Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1812/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMCdən və həkim-Cavabdeh2 məruz qaldığı maddi zərər görə 2400 manat, mənəvi zərərin əvəzi kimi isə 1000 manat, vəkilə ödənilmiş 220 manat və 54 manat dövlət rüsumu, mediasiya üçün ödənilmiş 50 manat, cəmi 3704 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 14802 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 54 manat məbləğində dövlət rüsumunu aidyyatı üzrə iddia ərizəsinin verilmiş olduğu Yasamal Rayon Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Eyni zamanda iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1 MMC-nə və Cavabdeh2 göstərilsə də, Cavabdeh2 qeydiyyatda olduğu ünvan barədə məlumat göstərilməmiş və buna dair hər hansı sübut əlavə edilməmişdir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilməməsini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1812/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1812/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver