğundan, müvafiq müqavilə ilə göstəriləcək xidmət üzrə internet şəbəkəsinin maksimum sürətinin maksimum həddi yəni, 10 Mbit/s-ə qədər olması müəyyən edilməklə bu hal, internetin surətinin daha aşağı surətdə omasını da, istisna etmir. Məhkəmə iddia tələblərinin vurulmuş mənəvi ziyanla əlaqədar 10000 manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı vurulmuş maddi ziyana görə 500 manat pulun geri alınmasına dair iddia tələblərinin əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissəsi, yəni vurulmuş mənəvi ziyanla əlaqədar 10000 manat tutulması üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələbə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş naddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1608/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1608/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver