Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1886/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Soltanov X1 qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində maddi zərərin, 13.000 manat məbləğində əldən çıxmış faydanın, 10.000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 43.030 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, dostu Zaur Bəndalıyevlə uzun müddətdir şərikli maşın alqı-satqısı ilə məşğul olur. Cavabdehla aralarında olan razılaşmaya əsasən 2020-ci ilin may ayında tanışı Fuad Mahmudova məxsus olan **-YY-*** dövlət nömrə nişanlı, “Mersedes Maybach” minik markalı avtomobili lizinq şərtləri ilə ona verməyə razılaşmışdır. Razılaşmaya əsasən cavabdeh avtomobilin banka olan aylıq ödənişlərini həyata keçirməli və sənədləşmənin öz adına keçirilməsi üçün avtomobilin borcundan 40.000 ABŞ dolları banka ödəniş etməli idi. Bu razılaşma cavabdehin işçisi Orxan Fərzalıyevin iştirakı ilə olmuşdur. Həmin ödəniş bir ay müddətinə nəzərdə tutulmuşdu. Lakin razılaşmadan 1 ay sonra cavabdeh tərəfindən həmin ödənişin banka ödənilmədiyi məlum oldu. Belə ki, həm bankdan, həm də Fuad Mahmudovdan mütəmadi olaraq zənglər gəlir və dənişlərin edilmədiyi bildirilirdi. Cavabdehlə əlaqə saxlamış və o, özünün maddi sıxıntılarının olduğunu və ona köməklik edərək borc kimi ona pul verməsini xahiş etmişdir. Buna görə də ona 18.000 manat borc vermişdir. Həmçinin həmin ərəfədə avtomobilin dövlət nömrə nişanını da 7000 manata cavabdehə satmağa razılaşmışdır. Beləliklə də cavabdehin ona 25.000 manat borcu yarandı. Bunu etməkdə məqsədi banka edilən ödənişlərdə ləngimələr olmasının qarşısını almaq olmuşdur. Bir müddət sonra cavabdeh borclu olduğu məbləğdən 5000 manatını qaytarmış və yerdə qalan məbləği də tezliklə qaytaracağına söz vermişdir. Lakin bir müddət sonra cavabdeh artıq telefon zənglərinə cavab verməməyə başladı. Böyük çətinliklərlə əlaqə yarada bildiyində isə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayındı. Dəfələrlə söz verməyinə baxmayaraq ən sonda cavabdeh borclu olduğu 20.000 manat pulu qaytarmaqdan imtina etdi. Buna görə də məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin borclu olduğu pulu qaytarmaması ona olduqca yüksək həddə maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, həmin pulun tez bir zamanda geri qayıdacağını təxmin edib bir sıra biznes riskləri almışdır. Lakin cavabdeh pulunu geri qaytarmaması həmin pulla qazanacağı gəlirdən də məhrum olmasına səbəb oldu. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində əlavə olaraq 13.000 manat maddi zərər vurulmuşdur. Cavabdeh borcunu ödəməməklə onun gərgin əsəb stressləri keçirməsinə səbəb olmuş və nəticə etibarilə çox ağır mənəvi zərər də dəymişdir. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir.Hazırda iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vaxtı və yeri haqqında cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək, verdiyi izahatında cavabdehin iddiaçıdan heç bir məbləğdə borc almadığını və ona borcunun omadığını göstərmiş və iddia tələbi əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 2020-ci ildə 25.000 manat verdiyini, sonuncunun isə həmin pulun 5000 manatını qaytardığını, lakin, qalan 20.000 manatını qaytarmağını iddia etmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Habelə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iş üzrə İddiaçı iddia tələbini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən hazırki iddia tələbi qanunsuz və əsassız olub rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 05.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1886/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1886/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver