Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1619/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı X4 cavabdeh X2 və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinə qarşı icra üzrə icraatın dayandırılması və mənzilin bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X2 və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinə qarşı icra üzrə icraatın dayandırılması və mənzilin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Şöbəsində başlanılmış icraatın dayandırılması, ünvan 1 ünvanda yerləşən mənzilin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X4 cavabdeh X2 və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinə qarşı icra üzrə icraatın dayandırılması və mənzilin bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İş materiallarından göründüyü kimi iddiaçı İcra Şöbəsində başlanılmış icraatın dayandırılmasını xahiş etməklə, iddia tələbinin əsasını, icra məmurunun müvafiq qərarı təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Eyni zamanda məhkəmə iddia tələbinin ünvan 1 ünvanda yerləşən mənzilin bölünməsi hissəsinin münasibət bildirərək hesab edir ki, iddiaçı həmin tələblə də, məhkəməyə iddia icraatə qaydasında müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər razılığa gəlirlər ki, Pirallahı rayon İcra Şöbəsinin icraatında olan X2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Mayak b/y, 3-cü və 4-cü şimal küçəsində yerləşən torpaq sahəsi 0,1 ha olan 335 və 336 saylı bağ sahəsinin girova qoyulması ilə əlaqədar X1 razılığı olmamışdır; Tərəflər İddiaçı və X3 razılığa gəlirlər ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Mayak b/y, 3-cü və 4-cü şimal küçəsində yerləşən torpaq sahəsi 0,1 ha olan 335 və 336 saylı bağ sahəsi paylı mülkiyyətə bölünsün. Göründüyü kimi tərəflər mübahisə predmeti olan əmlakın bölünməsi ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişi bağlayaraq razılığa gəlmiş və həmin sazişlə də, üzərilərinə öhdəliklər götürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, həmin tələbə məhkəmədə baxılması yolverilməzdi. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tərəflər öhdəliklərini icra etməkdən yayındıqları təqdirdə, digər tərəf qanunvericiliyə əsasən xususi iddia icraatı qaydasında (öz yaşayış yeri üzrə) məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda iddiaçı X4 cavabdeh X2 və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinə qarşı icra üzrə icraatın dayandırılması və mənzilin bölünməsi tələbinə dair iddiasına məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəyə xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh X2 və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinə qarşı icra üzrə icraatın dayandırılması və mənzilin bölünməsi tələbinə dair 2(004)-1619/2024 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi: **********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X6 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1619/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1619/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver