Məhkəmə qərarları › İş №2(004)-1640/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1640/2021

26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1640/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı tikiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı tikiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbin könüllü icrası yerinə yetirilmədiyi üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov (Talıblı) ünvanında Cavabdeh MMC-yə məxsus 5 binanın tikintisinə tələbin könüllü icrası yerinə yetirilənədək tikintilərə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar Cavabdeh MMC-yə qarşı tikiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə ümumi iddia icraatı qaydasında müraciət etməkdə haqlı olmamışlar. Belə ki, müvafiq icra sənədinin icrası ilə bağlı məhkəmə nəzarəti qaydasında cavabdehə məxsus əmlakın (daşınar və ya daşınmaz əmlakların) üzərinə həbsin qoyulması tələbkarın ərizəsi əsasında icra məmurunun əsaslandırılmış təqdimatı ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, hal-hazırda məhkəmənin icraatında məhkəmə nəzarəti qaydasında mübahisə predimeti olan tikililərə icranın təmin edilməsi məqsədilə qadağa qoyulması barədə Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı vardır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı tikiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6670/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış və eyni hallar iddiaçıların nəzərlərinə çatdırılmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı tikiliyə qadağa qoyulması tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar