Məhkəmə qərarları › İş №2(004)-1912/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1912/2023

29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1912/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 Təvəkkül oğluna qarşı "xxxx" QSC və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Y- 380-22 nömrəli protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 81-9281 nömrəli, icra qeydinə əsasən İddiaçı 25440 manat pul tutularaq tələbkar Cavabdeh3 Təvəkkül oğluna ödənilməlidir. Həmin icra sənədi Cavabdeh1 icraatına daxil olmuş və tələbin könüllü qaydada ödənilməsi üçün təyin edilmiş müddətdə icra sənədi icra olunmadığından, iş üzrə məcburi icra tədbirlərinə başlanılmış və iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binası tələbin həmin əmlaka yönəldilməsi üçün hərraca çıxarılmış, Bakı Hərrac Mərkəzi tərəfindən keçirilən hərracda 20150 manata tələbkar, yəni Cavabdeh3 satılmışdır. Bakı Hərrac Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə, Y-380/22 saylı “hərracın nəticələri haqqında yekun protokol” tərtib edilmişdir. Qeyd olunan əmlak 008M**********02 saylı, xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən 120 ay müddətinə, yəni xx.xx.2031-ci il tarixədək iş üzə 3-cü şəxs olan “Accessbank" QSC-yə ipoteka qoyulmuş və hazırda həmin əmlak ipoteka saxlayan kimi "xxxx" QSC yüklülüyündədir. Hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli hərrac bildirişi iddiaçıya poçt vasitəsi ilə çatdığı gün, yəni xx.xx.2022-ci il tarixdə həmin hərracın sifarişçisi Cavabdeh1nə, eləcə də hərrac təşkilatı olan "xxxx" MMC-yə poçt vasitəsilə rəsmi qaydada iddiaçı tərəfindən məlumat verilmiş və həmin məlumatları sifarişçi xx.xx.2022-ci il tarixdə, hərrac təşkilatı isə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışlar. Hərracın keçirilməsindən 13 gün əvvəl həmin məlumatlar hərrac təşkilatına çatmasına baxmayaraq, bununla bağlı heç bir tədbir görülməmiş və qanunsuz olaraq hərrac keçirilmiş və hərracın baş tutması barədə yekun protokol tərtib edilməklə əmlak satılmışdır. Cavabdeh1 6 ay əvvəl ipoteka qoyulmuş və hazırda da ipoteka predmeti olan daşınmaz əmlakı hərraca çıxararkən həmin daşınmaz əmlaka dair sənədləri hərrac təşkilatına təqdim etməmiş və tələbin ipoteka predmetində olan əmlaka yönldilməsi zamanı üstünlük hüququnun ipoteka saxlayanda olması barədə qanunvericiliyin tələbini pozmuşdur. İpoteka müqaviləsi 27 yanvar 2021-ci il tarixdə bağlanılmış, sadə borc müqaviləsi üzrə icra sənədi isə altı ay sonra - xx.xx.2021-ci il tarixdə verilmişdir. Belə olan halda üstünlük ipoteka saxlayanın olsa da nə hərrac təşkilatı, nə də sifarişçi olan Cavabdeh1 bunu nəzərə almamışdır. Qeyri-yaşayış sahəsinin hərracdan satılması üçün icra şöbəsi tərəfindən hərrac mərkəzinə verilmiş sifariş barədə icra şöbəsi tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2262562X2 iddia tələbini müdafiə edərək ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsinin iddiaçı ilə onun birgə nikah dövründə birgə qazancı hesabına əldə edildiyini və bu səbəbdən ona məxsus əmlaka iddiaçının öhdəlikləri üzrə tutma yönəldilə bilmədiyini bildirərək iddianın təmin edilməsi və həmin əmlakın satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2262562X1 izahatında göstərilənləri təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh3, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən yaranmış və vaxtında ödənilməmiş 25400 manat borcu olmuşdur. Borc ödənilmədiyindən notarius tərəfindən xx.xx.2021-ci il tarixində icra qeydi verilmişdir. Bundan sonra Cavabdeh1 sifarişi əsasında hərrac keçirilmiş, tələbkar əmlakı almağa razılıq verdiyi üçün “İcra haqqında” AR Qanununun 53-cü maddəsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixində hərracın yekunlarına dair əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qeyd olunan qeyri- yaşayış sahəsi götürülmüş kreditin təminatı olaraq "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin həmin kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyindən, iddiaçının bank qarşısında öhdəliyi qalmamışdır. Başqa sözlə, əmlak üzərində yüklülük formal xarakter daşıyır. İddiaçı belə məzmunlu bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə vaxt uzadır, dolayısı ilə borcu ödəməkdən yayınmağa çalışır. Baxmayaraq ki, hərracın qalibi olaraq sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh3 məxsusdur, lakin iddiaçı hazırda da oradan istifadə etməklə əsassız gəlir əldə edir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hərracın keçirilməsi haqqında Cavabdeh1 150249/05 saylı, xx.xx.2022 il tarixli sifariş məktubu xx.xx.2022 tarixdə "xxxx" MMC-yə daxil olmuşdur . Sifariş üzrə Lənkəran Rayonu 1 saylı Notariat kontorunun 8İ-9281 saylı, xx.xx.2021 il tarixli icra qeydinə əsasən borclu İddiaçı məxsus Lənkəran şəhəri, X4 küçəsi, 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 21,10 kv.m olan 1 otaqlı qeyri yaşayış binası satılmalı və tələbkar Cavabdeh3 olan borc ödənilməli idi . Sifarişi aldıqdan sonra "xxxx" MMC hərracın təşkili üçün “Market” qəzetinin № 50 (10866) 30.09.22-06.10.22 il tarixli sayında elan verilmişdir.Tərəflərə-İddiaçı və Cavabdeh3 xəbərnaməli bildirişlər göndərilmişdir. İlkin hərrac xx.xx.2022 il tarixə, saat 11-00 təyin edilmişdir. Hərrac zamanı tələbkar tərəf əmlakı almağa razılıq vermişdir. Nəticədə Cavabdeh3 ilə əmlakın alqı-satqısına dair müqavilə və № Y-380/22, xx.xx.2022 il tarixli yekun protokol imzalanmışdır .Həmçinin Bakı Hərrac Mərkəzi MMC-nin http://e-lot.az saytında hərrac barədə məlumat yerləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs "xxxx" QSC məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki: Cavabdeh1 xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə "xxxx" MMCyə müraciət etmişdir. "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli Y-380/22 saylı bildirişindən görünür ki, 26 oktyabr 2022-ci il tarixə hərrac təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu İddiaçı bu bildirişə etiraz olaraq, Cavabdeh1nə və "xxxx" MMC-yə müraciət etmiş, ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 008L00000 ******* saylı müqaviləyə əsasən girov predmeti olduğundan əmlakın hərraca çıxarıla bilməyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan, yəni hazırki iş üzrə İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyriyaşayış sahəsini 008L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən öhdəliyinin təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın, yəni "xxxx" QSC-nin xeyrinə yüklü etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin bazar dəyəri 45000 manat, likvid dəyəri 42000 manat müəyyən edilmişdir. "xxxx" MMC Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 0244/22 saylı ekspert rəyinə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin orta bazar dəyəri 20150 manat müəyyən edilmişdir. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli Y-380/22 saylı hərracın nəticələri haqqında yekun protokoluna və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsi Cavabdeh3 tərəfindən alınmışdır. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışa əsasən, ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və əmlak üzərində xx.xx.2021-ci il tarixli, 008L00000 ******* saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ipoteka və Cavabdeh1 xx.xx.2021-ci il tarixli Qərarı ilə həbs mövcuddur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(049)-3/2023 saylı qərardadı ilə əmlak açıq hərrac yolu ilə satıldığından onun üzərində olan həbs götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(106)-38/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(049)-3/2023 saylı qərardadı ləğv edilmiş, Lənkəran rayon 1 saylı Notariat Kontorunun 8İ-9281 nömrəli, xx.xx.2021-ci il tarixli sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair Cavabdeh1 icra məmurunun təqdimatı təmin edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin iddiaçı X1 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli 2(049)-3713/2022 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı ilə üçüncü şəxs F.Qasımova 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 21.10 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları 2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. “İcra haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh3 Təvəkkül oğlu qarşısında pud öhdəliyi olmuş, bu barədə notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru qanunsuz olaraq iddiaçının arvadı ilə ümumi birgə əmlakında olan iddiaçının payına tutma yönəldilməli olduğu halda bütün əmlaka tutma yönəldərək həmin əmlakın hərracdan satılması barədə sifariş vermişdir. Məhkəmə hesab edir ki, hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tərəflərin məhkəmədə verdikləri izahatlarına əsasən mübahisəli qeyri-yaşayış sahəsi hal-hazıradək iddiaçının sahiblik və istifadəsindədir. Eyni zamanda həmin sahə üzərində hal-hazıradək cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar