Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1661/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X18 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara vurduğu maddi ziyana görə 19000 (on doqquz min) manat, mənəvi ziyana görə 1000 (min) manat məbləğin cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsi onunla əsaslandırılmışlar ki, onlar Siyəzən rayonu, Zarat kəndində yerləşən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evləri var. Onlar 2023-cü ilin iyul ayında sözügedən evin dam örtüyünü su buraxdığı üçün dəyişmək qərarına gəlmişlər. Bu məqsədlə əvvəllər tanımadığı Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, Ziya Bünyadov küçəsində yerləşən Cavabdeh1 MMC-yə müraciət etmişlər, özünü onlara şirkətin direktoru olaraq təqdim edən Cavabdeh2 evinin dam örtüyünü 5600 manat pulun müqabilində dəyişə biləcəyini qeyd etmişdir. Cavabdeh2 dəfələrlə onlara zəng edib dam örtüklərini kəsib qoyduğunu, gəlib aparmağını deyərək onları tələsdirmişlər. Onunla danışıb razılaşdıqdan müqavilə bağlayıb həmin tarixdə ona 1000 manat məbləğində pulu beh olaraq ona vermişlər. Cavabdeh2 ofisində onları həm də videoya çəkib hər şeyin rəsmi olduğu təsəvvürünü yaratmışdır. Cavabdeh2 müqavilə adı altında şirkətin blankında və möhürü ilə təsdiq edərək xx.xx.2023-cü il tarixli zəmanət vərəqəsi vermişdir. Həmin vərəqədə "Yüksək İnşaat” MMC tərəfindən satışa buraxılan 58 nömrəli qaiməyə uyğun mal və materiallara 15 (on beş) il zəmanət verildiyi göstərilmişdir. Onlar ona inanaraq Siyəzən rayonu Zarat kəndinə qayıtmışlar, lakin bir həftə keçməsinə baxmayaraq Cavabdeh2 işlə maraqlanmamışdır. Onlar onun 055 *** ** ** mobil nömrəsinə dəfələrlə zəng edib işi nə vaxt başlayacağını soruşanda o müxtəlif bəhanələr gətirərək işdən yayınmışdır. Bir həftə sonra Cavabdeh2 evə 3 nəfər şəxs göndərmiş, onlardan birini bacısının oğlu, digər iki şəxsi isə işçi kimi onlara təqdim etmişdir. Üç gün ərzində həmin üç nəfər evin həyətində qalaraq heç bir iş görməmişlər. Özləri ilə gətirdikləri yeməyi yeyib-içib dənizə getmişlər. 3 gün ərzində heç bir iş görməmişlər. Bundan 2-3 gün sonra Cavabdeh2 zəng edərək işlərə nə vaxt başlanacağını soruşmuşlar. Bu danışıqdan sonra həmin 3 nəfər evin köhnə damını sökməyə başlamışlar. Söküntü zamanı ustalar çox səliqəsiz işləmişlər. Evin köhnə daşdan olan dam örtüklərini, antenanı, telefon, işıq xətlərini, eləcə də boruların hamısını qırıb qalanını da zədələmişdirlər. Bundan sonra artıq Elnur bütün materialları göndərmişdir. Materialları gətirən sürücüyə Elnurun tapşırığı ilə ona çatdırması üçün 2000 manat pul vermişlər, müəyyən miqdarda pulu kart vasitəsi ilə Cavabdeh2 4098-5844-6596-3781 Leobank hesabına köçürmüşlər. Sonradan özləri xırda çatışmayan digər ləvəzimatları almağa məcbur olmuşlar. 3 gün ərzində onlar daha iki dəfə Cavabdeh2 kart vasitəsilə pul köçürmüşlər. Ustalar dam örüyünü dəyişib qurtardıqdan sonra onlara 1400 manat pul vermişlər. Beləliklə, Cavabdeh1 MMC-nin sahibinə razılaşmalarına uyğun olaraq 5600 manat pul vermişlər. Ustalar getməmişdən əvvəl ustaları karnizləri və navalçaları vurmağı da deyəndə onlar karnizlərin qurtardığını, navalçaların isə vurulmasının şirkət sahibi tərəfindən onlara tapşırılmadığını bildirmişlər. Onlar bu haqda Cavabdeh2 məlumat verdikdə, o çatışmayan bütün ləvəzimatları göndərəcəyini bildirmiş, lakin göndərməmişdir. Ona etdiyi ödənişləri bankdan aldıqları 10000 manat məbləğində olan kredit hesabına ödəmişlər. Hal-hazırda "xxxx" ASC-yə kredit ödənişləri edirlər. 2023-cü ilin dekabr ayının sonlarında Siyəzən rayonunda olan güclü külək nəticəsində evin 4 aydır ki, cavabdehlər tərəfindən təmir olunan damı uçaraq dağılmışdır. Bu barədə Elnura zəng vurub məlumat verdikdə bunun ona aid olmadığını, "Gedin hara istəyirsiz şikayət edin” cavabını vermişdir. Müxtəlif aidiyyəti qurumlara onun qanunsuz hərəkətlərindən şikayət etmişlər. İlk dəfə o, ondan Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 17-ci Polis bölməsinə şikayət etmişlər. Bundan sonra, Cavabdeh2 onlara Siyəzən rayonu Zarat kəndində yerləşən evinin uçmuş dam örtüyünü düzəldəcəyinə söz vermişdir. Lakin o, öz vədinə əməl etməmiş, evin dam örtüyünü təmir etməmişdir. Dam örtüyünün keyfiyyətsiz materilalarla və tələsik təmiri onun küləyə qarşı davamsız etmişdir. Bu dəfə yenə məcbur qalaraq Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 17-ci Polis bölməsinə müraciət etmişlər. Həmin idarə tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli məktubda Nərimanov rayonu Dərnəgül bazarı Baksol yolunda dam örtüklərinin satışı ilə məşğul olan Cavabdeh2 və ustaları arasında yaranmış narazılığın Siyəzən rayonu ərazisinə aid olduğu qeyd olunmuşdur. Daha sonra müraciətiləri əsasında Siyəzən rayon polis şöbəsinin təhqiqat şöbəsində təhqiqatçı X11 tərəfindən araşdırılma aparılmış, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin idarədə izahatı alınan Cavabdeh2 öz izahatında “Yüksək İnşaat" MMC-nin sahibi olduğu, onlarla 5600 manat məbləğə Siyəzən rayonu Zarat kəndində yerləşən evin dam örtüyünü dəyişdirəcəyinə razılaşdığını bildirmişdir. O dekabr ayında ona etdiyi zəngi etiraf etmiş, guya işçilərdən birinin Rusiyada müalicə aldığını, digər ikisinin Bərdə rayonunda olduğunu əsas gətirərək evin küləkdən uçmuş damını təmir etmədiyini etiraf etmişdir. Ümumiyyətlə onun izahatında yalanları olmuş, həqiqəti gizlətmişdir. Guya ustalara 1400 manat verməsi belə yalan olmuşdur. Əslində iş yekunlaşanda ona göndərdiyi qaimə fakturada usta pulu 2000 manat göstərilmişdir. Onun millərinin guya köhnə olduğunu və onların onu dəyişdirməyə imkanının olmaması ilə bağlı arqumenti tamamilə əsassız olmuşdur, onlar təmirinin əksinə keyfiyyətli olmasında maraqlı olmuşlar. Onun onlardan istədiyi məbləğləri də artıqlaması ilə ona ödəmişlər. Təhqiqatçı qərarında toplanmış material üzrə tərəflər arasında mübahisənin mülki xarekterli olması və toplanmış materialda dələduzluq cinayətinin əlamətlərinin sübuta yetirilmədiyini əsas gətirərək cinayət işi başlanmasını rədd etmişdir. Digər aidiyyəti dövlət orqanlarına da müraciətləri də nəticə verməmişdir. xx.xx.2023-cü il tarixdə birinci dəfə güclü külək nəticəsində dam örtüyü müəyyən qədər uçmuşdur. Cavabdeh2 1 ay ərizndə guya yanvarın 4-də gəlib ustaları damı təmir edəcəyini vəd edərək onları arxayın salması sonrakı günlərdə ziyanın miqyasını artırmış, ikinci uçqun nəticəsində ziyanın həcmi artmış, hətta tikinti materiallarının ətrafdakı insanlara üzərinə düşməsi təhlükəsi yaranmış, hətta həmin gün yoldaşı dam uçarkən evin qapısında çıxarkən ani vəziyyətdə xilas olmuşdur. Dam örtüyünün qalıqları həyətdəki ağaclara və qonuşaların hasarları üzərinə düşmüşdür. Köhnə tikililərə güclü külək nəticəsində ziyan dəyməmişdir. Cavabdehlər tərəfindən təmirin keyfiyyətsiz materillarla keyfiyyətsiz formada aparılmasına görə külək nəticəsində təkcə evin damı uçmuşdur. Həyətdəki heç bir köhnə tikiliyə ziyan dəyməmişdir. Bu da açıq-aşkar aradakı fərqi göstərmişdir. Siyəzən polis idarəsinin əməkdaşları tərəfindən uçmuş dam örtüyünün və sonrakı uçqunların şəkilləri çəkilmiş, materiallara əlavə edilmişdir. Cavabdeh2 heç bir addım atmadığını görərək məcbur qalaraq Dərnəgül bazarında yerləşən başqa dükana müraciət edərək yeni materiallar almağa məcbur olmuşdur. "xxxx" MMC-dən aldıqları qaimə və çeklərə əsasən dam örtüyünün yenidən təmiri üçün ümumilikdə (3870+1500+32 azn) 5402 manat materiallara xərclənmiş, 2000 manat isə ustaya xərc çəkməyə məcbur olmuşlar. Evin dam örtüyünün uçması nəticəsində meyvə ağaclarına, evdəki mebel dəstinə, tavana, televizora yağış suyunun içəri keçməsi nəticəsində ziyan dəymişdir. Halbuki, cavabdehlər vaxtında mənzili təmir etsəydilər bu arzuolunmaz nəticələrə gətirib çıxarmayacaqdır. Nəticədə onlara 6000 manat maddi ziyan da dəymişdir. Cavabdeh2 və onun sahibi olduğu şirkətin onları aldatması hər ikisinin səhhətində problemlərə yol açmışdır. Tez-tez təzyiqlə bağlı səhhətlərində şikayətlər baş vermiş, hətta evə təcilli tibbi yardım çağırmaq məcburiyyətində qalmışlar. Bununla da 1000 manat məbləğində mənəvi ziyanın kompensasiyası cavabdehlərdən onların xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən heç bir məhkəmə iclasına gəlməmiş və səlahyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Siyəzən rayonu, Zarat kəndi xüsusi mülkiyyət kimi X1 adına qeydiyyatdan keçmişdir. - Cavabdeh1 MMC-nin 27 iyul 2023-cü il tarixli zəmanət vərəqindən görür ki, Cavabdeh1 MMC qaiməyə uyğun olaraq mal və materiallara 15 il zəmanət verir. - Cavabdeh1 MMC-nin ******* saylı qaimə fakturasına əsasən iddiaçılar tərəfindən 2000 manat pul ödənilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qəbzinə əsasən iddiaçılar tərəfindən 3870 manat pul ödənilmişdir. - Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı Mətləb Qarayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 yanvar 2024-cü il tarixli qərarına əsasən toplanmış materialdan görsəndiyi kimi X2 müraciətindəki göstərdiyi xüsusatlarda tərəflər arasında yaranmış mübahisənin mülkü xarakterli olması, vət. Cavabdeh2 əməlində hər hansı cinayət tərkibinin olmasını istisna edir. Məhz bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlamasının rədd edilməsi və X4 qeyd olunan məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərara əsasən yoxlama zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, “Yüksək İnşaat" MMC-nin sahibidir. 2023-cü ilin iyul ayını sonlarına yaxın Elsurə və Samir adlı şəxslər gələrək Siyəzən rayonu Zarat kəndində yerləşən evlərinin dam örtüyünü dəyişmək istədiklərini söyləmişdirlər. O, həmin şəxslərə 5600 manat pul məbləğində razılaşaraq onlara məxsus olan Siyəzən rayonu Zarat kəndində yerləşən evin dam örtüyünü dəyişəcəyini bildirmişdir. Belə ki, 5600 manat puldan 4200 manat pulun dam örtüyünün alınmasına, 1400 manat pulun isə ustalara gördükləri işin müqabilində veriləcəyinə razılaşmışdırlar. Bu razılaşmadan sonra onlar 1000 manat pulu beh verərək çıxıb getmişdirlər. O, razılaşmaya əsasən 2-3 gün sonra 3 nəfər ustanı Siyəzən rayonu Zarat kəndinə X5 məxsus evin dam örtüyünü dəyişmək üçün göndərmişdir. O, xx.xx.2023cü il tarixdə həmin materialları götürərək Siyəzən rayonu Zarat kəndinə getmişdir. Orada həmin materialları Samir və Elsurəyə təhvil vermişdir və müqavilə bağlamışdırlar. O, həmin günü materialları aparanda ustalar evin köhnə dam örtüyünü sökmüşdürlər. O, evin dam örtüyündə olan millərin köhnə olduğunu ev sahiblərinə bildirmişdir. Ev sahibləri ona pullarının az olmasını, kreditləri olduğunu demişdirlər və həmin köhnə millərlə vurulmasını istəmişdirlər. İş bitdikdən sonra onlar ustaların 1400 manat zəhmət haqqlarını və borclu olduqları qalan pulu ödəmişdirlər. 2023-ci ilin dekabr ayında Elsurə ona zəng edərək külək nəticəsində dam örtüyünün uçduğunu, keyfiyyətsiz iş gördüyünü bildirmişdir. O da sonuncuya keyfiyyətli material verdiyini söyləmişdir. O, işi görən ustalardan birinin Rusiya Federasiyasında müalicə aldığını, digər 2 nəfərin isə Bərdə rayonu, Ləmbəran kəndində yaşadıqlarını bildirmişdir. - Bakı şəhəri Təcili və X8 Stansiyası” PHŞ 08 saylı Bölməsinin xx.xx.2024-cü il tarixli həkim xəbərdarlıq vərəqəsinə əsasən İddiaçı2 damar yolu açılmışdır. - Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) X9 ünvanladığı 28 dekabr 2023-cü il tarixli cavab məktubuna əsasən mülki mübahisəyə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlandığı müraciətə cavab olaraq bildirmişlər ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.5-ci maddəsinə əsasən, müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Əlavə olaraq bildirilmişdir ki, məsələləri ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edə bilərlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin Elsurə Şıxəliyevaya ünvanladığı 31 yanvar 2024-cü il tarixli cavab məktubuna əsasən araşdırmanın nəticəsi barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən ona cavab veriləcəyi bildirilmişdir. - Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli zəmanət vərəqəsinə əsasən Cavabdeh1 MMC tərəfindən satışa buraxılan və 58 saylı qaiməyə uyğun mal və materiallara 15 il zəmanət verilmişdir. - Azərbaycan Respublikası “X10” MMC-nin 151 saylı, 15 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçılar İddiaçı1 və X3 məxsus Siyəzən rayonu, Zarat kəndində yerləşən torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin dam örtüyünün uçmasına səbəb Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 №-li qərarı ilə təsdiq edilmiş «DAM ÖRTÜKLƏRİ. LAYİHƏLƏNDİRMƏ NORMALARİ»na uyğun dam örtüyünün quraşdırılmaması olmuşdur. Bu onunla izah olunur ki, cavabdeh tərəfindən damın quraşdırılması zamanı damın çardaq hissəsində konstruktiv (kirişlər və sütunlar) bərkidilmə işləri aparılmamış və həmin ərazinin dəniz kənarında yerləşməklə küləyin sürəti nəzərə alınmamışdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli zəmanət vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən idxal olunan və satışı həyata keçirilən RUUKKİ (Finlandiya), SVEDİKA (Ukrayna), MAXX METAL (Rusiya-Azərbaycan) markalı dam örtüklərinin və aksessuarlarının boya örtüyünün aşınmamasına (boyanın tökülməməsinə) zəmanət verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 Siyəzən rayonu, Zarat kəndində yerləşən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin dam örtüyünü təmiri üçün Cavabdeh1 MMC-nin direktoru kimi təqdim etmiş Cavabdeh2 ümumilikdə 5600 manat pul vermişdir. Lakin dam örtüyü qısa müddət sonra uçmuş və cavabdehə ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, İddiaçı2lə Cavabdeh1 MMC arasında podrat münasibətindən irəli gələn münasibətlər yaranmışdır. Digər Cavabdeh2 isə özünü şirkətin direktoru kimi təqdim edərək, iddiaçı X6 tərəfindən ödənilmiş 5600 manat məbləğində pulu mənimsəmiş və bununla da əsassız varlanmışdır. İş materialları ilə Cavabdeh2 Cavabdeh1 MMC-nin direktoru olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 5600 (beş min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı əmlakına 19000 (on doqquz min) manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, məhkəməyə həmin məbləğə dair mötəbər sübutlarını təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 5600 (beş min altı yüz) manat məbləği hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Hazırki iş üzrə iddiaçıya mənəvi zərərin dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, yaşadığı mənzilin dam örtüyünün uçması, uzun müddət həmin vəziyyətdə qalması, daha sonradan yenidən təmir etdirməyə məcbur olması şəxsin stress, əsəb keçirməsini danılmaz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən, delikt hüquq institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, hər 3 (üç) dispozitiv şərt qarşılıqlı iddia üzrə öz təsdiqini tapır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı vurulmuş mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, iş materialları ilə İddiaçı2 mənzilin mülkiyyətçisi olması, Cavabdeh1 MMC-nin məhz İddiaçı2 ilə podrat münasibətlərinin yaranması müyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 5600 (beş min altı yüz) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 6100 (altı min yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 5600 (beş min altı yüz) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 6100 (altı min yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə