Məhkəmə qərarları › İş №2(004)-176/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-176/2023

07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-176/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 9, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 10, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q.Şərq” (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 11-də yaşayan mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində X6 İddiaçı MMC-yə "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi ünvanda 102 saylı binanın və həmin binada 9 saylı mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin, mənzilinin üstündəki 2 mənzilin sökülməsinin, binaya bitişik ərazidə hər hansı söküntü-tikinti işlərinin aparılmasının, kommunal, elektrik, su, qaz, rabitə və telefon xəttlərin kəsilməsinin cavabdehə qadağan edilməsi, mənzilə bitişik mənzilin divarlarının bərpası və 102 saylı binanın Qızıl Şərq küçəsi tərəfində olan hasarın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun, 5000 manat mənəvi ziyanın, 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nın nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 102, mənzil 9, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 102, mənzil 10 və Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 104, mənzil 11-də yaşayan cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi, bu məqsədlə cavabdehlərin sahib olduqları hər bir mənzil sahiblərinə müvəqqəti başqa yerdə yaşamamlarına görə 600 manat kompensasiya ödənilməklə mənzillərin boşaldılması və sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli “yaşayış binaların və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmış, həmin ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25 avqust 2020- ci il tarixli rəyi ilə ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli binalara vizual texniki baxış keçirilmiş, yaşayış binaları hazırda mövcud tikinti norma və qaydalarına cavab vermədiyini, texniki cəhətdən istismarı yolverilməz vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri- yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmışdır. O cümlədən, hazırki mübahisə üzrə cavabdehlərin yaşadıqları binaların sakinlərinin böyük əksəriyyəti ilə müqavilələr imzalanmışdır. Lakin hazırki iş üzrə cavabdehlər isə, əsassız iddia və tələblər irəli sürməklə mənzillərdən köçmək istəmirlər. Hazırki cavabdehlərin mübahisəli binalardan köçməmələri həmin binaların digər sakinləri qarşısında götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə maneələr yaratdığı üçün mənafeələrinə birbaşa toxunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması o vaxtı rayon icra hakimiyyətlərinə tapşırılmış, həmin praktikadan istifadə edilərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sərəncamlar verilmişdir. Eyni əsaslarla, oxşar qaydalarla həyata keçirilmiş layihələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyi müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında formalaşdırdığı mövqeyinə əsasən, mövcud qanunvericilikdə Şəhərsalma və Tikiniti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilmədiyi üçün və bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksəs kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərinin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin cavabdehlər özlərinin mülkiyyət hüquqlarından suiistifadə edərək digər sakinlərə nisbətən daha çox üstünlüklər əldə etməyə çalışırlar və əsassız varlanmaq niyyətindədirlər. Eyni zamanda, digər sakinlərin hüquqlarını da pozurlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X7 ilkin iddia tələbini müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 və onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin təmin olunmamasını və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25 avqust 2020-ci il tarixli ünvan 2 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki vəziyyəti haqqında rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3№li memarinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X9 Agentliyinin 04 avqust 2020-ci il tarixli, 34/06409 nömrəli tapşırığına əsasən Bakı şəhəri, ünvan 3 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinə vizual texniki baxış keçirilmişdir. Eldar Ağayev küçəsi 102 - 2 girişli, 2 mərtəbəli, 24 mənzilli olub 1939-cu ildə inşa edilmişdir. Yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 51,35 x 11,95 metrdir. Eldar Ağayev küçəsi 103 - 2 girişli, 2 mərtəbəli, 32 mənzilli olub 1912-ci ildə inşa edilmişdir. Yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 74,6 x 11,50 metrdir. Eldar Ağayev küçəsi 104 - 2 girişli, 2 mərtəbəli, yarım zirzəmili, 35 mənzilli olub 1921-ci ildə inşa edilmişdir. Yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 74,6 x 11,50 metrdir. Eldar Ağayev küçəsi 105 - 2 girişli, 2 mərtəbəli, 32 mənzilli olub 1926-ciı ildə inşa edilmişdir. Yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 74,6 x 11,50 metrdir. Baxış keçirilən yaşayış evlərinin əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəngdaşındandır. Mərtəbəarası örtüklər - yaşayış sahələrində ağac materialından, ümumi sahələrdə isə metal tirlər arası dəmir-betondandır. Tavanı və döşəməsi ağac konstruksiyasındandır. Evlərin ön fasad hissəsindəki perimetri boyunca olan eyvan, pilləkən marş və meydançaları dəmir-beton elementlərdəndir. Dam örtüyü yastı tipli olub, yumşaq materiallar, dalğavari asbestsement və metal vərəqələrlə örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Baxış zamanı yaşayış evlərində qeyd edilən qüsurlar müşahidə olundu: Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; Girişlərdə və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır; Fasadlarda, ümumi sahələrdə və baxış keçirilən mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; Evlərin ön fasad hissələrində perimetr boyunca sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun fəza sərtliyini xeyli zəiflətmişdir; Sonradan inşa edilən əlavə yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatlarlı aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır. Girişlərdəki metal tirlər arası dəmirbetondan olan mərtəbəarası örtüklərin beton mühafizə qatları aşınmış, tirlər isə korroziyaya uğramışdır; Evlərin ön fasad hissəsindəki perimetr boyunca ağac materialından olan ümumi eyvanlarda deformasiyalar yaranmışdır; Dam hissəsində sakinlər tərəfindən müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; Dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; Baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; Evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir, istilik sistemi yoxdur. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış evlərinə keçirilən baxış zamanı bəzi mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evləri texniki cəhətdən yolverilməz vəziyyətdədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsi həmin erazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Etibar İnşaat-K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi, sifarişçiyə sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi; Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində "İnterservis" Müdiriyyəti iiə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməsi; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməsi; Tikinti işlərinə başlamazdan əvvəl obyektin, tikinti layihəsinə Azerbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 X3 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etməsi; bu sərəcamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericliyin tələblərinə uyğun şəkildə aparılmasının təmin edilməsi, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasının təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnentarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 124983 saylı vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 9-da yerləşən xüsusi mülkiyyət X2 adına qeydə alınmışdır. ünvan 4 ünvanda yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında 31 may 2019-cu il tarixli aktından görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(112)-60/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək ünvan 7 ünvanında yerləşən binada yaşayan bütün sakinlər tamamilə köçənədək həmin binada hər hansı söküntü işlərinin aparılması cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MMC-yə qadağan edilməsi, eləcə də qeyd olunan ünvanda yüksək səsli işlərin və gecə vaxtı işlərin görülməsi üçüncü şəxs İddiaçı MMC-yə qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli MXMT(103)-86/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(112)-60/2021 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli MXMT(102)-20/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli MXMT(103)-86/2021 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6017//2021 saylı qərarına əsasən sərəncamın ləğv edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-963/2022 saylı qərarına əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6017//2021 saylı qərarından verilmiş şikayət təmin edilməmiş və qərar dəyşdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-457/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-963/2022 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli MXMT(102)-29/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli MXMT(103)-19/2022 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(112)-117/2021 saylı qərardadı ilə ünvan 8 ünvanında ərizəçilərin yaşadığı mənzillərə dir söküntü işlərini aparılması və həmin mənzillərin bötüvlüyünə xələl gətirəcək hərəkətlərin edilməsi ərizəçilər mənzillərindən küçənədək 40 saylı Mənzil Kommunal İstismar Sahəsinə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarına əsasən məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli “yaşayış binaların və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmış, həmin ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25 avqust 2020- ci il tarixli rəyi ilə ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli binalara vizual texniki baxış keçirilmiş, yaşayış binaları hazırda mövcud tikinti norma və qaydalarına cavab vermədiyini, texniki cəhətdən istismarı yolverilməz vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanmışdır. Hazırda isə ilkin iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlər əsassız iddia və tələblər irəli sürməklə mənzillərdən köçmək istəmirlər. Həmçinin hazırki mübahisə üzrə cavabdehlərin yaşadıqları binaların sakinlərinin böyük əksəriyyəti ilə müqavilələr imzalanmışdır. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisəli binalardan köçməmələri həmin binaların digər sakinləri qarşısında götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə maneələr yaratdığı üçün mənafeələrinə birbaşa toxunur. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olmaqla, təmin edilməməli və cavabdehlər mənzillərdən çıxarılmaqla aylıq kirayə haqqı verilməlidir. X1 İddiaçı MMC-yə "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Halbuki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhər icra Hakimiyyətinin Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 9-da yaşayan cavabdeh X6 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi 102 saylı evin, 9-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, cavabdeh X6 və onunla birlikdə yaşayan ailə üzvlərini çıxarmaqla mənzil boşaldılsın və İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 102 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh X5 məxsus 9 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilsin. Cavabdeh X6 birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q” Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 10-da yaşayan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, (hazırda Eldar Ağayev) küçəsi 102 saylı evin, 10-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərini çıxarmaqla mənzil boşaldılsın və İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q” Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 102 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh2 məxsus 10 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilsin. Cavabdeh2 birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 10-da yaşayan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”. Şərq (hazırda Eldar Ağayev) küçəsi 102 saylı evin, 10-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərini çıxarılmaqla mənzil boşaldılsın və İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 102 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh3 məxsus 10 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilsin. Cavabdeh3 birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”. Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 11-da yaşayan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”. Şərq (hazırda Eldar Ağayev) küçəsi 104 saylı evin, 11-ci mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvlərini çıxarmaqla mənzil boşaldılsın və İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 104 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh4 məxsus 11 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilsin. Cavabdeh4 birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar