Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1629/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 480 manat məbləğində pul vəsaitinin birgə qaydada və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin xeyrinə birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.06.2016-cı il tarixdə, saat 09:10 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi ərazisində cavabdehlər Cavabdeh1 məxsus və Cavabdeh3 tərəfindən ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətində icbari sığorta növü ilə sığortalanmış “MERCEDES BENZ C180” markalı, 90KV506 dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan (etibarnamə olmadığı halda) Cavabdeh2 idarə edərkən düzgün ara məsafəsi saxlamamış və qarşısında dayanan X1 idarə etdiyi “HYUNDAİ ACCENT” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və zərbədən həmin avtomobil X3 idarə etdiyi “CHEVROET CRUZE” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə, X1 idarə etdiyi “HYUNDAİ ACCENT” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “CHEVROET CRUZE” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulmuşdur. Bakı şəhəri DYP-si tərəfindən tərtib edilən 30.06.2016-ci il tarixli KYP 441230 №-li inzibati xəta haqqında protokola və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 046-17164-1116 №-li 01.07.2016-cı il tarixli arayışa əsasən, Zöhrabov X4 Xətalar Məcəlləsinin 332.1 və 327.1 -ci maddələri ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktlarında göstərilmişdir ki, “CHEVROET CRUZE” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100, “HYUNDAİ ACCENT” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 380 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2659/16 və 2658/16 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta hesablamaları həyata keçirildikdən sonra Ləğv Prosesində olan ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 avtomobilinə dəymiş zərərə görə 100, X2 isə 380 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi vəsatət təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 20 manat (iyirmi) məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1629/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1629/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver