Məhkəmə qərarları › İş №2(004)-1929/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1929/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1929/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdehlər "xxxx" MMC – yə, Abşeron rayon icra şöbəsinə və Cavabdeh3 ASC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MMC – yə, Abşeron rayon icra şöbəsinə və Cavabdeh3 ASC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 sot torpaq sahəsi və 10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 248 kvmetr təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının cavabdehlərə qarşı əmlakın yenidən qiymətləndirilməsi barədə tələbi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Belə ki, hazırki halda iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu mümkün olunsun. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyə görə geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(012)-4809/2021 saylı qətnaməsi ilə əmlakın qiymətləndirilməsi aparılmış, likvid qiymət müəyyən edilmiş, İddiaçı həmin qətnaməni mübahisələndirmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında əmlak yenidən qiymətləndirilmiş, mülki işə baxılaraq cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(012)-4809/2021 saylı qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, əmlakın likvid qiyməti və digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bildirir ki, ekspert rəyi MPM-in 76.2-ci maddəsinə əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.3-cü maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan, onun müstəqil iddia şəklində mübahisələndirilməsi mülkiprosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər "xxxx" MMC – yə, Abşeron rayon icra şöbəsinə və Cavabdeh3 ASC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar