Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1854/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona qanuni əsaslarla məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və yenidən real qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli bina dövlət qeydiyyatına keçmiş və dövlət qeydiyyat nömrəsi MN №0017709 olmaqla xx xxx 2008-ci il tarixindən mülkiyyət hüququ ilə onun istifadəsindədir. O, maddi çətinlikləri ilə bağlı bankdan kredit götürmüş və krediti vaxtında tam qaytara bilmədiyi üçün ona məxsus olan əmlakı onun iştirakı təmin olunmadan, mülkiyyətinə rəy verilmişdir. Həmin rəy reallıqdan uzaq olmuş və onun həmin dövrdə iştirakı olmadan əmlakı 62000 manat qiymətləndirilmişdir. Sonradan o, bunu bildikdə həmin Cavabdeh MMC-yə müraciət edərək ona məxsus əmlakının yenidən qiymətləndirilməsini tələb etmişdir. Əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı müraciətindən sonra, əmlakın ümumi bazar dəyəri 310000 manat müəyyən olunmuşdur. Cavabdeh MMC əvvəlki rəyi reallığı əks etdirmədiyindən, 2016-cı ilin avqust tarixində məhkəmə sorğusu əsasında əmlakının qiymətləndirilməsi və sonradan ikinci dəfə xx xxxxxx 2019-cu il tarixli rəyləri ziddiyyət təşkil etdiyindən, rəy araşdırılmalıdır və qanunda nəzərdə tutulmuş qaydada təcili təxirəsalınmaz ünvandakı əmlak yenidən qiymətləndirilməlidir. Qiymətləndirmə düzgün aparılmadığından və ona məxsus olan əmlak yenidən qiymətləndirilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, əmlakın qiymətləndirilməsinə dair MMC-nin rəyi ləğv edilməlidir. Çünki MMC-nin müəyyən etdiyi qiymət ilə əmlakın real dəyəri arasında xeyli fərq vardır. Əmlakın qiymətləndirilməsindən 1 il sonra o, həmin MMC-yə qiymətləndirmə ilə bağlı müraciət etmiş, hansı ki, ilkin qiymətləndirməni həmin MMC-nin apardığını bilmirdi və MMC əmlaka 310 min manat qiymət müəyyən etmişdir. Sonra Əmlak Komitəsinə müraciət etmiş 300000 manat qiymət onlar müəyyən etmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 91/dF saylı, xx.xx.2013-cü il traixli ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 264/R-11-19/BK-05 saylı Ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın ümumi bazar qiyməti 310000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(044)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Unibank ASC-nin cavabdehlər İddiaçı, X1 qarşı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 12032,64 ABŞ dolları məbləğində pulun tutulması, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilərək, açıq hərracda satılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)- 11/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi pulun tutulması hissəsində qismən dəyşdirilmiş, qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının 2(102)-6549/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın qiymətləndirilməsi artıq aparılmış və buna dair qanuni qüvvəsini almış qətnamələr mövcuddur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(044)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Unibank ASC-nin cavabdehlər İddiaçı, X1 qarşı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 12032,64 ABŞ dolları məbləğində pulun tutulması, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilərək, açıq hərracda satılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi pulun tutulması hissəsində qismən dəyşdirilmiş, qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının 2(102)-6549/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilməsi hissəsi dəyişdirilmədən saxlanmış və qətnamələr həmin hissədə artıq qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1854/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1854/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver