Məhkəmə qərarları › İş №2(004)-1918/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1918/2023

13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1918/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-Məmmədova Ayşən Razmiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, vəkil Cavabdeh barəsində cinayət işinin başlanmasına dair xüsusi qərardad çıxarılması və tərəfindən vəkil Cavabdeh ödənilmiş 5000 manat pulun ondan alınaraq geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsini verərkən, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu tam ödəməmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2ş "xxxx" ASC vasitəsi ilə ödənilmiş xx.xx.2023-cü il tarixli, 3056 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 20 manat məbləğində ödəniş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunununu 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda müəyyən olunmuş dövlət rüsumunun miqdarı 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 3056 nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 20 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, 3056 nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 20 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar