Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1867/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(004)-1867/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə çıxarışından görünür ki, cavabdeh Azərbaycan Respublikası DİN-nin Bak şəhəri Baş Polis İdarəsinin hüquqi ünvanı ünvan 1ab edir ki, cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin hüquqi ünvanı Yasamal rayonunun ərazisində yerləşmədiyindən mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X2 İdarəsi ayrıca hüquqi şəxs olmayaraq, DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin tabeliyində olan idarədir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zəruri qaydada məlumatlandırılmış iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(004)-1867/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1867/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1867/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver