Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-186/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına, X14, Cavabdeh3, Cavabdeh4 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, X14, Cavabdeh3, Cavabdeh4 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evin bir otağını yəni 1/10 hissəsindən İddiaçı payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, dəyərini tam ödəməklə Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evin bir otağını almışdır, həmin mənzilə 1/10 hissədə paylı mülkiyyətini hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirdib və hazırda onun mülkiyyətindədir. Yaşadığı həmin bir otaqlı mənzilin üst mərtəbəsində bir otaq inşa etdirmiş və həmin mənzili də daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirtmək üçün DƏDRX-nin ərazi idarəsinə müraciət etdikdə, idarə tərəfindən həmin mənzili qeydiyyatdan keçirtmək üçün digər paylı mülkiyyətçilərin razılığının tələb olunduğunu bildirmişər. Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evin 25 paylı mülkiyyətçisindən 21 nəfəri buna razılıq versə də, lakin cavabdehlər Cavabdeh1 qızı, X23, Cavabdeh3, Cavabdeh4 bu razılığı verməkdən imtina edir. Bu isə onun hüquqlarını pozur. Bu səbəbdən də mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evin bir otağa olan 1/10 hissə paylı mülkiyyətinin naturada ayrılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasına dəvət olunaraq dindirilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aparıcı eksperti Hüseyn Məmmədov bildirmişdir ki, İddiaçı məxsus əmlaka baxış keçirərkən otaqların təyinatını nəzərə alaraq məlum olmuşdur ki, iddiaçıya məxsus olan yaşayış otağı 16,2 kv.m-dir və iddiaçıya Reyestr Xidməti tərəfindən ayrılan və ümumi sahəyə salınan hissələrə 10 kv.m qalereya və 16,2 kv.m olan yaşayış otağı daxildir. Təcrid mənzillər şəklində bölgü və ya payın ayrılması barədə metodikaya əsasən nəzərdə tutulur ki, hər bir payçının ayrı-ayrılıqda istifadəsinə sanitar qovşağı, mətbəx, yaşayış otağı və ən əsası ayrıca giriş-çıxışı olmalıdır. İddiaçının faktiki istifadəsində və İddiaçı məxsus texniki pasportun eskiz hissəsində qırmızı nazik xətlərlə qeyd olunan artırılmış olan giriş hissə vardır, hansı ki, iddiaçı tərəfindən sanitar qovşağı və mətbəx kimi istifadə olunur və İddiaçı istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 qızına, X14, Cavabdeh3, Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 18 iyun 2004-cü il tarixindən Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evdə qeydiyyatdadır. İş materiallarına olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ 739436 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X19 xx.xx.2015-ci il tarixdə ağ ciyər ödemi səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2015-ci il tarixli 384 saylı akt qeydi ilə Bakı şəhəri X17 qeydiyyat aparılmışdır. İş materiallarına olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-ci il tarixli AZ-İ 370233 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X1 xx.xx.2009-cu il tarixdə limfa düyünləri mts səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2009-ci il tarixli 946 saylı akt qeydi ilə Bakı şəhəri X17 qeydiyyat aparılmışdır. İş materiallarına olan Bakı şəhəri Yasamal VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli İV- ЖГ 477838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X20 xx.xx.2000-ci il tarixdə limfa düyünləri mts səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2000-ci il tarixli 1355 saylı akt qeydi ilə Bakı şəhəri Yasamal VVAQ şöbəsində qeydiyyat aparılmışdır İş materiallarına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 180342 RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 nömrəli mənzil X4 adına qeydiyyatdan keçirilmişdir. Həmin evin 1/10 hissədən -1 otağına İddiaçı, evin 1/2 hissəsinin -1 otaq (10,3kv.m)-dən 1/4 hissəsinə Cavabdeh1 qızının, evin 1/2 hissəsinin -1 otaq (10,3kv.m)-dən 1/4 hissəsinə X9, evin 1/2 hissəsinin -1 otaq (10,3kv.m)-dən 2/4 hissəsi Cavabdeh3, evin 1/10 hissədən -1 otaq (14,6kv.m)-na Cavabdeh4 payları vardır. İş materiallarına olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında qeydiyyatda olan X31 notariat ofisinə təqdim etdiyi **********838 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən İddiaçı tərəfindən olan dəyişikliyin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-10838 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarına olan ünvan 1 ünvanında qeydiyyatda, X21 notariat ofisinə təqdim etdiyi **********165 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən İddiaçı tərəfindən olan dəyişikliyin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-11165 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarına olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında qeydiyyatda olan X12 notariat ofisinə təqdim etdiyi **********170 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən İddiaçı tərəfindən olan dəyişikliyin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019cu il tarixdə reyestrdə 8İ-11170 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında qeydiyyatda olan X3 notariat ofisinə təqdim etdiyi **********148 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən İddiaçı tərəfindən olan dəyişikliyin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019cu il tarixdə reyestrdə 8İ-11148 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küç, ev4 D, ünvanında qeydiyyatda, ünvan 3lkiyyətində olan X15 notariat ofisinə təqdim etdiyi **********192 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən İddiaçı tərəfindən olan dəyişikliyin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-11192 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 4 ünvanında qeydiyyatda olan X10 notariat ofisinə təqdim etdiyi **********091 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında olan fərdi yaşayış evinin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 50 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-3091 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda X2 notariat ofisinə təqdim etdiyi **********925 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-10925 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 6 ünvanında qeydiyyatda olan X24 notariat ofisinə təqdim etdiyi **********091 saylı ərizədə ünvan 3lkiyyətində olan mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-10846 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında qeydiyyatda olan X16 notariat ofisinə təqdim etdiyi **********837 saylı ərizədə ünvan 3lkiyyətində olan mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-10837 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 7 ünvanında qeydiyyatda olan X11 notariat ofisinə təqdim etdiyi **********034 saylı ərizədə ünvan 3lkiyyətində olan mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-4034 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 8 ünvanında qeydiyyatda olan X25 notariat ofisinə təqdim etdiyi **********177 saylı ərizədə paylı mülkiyyətində olan ünvan 3lkiyyətində olan mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ-11177 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ünvan 9 ünvanında qeydiyyatda olan X5 notariat ofisinə təqdim etdiyi **********940 saylı ərizədə paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında mənzilin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 5 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə reyestrdə 8İ- 10940 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin FM seriyalı, 009590 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Ə.Abdullayev küçəsindəki 22 otaqlı 358 kv.m sahəsi olan fərdi yaşayış evinin 1 otağı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/24843 nömrə ilə, xx.xx.2000-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli, 10/5334 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evin faktiki vəziyyəti, planı yerləşməsini, təcrid mənzillər şəklində olduğu, yəni ayrı-ayrı giriş-çıxışın, mətbəxin, hamam-ayaqyolusunun, yaşayış otağının və s. olduğu nəzərə aldıqda, fərdi yaşayış evin İddiaçı paylı mülkiyyətində və istifadəsindı olan 1/10 hissədən ibarət 16.3 kv.m bir otağın və 10.2 kv.m qalareyanın cəmi 26.5 kv.m sahənin İnşaat Norma və Qaydalarının və Məhkəmə Tikinti-X18 Metadlarnın tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzilllər şəkildə naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli, 10/5334 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evin faktiki vəziyyətini, planı yerləşməsini, təcrid mənzillər şəklində olduğu, yəni ayrı-ayrı giriş-çıxışın, mətbəxin, hamam-ayaq yolusunun, yaşayış otağının və s. olduğunu nəzərə aldıqda, fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətdə və istifadəsində olan 1/10 hissədən ibarət 16.3 kv.m bir otağının və sahəsi 10.2 kv.m qalareyanın daşınmaz əmlakın texniki pasportunda qeyd edilmiş qapısından istifadə etməklə, cəmi 26.5 kv.m sahənin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzillər şəklində naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 1/10 hissədən -1 otağına İddiaçı pay hüququ vardır. Həmin fərdi yaşayış evinin payçıları - X31, X21, X12, X3, X15, X10, X2, X24, X16, X11, X25, X5 notariat ofislərinə ərizə təqdim edərək paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə və onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişlər. Digər payçılarcavabdehlər Cavabdeh1 qızı, X23, Cavabdeh3n Cavabdeh4 isə bu razılığı vermədiyindən iddiaçı payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli, 10/5334 nömrəli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evin faktiki vəziyyəti, planı yerləşməsi, təcrid mənzillər şəklində olması, yəni ayrı-ayrı giriş-çıxışın, mətbəxin, hamamayaq yolusunun, yaşayış otağının və s. olması nəzərə alınmalı, fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində və istifadəsində olan 1/10 hissədən ibarət 16.3 kv.m bir otağı və sahəsi 10.2 kv.m olan qalareya daşınmaz əmlakın texniki pasportunda qeyd edilmiş qapısından istifadə etməklə, cəmi 26.5 kv.m sahə təcrid mənzillər şəklində naturada ayrılmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 4 saylı evin İddiaçı paylı mülkiyyətində və istifadəsində olan 1/10 hissədən ibarət sahəsi - 16.3 kv.m olan bir otağının və sahəsi - 10.2 kv.m olan qalereyanın daşınmaz əmlakın texniki pasportunda qeyd edilmiş giriş qapısından istifadə edilməklə, cəmi 26.5 kv.m olan sahəsi təcrid mənzil şəklində naturada ayrılsın. Ekspertiza xərcinə görə 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-186/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-186/2022
08.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver