Məhkəmə qərarları › İş №2(004)-1766/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1766/2021

01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1766/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “məcburetmə” haqqında iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Cavabdeh tərəfindən tələbin borclunn əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsinə dair tədbirlər görülməməsi qanunsuz hesab edilməsi və icra sənədi üzrə tələbin borclu İddiaçı əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5055/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 2(004)-5055/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8571/2020 saylı İddiaçı nümayəndəsi və vəkili X1 şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, icraata qəbul məsələsinə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göründüyü kimi, iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki məsələ iddia icraatı qaydasında deyil icra üzrə icraatın davamı kimi şikayət əsasında baxılmalı və hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənləri və MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya məhkəmə qərarlarının icrası üzrə icraat qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar