Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-188/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "X7 Klinikasi" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X7 Klinikasi" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" ilkin, iddiaçı "X7 Klinikasi" MMC-nin cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X7 Klinikasi" MMC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov 5 ünvanında yerləşən Laser Beuaty estetik mərkəzində 2015-ci ilin fevral ayından avqust ayına qədər akne xəstəliyindən müalicə olunmuş və həmin estetik mərkəzin “baş həkimi" X1 nəticəsində hal-hazırda sağlamlığı ilə bağlı ciddi problemləri vardır. Belə ki, R.Sultanova ona müalicə təyin edərək isotret dərman preparatını gündəlik 6 ay ərzində qəbul etməsinə göstəriş vermiş, həmin həkimə inamından və hörmətindən onun biliyinə və savadına şübhə etmədən dərhal həmin dərmanı almış və qəbul etməyə başlamışdır. Dərmanı qəbul eldikdən dərhal sonra onun mənfi nəticələri ilə qarşılaşmış və bu məsələyə fikir verməməyə çalışmışdır.Lakin dərmanın qəbul edilməsindən bir ay keçdikdən sonra əllərinin üzərində yaralar və suluqlar əmələ gəlməyə, həmçinin, günəş işığı təsir etdikcə həmin suluqlar və yaralar daha da şiddətli hal almağa başlamışdır. Bu barədə dərhal R.Sultanovaya müraciət edərək məsləhət istəmişdir. Cavabdeh dərmanın müvəqqəti təsirinin olduğunu, az müddətdən sonra keçəcəyini bildirmiş və triderm maz məsləhət görərək ısotret dərman preparatını qəti surətdə davam etməsinə göstəriş vermişdir. Bir ay müddətində həmin yaralardan və suluqlardan əziyyət çəkmişdir. Sonradan dərmanın başqa mənfi cəhətləri üzə çıxmış, dərisində qırmızı səpki kimi ləkələr yaranmağa başlamışdır. (həmin ləkələr 1 ildən çox müddət ərzində dəridə qalmışdır). Daha sonra isə dərmanın ən dəhşətli fəsadları ilə üzləşmişdir. Artıq gün işığına həsrət qalmışdır və 2015-2016-cı ilin bütün yay fəslini evdə qapalı şəraitdə keçirmişdir. Belə ki,. gün işığına çıxarkən dərisi yanır və dəridə piqment ləkələri yaranmağa başlayırdı. Bütün bunlar barədə hər dəfə R.Sultanovaanı məlumatlandırırdı və bir tədbir görməsini xahiş edirdi. Lakin o, hər dəfəsində ona qorxmamağı, dərmanın təsirlərinin dərmanı kəsəndən sonra dərhal itəcəyini bildirirdi. O isə, böyük səhv edərək hər dəfə həkiminə inanırdı və isotret dərmanını qəbul etməyə davam edirdi. 2015-ci ilin sentyabr ayından artıq həmin dərmanı qəbul elmir və həmin dərmanın təsirləri hələ də onu narahat edir. R Sultanovanın səhv müalicəsi nəticəsində həyatını büs-bütün dəyişmiş və dərisinin vəziyyəti günü gündən pisləşmişdir. Hal-hazırda dərisi hiper-həssas vəziyyətdədir və kənardan olan istənilən yüngül travma dərisinin dərindən zədələnməsinə səbəb olur. Dərisinin həddən artıq həsass olması günəş işığına çıxmasına mane olur, günəş işığına çıxarkən dəridə yanmalar və qıcıqlanmalar müşahidə olunur, həmin yanmalar və qıcıqlanmalar isə daha sonra pıqment ləkələrinin yaranmasına səbəb olur. Hazırda bütün bədəni piqment ləkələri ilə doludur və dərisi həddən artıq nazikləşmiş, nütün damarları üzə çıxmışdır. Günəş şüalarının dərisini yandırmasına görə açıq havada çox ola bilmir, yayda isə ümumiyyətlə günəşdən gizlənir Bütün bu hallar uzun müddət depressiyaya düşməsinə və həyat tərzinin dəyişməsinə səbəb olmuşdur. R.Sultanovanın səhv müalicəsi nəticəsində dəymiş ziyanın və dərmanın fəsadları barədə hələ çox yaza bilər. Lakin bu heç bir şey dəyişməyəcək və yenə də sağlamlığından məhrum şəkildə qalacaq. Həmin dərmanın istifadəsindən sonra bir neçə savadlı dermotoloq yanında olmuş və hamısı bir cümlə ilə həmin dərmanın ona görə olmadığını, dərmanın çox ağır olduğunu və təyin edilməsinin yalnis olduğunu bildirmişdirlər. X10 İnstitutunun kafedra müdiri tibb elmləri doktoru Sənan Kərimovun qəbulunda da olmuş, S.Kərimov haqlı olaraq onunla aqressiv davranmış və “Rəna kimi lisenziyası olmayan, milləti bədbəxt edən həkimlərin yanına gedəndə sonunuz belə olacaq” deyə bildirmişdir. Həmin həkim də isotretin demodeks xəstəliyi olan xəstələrə yazıldığını, hətta həmin xəstələrə yazıldıqda belə xəstənin əvvəlcədən müayinə edildiyini, onun bədəninə hansı fəsadların verə biləcəyinın müəyyən edildiyini, bu dərmanın ağır fəsadlar verdiyi üçün təyin olunmasının zəruriliyini bildirmişdir. Qeyd edir ki, onda demodeks deyil, akne xəstəliyi olmuşdur. El dilində demodeks şiş kımı böyük sızanaqlı forma, akne isə xırda səpki formasıdır. Başqa həkimlərə gedərək müalicələr almağa başlamışdır. Həmin müalicələrdən sonra normal insan kimi gün işığında ehtiyatla da olsa və müvəqqəti də olsa qala bilirdi. Lakin dərisi əvvəlki vəziyyətinə qayıtmamış və üst qatı soyulmuşdur. Hazırda dərmanın qəbulundan 5 il keçib və hələ də dərmanın ağır fəsadları ilə üz-üzədir. Belə ki, artıq uzun müddətdir ki, əzələlərində və sümüklərində ağrılar müşahidə elməyə başlamışdır. Bundan bır müddəi sonra isə ayaqlarında, qollarında damarlar partlamağa və iri qançırlar əmələ gəlməyə başlamışdır. Dərhal həkimə müraciət etmiş və həkim müayinəsi, analizlər nəticəsində müəyyən olunmuşdur ki, orqanizmində D vitamini yox səviyyəsindədir. Məlum olduğu kimi insan orqanizmi həyatı üçün önəmli vitamin olan D vitaminin ozü yarada bilmir və D vitamininin yaranması üçün ən önəmli amil günəş şüasıdır. Bundan əlavə D vitamini çatışmazlığı yarandığı üçün bədəndə kalium maddəsi də yaranmamışdır. Belə ki, d vitamini bədəndə kalsium mineralının sovrulmasına xidmət edir. Bədəndə D vitamini və kulsium maddəsi çatışmadığına görə sümük və əzələ ağrıları meydana gəlməyə başlamışdır D vitamininin çatışmazlığı daha ağır fəsadlara, hətta onkoloji xəstəliyin yaranmasına səbəb ola bilər. lakın -hazırda 29 yaşında gənc xanım olmasına baxmayaraq, sanki 70 yaşlı ahıl insanı xatırladır. Sümüklərindəkı daimi ağrılar, xroniki hala çevrilən halsızlığı, baş ağrıları, ən xırda işlərdən belə yorğun düşməsi sağlamlığının yaxşı vəziyyətdə olmadığını təsdiq edir. Bütün bunlar isə Cavabdeh1 yazdığı həmin dərman nəticəsində baş verib. Analizlərin nəticəsində həkim bütün bunların günəş şüası almadığının nəticəsi olduğunu bildirmiş və müalicə yazmışdır. Hazırda həmin müalicəni etsə də, hələ ki bır nəticə görünmür. Bədəndə D vitamini çatışmazlığı bır çtıx xəstəliklərlə yol açır, hətta koronavirus epidemiyasıasına yoluxma riskini artırır. Yaranmış vəziyyətlə əlaqədar olaraq və pandemiyanın geniş yayıldığı bir şəraitdə həmin virusa yoluxmaq ehtimalı daha çoxdur. Ümumiyyətlə orqanizmində D vitamini çatışmazlığı immunitetini zəiflətmiş, bədən bır çox xəstəliklərə müqavimət göstərə bilmir. Bütün bunların səbəbi isə cavabdeh R.Sohanovanın yazdığı dərman nəticəsində günəş işığına çıxa bilməməsi və bədəninin D vitamini qəbul etməməsi olmuşdur. Bütün hu hadisələrdən sonra R.Sultanovanın işlədiyi müəssisənin və özünün tibbi xidmətlər göstərməsi üçün lisenziyasının olmamasını öyrənəndə təəccüblənməmiş və sağlamlığından nəyə görə məhrum olunduğunu anlamışdır. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 11.10.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Cavabdeh1 lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. “X9 Klinikası” MMC-nin 5 saylı Bakı Asan Xidmət Mərkəzi vasitəsi ilə təqdim edilmiş 5 fevral 2018-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyində baxılmış və həmin cəmiyyətə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti ıderınatologiya, dermotoloji, kosmetoloji, stomatologiya terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji üzrə 26 fevral 2018-ci il tarixli İN/L-194/2018 qeydiyyat nömrəli lisenziya verilmişdir. Göründüyü kimi, Soltanova Rana ona isotret preparatını təyin edərkən ümumiyyətlə tibb xidməti göstərməsi üçün lisenziyası olmamış, nə onun, nə də X6 lisenziyası olmadığı halda ona ağır fəsadlar verən dərman preparatı yazmışdır. 2015-ci ildə Laser Beauty Estetik Mərkəzi hüquqi şəxs kimi deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh2 tərəfindən idarə olunan müəssisə olmuşdur. Hal-hazırda X7 Klinikası kimi fəaliyyət göstərir və 05.01 201 8-ci il tarixində qeydiyyatdan keçmişdir. 2015-ci ildə müalicə alarkən Laser Beauty Estetik Mərkəzə 1100 manat məbləğində ödəniş etmişdi. Həmin ödənişlərə kosmetoloji prosedurlar daxil olmuşdur. Cavabdeh1 уazdığı dərman preparatını özü almışdı. Ödədiyi 1100 manata dair kassa mədaxil orderi təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət etmiş, müvafiq tədbir görülmüşdür. Həqiqətən də müəyyən olundu ki, müəssisədə nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ona ünvanladığı 16.09 2018-ci il tarixli məktubunda qeyd olunur kı, müraciətdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan obyektdə Cavabdeh2 oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi orqanının müvafiq qərarına əsasən həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması taktı aşkar olunaraq, vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyıcısinın məsuliyyəti məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılacaqdır. Lokal Gəlirlər Departamentinin 08.10.2018-ci ıl tarixli məktubunda qeyd olunur ki. Departamentin 08.10.2018-ci il tarixli **********0979 nömrəli qərarına əsasən "laser X4 MMM-də "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqı qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbirləri təyin edilmişdir Hazırda sağlamlığında ciddi problemlər vardır. Dərmanın təsirini müxtəlil müalicələr nəticəsində azaltsa da fəsadları hal-hazıra qədər davam edir D vitamini çatışmazlığından əlavə dərisinin nazikləşməsinə, ust qatının soyulmasına əsas olmuşdur. Dərisi əvvəlki sağlam vəziyyətinə qayıtmamışdır Bu illər ərzində müalicələrə xeyli məbləğdə pul xərcləmiş və bundan sonra da xərcləməyi istisna deyil, çünki sağlamlığında hələ də ciddi problemlər var. Bundan sonrakı müalicələri də xeyli məbləğdə xərc tələb edəcəkdir. Prosesin gedişatında "X7 Klinikasi" MMC cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "X7 Klinikasi" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "X7 Klinikasi" MMC cəmiyyət 2018-ci il tarixdə İqtisadiyyat nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət başlamışdır. Cavabdeh1 klinikanın baş həkimi, digər Cavabdeh2isə MMC-nin maliyyə məsələləri üzrə direktor müavinidir. Hər iki şəxs klinikanın məsul şəxsləridir. Dəfələrlə İddiaçı və onun kimi heç bir prosedur edilməyən, heç bir xidmət göstərilməyən şəxslər tərəfindən mütamadi olaraq dövlət qurumlarına əsassız müraciətlər edilir və bu zaman Klinikanın, onun həkimlərin işgüzar nifuzuna xələl gətirmək istəyirlər. Əhalinin sağlamlığın qorunması haqqında qanuna əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və va özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenzıyada) göstərilən işlər və xidmətlərdən kənar ilkin tibbi vardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Bundan əlavə iddiaçı tərəfdə məhz Rəna xanım tərəfindən yazılmış hər hansı bir resept yoxdur, bundan əlavə ödənişi təsdiq edəcək hər hansı kassa çeki də təqdim olunmamışdır. Hazırda İddiaçı “X7 Klinikası” MMC-nin işgüzar nüfuzunu müxtəlif yollarla ləkəliyir və bu onlara mənəvi iztirab verməkdədir. Prosesin gedişatında Cavabdeh1 cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən fəaliyyət göstərdiyi kosmetoloji məkanda İddiaçı adlı şəxsi tanımamış, ona heç bir prosedur aparmamış və ümumiyyətlə onun qeyd etdiyi kimi “dərman preparatları” reseptini yazmamışdır. O zamanlar və hazırda da çox saylı insanlar kosmetoloji məkana müraciət edir, o və digər kosmetoloqlar müayinə aparandan sonra onlara müalicə kursu yazır. Lakin iddiaçının qeyd etdiyi kimi onun akne xəstəliyi (səpkiləri) sadə bir bir fomrada olan sızanaqlardır və bütün internet resursları üzərində sadə isotretion dərman preparatların 1990-cı illərin əvəllərindən həmin akne səpkilərin müalicəsi üçün tövsiyə olunur, həmin dərman preparatları heç bir resept olmadan istənilən şəxs tərəfindən apteklərə daxil olaraq ala bilərlər. İddiaaçı və onun kimi şəxslər müxtəlif yollar ilə, müxtəlif hədə-qorxu təsiri altında ona və digər həkimlərə qarşı planlaşdırılmış formada təziqlər edir və müxtəlif məbləğlərdə pul vəsaiti mənimsəmək istəyirlər. İddiaçı müxtəlif zamanlarda onun fəaliyyət göstərdiyi kosmetoloji məkanla bağlı əsassız şikayətlər etmiş və bu uzun müddətdir ki, sürür. O zamanlar o və həyat yoldaşı Cavabdeh2 tərəfindən buna məhəl qoyulmurdu, çünki şikayət edilən orqanlar onları araşdırmaya dəvət edən zaman sənədləri təqdim edirdi və araşdırmaya xitam verilirdi. 2018-ci ildə ancaq nəğdləşmə və bəzi işçilərin əmək müqaviləsi olmadığına görə barələrdə xəbərdarlıq edilmişdir və bundan sonra həmin nyuansları aradan qaldırmışlar. Hazırda işlədiyi və baş həkimi olduğu “X7 Klinikası” MMC rəsmi qaydada 2018-ci ildə İqtisadiyyat nazirliyi əfindən lisenziya almış və fəaliyyət göstərir, həmçinin ançaq müqavilə əsasında pasientləri qəbul edir, onları tam yoxlayandan sonra müalicə tədbirlərinə başlayır. Hazırda İddiaçı onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu müxtəlif yollarla ləkəliyir və bu ona mənəvi iztirab verməkdədir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, izahatında göstərmişdir ki, Cavabdeh1 və “X7 Klinikası” MMC tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizələri təqdim edilmişdir. Qarşılıqlı iddia ərizələrində Rəna xanım və klinika onu hədə-qorxu gəlməkdə, digər şəxslərlə planlaşdırılmış formada onlara təzyiqlər etməkdə və pul mənimsəməkdə ittiham edirlər. Cavabdeh1 səhhətinə vurduğu zərər, maddi və mənəvi ziyan bəs deyilmiş kimi, qeyriqanuni olaraq heç bir əsas və sübüt olmadan onu cinayət törətməkdə ittiham edir. Əgər onun pul mənimsəmək niyyəti olsaydı, illərlə gözləyib sonra məhkəməyə müraciət etməzdi. Bu illər ərzində müxtəlif üsullarla ondan pul tələb edərdi. Lakin humanist davranaraq illərlə dərmanın təsirinin keçməsini gözləmiş, Rəna xanımın sözünə inanıb ona qarşı hər hansı bir tədbir görülməsi üçün aidiyyatı orqanlara müraciət etməmişdir. Görünür bu da onun səhvi olub, gərək vaxtında tədbir görüb ekspertizadan keçərdi və səhhətinə vurulmuş ziyan işin mübahisəsiz halı olardı. Müxtəlif yollarla pul mənimsəmək Azərbaycan Respublikasınn qanunvericiliyi ilə cinayət sayılan əməldir və bu hal məhkəmə qaydasında öz təsdiqini tapmayana qədər və bu barədə qanuni qüvvəyə minmiş hökm qəbul edilməyənə qədər heç kim onu pul mənimsəməkdə ittiham edə bilməz. Bu onun əsas konstitusion hüquqlarının, təqsirsizlik prezumpsiyası hüququnun pozulması deməkdir. Cavabdeh1 onun sağlamlığına zərər vurması kifayət deyilmiş kimi, qarşılıqlı iddia ərizəsində də heç bir sübuta əsaslanmayan ifadələri ilə onun şərəf və ləyaqətini alçaltmış, ona böhtan atmışdır. Ona görə də hesab edir ki, cavabdehlərdən tələb edilən mənəvi zərər səhhətinə vurulmuş zərər nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntı əsasından əlavə, həm də təqsirsizlik prezumpsiyası hüququnun pozulması əsası ilə də tutulmalıdır. Bundan əlavə, cavabdehlər onu cinayət etməkdə ittiham etdiklərinə, böhtan atdıqlarına görə üzr istəməli və onların tərəfindən verilmiş qarşılıqlı iddia ərizələrindəki həmin ifadələr təkzib edilməlidir. Odur ki cavabdehlər Cavabdeh1, “X7 Klinikası” MMC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etdiyi "iddiaçı və onun kimi şəxslər müxtəlif yollar ilə. müxtəlif hədə-qorxu təsiri altında məni və digər həkimlərə qarşı planlaşdırılmış formada təzyiqlər edir və müxtəlif məbləğlərdə pul vəsaiti mənimsəmək istəyirlər” ifadələrinin təkzib edilməsi və həmin ifadələrə görə ondan üzr istəməsi (yazılı şəkildə) öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iİlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "X7 Klinikasi" MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını, qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, prosesin gedişatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti təmin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tapşırılmaqla, iş üzrə məhkəmə tibbi-ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) İsotret dərmanı hansı xəstələrə, hansı əsaslarla və hansı xəstəliklərə görə təyin olunur? Həmin dərman təyin olunarkən xəstə hansı müayinələrdən keçirilməlidir? Ümumiyyətlə həmin dərman xəstəyə hansı qaydada tətbiq edilməlidir bu barədə ətraflı tibbi arayış məhkəməyə təqdim olunsun. 2) İsotret dərmanının hansı yan təsirləri var, həmin dərman hansı fəsadlara səbəb ola bilər və 25-30 yaş arasında olan şəxslərin dərisində hansı fəsadlar törədə bilər? 3) İddiaçı ciddi D vitamini çatışmazlığı isotret dərmanının istifadəsi nəticəsində yarana bilərdimi? D vitamini defısitinin həmin dərmanın qəbulu ilə birbaşa və ya dolayısı əlaqəsi varmı? Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 15.07.2021-ci il tarixli 2044 saylı rəyinə əsasən 1991-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:
1. “İsotret” dərman preparatının annotasiyasında həmin dərman preparatı sızanaq xəstəliyinin müalicəsində, həmçinin yağlı dəri və yağlı saç problemlərinin həllində istifadə olunur. Tibbi təcrübədə qeyd edilən dərman preparatı təyin edilərkən pasientin hər hansı bir müayinədən keçirilməsi nəzərdə tutulmayıb və həkim seçimindən asılı olaraq təyinatı verilir.
2. “İsotret” dərman preparatının annotasiyasında həmin dərman preparatı döldə eybəcərliklər yarada biləcəyi üçün hamilə qadınlara əks göstəriş hesab olunur və dəridə hər hansı bir fəsad törədə biləcəyi istisna edilir.
3. “İsotret” dərman preparatının annotasiyasında qeyd edilən dərman preparatının istifadəsindən sonra D vitamini defısitinin yaranması istisna edilir. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X7 Klinikasi" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən təyin olunmuş “İsotret” dərman preparatının qəbulu nəticəsində sağlamlığında uzun müddət üçün müalicəsi tələb olunan fəsadların əmələ gəldiyini iddia etmiş, cavabdehlərdən səhhətinə dəymiş maddi ziyanın və bununla bağlı çıkdiyi iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmmış sübutlarını məcmusu ilə ilkin iddia üzrə İddiaçı hazırda sağlamlığında yaranmış problemlərin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən təyin olunmuş “İsotret” dərman preparatının qəbulu ilə bağlı olmaması, cavabdeh tibb müəssisəsi olan “X7 Klinikası” MMC-də təyin edilmiş müalicələrlə iddiaçının onun dərisində yarandığını iddia etdiyi xəsarətlər və “D” vitamini çatışmazlığı arasında səbəbli əlaqənin olmasının istisna edildiyi müəyyən olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər tərəfindən pozulması təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Həmçinin, "X7 Klinikasi" MMC və Cavabdeh1 qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, iddia etmişdirlər ki, cavabdeh İddiaçı tərəfindən “X7 Klinikası” MMC-nin işgüzar nüfuzu, Cavabdeh1 şərəfi, ləyaqəti və işgüzar nüfuzu müxtəlif yollarla ləkələnmiş və bu onlara mənəvi iztirab vermiş və nəticədə onların hər birinə 50000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bununla yanaşı müdafiə etdikləri tələbləri ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Habelə, iddiaçıların gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X7 Klinikasi" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" ilkin iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə İddiaçı 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddiaçı "X7 Klinikasi" MMC-nin cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov