Məhkəmə qərarları › İş №2(004)-1622/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1622/2025

11.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1622/2025 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hamamdan və sanitar qovşağından istifadə etməsinə qadağa qoyulması, həmin sahələrin istifadəsinə qaytarılması və ümumi həyətə girişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hamamdan və sanitar qovşağından istifadə etməsinə qadağa qoyulması, həmin sahələrin istifadəsinə qaytarılması və ümumi həyətə girişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1-dəki “B” tikilisinə bitişik olan hamamdan və sanitar qovşağından istifadə etməsinə qadağa qoyulması və həmin hamamın və sanitar qovşağının onun istifadəsinə qaytarılması, həmçinin onun mülkiyyətində olan “B” tikilisindən ümumi həyətə girişin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-dəki “B” tikilisi onun xüsusi mülkiyyətindədir. Buna dair ona DƏDRX-dən çıxarış da verilmişdir. Ona məxsus olan “B” tikilisinə bitişik hamam və tualet də vardır ki, həmin tikilidən uzun müddətdir ki, cavabdeh istifadə edir. Onlar cavabdehə həmin sahədən müvəqqəti olaraq istifadə etməyə icazə vermişdik. Lakin cavabdehə dəfələrlə həmin sahəni boşaldaraq ona təhvil verilməsini tələb etsə də, adətən müxtəlif bəhanələrlə ona məxsus olan həmin sahəni onun istifadəsinə qaytarılmasından yayınır. Eyni zamanda, ona məxsus olan həmin “B” tikilisindən ümumi həyətə çıxış olmuşdur ki, bir neçə il əvvəl onlar həmin çıxışı müvəqqəti olaraq bağlamışdılar. Lakin hal-hazırda cavabdeh tərəfindən zəbt olunmuş hamama gedib-gəlmək üçün, həm də ümumi istifadədə olan həyətə gedib-gəlmək üçün həmin girişin bərpa edilməsi zəruridir. Hesab edir ki, bir mülkiyyətçi kimi o, öz mülkiyyətindən tam şəkildə istifadə etmək üçün onun hüquqları bərpa edilməli və cavabdehin qanunsuz istifadəsində olan hamam və sanitar qovşağı onun istifadəsinə qaytarılmalı, həmçinin ümumi istifadədə olan həyətdən də onun istifadəsi üçün şərait yaradılmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1-dəki "B" tikilisinə bitişik olan hamamdan və sanitar qovşağından istifadə etməsinə qadağa qoyulması və həmin hamamın və sanitar qovşağının, həmçinin əsas yoldan, darvazadan həmin bu sanitar qovşağa qədər olan torpaq sahəsinin onun istifadəsinə qaytarılması, həmçinin onun mülkiyyətində olan "B" tikilisinin yuxarı baş hissəsində olan sahədən B tikilisindən sağ tərəfdə yerləşən şkafların da, hamamdan sağdakı tikililərə qədər olan sahənin onun istifadəsinə qaytarılması, həmçinin bu hissədən ümumi həyətə girişin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı ona məxsus olan hamamın və sanitar qovşağının istifadəsinə qaytarılması, həmçinin, onun mülkiyyətində olan ev tikilisinin ümumi həyətə olan girişinin bərpa edilməsinə görə qətnamə verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən 9 aprel 2025-ci il tarixində yerli baxış təyin edilmişdir. Həmin yerli baxış zamanı da cavabdeh bir daha həm ona, həm də məhkəmə üzvlərinə öz aqressiv hərəkətlərini göstərmişdir. Təbii ki, məhkəmə üzvləri bunun necə bir şəxs olduğunu aşkar surətdə görmüşdür. Həmin iddia ərizəsində göstərdiyi hamam və sanitar qovşaq və onun yaxınlığında olan torpaq sahəsi həmişə onların ailəsinin istifadəsində olmuşdur. Bakı şəhəri, keçmiş Oktyabr Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 129/8 saylı Sərəncamı ilə mərhum atası tərəfindən inşa olunmuş və daimi olaraq onların ailəsinin istifadəsində olan, B tikintisinə aid olan ölçüsü 5,78 m2 mətbəx, ölçüsü 32 m2 olan qaraj və 10 m2 olan hamamı anası X3 mülkiyyət hüququ tanınmışdır. Həmçinin bu tikililərin fərdi yaşayış evinin texniki pasportuna əlavə edilməsi də həmin vaxt sərəncamla göstərilən tikililərin texniki pasportda qeydiyyata alınması Bakı Tikinti İdarəsinə tapşırılmışdır.Təbii ki, həmin hamam, mətbəx, qaraj onların mülkiyyətində tanındığı üçün bu hamamdan Qədirli küçəsinə qədər olan yol da onların istifadəsinə verilmişdir. Ona görə də, yəni həmin hissədə onların istifadəsinə qaytarılmalıdır. Bundan başqa, onların evlərindən yaşayış otağından ümumi həyətə olan girişin sağ tərəfində şkaflar da vardır ki, onlar da bizə məxsusdur. Lakin onları da cavabdeh xeyli vaxrdır ki, zəbt etmiş və onların istifadəsinə imkan yaratmamışdır. Ona görə də, həmin şkaflar da cavabdehin istifadəsindən alınaraq onların istifadəsinə qaytarılmalıdır. Yalnız cavabdehin ailə üzvlərinin xahişi ilə həmin sahə müvəqqəti olaraq onların istifadəsinə verilmişdir.Lakin sonradan artıq cavabdeh həmin bu sahəni mənimsəməyə cəhd etmiş və öz adına keçirmək istəmişdir. Təbii ki, bu qanunvericilik baxımından yolverilməzdir. Ona görə də o, həm öz mülkiyyət hüququnun bərpa edilməsi üçün, həm də ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə o torpaq sahəsinin də öz istifadəsinə qaytarmaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, atasının vəfatından sonra sanitar qovşağın ona qaldığını, sanitar qovşağın onun mülkiyyətində olduğunu, istifadə etdiyini və başqa sanitar qovşağının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2- 951/1998 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək, Yasamal rayon icra hakimiyyətinin Bakı şəhəri, Qədirli küçəsi 3 saylı evin A və V hissəsinin mülkiyytləşdirilməsindən imtinası qanunsuz hesab edilməsi, Yasamal rayon icra hakimiyyəti başçısının Bakı şəhəri, Qədirli küçəsi 3 saylı evin A və V hissəsinin X9 adına və X9 şəxsi mülkiyyətinə verilməsinə dair sərəncam verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti nəzdində qanunsuz tikililərin hüquqi qeydə alınması komissiyasının xx.xx.1998-ci il tarixli texniki rəyinə əsasən Rayon İcra Hakimiyyəti nəzdində qanunsuz tikililərin hüquqi qeydə alınması komissiyası tərəfindən Yasamal rayon məhkəməsinin 21 may 1998-ci il tarixli 2-951 saylı iş üzrə qətnaməsinə əsaslanaraq, Qədirli küçəsi 3 saylı evin A və V hissəsi vətəndaş X9 adına mülkiyyətləşdirilməsi təklif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 129/8 nömrəli Sərəncamına əsasən 1. Qədirli küçəsi 3 nömrəli evin “B” tikilisinin mətbəxt – 5, 78 kv.m., qaraj – 32,0 kv.m. və hamam 10 kv.m. ibarət olan əlavə tikililəri qanunlaşdırılsın. 2. Qədirli küçəsi 3 nömrəli evin yaşayış sahəsi köməkçi sahəsi 29,5 kv.m. əlavə hamam – 10 kv.m., qaraj – 32.0 kv.m. və mətbəxt 5,78 kv.m. / bu tikililər “B” tikiliyə aiddir/, ibarət olan vətəndaş X2 adına mülkiyyətləşdirilsin. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən X7 TİB-dən kt. 243 nömrəli, səhifə 16549, qeyd 30/16549, xx.xx.1992ci il tarixli qeydiyyat vəsiqəsinə və 10.02.06.30/327 saylı formaya əsasən ona məxsus olan Bakı şəhəri, Qədirli küçəsi, ev 3-də “B” hissəsində köməkçi sah. 24.7 kv.m. və yaş. sah. 43.2 kv.m olan iki otaqlı evini qızı İddiaçı bağışlamışdır. İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2- 951/1998 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri, Qədirli küçəsi 3 saylı evin A və V hissəsinin X10 adına mülkiyyətləşdirilməsinə və X9 şəxsi mülkiyyətinə verilməsinə dair sərəncam verilməsi vəzifəsi qoyulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 935 nömrəli Sərəncamına əsasən Qədirli küçəsi, 3 saylı evin, A və V hissələrinin ümumi həyətdə yerləşən 148,1 kv.metr yaşayış sahəsi və 56, 3 kv. metr köməkçi sahə vətəndaş X9 adına mülkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0.06794 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 14 otaqlı, 212 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 107.4 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X17-qalan hissə, X6-qalan hissə, X4- qalan hissə, X11-б otaq-84.6 kv.m., İddiaçı-2 otaq-43.2 kv.m., X12-1 ötaq-21.2 kv.m. adlarına- daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli.reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən «16» avqust 2007-ci il tarixdə vəfat etmiş X15 vərəsələri Bakı şəhəri, Qədirli küç., ev 3-də yaşayan oğlu — Cavabdeh, qızı X16 və onlar miras əmlaka bərəbər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların X24 Daşınmaz Əmlakən Dövlət reyestririndən xx.xx.2008-cı il tarixdə verilmiş reyestr nömrəsi **********46-10301 qeydiyyat nömrəsi ********* daşınmaz əmlakın dövlət reystrində 1 №-li reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasında mərhuma məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli küç., faktiki 0.06794 ha torpaq sahəsi «A» tikilisi 9 otaq ü/s. 184.9kv.m. y/sah.128.6 kv.m k/sah 56.3 kv.m olan 3 nömrəli fərdi yaşayış evindən ibarətdir .Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsində qeydiyyatdan keçməlidir. İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli, A-0197 nömrəli hökmünə əsasən X32 Azərbaycan Respublikası CM-nin 29,120.2.3. maddəsilə təqsirli bilinib 11 il 3 ay (on bir il üç ay ) müddətinə, CM-nin 315.2. maddəsilə təqsirli bilinib 3 il (üç il) müddətinə, CM-nin 234.1. maddəsilə təqsirli bilinib 2 il (iki il) müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3. maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona axırıncı olaraq 13 il (on üç) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli,2-2986/07 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin cavabdehlər X8, X13ma, X20, X21, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, Qədirli küçəsi, 3 saylı fərdi-yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestri aparılmış qeydiyyatlara düzəliş edilməsi barədə” iddia ərizəsi təmin edilərək, müvafiq düzəlişlərin edilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(004)- 430/2008 nömrəli qətnaməsinə əsasən Səriyyə İsa qızı X14 Yaqubova qarşı mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğun olaraq sərhədlərin müəyyən edilməsi və daşınmaz əmlaka və sahəyə yeni texniki pasportun tərtib edılməsinə dair tələbinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0.04723 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 14 otaqlı, 212.0 107.4 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh A tikilisindən (9 otaq ü/s 184.9 kv.m, y/s 128.6 kv.m, k/s 56.3) ½ hissə, X18 A tikilisindən (9 otaq ü/s 184.9 kv.m, y/s 128.6 kv.m, k/s 56.3) ½ hissə, X17 V tikilisi 2 otaq ü/s 19.5 kv.m-dən bir hissə, X6 V tikilisi 2 otaq ü/s 19.5 kv.m-dən bir hissə, X22 V tikilisi 2 otaq ü/s 19.5 kv.m-dən bir hissə, X4 V tikilisi 2 otaq ü/s 19.5 kv.m-dən bir hissə, İddiaçı-2 otaq-43.2 kv.m., X12 B tikilisi 1 otaq-21.2 kv.m. adlarına- daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli.reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəmməsinin Mülki işlər üzrə kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(103)-2495/2008 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Yasamal Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(102)-3057/08 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın həmin iş üzrə 27 iyun 2008-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmməsinin Mülki İşlər Üzrə Məhkəmə kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-1033/10 nömrəli qərarına əsasən ərizəçinin hüquqi varisi Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nm 01 dekabr 2009-cu il tarixli 2(103)-4961/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-1801/11 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X25 və onun hüquqi varisləri Cavabdeh və X18 adlarına Bakı şəhəri, Qədirli küçəsi, 3 saylı evin “A” və “V” hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyatlar ləğv edilərək, qeyd edilən əsassız qeydiyyatların ləğvi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Cavabdeh və X30ma Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən Bakı şəhəri, Qədirli küçəsi. 3 saylı evin “A” və “V” hissəsinə dair verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən ünvan 1 “A” tikilisi, 9 otaqdan ½ hissə xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2008-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış, daha sonra 2(004)-1801/11 saylı, xx.xx.2011-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən qeydiyyat ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reeystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********50 nömrəli müraciətə cavab məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 3 saylı fərdi yaşayış evi X17 (V tikilisindən (2 otaq ü/s 19.5 kv.m) bir hissə), X6 (V tikilisindən (2 otaq ü/s 19.5 kv.m) bir hissə), X4 (V tikilisindən (2 otaq ü/s 19.5 kv.m) bir hissə), X22 (V tikilisindən (2 otaq ü/s 19.5 kv.m) bir hissə), X12 (B tikilisi 1 otaq-21.2 kv.m), İddiaçı (2 otaq- 43.2 kv.m) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1810/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan "B” tikilisi - ümumi sahəsi 115.5 kv.m olan 3 otaq və yaşayış sahəsi 64.4 kv.m-dən 43.2 kv.m olan 2 otaqdan ibarət hissənin (faktiki vəziyyətdə saxlanılmaqla) naturada ayrılması müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 319.9 kv.metr olan fərdi yaşayış evi “B” tikilisi 3 otaq ü/s-115 kv.m, y/s-64 kv.m-dən 2 otaq-43.2 kv.metr hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə; “B” tikilisi 3 otaq ü/s-115 kv.m, y/s-64 kv.m-dən 1 otaq-21.2 kv.metr hissədə X12 adına; “V” tikilisi 2 otaq ü/s-19.5 kv.m-dən bir hissədə X6 adına; “V” tikilisi 2 otaq ü/s-19.5 kv.m-dən bir hissədə X17 adına; “V” tikilisi 2 otaq ü/s-19.5 kv.m-dən bir hissədə X1 adına; “V” tikilisi 2 otaq ü/s-19.5 kv.m-dən bir hissədə X22 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk öncə qeyd edir ki, mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Azərbaycan Respublikasında mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 319,9 kv.m olan (“A”-184.9 kv .m,”B”-115.5 kv.m,”V”-19.5 kv.m) fərdi yaşayış evindəki “B” tikilisindən ümumi sahəsi 115.5 kv.m olan 3 otaqdan ümumi sahəsi 43,2 kv.m 2 otaq İddiaçı adına xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 saylı fərdi yaşayış evindəki müxtəlif tikililərin mülkiyyət payları və hüquqi vəziyyətləri müəyyən edilmişdir. Hazırda İddiaçı ünvan 1-dəki “B” tikilisinə bitişik hamam və sanitar qovşağından Cavabdeh istifadəsinə qadağa qoyulmasını, əsas yoldan sanitar qovşağa qədər olan torpaq sahəsi və “B” tikilisinin yuxarı baş hissəsindəki sahənin, həmçinin tikilidən sağ tərəfdə yerləşən şkaflar və hamamdan sağdakı sahənin iddiaçıya qaytarılmasını, eləcə də ümumi həyətə çıxışın bərpası tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 129/8 nömrəli Sərəncamına əsasən Qədirli küçəsi 3 nömrəli evin “B” tikilisinin mətbəxt –5,78 kv.m.,qaraj–32,0 kv.m. və hamam 10 kv.m. ibarət olan əlavə tikililəri qanunlaşdırılması və X2 adına mülkiyyətləşdirilməsinə dair mövcud daşınmaz əmlakın texniki pasportunda həmin sahələr göstərilməmiş, mülkiyyət sənədlərində qeyd edilməmişdir.X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən X5 məxsus olan Bakı şəhəri, Qədirli küçəsi, ev 3-ün “B” hissəsində köməkçi sahəsi 24.7 kv.m. və yaşayış sahəsi. 43.2 kv.m olan iki otaqlı evini qızı İddiaçı bağışlamışdır. İş materiallarına əsasən iddiaçının qeyd etdiyi hamam və sanitar qovşağı,ümumi həyətə giriş sahəsinin “B” hissəsində köməkçi sahəsi 24.7 kv.m. və yaşayış sahəsi. 43.2 kv.m olan iki otaqlı İddiaçı məxsus yaşayış evinə aid olmadığı müəyyən olunur.Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(004)-430/2008 nömrəli qətnaməsinə əsasən Səriyyə İsa qızı X14 Yaqubova qarşı mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğun olaraq sərhədlərin müəyyən edilməsi və daşınmaz əmlaka və sahəyə yeni texniki pasportun tərtib edilməsinə dair tələbi rədd edilmişdir. Mövcud daşınmaz əmlakın texniki pasportunda əks olunan mübahisələndirilən hamam (sahəsi-8.8 kv m) və tualet (sahəsi 2.2 kv m) mövcud olsa da həmin tikililinin iddiaçıya məxsus olması öz təsdiqini tapmır.Qeyd edilən tikili Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 129/8 nömrəli Sərəncamına əsasən ayrılmış sahənin ölçülərinə uyğun deyildir. Qeyd edilən tikililərin arasında olan torpaq sahəsi isə dövlət torpağı olmaqla paylı mülkiyyətçilərin ümumi istifadəsindədir. Məhkəmə xx.xx.2025-ci il tarixində yerində müayinə keçirmiş, yerində müayinə zamanı ünvan 1 ünvanında yerləşən hamam və sanitar qovşağa baxış keçirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, həmin hamam və sanitar qovşaq “B” tikilişinə bitişik olduğu qeyd edilsə də daşınmaz əmlakın texniki pasportunda göstərilməklə faktiki “A” tikilisinə bitişik sahədə yerləşir. Cavabdeh istifadəsində olan həyətə giriş qapısından daxil olduqda hamam və sanitar qovşaq həmin ərazidə yerləşir. İddiaçı mülkiyyətində olan “B” tikilisinin giriş qapısı ayrıdır və mübahisələndirilən hamam və sanitar qovşağa birbaşa çıxışı yoxdur. İddiaçıya məxsus mənzildə 4.8 kv.m sanitar qovşağı mövcuddur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təqdim olunan sübutlar Cavabdeh istifadə etdiyi hamam və sanitar qovşağa, əsas yoldan sanitar qovşağa qədər olan torpaq sahəsinə, “B” tikilisinin yuxarı hissəsinə, tikilidən sağ tərəfdə yerləşən şkaflara və ümumi həyətə çıxışa dair hüquqi və faktiki əsas yaratmır. Həmçinin, iddiaçı ümumi həyətə çıxış qapısının onun evinin arxa tərəfindən açılmamasının onun hansı hüquqlarını pozduğunu, hansı şəkildə narahatçılığına və narazılığına səbəb olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə araşdırması zamanı da qapının həmin yerdə olmamasının iddiaçıın hüquqlarına və qanuni mənafelərinə toxunduğu müəyyən olunmamışdır. Həmçinin, qapının həmin yerdən açılmamasının iddiaçının mülkiyyətində olan sahədən istifadəsinə maneələrin yaratması halı da aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hamamdan və sanitar qovşağından istifadə etməsinə qadağa qoyulması, həmin sahələrin istifadəsinə qaytarılması və ümumi həyətə girişinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar