Məhkəmə qərarları › İş №2(004)-1707/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1707/2020

23.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1707/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “müəyyən hərəkətlərin edilməsinin Cavabdeh MMCdən tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müəyyən hərəkətlərin edilməsinin Cavabdeh MMCdən tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin hərəkətsizliyini qanunsuz hesab edərək, İddiaçı tərəfindən verilmiş sorğuya dərhal cavab verilməsini Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı vəkili X2 icraatında iddiaçı X1 cavabdeh X5 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş vardır. Yaranmış zərurətlə əlaqədar vəkil A.Kərimbəyli iddia tələbinin yönələcəyi şəxs X3 iş yeri üzrə Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə vəkil sorğusu ilə müraciət edərək, X3 Cavabdeh MMC-də hansı müddət ərzində və hansı vəzifədə işləməsi, aylıq əmək haqqının nə qədər təşkil etməsi və digər gəlirləri barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin sorğunun MMC-yə göndərilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, MMC vəkil bürosunun sorğusuna cavab verməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3550/2020 nömrəli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, mübahisəyə baxılması üçün sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Yasamal rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə SMS xəbərdarlıq bildirilsə də, iddiaçı və cavabdeh məhkəmə icasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh MMC-nin direktoru X9 xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli 149 nömrəli vəkil sorğusu ilə Cavabdeh MMC-yə müraciət olunaraq, İsmayıllı şəhəri Həsən bəy ünvan 1 ünvanda qeydiyyatda olan xx xxxxx 1982-ci il təvəllüdlü X4 Cavabdeh MMC-də hansı müddət ərzində işləməsi, aylıq əmək haqqı və digər gəlirləri barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. İddiaçı sorğusuna şifahi olaraq cavab verilmiş, Cavabdeh MMC və X7 arasındakı bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verildiyi bildirilmişdir. İddiaçının sorğusu əmək müqaviləsinə xitam veriləndən sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Cavabdeh sorğunu qəbul etdikdən sonra iddiaçı ilə əlaqə saxlayaraq şifahi şəkildə əmək müqaviləsinə xitam verildiyini və bu səbəbdən Əli Rüstəm oğluna məxsus fərdi məlumatların şəxsin icazəsi olmadan təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və cavadehin iddia ərizəsinə etirazını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı vəkili X2 icraatında iddiaçı X1 cavabdeh X5 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş vardır. Yaranmış zərurətlə əlaqədar vəkil A.Kərimbəyli iddia tələbinin yönələcəyi şəxs olan cavabdeh X3 işlədiyi yeri üzrə Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə vəkil sorğusu ilə müraciət edərək, X3 Cavabdeh MMC-də hansı müddət ərzində və hansı vəzifədə işləməsi, aylıq əmək haqqının nə qədər təşkil etməsi və digər gəlirləri barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin sorğunun MMC-yə göndərilməsindən 1 aydan artıq müddətin keçməsinə baxmayaraq, MMC büronun sorğusuna cavab verməmişdir. Cavabdeh MMC iddia ərizəsinə yazılı etirazında İddiaçı tərəfindən verilən sorğuya şifahi şəkildə cavab verildiyini qeyd etsə də, məhkəmə qeyd edir ki, yazılı formada verilmiş sorğuya yazılı formada da cavab verilməli idi. Çünki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququna malikdirlər. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli, İddiaçı tərəfindən X3 işlədiyi yer üzrə Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə verilmiş vəkil sorğusuna dərhal cavab verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə ödənilmiş 10,00 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin hərəkətsizliyi qanunsuz hesab edilsin. İddiaçı tərəfindən X3 işlədiyi yer üzrə Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə verilmiş vəkil sorğusuna dərhal cavab verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10,00 (on) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub İddiaçına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar