Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1774/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, X1 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, X1 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və işə əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, X1 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli (GPP qəbz nömrəsi: **********) və (GPP qəbz nömrəsi: **********) qəbzlər (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 122,50 (bir yüz iyirmi iki manat 50 qəpik) manat və 12,25 (on iki manat 25 qəpik) manat məbləğində pul Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1774/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1774/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver