Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1948/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi» tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin ana qrafasında doğma anası “X1” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini «adın və soyadın dəyişdirilməsi» adlandırsa da, onun tələbi doğum haqqında şəhadətnaməsinin ana qrafasında dəyişikliyin edilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, Nəsimi rayon XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə X2 bacısı qızı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Cavanşir qızını övladlığa götürməsinə icazə verilmiş, soyadı Əliyeva, adı Ella saxlanması, ata adı Ağamirzə qızı kimi göstərilməsi, ata qrafasında X3, ana qrafasında X4 yazılması, doğum yerinin Bakı şəhəri, təvəllüdünün xx.xx.1985-ci il olaraq qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Azərbaycan Respublikası MPM-in 351-ci maddəsinə əsasən, uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının çatmaq istədiyi məqsəd Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə övladlığa götürülmənin ləğv edilməsi haqqında iddia ərizəsi verməklə nail ola bilər. Çünki, iddiaçının X4 tərəfindən övladlığa götürülməsi nəticəsində doğum haqqında şəhadətnaməsinin ana qrafasında onun adı yazılmışdır. Belə olduğu təqdirdə, doğum haqqında şəhadətnamənin ana qrafasında tələb edilən dəyişikliyin edilməsi də övladlığa götürmənin ləğvi ilə mümkündür. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1948/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1948/2023
13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver