Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1845/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 Hüseynağa qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Masallı rayon İcra şöbəsi, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi və Cavabdeh3 Hüseynağa qızına qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Masallı rayon İcra şöbəsi, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi və Cavabdeh3 Hüseynağa qızına “hərracın nəticəsi haqqında yekun protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,40 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin hərracda satılmasına dair cavabdeh "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-511/21 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,40 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə dair Cavabdeh3 Hüseynağa qızının adına verilmiş Çıxarışın ləğv edilməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli əmrinə əsasən borclu İddiaçıdan 10.000 manat borcun tutularaq kreditor Cavabdeh3 Hüseynağa qızına ödənilməsi əmr edilmiş, cavabdeh tərəfindən borc ödənilmədiyindən Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-276/2021 saylı qərardadı ilə ona məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,40 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərrac keçirilmiş, xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Y-511/21 saylı protokola əsasən Cavabdeh3 Hüseynağa qızı tərəfindən hərrac yolu ilə alınmışdır. ƏMDK DƏDRX tərəfindən Cavabdeh3 Hüseynağa qızının adına Çıxarış verilmişdir. Onun həqiqətən də Cavabdeh3 Hüseynağa qızına 10.000 manat məbləğində borcu olmuş və həmin borcun tutulmasına dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən xəbəri olmamışdır. Sonradan onun məlumatı olmadan borcu mülkiyyətində olan Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,40 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin yaşayış evi bazar qiymətindən qat-qat aşağı qiymətləndirilməklə hərrac vasitəsilə Cavabdeh3 satılmışdır. Binəqədi Rayon Məhkəməsinin əmlakın üzərinə həbs qoyulması ilə bağlı qərardadının surəti ona rəsmi qaydada təqdim edilməmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qanunsuz olaraq formal keçirilmiş hərrac barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmamışdır. Binəqədi Rayon Məhkəməsinin əmrini və belə bir hərracın keçirilməsi barədə yalnız Cavabdeh3 Hüseynağa qızının cavabdehlər - anam X3 və mərhum qardaşı X6 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin olunması barədə Masallı rayon Məhkəməsinin 2(050)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətini xx.xx.2022-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra bilmişdir. Bununla da onun Binəqədi Rayon Məhkəməsinin əmrinə və evinin üzərinə həbs qoyulmasında dair qərardadını, həmin qərardadın əsasında keçirilmiş qiymətləndirməni və hərrac protokolunu mübahisələndirmək hüququ pozulmuşdur. Halbuki, ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02/0063 saylı arayışa əsasən 03 avqust 2016-cı il tarixinə ona məxsus yaşayış evinin 22.000 manat təşkil etdiyi bildirilmiş, Əmlak Ekspert Mərkəzinin ƏEM/O 71-716/22 saylı 24 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın orta bazar dəyərinin müəyyən edilməsi barədə arayışına əsasən isə Masallı şəhəri, Füzuli küçəsi ünvanı və yaxın ətrafda yerləşən, orta təmirli (təxmini ölçüləri:sahəsi 55,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin orta bazar dəyəri təmirliliyindən və yerləşməsində asılı olaraq 24 oktyabr 2022-ci il tarixinə 25.000-30.000 manat təşkil edir. Bu da kifayət qədər onu deməyə əsas verir ki, keçirilmiş hərrac zamanı ona məxsus yaşayış evinin dəyəri süni surətdə azaldılaraq, hərracda iştirakı məqsədyönlü şəkildə təmin edilmədən və ona hər hansı təklif olunmadan Cavabdeh3 Hüseynağa qızına satılmışdır. Hətta satışdan artıq qalan məbləği belə mənimsəmişlər. İcra məmuru tələb icra olunarkən ona heç bir məlumat verməmiş, qanunda nəzərdə tutulmuş qaydada deyil, icra işinə formal bildirişlər əlavə etməklə tələbi ona məxsus yaşayış evinə yönəltmiş və evinin hərraca çıxarılmaqla tələbkara çox ucuz qiymətə satılmasına şərait yaratmışdır. Cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz verərək İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsi qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 152290/16-62-2 saylı məktubu, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-511/21 saylı hərracın nəticələsi haqqında protokolu və xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı şəhəri, Füzuli küçəsində yerləşən 90 saylı evə və evin yerləşdiyi 0.081 ha torpaq sahəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh3 Hüseynağa qızının adına 16 mart 2022-ci il tarixdə **********65 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə olan borcundan 2500 manat icra məmuruna ödəniş edilmişdir. Hazırda həmin məbləğdə pulun icra məmuru tərəfindən Cavabdeh3ə ödənilməməsi ilə bağlı araşdırma gedir. Təmsil etdiyi şəxs 10.000 manat məbləğində borcunu ödəməyə hazırdır. İcra məmuru tələb icra olunarkən ona heç bir məlumat verməmiş, qanunda nəzərdə tutulmuş qaydada deyil, icra işinə formal bildirişlər əlavə etməklə tələbi ona məxsus yaşayış evinə yönəltmiş və evinin hərraca çıxarılmaqla tələbkara çox ucuz qiymətə satılmasına şərait yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Hüseynağa qızının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Borcun qaytarılması ilə bağlı dəfələrlə iddiaçıya müraciət etmiş, onun anasına dəfələrlə zəng etmişdirlər. İddiaçının hərracın keçirilməsindən xəbəri olmuşdur. Hazırda iddiaçının barışıq təklifini qəbul etmir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə, "xxxx" MMC-yə və Masallı rayon İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişlər. "xxxx" MMC-nin direktoru məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlər iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı 10000 manat borcun tutularaq kreditor Cavabdeh3 Hüseynağa qızına ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə İddiaçı adına olan, Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması, tələbin həmin mənzilə yönəldilməsi qərara alınmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı hərracın keçirilməsi barədə sifariş məktubunun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə borclu İddiaçı mülkiyyətində olan Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, daşınmaz əmlak qiymətləndirmə təşkilatı tərəfindən 15000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, fərdi yaşayış evinin realizə edilməsi məqsədi ilə hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 511/21 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi satış qiyməti 15.000 manat olmaqla, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00da hərraca çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 511/21 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi satış qiyməti 13500 manat olmaqla, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00da təkrarən hərraca çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 511/21 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi satış qiyməti 12000 manat olmaqla "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00da təkrarən hərraca çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 511/21 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi satış qiyməti 10500 manat olmaqla "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00da təkrarən hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış zərflərin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvanlanmış zərflər sahibinə çatmadan “bu ünvanda yaşamır”, “köçüb” qeydləri ilə geri qaytarılmışdır. "xxxx" MMC-nin Y-511/21 saylı, xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolunun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 sifarişi əsasında İddiaçı məxsus Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və 2(001)- 13347/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri əsas götürülərək hərracdan Cavabdeh3 Hüseynağa qızına 12000 manata satılmışdır. xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, hərracın təşkilatcısı "xxxx" MMC-nin direktoru və alıcı Cavabdeh3 Hüseynağa qızı arasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri əsas götürülərək İddiaçı məxsus Masallı şəhəri, ünvan 1 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin alıcı Cavabdeh3 Hüseynağa qızına 12000 manata satılması barədə müqavilə bağlanmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2022-ci il olan, qeydiyyat nömrəsi ********** olan çıxarışının sutərindən görünür ki, Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən 55.4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və 0.081 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq Cavabdeh3 Hüseynağa qızının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 Hüseynağa qızının cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı 10000 manat məbləğində borc və 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 Hüseynağa qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1311/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı Cavabdeh3 Hüseynağa qızının cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı 10000 manat məbləğində pulun tutularaq Cavabdeh3 Hüseynağa qızına ödənilməsi əmr edilmişdir. Qeyd olunan məhkəmə əmrinin icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı qəbul edilmiş, qərardada əsasən borclu İddiaçı adına olan Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla tələbin həmin əmlaka yönəldilməsi qərarı verilmişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 196751/21-62-2 saylı hərracın keçirilməsi barədə sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satılması ilə bağlı hərrac təşkil olunmuş və xx.xx.2021-ci il tarixdə baş tutmuş təkrar hərrac nəticəsində həmin əmlak 12000 manata Cavabdeh3 Hüseynağa qızına satılmışdır. Bunun bağlı "xxxx" MMC və Cavabdeh3 Hüseynağa qızı arasında xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bütün bunların nəticəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı şəhəri, Füzuli küçəsində yerləşən 90 saylı evə və evin yerləşdiyi 0.081 ha torpaq sahəsinə Cavabdeh3 Hüseynağa qızının adına 16 mart 2022-ci il tarixdə **********65 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olmuşdur ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə etirazla xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-13347/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə etiraz təmin edilərək məhkəmə əmri ləğv olunmuş və iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı 10000 manat məbləğində borc və 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 Hüseynağa qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1 və 415.2-ci maddələrinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə görə “bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər." Həmin məcəllənin 416.2-ci maddəsinə görə “hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli qərarına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Sözügedən Qərardadın 22-ci bəndində qeyd olunmuşdur ki, “İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.” 24-cü bəndində isə qeyd olunmuşdur ki, “ipoteka predmeti olmayan əmlakın hərracının “İpoteka haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi həmin tələbkarın ipoteka saxlayanla eyniləşdirilməsi anlamına gəlir. Eyni yanaşma borclunun vergi ödəyicisi kimi siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına da aiddir. Belə ki, istinad edilən kateqoriyaya aid olmayan əmlaklara digər qanunlarda nəzərdə tutulmuş xüsusi normaların tətbiqi borclu şəxslərin qanunda xüsusi bir göstəriş olmadığı halda müəyyən məhrumiyyətlərə məruz qalmasına səbəb olur. Halbuki, hər kəsin hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra Konstitusiya) və qanunlarında müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə 5 məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi).” 30-cu bəndində qeyd olunmuşdur ki, “Prosedura gəldikdə isə, ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin 6 əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 415-ci maddəsi ilə, habelə “İcra haqqında” Qanunun 53, 61, 62-ci maddələri ilə icra sənədi üzrə tələbin yönəldiyi əmlakın satışı üzrə hərracın keçirilməsi qaydaları müəyyən edilir ki, bu qaydalara əsasən də əmlakın bazar qiyməti ilə hərraca çıxarılması, hərracların keçirilməsi müddətləri, hərracın keçirilməsindən əvvəl, həm də hərracın baş tutmamasından sonra əmlakın tələbkara təklif edilməsi imkanı nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, "xxxx" MMC tərəfindən sözügedən hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir. Bundan əlavə, hərrac mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən icra şöbəsinə, borclu və tələbkara xx.xx.2021-ci il tarixdə, saat 11:00-da təkrarən hərracın keçirəcəyi barədə bildiriş göndərilsə də, artıq xx.xx.2021-ci il tarixli Y-511/21 saylı hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuşdur. Bu onu deməyə əsas verir ki, hərrac barədə bildirişlər də cavabdeh "xxxx" MMC tərəfindən formal olaraq göndərilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 24 noyabr 2021-ci ili tarixli, Y-511/21 saylı yekun protokolu etibarsız hesab edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə dair Cavabdeh3 Hüseynağa qızının adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 24 noyabr 2021-ci ili tarixli, Y-511/21 saylı yekun protokolu etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Masallı şəhəri, ünvan 2 ünvanında 0,081 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə dair Cavabdeh3 Hüseynağa qızının adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1845/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1845/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver