Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1939/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayonu 64 saylı MKİS cəlb edilməklə Cavabdeh1 qarşı “ünvan 1 ünvanının sahibi tərəfindən maneələrin aradan qaldırılması, mənzildə daxili paylayıcı istilik dayaqlarının bərpa edilməsinə şəraitin yaradılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayonu 64 saylı MKİS cəlb edilməklə Cavabdeh1 qarşı “ünvan 1 ünvanının sahibi tərəfindən maneələrin aradan qaldırılması, mənzildə daxili paylayıcı istilik dayaqlarının bərpa edilməsinə şəraitin yaradılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yaşayır. Cavabdeh isə ünvan 1 ünvanında yaşayır. Cavabdehə məxsus mənzilin daxili paylayıcı istilik dayaqları ləğv edilmişdir. Nəticədə iddiaçının yaşadığı 105 saylı mənzilə istiliyin verilməsi dayandırılmışdır. Sözügedən mənzilin sahibi Cavabdeh1 tərəfindən istilik dayaqlarının bərpa edilməsinə şərait yaradılmır və o, dayaqların bərpa edilməsinə icazə vermir. Nəticədə, iddiaçının hüquqları pozulur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddianı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu 64 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında paylayıcı istilik dayaqları kəsilərək ləğv edilmişdir. Həmin ünvanın hazırki sahibi Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu dayaqların bərpa edilməsinə şərait yaratmaqdan qəti imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, hər 3 (üç) dispozitiv şərt mülki iş üzrə öz təsdiqini tapır. Belə ki, cavabdeh təqsirli formada, qəsdən dayaqların bərpa edilməsinə maneə yaratmaqla iddiaçıya maddi zərər vurmuşdur və cavabdehin hərəkətləri ilə nəticə (zərər) arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə qeyd edir ki, zərər dedikdə, geniş mənada aktivlər anlaşılmaqla şəxsin müəyyən nemətlərdən, vasitələrdən faydalanmaq imkanlarının məhdudlaşdırılması, qarşısının alınması başa düşülür. Hazırki iş üzrə, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhz dövlət istilik sistemindən faydalanmaq imkanından məhrum edilmiş və maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut, sənəd, material, şifahi və ya yazılı mülahizə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini əsaslı hesab edir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı istilik sistemindən istifadə etməklə bağlı qanuni haqqlarından məhrum edilmişdir. Beləliklə məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında maneələr aradan qaldırılmaqla mənzildə daxili paylayıcı istilik dayaqlarının bərpa edilməsinə lazımi şəraitin yaradılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulmalıdır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri qanuni və ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayonu 64 saylı MKİS cəlb edilməklə Cavabdeh1 qarşı “ünvan 1 ünvanının sahibi tərəfindən maneələrin aradan qaldırılması, mənzildə daxili paylayıcı istilik dayaqlarının bərpa edilməsinə şəraitin yaradılması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında maneələr aradan qaldırılmaqla mənzildə daxili paylayıcı istilik dayaqlarının bərpa edilməsinə lazımi şəraitin yaradılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1939/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1939/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver