Məhkəmə qərarları › İş №2(004)-165/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-165/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-165/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə İddiaçının vəkili Nümayəndə Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 iddiaçınin xeyrinə 7000 (yeddi min) manat məbləğində dəymiş zərər, 500 (beş yüz) manat məbləğində iddiaçıya dəymiş mənəvi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, ekspertiza rəyində suyun haradan axdığı konkret göstərilmir. 6000 manat zərərin olması ilə bağlı sübut yoxdur. Zərər barədə sübutların olmaması məhkəmədə şübhə yaratdığından məhkəmə texniki-tikinti ekspertizası təyin olunmuşdur. Həmin məbləğ də ekspert rəyində öz əksini tapdığı üçün tək sübut ekspert rəyidir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 9 saylı mənzildən 5 saylı mənzilə su axıdılmışdır. Suyun dəqiq haradan axıdılması ilə bağlı məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, məsuliyyət evin mülkiyyətçisinin üzərinə düşür, cavabdeh odur. Əsl cavabdehlə əvəz olunmasına razı deyil. İddiaçı faktiki olaraq ünvan 1 ünvanda yaşayır. xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Əbdülrəhim Haqverdiyev küçəsi 1 nömrəli evin 5 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Əbdülrəhim Haqverdiyev küçəsi 1 nömrəli evin 5 nömrəli mənzilinə baş çəkməyə getmiş və mənzilin islandığını və yaş olduğunu görmüşdür. O, mənzilinin üstündə yerləşən qonşusu - Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu Əbdülrəhim Haqverdiyev küçəsi 1 nömrəli evin 9 nömrəli mənzilinə gedərək, onun mənzilinə su axıdıldığını bildirmişdir. Cavabdeh su axıntısının olmadığını bildirərək, bunu inkar etmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində iddiaçının mənzilinin yerləşdiyi əraziyə xidmət edən Bakı şəhəri 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən ona zəng gəlmiş, onun mənzilindən aşağıda birinci mərtəbədə yerləşən ofisə su axdığını, bunun nəticəsində ofisin elektrik xətlərinin islanaraq, işıqlarının partladığını bildirmişlər və ondan təcili mənzilinə gəlməsini xahiş etmişlər. İddiaçının mənzili ikinci mərtəbədə, ofis isə onun mənzilinin altında birinci mərtəbədə yerləşir. İddiaçı həmin gün mənzilə gəldikdə yuxarıdan tökülən su ilə islandığını və mənzildəki otaqlara ciddi şəkildə zərər dəydiyinin şahidi olmuşdur. İddiaçı mənzilə Bakı şəhəri 40 saylı MKİS-in əməkdaşları ilə birgə daxil olmuş, onlar da zərərin şahidi olmuşlar. Daha sonra 40 saylı MKİS-in əməkdaşları ilə birlikdə iddiaçının mənzilinin üstündə yerləşən Cavabdeh mənzilinə baxış keçirmişlər və su axıntısının onun mənzilindən olduğunu görmüşlər. 40 saylı MKİS-nin mühəndisi bunu müəyyən etmişdir. İddiaçı cavabdehi öz mənzilinə dəvət edərək oradakı vəziyyətlə onu tanış etmişdir. İddiaçının mənzilinə Cavabdeh məxsus həmin binanın 9-cu mənzilindən su axıntısı olması və iddiaçıya məxsus 5 nömrəli mənzilə maddi ziyan dəyməsi Bakı şəhəri 40 saylı MKİS-in əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktla təsdiq edilir. İddiaçının mənzilinə su axıntısı nəticəsində mətbəx, yataq otağının, dəhliz və eyvanın tavanı, yataq otağının və qonaq otağının döşəməsi (parketlə örtülüdür), həmçinin qonaq otağının divar kağızlarına xeyli zərər dəymişdir. Bununa yanaşı iddiaçıya mənəvi zərər də vurulmuşdur. Mənəvi zərərin əvəzi olaraq 500 manat tələb edir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı cavabdehə ona dəymiş maddi ziyanın ödənilməsini və mənzili təmir etməsini təklif etmiş, lakin, cavabdeh bu təklifi rədd edərək, heç bir ödəniş etmək fikrində olmadığını bildirmişdir. Dəymiş zərər təxminən 7000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən 3-cü şəxs bildirmişdir ki, iddianı qəbul etmirlər. O yaşadığı mənzildən heç kimin mənzilinə su tökülməmişdir. Həmin su binanın şaxtasından axır. Ekspert də gəlib baxdığı zaman suyun onun yaşadığı mənzildən axmadığını bildirmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 5 ilə yaxındır həmin mənzildə yaşayır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddia əsassızdır. Cavabdeh o mənzilin sahibi olsa da oranı qanuni əsaslarla icarəyə vermişdir. Cavabdeh uzun müddətdir ki, o evdə yaşamır. İddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Həmin mənzildən su axıdılması olmamışdır. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 1, 9 saylı mənzil xx.xx.1996-ci il tarixində ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.1996-cı il tarixli, 3M-A-4-670 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixində X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Yasamal rayonu 40 saylı MKİS-nin inzibati ərazisində yerləşən Ə.Haqverdiyev küçəsi 1 saylı binanın 9-cu mənzili yaşayış sahəsi 40,63 kv m 3 otaqlı olmaqla Cavabdeh adınadır. Hal-hazırda mənzildə kirayəşin ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Bakı şəhər 40 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktından görünür ki, binaya baxış keçirilərkən aşkar edilmişdir ki, 9cu mənzildə yaşayan Cavabdeh məxsus mənzildən su axıntısı olmuş, su axıntısı nəticəsində 5 saylı mənzilin giriş və tavanı islanaraq sarı ləkələr əmələ gəlmiş, mənzildə olan divar kağızları və döşəmənin parketi islanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 9 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 5 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 1 saylı evin 5 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzildən axıdıldığı və nəticədə 5 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 1 saylı evin 5 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6644,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən müəyyən olunur ki, icarəyə verən Cavabdeh Baki şəhəri. ünvan 4 ünvanında yerləşən 63,23 kv.m ərazini ofis sahəsi kimi icarədar X4 istifadəsinə vermiş, icarədar müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 9 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 5 saylı mənzilin dəhliz, tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin 5 saylı mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xəttlərinin gizli şəkildə olduğundan 51 saylı mənzilə su sızmasının texniki səbəbini, 5 saylı mənzilə dəymiş zərərin mütəmadi və ya birdəfəlik su axıdılması səbəbindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri. Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 1 saylı evin 5 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 308,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 1, 9 saylı mənzildən su axıdılması nəticəsində cavabdeh X9 tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu bildirsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, qeyd edilən ünvan Cavabdeh mülkiyyətində olsa da, həmin mənzil icarə müqaviləsi əsasında başqa şəxsin X1 və istifadəsindədir. İş materiallarından olan Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən həmin mənzilin X2 və istifadəsinə verilməsi müəyyən edilir. İddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, mənzildən icarədar istifadə etsə də, məsuliyyəti evin mülkiyyətçisi daşıyır. Məhkəmə qeyd edir ki, iş üzrə 2 dəfə ekspertiza keçirilmiş və su axıdılması halının texniki səbəbələri dəqiq müəyyən edilməmişdir(birdəfələik su axıdılması və ya texniki qüsürlarla bağlı mütəmadı su axıdılması halı). Həmçinin 09 saylı mənzilə yerli baxış keçirilmiş və vizual olaraq iddiada qeyd edilən hallar müəyyən edilməmiş, həmçinin ilk ekpert rəyinə uyğun ziyanın müəyyən edilməsi üçün 05 saylı mənzilə yerli baxış keçirilməsi məhkəmə tərəfindən istənilmiş, lakin yerli baxış zamanı iddiaçının nümayəndəsi açarların onda olmadığını və mənzildə təmir işlərinin getdiyini bildimişdir. Məhkəmə qeyd edir ki, 09 saylı mənzil icarə müqavilə əsasınında X2 və istifadəsində olduğundan, iş materialları ilə cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya ziyan vurması müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. İddia mənzildən qanuni əsaslarla istifadə edən şəxsə qarşı qaldırılmalı və ziyanın vurulması faktı və həcmi sübut edilməldir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli və iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X5 iddiaçının xeyrinə 7000 manat məbləğində dəymiş zərər, 500 manat məbləğində iddiaçıya dəymiş mənəvi zərər və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar