Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1651/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1814.91 (bir min səkkiz yüz on dörd manat doxsan bir) manat məbləğində ödənilmiş icra ödənişinin “X5 Kredit Təşkilatı” MMC–yə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, ləğv edilmiş icra sənədi-Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən artıq tutulmuş 6777.44 (altı min yeddi yüz yetmiş yeddi.44) manat və 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən "xxxx" MMC-dən 25.927,36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi,36) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilmişdir. Əlavə olaraq, tərəflərindən iş üzrə apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar icra şöbəsinə məktubla müraciət edilməsinə baxmayaraq, 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) "xxxx" MMC-dən tutulmuşdur. İş üzrə tərəflərindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi ilə borclu "xxxx" MMC-dən 19149.92 (on doqquz min bir yüz qırx doqquz.92) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi göstərilmişdir. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı ödənilmiş 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) "xxxx" MMC-yə geri qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir: “Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2821/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ləğv edilərək borclu ‘‘KƏPƏZ BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətindən 19149,92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra tədbirləri zamanı inkasso sərəncamı əsasında tutulmuş artıq 6783 manat tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə bank hesabına ödənilmişdir. İnkasso sərəncamı vasitəsilə tutulmuş 1814 manat məbləğində vəsait isə könüllü müddət keçdikdən sonra məcburi icra tədbiri nəticəsində tutulmuşdur. Odur ki, həmin məbləğin geri qaytarılması qanuna müvafiq deyildir.” Qanunvericiliyin tələblərinə uyğun olaraq, dəfələrlə icra şöbəsinə müraciət edərək iş üzrə apellyasiya şikayətinin verilməsi tərəflərindən bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra sənədinin ləğv edilməsinə istinad etməsinə baxmayaraq, icra ödənişi- 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində vəsaiti geri qaytarmır. Cavab məktubunda ləğv edilmiş icra sənədi üzrə ödənilmiş icra ödənişinin geri qaytarılması qanuna müvafiq olmaması göstərilsədə, isitinad olunan normativ hüquqi akt göstərilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı “X5 Kredit Təşkilatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, elektron məhkəmə sistemində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin VÖENi olmadığından cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qoyulduğunu, buna görə də, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin də cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-3415 saylı icra qeydi ləğv edilərək, “Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25.927,36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat, otuz altı qəpik) manat X2 qaytarılması və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli “borclu barədə bütün tədbirlərin görülməsi haqqında” ərizəsinə əsasən 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X5 Kredit Təşkilatı" Məhdud 1əsuliyyətli Cəmiyyətindan 25927.36 manat pul vəsaiti alınaraq onun xeyrinə ödənilməlidir. Borclu "X5 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda borcu 25927.36 manat təşkil edir. "X5 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti borcu tam şəkildə ödəməyəcəyi təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci 'Maddələrini rəhbər tutaraq inzibati qaydada məsuliyyətə cəlb olunmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını, bundan sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddələrini rəhbər tutaraq borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərməyi xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra ödənişinin alınması barədə” qərarına əsasən borclu "xxxx" MMC-dən (VÖEN: **********) 1814,91 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 275-306578/22-5-22 nömrəli məktuba əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi və bu sənədlər əsasında tərtib edilmiş inkasso sərəncamı icra olunması üçün göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 306578/22-5-22-1 nömrəli inkasso sərəncamına əsasən "xxxx" MMC tərəfindən X1 AZ94AİİB410100E**********120 nömrəli hesabına 25927,36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat otuz altı qəpik) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 306578/22-5-22-2 nömrəli inkasso sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin AZ36CTRE******************** nömrəli hesabına (VÖEN **********) 1814.91 (bir min səkkiz yüz on dörd manat qoxsan bir qəpik) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin Nəsimi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1204 nömrəli ərizəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, 02.11,2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icraatdadır. Həmin icra sənədi üzrə “KƏPƏZ BOKT" MMC barəsində banklara inkasso sərəncamı göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə "xxxx" MMC-yə hər hansı bir qərar və ödənilməsi ilə bağlı bildiriş göndərilməmişdir (həmçinin telefon nömrələri ilə əlaqə saxlanılmamışdır). "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən tərəflərindən "Elektron məhkəmə ' informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verilmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 saylı icra sənədi üzrə onun hesabına artıq məbləğdə köçürülmüş vəsaiti "xxxx" MMC-nin bank hesabına geri qaytardığını və ödəniş tapşırığının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli ödəniş tapşırığına əsasən X3 25927,36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat otuz altı qəpik) manat məbləğində ödənişi "xxxx" MMC-nin hesabına köçürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olan məktuba əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022-020 saylı icra sənədi əsasında xx.xx.2023-cü il tarixli 306587/22-5-22-1, 306587/22-5-22-2 saylı inkosso sərəncamları icraya qəbul edilmiş və tam icra edildiyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Nəsimi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1225 nömrəli ərizəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci İİ tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icraatdadır. Həmin icra sənədi üzrə "xxxx" MMC barəsində banklara inkasso sərəncamı göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən tərəflərindən "Elektron məhkəmə" informasiya sistem, vasitəsilə xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Bununla əlaqədar Nəsimi Rayon İcra Şöbəsinə məktubla (müvafiq sənədlər əlavə edilməklə) müraciət olunmuşdur. Lakin, icra şöbəsi tərəfindən həmin icra sənədi üzrə icra tədbirləri dayandırılmamışdır, nəticə olaraq, “Kəpəz BOKT" MMC apellyasiya şikayəti verilməsini nəzərə alınmadan, həmin vəsait şirkətdən tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci İİ tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə "xxxx" MMC-yə hər hansı bir qərar və ödənilməsi ilə bağlı bildiriş icra məmuru tərəfindən göndərilməmişdir (həmçinin telefon nömrələri İiə əlaqə saxlanılmamışdır). Əlavə olaraq, icra şöbəsinin inkasso sərəncamına əsasən "xxxx" MMC-nin hesabından 7 faiz icra ödənişi (1814.91 (bir min səkkiz yüz on dörd.91) AZN) tutulmuşdur. "xxxx" MMCnin icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş apellyasiya nəzərə alınmadan, həmçinin borcluya ("xxxx" MMC) hər hansı bir qərar və ödənilməsi ilə bağlı bildiriş icra məmuru tərəfindən göndərilməməsinə (telefon nömrələri ilə əlaqə saxlanılmamışdır) baxmayaraq, icra məmuru tərəfindən icra tədbirləri görülmüşdür. Bakı şəhəri Nərlmanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi uzrə icraatın dayandırılmasını və ümumilikdə 27 742.27 (iyirmi yeddi min yeddi yüz qırx iki.27) (25927.36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi.36) və 7 faiz icra ödənişi (1814.91 (bir min səkkiz yüz on dörd.91) AZN) manat vəsaitin "xxxx" MMC-nin hesabına qaytarılmasını xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1015-306578/22-5-22 nömrəli məktuba əsasən icraatda olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25927.36 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə "xxxx" MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvana göndərilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron portalından alınmış məlumata əsasən sözügedən qərar xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixində borclu şəxsin hesablarına inkasso sərəncamı tətbiq edilmişdir. İnkasso sərəncamı iki icraçı bank tərəfindən icra edilmiş və bu barədə məlumat icra edildiyi tarixdən sonrakı müddət ərzində Nəsimi icra Şöbəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində tələbkar onun hesabına artıq ödənmiş 25927,36 manat məbləğində vəsaiti “KƏPƏZ BOKT" MMC-nin hesabına geri qaytarmışdır və bu barədə Şöbəyə ərizə ilə müraciət etmişdir. Artıq ödənmiş icra ödənişi (7%) məbləğinin də “Kəpəz BOKT" MMC-nin hesabına köçürülməsi barədə tərəflərindən ödəniş tapşırığı verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2821/2023 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25 927,36 manat X2 qaytarılsın” hissəsində dəyişdirilməsi, "Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş vəsait qismində 19 149,92 (on doqquz min yüz qırx doqquz manat 92 qəpik) manat Süleymanov İlqar - dayət oğlunun xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Nəsimi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəzrin İbişovaya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3033 nömrəli məktubuna əsasən xx.xx.2024-cü ıl tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu “Kəpəz BOKT" MMC-dən 19149.92 (on doqquz min bır yüz qırx doqquz.92) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraatda olan iş üzrə "Kəpəz BOKT” MMC-dən 25 927 36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat.36) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilmişdir. Əlavə olaraq, "Kəpəz BOKT” MMC tərəfindən icraatda olan iş üzrə apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar məktubla müraciət edilməsinə baxmayaraq, 1814.91 (bir min səkkiz yuz on dörd.91) manat məbləğində pul vəsaiti (7% həcmində icra ödənişi) "xxxx" MMC-dən tutulmuşdur. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, "xxxx" MMC-dən artıq tutulmuş 6777.44 (altı min yeddi yüz yetmiş yeddi.44) manat və 7 % həcmində icra ödənişi - 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1104-306578/22-5-22 nömrəli məktuba əsasən icraatda olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "KƏPƏZ BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətindən 25927,36 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə “Kəpəz BOKT" MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvana göndərilmişdir "Poçt göndərişlərinin izlənməsi" barədə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron portalından alınmış məlumata əsasən sözügedən qərar xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixində borclu şəxsin hesablarına inkasso sərəncamı tətbiq edilmişdir. İnkasso sərəncamı iki icraçı bank tərəfindən icra edilmiş və bu barədə məlumat icra edildiyi tarixdən sonrakı müddət ərzində Nəsimi icra Şöbəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində tələbkar onun hesabına artıq ödənmiş 25927,38 manat məbləğində vəsaiti "xxxx" MMC-nin hesabına geri qaytarmışdır və bu barədə şöbəyə ərizə ilə müraciət etmişdir. Artıq ödənmiş icra ödənişi (7%) məbləğinin də "Kəpəz BOKT” MMC-nin hesabına köçürülməsi barədə tərəflərindən ödəniş tapşırığı verilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022- 020 nömrəli, xx.xx.2022-cı il tarixli icra sənədi ləğv edilərək borclu "Kəpəz BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətindən 19149,92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra tədbirləri zamanı inkasso sərəncamı əsasında tutulmuş artıq 6783 manat tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə bank hesabına ödənilmişdir. İnkasso sərəncamı vasitəsilə tutulmuş 1814 manat məbləğində vəsait isə könüllü müddət keçdikdən sonra məcburi icra tədbiri nəticəsində tutulmuşdur. Odur ki, həmin məbləğin geri qaytarılması qanuna müvafiq olmadığı qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3304 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi Rayon icra Şöbəsinə xx.xx.2024-cü ıl tarixli məktubla müraciət edərək, ləğv edilmiş icra sənədi-Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022 saylı 02 11.2022ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-den artıq tutulmuş 6777.44 (altı min yeddi yüz yetmiş yeddi 44) manat və 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən “Kəpəz BOKT" MMC-dən 25.927.36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat.36) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilmişdir. Əlavə olaraq, tərəflərindən iş üzrə apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar icra şöbəsinə məktubla müraciət edilməsinə baxmayaraq, 1814 91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) “Kəpəz BOKT" MMC-dən tutulmuşdur. İş üzrə tərəflərindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı xx.xx.2023-cü ıl tarixli icra sənədi ilə borclu "Kəpəz BOKT” MMC-dən 19149 92 (on doqquz min bır yuz qırx doqquz.92) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı 12 10.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı xx.xx.2022-ci ıl tarixli icra sənədi ilə bağlı ödənilmiş 1814.91 (bır min səkkiz yuz on dörd.91) manat məbləğində pul vəsaiti (7% icra ödənişi) “Kəpəz BOKT" MMC-yə geri qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir: "Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ləğv edilərək borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19149,92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra tədbirləri zamanı inkasso sərəncamı əsasında tutulmuş artıq 6783 manat tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə Sizin bank hesabınıza ödənilmişdir. İnkasso sərəncamı vasitəsilə tutulmuş 1814 manat məbləğində vəsait isə könüllü müddət keçdikdən sonra məcburi icra tədbiri nəticəsində tutulmuşdur.Odur kı həmin məbləğin geri qaytarılması qanuna müvafiq deyildir." Qanunvericiliyin tələblərinə uyğun olaraq, dəfələrlə icra şöbəsinə müraciət edərək iş üzrə apellyasiya şikayətinin verilməsi tərəflərindən bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra sənədinin ləğv edilməsinə istinad etməsinə baxmayaraq, icra ödənişi-1814 manat məbləğində vəsaiti geri qaytarılmır. Cavab məktubunda ləğv edilmiş icra sənədi üzrə ödənilmiş icra ödənişinin geri qaytarılması qanuna müvafiq olmaması göstərilsə də, istinad olunan normativ hüquqi akt göstərilməmişdir. Ləğv edilmiş-Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı Nəsimi Rayon İcra Şöbəsinə ödənilmiş 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində icra ödənişini “Kəpəz BOKT MMC-yə geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-4/2-HŞ-6524/3-6/2 nömrəli məktubuna əsasən müraciətdə göstərilən icra sənədi üzrə Nəsimi rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb könüllü icra müddətində təmin edilmədiyindən cəmiyyətin bank hesablarına inkasso sərəncamı əsasında tələb təmin edilmişdir. Yerli quruma ünvanlanan xx.xx.2023cü il tarixli məktubda apellyasiya şikayəti verildiyi göstərilmiş, şikayətin məhkəmənin icraatına qəbul edilməsi barədə hər hansı sənəd əlavə edilmədiyindən iş üzrə icraat dayandırılmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən verilmiş apellyasiya şikayəti məhkəmənin icraatına qəbul edildikdə iş üzrə icraat icra məmurunun qərarı ilə dayandırılır. Əlavə olaraq qeyd olunmuşdur ki, icra məmurunun qanunsuz hesab etdiyiniz qərarından aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 78.2-ci maddəsinə əsasən icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. 78.3-cü maddəsinə əsasən ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. 78.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-3415 saylı icra qeydi ləğv edilərək, “Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25927,36 manatın X2 qaytarılması qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixli 306587/22-5-22- 1, 306587/22-5-22-2 nömrəli inkasso sərəncamlarına əsasən "xxxx" MMC tərəfindən X1 hesabına 25927,36 manat və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin hesabına 1814.91 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə həmin qətnamədən “Kəpəz" BOKT MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Nəsimi rayon icra şöbəsinə ərizə ilə müraciət edilərək apellyasiya şikayətini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə X3 tərəfindən onun hesabına artıq ödənilmiş 25927,38 manat məbləğində vəsait "xxxx" MMC-nin hesabına geri qaytarılmış, lakin artıq ödənilmiş 1814.91 manat məbləğində icra ödənişi (7%) geri qaytarılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2821/2023 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, "Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş vəsait qismində 19149,92 manat X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda “X5 Kredit Təşkilatı” MMC cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı 1814.91 manat məbləğində ödənilmiş icra ödənişinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2821/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli qətnaməsi dəyişdirilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli icra sənədi üzrə inkasso sərəncamına əsasən X1 hesabına köçürülmüş 25927,36 manat məbləğində pul geri qaytarılmış, lakin "xxxx" MMC tərəfindən Nəsimi rayon icra şöbəsinə artıq ödənilmiş 1814.91 manat məbləğində icra ödənişinin geri qaytarılması ilə bağlı dəfələrlə müraciət olunsa da, ödənilmiş vəsait geri qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, 306587/22-5-22-2 nömrəli inkasso sərəncamına əsasən Nəsimi rayon icra şöbəsinin AZ36CTRE******************** nömrəli hesabına (VÖEN **********) ödənilmiş 1814.91 manat məbləğində icra ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, 306587/22-5-22-2 nömrəli inkasso sərəncamına əsasən Nəsimi rayon icra şöbəsinin AZ36CTRE******************** nömrəli hesabına (VÖEN **********) ödənilmiş 1814.91 (bir min səkkiz yüz on dörd manat doxsan bir qəpik) manat məbləğində icra ödənişi iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-1651/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1651/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver