Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1673/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Məmmədli qızına qarşı "mənzilin naturada ayrılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "mənzilin naturada ayrılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti, 69 saylı və cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evlərinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti 69 saylı fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 18.7 kv.m-dən ibarət yaşayış sahəsi və 25.4 kv.m-dən ibarət köməkçi sahəsi olan 1 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evinin isə 1/5 hissəsi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Həmin mənzillərə cavabdehlərlə giriş-çıxış qapıları ayrı-ayrı olsa da, paylı mülkiyyətdədir. Cavabdehlərlə mənzillərin paylı mülkiyyətdə olması müəyyən fəsadlar törədir. Belə ki, həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da mülkiyyət hüquqları pozulubdur. Buna görədə mübahisəli mənzili naturada ayrılması üçün üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti, 69 saylı fərdi yaşayış evi qalan hissədən 1/2 hissədə Cavabdeh1, qalan hissədən 1/2 hissədə Cavabdeh2, 1 otaq y/s-18.7 kv.m, k/s-25.4 kv.m İddiaçı və 1 otaq y/s 10.0 kv.m, k/s 5.0 kv.m Cavabdeh3 adlarına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evi 1/5 hissədən bir hissə Cavabdeh4, 1/5 hissədən bir hissə Cavabdeh5, 1/5 hissədən bir hissə Cavabdeh6, 1/5 hissədən bir hissə Cavabdeh7, 1/5 hissə X1, 2/5 hissə Cavabdeh9 və 1/5 hissə İddiaçı adlarına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/1865 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 69 və ünvan 1 ünvanlarda yerləşən fərdi yaşayış evlərinin planlı yerləşmələrini, faktiki olaraq tərəflərin arasında bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin biri birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylardan kanarn çıxmaqla real bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Lakin İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 69 və Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1, mənzil 4 ünvanında olan payına uyuğun olaraq yaşayış evlərinin naturada bölünməsi mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti, 69 saylı və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evləri tərəflərin paylı mülkiyyətlərindədir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 69 və ünvan 1 ünvanlarda yerləşən fərdi yaşayış evlərinin planlı yerləşmələrini, faktiki olaraq tərəflərin arasında bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin biri birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylardan kanarn çıxmaqla real bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti, 69 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus y/s-18.7 kv.m, k/s-25.4 kv.m olan 1 otağı və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5 hissəsi naturada ayrılaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti, 69 saylı fərdi yaşayış evinin İddiaçı məxsus y/s-18.7 kv.m, k/s-25.4 kv.m olan 1 otağı və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, dalan 1, 4 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/5 hissəsi naturada ayrılsın və iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlərdən tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1673/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1673/2022
24.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver