Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1853/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı1 Sadiq oğlunun, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayon İcra Şöbəsinə qarşı və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayon İcra Şöbəsinə qarşı və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi və hərracın təkrar keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-997/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar X36 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 6A, D girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156.02 kv.m olan tikili daşınmaz əmlak, Binəqədi Rayon İcra şöbəsinin sifarişi əsasında, Cavabdeh2 MMC (bundan sonra “Cavabdeh”) tərəfindən açıq hərrac vasitəsilə satışa çıxarılmış və xx.xx.2022-ci il tarixində hərrac prosesi keçirilmişdir. Keçirilmiş hərrac nəticəsində X35 hərracın qalibi olmuş və onunla hərrac təşkilatı arasında 282/22 nömrəli hərrac protokolu rəsmiləşdirilmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirlər ki, xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolu etibarsız hesab olunmalıdır. Bildirirlər ki, xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli nömrəli hərrac protokolu səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisinin X43 olmasına baxmayaraq, hərrac protokolu X16 tərəfindən imzalanmışdır. Hərrac protokolunda X6 vəzifəsi “Direktor əvəzi” kimi qeyd olunsa da, onun hüquqi şəxs adından çıxış etmə və hərrac protokolunu imzalamaq hüququnun olmasına dair heç bir qeyd yoxdur. Hərrac protokolunun Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmaması onun etibarsız hesab edilməsi üçün əsasdır. Qanunla, hərrac protokolu hərrac təşkilatı və hərracı udmuş şəxs tərəfindən imzalanmalıdır. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X43 olduğuna görə, müvafiq protokol da həmin şəxs tərəfindən imzalanmalı idi. Daha sonra iddiaçılar iddia ərizəsinin azaldılmasına dair ərizə təqdim edərək Əmlak Hərrac Mərkəzi ilə X35 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq aşağıda göstərilən əsaslara görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk önce qeyd etmeyi zəruri hesab etmişlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-997/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 tərəfindən verilmiş 17/68-20 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, X36 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 6A, D girişinin 12ci mərtəəbsində yerləşən 156.02 kv.metr ümumi sahədən ibarət olan tikilinin açıq hərracda satılması "Əmlak Hərrac Mərkəzi” MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan tikilinin açıq hərracda ilkin satış dəyəri 203.030 (iki yüz üç min otuz) manat məbləğində müəyyənləşdirilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, yuxarıda sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 05 noyabr 2022-ci il tarixə saat 11:00-da (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "Birjanyus” X5 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının resmi internet səhifəsində də ("Eherrac.com") yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın keçirilməsinə dair 2079/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X37, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair” 05 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 05 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid "Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi va rəsmiləşdirilməsinin prosedur Qaydaları"na uyğun olaraq ilkin satış qiymətindən 10% aşağı qiymətə, yəni 182.727 (bir yüz səksən iki min yeddi yüz iyirmi yeddi) manata olmaqla, 22 noyabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X5 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") yerləşdirilmişdir. Daha sonra sifariş olunan torpaq sahəsinə dair açıq hərracın keçirilməsinə dair 2195/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X37 eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. (bildirişin və onun göndərilməsini təsdiq edən müvafıq sənəd əlavə olunur). Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair” 22 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixlİ protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 20% aşağı qiymət, yəni 162.424 (bir yüz altmış iki min dörd yüz iyirmi dörd) manata olmaqla, 06 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X5 (Portalında) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-hərrac.com") yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsi barədə 2243/22 saylı, xx.xx.2022ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X36, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. (bildirişin və onun gönderilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair” 06 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 06 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin tikili sifarişçi İcra Şöbasi ilə bağlanmış Müqavilə və ona aid "Əmlakın açıq harracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq ilkin satış qiymətindən 30% aşağı qiymətə, yəni 142.121 (bir yüz qırx iki min yüz iyirmi bir) manata olmaqla, 20 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X5 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi intemet səhifasində də ("E-herrac.com") yərləşdirilmişdir. Daha sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 2482/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X36 eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Yuxarıda sözügedən tarixə təyin olunmuş təkrar (sonuncu) açıq harracda iştirak etmak üçün tələbkar X35 (etibarnamə üzrə nümayəndə X56), tələbkar X38 (etibarnamə üzrə nümayəndə X24), tələbkar İddiaçı2, tələbkar İddiaçı1 (etibarnamə üzrə nümayəndə X50) ərizə ilə "Əmlak Hərrac Mərkəzi” MMC-yə müraciət edərək tələbkar olaraq iştirakının təmin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan tikilinin təkrar hərracdakı satış dəyərindən (142.121 (bir yüz qırx iki min yüz iyirmi bir) manat) 1.479 (bir min dörd yüz yetmiş doqquz) manat məbləğində artıq qiymətə, yəni 143.600 (bir yüz qırx üç min altı yüz) manata tələbkar X1. Bununla əlaqədar olaraq harracın yekunları barədə 282/22 saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. 282/22 saylı, xx.xx.2022-ci il il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbəri əvəzinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qrumuna göndərilmişdir. (qeyd olunan xüsusatları təsdiq edən sənədlər və protokol əlavə edilir). İddiaçı iddia ərizəsində hərrac protokolunun ləğv olunmasına əsas kimi qeyd etmişdir ki, protokol səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla əlaqədar olaraq qeyd edirlər ki, sözügedən protokola imza etmək səlahiyyətinin X8 ötürülməsi Cəmiyyətin 17/22 NQ-li, 10 oktyabr 2022-ci il tarixli əmri ilə, elaca 07 oktyabr 2022-ci il tarixli etibarnamə ilə təsdiq olunmuşdur. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Hazırkı işə məhkəmədə baxılarkən etiraz mülahizələrində ifadə edilən hüquqi mövqelərini nəzərə almaqla işə "Əmlak Hərrac Mərkəzi” MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçılar məhkəməyə cavabdeh tərəfindən verilmiş etiraza dair mülahizələrini ünvanlayaraq bildirmişlər ki, iddia tələbinin əsası kimi, mübahisələndirilən protokolun səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması göstərilmişdir. Hərrac təşkilatı iddia ərizəsinə etiraz verərək, mübahisələndirilən protokolun “Əmlak Hərrac Mərkəzi" MMC-nin adından xx.xx.2022-ci il tarixli, 17/22 nömrəli əmr əsasında xx.xx.2022-ci il tarixli, 2142/22 nömrəli etibarnamə ilə səlahiyyət verilmiş şəxs X16 tərəfindən imzalandığını qeyd etmişdir. Hərrac təşkilatının təqdim etdiyi, yuxanda qeyd olunan etibarnamə mötəbər sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin etibarnamədə “17/22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq, hərracın yekunları barədə protokolları direktor adından imza etməyi hərracın təşkili üzrə menecer X8, Protokol bölməsinin rəhbəri adından isə X18 etibar edilir" sözləri qeyd olunmuşdur. Etibarnamənin məzmunundan göründüyü kimi, onun verilməsində məqsəd istinad olunan müvafiq əmrin icrasını təmin etmək olmuşdur. Bu hal (etibarnamənin onun tərtibatı zamanı hələ mövcud olmayan əmrə istinadən verilməsi) qeyd olunan sənədin mötəbərliyini əsaslı şəkildə şübhə altına alır. X6 mübahisələndirilən protokolu səlahiyyəti olmadan imzaladığını, hərrac təşkilatının isə bu pozuntunu gizlətmək məqsədilə, formal (işin həqiqi vəziyyətinə uyğun olmadan, yalnız görüntü naminə) tərtib olunmuş etibarnaməni məhkəməyə təqdim etməklə onu işin araşdırılmasında yanlış istiqamətə yönəltməyə çalışdığını bildirməyə əsas verir. Eyni zamanda qeyd edilməlidir ki, etibarnamənin tərtibatı zamanı yol verilmiş pozuntu yalnız yuxarıda qeyd olunan halla məhdudlaşmır, etibarnamə tərtib olunarkən həmçinin aidiyyəti qanunvericiliyin mövcud tələbləri nəzərə alınmamışdır. Məlum oiduğu kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra “Məcəllə”) əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (MM. maddə 415). Qeyd olunan protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi çıxış etdiyindən və qanunvericiliklə onun müqavilə qüvvəsi tanındığından, o, daşınmaz əmlaka dair sərəncam verilməsi haqqında müqavilə ilə eyni statusa malik sənəd hesab olunur. Məcəllənin tələblərinə görə, daşınmaz əmlaka dair sərəncam verilməsi haqqında müqavilənin təsdiqlənməsi zamanı həmin əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququ yoxlanılmalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət notariat qaydasında təsdiqlənməlidir (MM. maddə i44). Aidiyyəti qanunvericilikdə hərrac protokolunun notariat qaydasında təsdiq olunması tələbi müəyyən edilməsə də, o, daşınmaz əmlaka dair sərəncam verilməsi hüququnu müəyyən edən, müqavilə qüvvəsinə malik sənəd kimi qəbul edildiyindən, onu imzalamaq səlahiyyəti üçüncü şəxsə (təmsilçiyə) həvalə edildikdə, daşınmaz əmlaka dair sərəncam verilməsi haqqında müqavilələrdə olduğu kimi, bu səlahiyyətin verilməsi ilə bağlı etibarnamə notariat qaydasında təsdiq edilir. Lakin, qeyd olunanlara baxmayaraq, hərrac təşkilatının əməkdaşı X8 hərrac protokolunu (mahiyyətcə daşınmaz əmlaka sərəncam verilməsinə dair əqd hesab olunan sənədi) imzalamaq səlahiyyəti hərrac təşkilatının yalnız özü tərəfindən təsdiq edilmiş (notarial təsdiq olmadan verilmiş) etibarnamə ilə həvalə edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki. mübahisələndirilən protokoldan əlavə, hərrac prosesinin özü belə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinə müvafiq qaydada həyata keçirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021 nömrəli icra sənədinə əsasən, cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın həmin hadisənin törədilməsində təqsirli bilinən şəxsə məxsus (ipoteka ilə yüklü olmayan, yəni “İpoteka haqqında" Azərbaycan Respublikası qanununun əhatə dairəsinə düşməyən) əmlak hesabına ödənilməsi məqsədilə, Binəqədi Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində hərrac təşkilatına həmin əmlakın hərracda satılması ilə bağlı 17/68 nömrəli sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı həmin sifariş əsasında hərracı “İcra haqqında" Azərbaycan Respublikasının qanununa uyğun deyil, tənzimləmə predmeti fərqli olan (hazırkı hala aidiyyəti olmayan) "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq qaydada keçirmişdir. Belə ki. icra sənədində əmlakın satış qiymətinin 203 030 (iki yüz üç min otuz) manat müəyyən olunmasına baxmayaraq, icra qurumunun sifarişi əsasında keçirilmiş hərrac baş tutmadığından, hərrac təşkilatı əmlakı satış qiymətindən müəyyən faiz aşağı qiymətlə təkrar hərraca çıxarmışdır. Halbuki, keçirilmiş hərracın baş tutmaması səbəbindən əmlakın daha aşağı qiymətlə təkrar hərraca çıxarılması "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunundan fərqli olaraq, “İcra haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmamışdır. Yuxarıdakı halla (hərracın keçirilməsi qaydalarına tətbiq olunan qanunvericiliklə) bağlı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 saylı qərardadında təsbit olunmuş hüquqi mövqe diqqətə alınmalıdır. Həmin mövqeyə əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7,51,53,61 və 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 iddia ərizəsinin və mülahizələrin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X17 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmmişlər. Cavabdeh2 MMC məhkəməyə ünvanladığı etirazda işə məhkəmədə baxılarkən etiraz mülahizələrində ifadə edilən hüquqi mövqelərini nəzərə almaqla işə "Əmlak Hərrac Mərkəzi” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmündən görünür ki, zərərçəkmiş şəxs X38 tərəfindən verilmiş 50.000 manat mənəvi, 30.000 manat maddi zərər olan pul vəsaitinin ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X3 tərəfindən 5.000 manat mənəvi zərər və itirilmiş gəlirin əvəzi, 23.500 manat maddi zərər olan pul vəsaitinin ona ödənilməsinə dair, X25 tərəfindən verilmiş hər bir təqsirləndirilən şəxslərdən ayrı-ayrılıqda 1.000 manat mənəvi, 1530 manat maddi zərər olan pul vəsaitinin ona ödənilməsinə dair mülki iddialarının qismən təmin edilməsi və 1000 manat mənəvi zərər, 30.000 manat maddi zərər olmaqla cəmi 31.000 manat pul vəsaitinin X19 və X20 tutularaq X21, 1000 manat mənəvi zərər, 23.500 manat maddi zərər olmaqla cəmi 24.500 manat pul vəsaiti X19 və X20 tutularaq X2, 1000 manat mənəvi zərər, 1.530 manat maddi zərər olmaqla cəmi 2.530 manat pul vəsaitinin X19 və X20 tutularaq X10 ödənilməsi, zərərçəkmiş şəxs X22 tərəfindən verilmiş 501.500 manat pulun ödənilməsinə dair, zərərçəkmiş şəxs X26 tərəfindən verilmiş 544.000 manat pulun ödənilməsinə dair mülki iddialarının qismən təmin edilməsi, 351.500 manat pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh X19 və X20 tutularaq X27 və 340.340 manat pul vəsaiti oğlundan tutularaq X19 və Nağıyev Ədalət oğlundan tutularaq X39 ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 tərəfindən verilmiş 400.000 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X46 tərəfindən verilmiş 2.397 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X28 tərəfindən verilmiş 2.600 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X44 tərəfindən verilmiş 3.120 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs Rəhimov X47 tərəfindən verilmiş 153.000 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X40 tərəfindən verilmiş 103.898,9 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X29 tərəfindən verilmiş 2.805 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X29 tərəfindən verilmiş 2.805 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X45 tərəfindən verilmiş 1.326 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş 6.995,5 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs X30 tərəfindən verilmiş 17.000 manat pulun ona ödənilməsinə dair, zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş 82.450 manat pulun ona ödənilməsinə dair mülki iddiaların təmin edilməsi və 400.000 manat pul vəsaitinin X19 və X20 tutularaq İddiaçı2, 2.397 manat vəsaiti X19 və X20 tutularaq X41, 2.600 manat pul vəsaitinin X19 və X20 tutularaq X11, 3.120 manat pul vəsaitinin X19 və X20 tutularaq X31, 153.000 manat pul vəsaiti X19 və X20 tutularaq Rəhimov X42, 103.898,9 manat pul vəsaiti X19 və X20 tutularaq X23, 2.805 manat pul vəsaiti X19 və X20 tutularaq X12, 1.326 manat pul vəsaiti X19 və X20 tutularaq X32, 6.995,5 manat pul vəsaitinin X19 və X20 tutularaq X4, 17.000 manat pul vəsaitinin X19 və X20 tutularaq X13, 82.450 manat pul vəsaitinin X19 və X20 tutularaq İddiaçı1 ödənilməsi, üzərinə Bakı şəhəri Binəqədi rayon məhkməsinin xx.xx.2021-ci il tarixli 5(001)241/2021 saylı qərarı ilə həbs qoyulmuş təqsirləndirilən şəxs X33 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 6A, D girişinin 12-ci mərtəbəsində olan 156.02 kv.m, dəyəri 203.030,0 manat təşkil edən tikilinin Azərbaycan Respublikası CM-in 99-3-cü maddəsinə əsasən müsadirə olunmaqla cinayət nəticəsində əmlakın qanuni sahibilərinə (banklara) vurulmuş ziyan hesabına - mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin “Əmlak Hərrac Mərkəzi" MMC-yə ünvanladdığı “Hərracın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 17/68№-20 saylı məktubdan görünür ki, hərracın keçirilməsi barədə “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş məktubu, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə və tələbkarlara göndərilməsi qeyd edilmişdir. İlkin hərracda əmlakın ilkin satış qiyməti 203030 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” X5 (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak Hərrac Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə və tələbkarlara göndərilməsi qeyd edilmişdir. Təkrar hərracda əmlakın ilkin satış qiyməti 182727 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” X5 (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak Hərrac Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə və tələbkarlara göndərilməsi qeyd edilmişdir. Təkrar hərracda əmlakın ilkin satış qiyməti 162434 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” X5 (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə və tələbkarlara göndərilməsi qeyd edilmişdir. Təkrar hərracda əmlakın ilkin satış qiyməti 142121 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” X5 (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X14 nümayəndəsi X24, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən İddiaçı2, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən İddiaçı1 nümayəndəsi X50, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X9 nümayəndəsi X56 hərracda iştirak etmək üçün müraciət etmişlər. Hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərracın qalib alıcısı Zəkiyev Ehtibar Каmil oğlu (etibarnamə üzrə nümayəndə X56) olmuşdur. Əmlakın hərracda alış qiyməti 143600 manat olmuşdur. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC tərəfindən icra şöbəsinə və tələbkarlara hərracın yekunları barədə məlumat göndərilməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli 17/22 saylı əmrdən görünür ki, "xxxx" ММС-nin direktoru olmadığı təqdirdə, direktor vəzifəsinin müvəqqəti icrası hərracın təşkili üzrə menecer X8 həvalə edilmişdir. Üzərində 07 oktyabr 2023-cü il tarixli qeyd olunan 2142/22 saylı etibarnamədən görünür ki, 17/22 №-li xx.xx.2022-ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq hərracın yekunları barədə direktor adından imza etməyi hərracın təşkili üzrə menecer X8, protokol bölməsinin rəhbəri adından X18 etibar edilmişdir. Reyestrlərdən görünür ki, icra vərəqəsi üzrə tələbkarlara xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Sifarişçi Binəqədi Rayon İcra Şöbəsi ilə təşkilatçı Əmlak Hərrac Mərkəzi MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər hərracın təşkili barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Eyni Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Adıçəkilən Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İpoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir. Adıçəkilən qərardadla icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməli olduğu və icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması qərara alınmışdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmü əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Binəqədi Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə sifariş məktubu göndərmişdir. Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı tərəflərə və icra şöbəsinə xx.xx.2022-ci il tarixli bildiriş göndərmiş, həmçinin xx.xx.2022-ci il tarixli elan vermişdir. İkinci xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi barədə tərəflərə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixdə elan verilmişdir. Üçüncü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və həmin tarixdə elan verilmişdir. Nəhayət 4-cü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə elan verilmişdir. Beləliklə əmlakın satışı barədə 4 dəfə hərrac təşkil edilmiş və hər dəfə əmlakın dəyəri ilkin satış qiymətindən 10% aşağı təklif edilmiş, nəticədə əmlakın dəyəri 30% aşağı məbləğə satılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmişdir. Ali Məhkəmənin yuxarıda adı çəkilən qərardadından da göründüyü kimi icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməzdir. Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh – təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. İcra haqqında qanuna müvafiq olaraq Əmlak Hərrac Mərkəzi MMC tərəfindən müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac təşkil edilsə də, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə "Birjanyus” X5 (portalında) elan dərc edilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 19-22 gün qalmış verilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanunvericilikdə ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən edilsə də, sözügedən əmlakın satılması qaydalarının digər xüsusiyyətləri müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında da qeyd edilir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Lakin həmin qərardadda əmlakın satış qiymətinin aşağı salınması ilə bağlı qaydalar müəyyən edilməmişdir. Beləliklə, Əmlak Hərrac Mərkəzi MMC tərəfindən qanunvericilikdə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsi qanunauyğun olsa da, hər hərracdan sonra əmlakın dəyərinin 10% aşağı salınması qanunvericilin tələblərinə uyğun olmamışdır. Belə ki, qanunvericilikdə, eləcə də Ali Məhkəmənin sözügedən qəradadında ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracda satılması zamanı əmlakın dəyərinin aşağı salınması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 MMC ilə X35 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 MMC ilə X35 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 saylı hərrac protokolu etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1853/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1853/2023
23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver