Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1952/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək məbləğindən 15365 manat məbləğində artıq aldığı pulunun geriyə, iddiaçıya qaytarılması, eləcə də iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 avqust 2015-ci il tarixli, 2015/00168-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC-dən illik faiz dərəcəsi 28% olmaqla, 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Faktiki isə həmin vaxt özünü Cavabdeh1 BOKT ASC-nin müdiri adlandıran X6 həmin 30000 dolların 6000 hissəsini “şapka” adı ilə özünə götürmüş, 24000 hissəsini iddiaçıya vermişdir. Bu “şapka”nı verməyi o, şərt kimi qoymuşdur. İddiaçı etiraz etsə də, 6000 dolları “şapka” kimi verməsə, krediti verməyəcəyini bildirmişdir. Başqa banklardan kredit borcuna görə kredit götürə bilmədiyindən məcbur olub Rəşadın “şapka” “tələbinə” razılaşmışdır. Elə iddiaçının və kürəkəni Eyyam Damətovun yanındaca 6000 dolları sayıb cibinə qoymuş, qalan 24000 dolları onlara vermişdir. Sumqayıt şəhəri, 10-cu mkr., 3 saylı binada yerləşən 33 saylı, 3 otaqlı mənzilini girov qoymuş və bu barədə cavabdehlə ipoteka müqaviləsi bağlamışdır. Bu krediti götürəndə dolların manata münasibətdə məzənnəsi 1,05 manat olmuşdur. Kediti götürəndən bir ay sonra isə dolların məzənnəsi kəskin surətdə artaraq manata münasibətdə 1.68 manatda qərarlaşdır. Bu hal çoxları kimi iddiaçıya da əsaslı çətinliklər yaratmış və krediti ödəməkdə gecikmələri olmuşdur. 14000 manat çətinliklə ödəmişdir. Oldur ki, Cavabdeh1 BOKT ASC məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2018-ci il tarixi, 2(062)-49/2018 saylı qətnaməsinə əsasən iddiaçıdan cavabdehin xeyrinə cəmi 38585,30 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi və mənzilinin ilkin satış qiymətinin 65000 manata müəyyən olunmaqla açıq hərracdan satılması və hərracdan əldə edilmiş pul hesabına borcun ödənilməsi qət edilmişdir. Bu qətnamə çıxandan sonra iddiaçı Cavabdeh1 BOKT ASC-nin hesabına 2960 manat hissəhissə pul ödəmişdir. Qətnamənin icrası Sumqayıt İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. Bu qurumda işə nəzarət edən icra məmuru Toğrul Rüstəmov bir dəfə də olsun iddiaçını şöbəyə dəvət etməmiş ödəmə ilə bağlı fikrini soruşmamışdır. İddiaçını lazımi qaydada məlumatlandırmadan, ondan xəbərsiz, iştirakını təmin etmədən evini açıq hərraca çıxarmış və saxta hərrac yolu ilə mənzilinin qiymətini süni şəkildə azaldaraq sonra mənzilini borcunun əvəzində cavabdehə vermişdir. Bunlar ətraflı olaraq iddiaçıya bu ilin 22 noyabrda icra məmuru Toğrul Rüstəmova şəxsən müraciət edib hərracın sənədlərini ondan alandan sonra bəlli olmuşdur. Sifarişi və hərrac bildirişlərini iddiaçıya göndərmişlərsə də, uzun müddət xəstəxanada müalicə almağı və başqa ünvanda yaşayan qızıgildə xəstəliyi ilə bağlı qalması səbəbindən bu sənədləri iddiaçı imza atıb almamışdır. Vəkili X3 2021-ci ildə pandemiyadan dünyasını dəyişdiyindən vəkil yardımından da yararlana bilməmişdir. xx.xx.2022-ci il tarixli, 056/22 saylı hərrac bildirişinin mətnində yazılır ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən iddiaçıya məxsus mənzil "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmış, ilkin qiyməti 65000 manat olmuşdur. 02 mart 2022-ci il, saat 11:00. Ünvan Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi, 2C. Hərracın haqqında bildirişdə heç nə yazılmır. Bildirişi direktor L.Bayramov imzalayıb. xx.xx.2022-ci il tarixli, 056/22-ci il tarixli hərrac bildirişindən isə aydın olur ki, 17 mart 2022-ci il, saat 11-ə təyin edilmiş hərracda mənzilinin qiyməti ilkin qiymətindən endirilərək 55250 manata qoyulmuşdur. "xxxx" MMC-nin 056/22 saylı, xx.xx.2022-ci il tarixi protokolundan aydın olur ki, 2 hərracdan sonra mənzilinin qiyməti 25 faiz endirilərək son satış qiyməti 41437,50 manat müəyyən edilmişdir. Protokolda guya hərracın baş tutmaması göstərilir və ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əmlakı bu qiymətə “almışdır” və tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. Hərracda iştirak edən olub, olubsa, nə qədər adam olub, hansı qiymətlər təklif olunub-olunmayıb protokolda əksini tapmayıb. Elə protokolun tərtibindən göründüyü kimi o, yarımçıqdır, hərracın gedişini özündə əks etdirmir, saxtadır. Həmçinin mənzili Sumqayıtda yerləşirsə, hərrac da Sumqayıtda olmalıydı. Bakıda kimə maraqlıdırsa, gəlib. Hərraclar formal olmuş, saxta protokol tərtib olunmuşdur. Nəzərdə tutulan qanunlara uyğun heç bir hərrac keçirilməmiş və iddiaçının bu hərraclarda iştirakı təmin edilməmişdir. Mümkündür ki, iddiaçıya bildirişlər göndərilmiş, ancaq şəxsən ona bu bildirişlər verilməmişdir. Beləcə Cavabdeh1 BOKT ASC-nin istəyi və diktəsi ilə hərəkət edən Sumqayıt şəhəri üzrə icra idarəsi və "xxxx" MMC formal hərrac keçirərək, faktiki oraya heç bir alıcı dəvət etməyərək saxta hərrac sənədləri tərtib etmiş, əsl məqsəd isə bu saxta hərrac vasitəsilə iddiaçının mənzilinin ilkin qiymətini süni şəkildə aşağı endirib Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə vermək olmuşdur. Odur ki, bu hərracın sonunda tərtib olunmuş protokol etibarsız sayılmalıdır. Hərracın saxta olması onunla da təsdiq olunurdu ki, hərracdan sonra xx.xx.2022-ci il tarixdə kürəkəni ilə Cavabdeh1 BOKT ASC-nin ofisinə getdilər, orada onları qarşılayan və özünü təşkilatın şöbə müdiri kimi təqdim edən Ağa adlı şəxs 42300 manat pulu ödəmələri müqabilində mənzilini girovluqdan çıxarılacağını bildirmişdir. Ardınca 20000 manat dərhal ödəməli, 22300 manat isə mənzilin alqı-satqısı günü ödənilməsini ona bildirmişlər. İddiaçı həmin günlərdə faizlə 18000 manat borc alıb ATB vasitəsilə onların hesabına köçürmüşdür. 2960 manatda öncə ödədiyini xatırlatmışdır. Bundan sonra dəfələrlə cavabdehin ofisinə get və xahiş etmişlər ki, alqı-satqı üçün mənzilinin sənədlərini versinlər. Həmin dövrlərdə cavabdeh təşkilatın Nofəl və Xeyrulla adlı işçiləri iddiaçıdan izahat da almışlar ki, 42300 manatı ödədikdən sonra mənzilini özünə qaytaracaqlar. O vaxt iddiaçının mənzilinin yerləşdiyi ərazidə 3 otaqlı evlər artıq 75000-80000, hətta yaxşı təmirli evlər 85000 manata satılırdı. Mənzilini hərrac fırıldağı yolu ilə ələ keçirmiş Cavabdeh1 BOKT ASC onlardan evin həqiqi dəyərini istəyirdi. Yəni həmin qiymətə satsınlar. Elə bu fakt da təsdiq edir ki, Cavabdeh1 BOKT ASC saxta hərrac keçirtmiş, evinin həqiqi dəyərini az qala iki dəfə azaldaraq ələ keçirmişdir. Evlərin bahalaşmasını onlar da görürdülər. Odur ki, həmin vaxtlarda məhkəməyə iddia verib mənzilinin ilkin satış qiymətinin 85000 manata qaldırmasını xahiş etmişlər. Ancaq mənzilinin ilkin qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi ilə bağlı qüvvədə olan qətnamə olduğundan iddiası təmin edilməmişdir. Evləri saxta hərrac üzrə ucuz qiymətə əlindən çıxdığından iddiaçı tələsik müştəri tapıb nəhayət 30 sentyabr 2022-ci il tarixdə evini Cavabdeh1 BOKT ASC-nin əli ilə 60000 manata satmışdır. Sənədi evi alana vermişlər. Ancaq həmin pulun hamısını da Cavabdeh1 BOKT ASC özünə götürmüş, artığını onlara qaytarmamışdır. Nəticədə qətnamə ilə müəyyən edilmiş 38585,3 dolları manata çevirdikdə alıınan 65595 manatın əvəzinə cavabdehə 80960 manat pul ödəmiş oldu. Yəni 15.365 manat artıq pul ödəmişdir. Odur ki, həmin artıq ödənilmiş pul geriyə, özünə qaytarılmalıdır. Sumqayıt şəhəri üzrə icra idarəsi Cavabdeh1 BOKT ASC-nin təsirinə düşərək mənzili Sumqayıtda olduğu halda başqa məkanda hərrac görüntüsü yaradaraq mənzilinin dəyərini süni şəkildə azaldaraq ələ keçirmiş, iddiaçını isə qapılarda qalmağa məcbur etmişdir. Bu davranış ona qarşı vicdansızlıqdır, əmlakını saxta, süni hərracla ələ keçirib əsassız varlanmaqdır. Daha sonra Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi ilə İddiaçı Abış qızından Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 38585,30 ABŞ dolları pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(105)-2218/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 22 aprel 2019-cu il tarixli 2(102)-2853/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı Cavabdeh1 BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı mənzilə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-278/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qeyd olnan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 774/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. İpoteka predmeti olan əmlak ilkin satış qiyməti 65000 manata "xxxx" MMC-də satışa çıxarılmışdır. Keçirilmiş ilkin və təkrar hərraclar zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata əldə edilmişdir. Daha sonra isə 056/22 saylı 29 mart 2022-ci il tarixli hərrac protokoluna və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC xx.xx.2022-ci il tarixində sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Təşkilatın rəhbərliyi ilə İddiaçı dəfələrlə görüşüb, hərracın keçirilməsi, əmlakın hərracdan təşkilatın balansına keçməsi barədə ona məlumat verilmişdir. İddiaçı təşkilata borcu əmlakın balans qiymətinə müvafiq olaraq silindikdən sonra onun təşkilata 24157,85 manat qalıq borcu qalmışdır. Qətnamə qəbul edildikdən sonra İddiaçı tərəfindən müxtəlif tarixlərdə ödənişlər olmuşdur. Belə ki, o, 2960 manat ödəniş etmişdir. Daha sonra isə 20 may 2022-ci il tarixində 18000 manat məbləğində ödəniş etmişdir. İddiaçı etdiyi ödənişlər onun qalıq borcundan çıxılmışdır. Buna baxmayaraq onun hələ də təşkilata 3197,85 manat borcu qalmışdır. Əmlak təşkilatın balansına götürülənədək İddiaçı etdiyi ödənişlər qalıq borcun silinməsinə yönəldilmişdir. Daha sonra 30 sentyabr 2022-ci il tarixli AN-İ №1079992 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 60000 manat müqabilində X1. Alqı-satqı müqaviləsi bağlanan zaman müqavilə predmeti – ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər İddiaçı, İsmayılova Könül İsmayıl qızı, İsmayılova Ülviyyə İsmayıl qızı, Əsgərov İlkin Taleh oğlu, Əsgərova Aytən Taleh qızı və Sevdimov Ədalət Xavər oğlu notarial qaydada ərizə təqdim edərək mənzil satılmasına etiraz etmədiklərini bildirmiş və müqavilədə göstərilən müddət ərzində pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İddia ərizəsindən də göründüyü kimi, qeyd olunan alqı-satqı müqaviləsi İddiaçı və Cavabdeh1 BOKT ASC arasında olan razılığa əsasən mübahisəli mənzilin İddiaçı qaytarılması məqsədilə bağlanmışdır. Göründüyü kimi, qanuni prosedurlar çərçivəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 3 ünvanında yerləşən 33 saylı mənzil Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçmiş və təşkilat mülkiyyətində olan mənzili X2. Beləliklə, İddiaçı 30 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən Cavabdeh1 BOKT ASC tərəfindən ona 15365 manat məbləğində pulun qaytarılmalı olduğu barədə iddiası da əsassızdır. xx.xx.2022-ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 65000 manat məbləğində olmaqla, ilkin hərracının keçiriləcəyi barədə "xxxx" tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşayiət məktubu tərəflərindən İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixində Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 55250 manat məbləğində olmaqla, təkrar hərracın keçiriləcəyi barədə "xxxx" tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşayiət məktubu tərəflərindən İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixində Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022ci il tarixində "xxxx" tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018ci il tarixli 2(060)-49/2018 saylı icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak ilkin və təkrar hərrac baş tutmadığına görə Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş və xx.xx.2022-ci il tarixli, 056/22 saylı protokola əsasən Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi icraya yönəldilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən qaydada izahat verərək bildirmişdir ki, məhkəmənin qərarı ilə pul ödənildi evi aldı. Ondan əlavə 18000 manat və 2900 manat ödəyib. Bu məbləğləri çıxmadılar. Onu aldatdılar ki, 42000 manata evi onlara qaytarsınlar, bir həftə müddətinə məbləğin yarısını ödəyin, 10 günə isə sənədi verərlər, alqı-satqı edərlər. Bunları ona oranın müdiri Ağa müəllim bildirdi. O da 18000 manatı ödədi. Sonra 4 ay uzatdı və iddiaçı gedib-gəlməli oldu. Onun evini də 60000 manata satıb götürdü. İddiaçı dedi ki, evi verirəm sənə, mənim 18000 manatımı ver. Ona dedilər ki, 1 həftəyə 18000 manatı gətirin, mən evi 42000 manata sizə satım. İddiaçı da qohumlar vasitəsi ilə 18000 manatı ödədi. Sonra o, Ağa müəllimə bildirdi ki, 50000 manata da razılaşa bilərik, lakin 18000 manatı oradan çıx. O, məhkəmənin qətnaməsi ilə nəzərdə tutulan məbləği də ödəyər, lakin 18000 və 2900 manat ödəyib. Həmin pulu qaytarsınlar. Onun 18000 manatı köçürməklə bağlı ərizəsi də var. 18000 manat köçürdü və bildirdi ki, evi satanda 24000 manat da köçürəcək. Hərracda iddiaçı iştirak etməyib, çağırılmayıb ona görə də etibarsızdır. Sadəcə telefonla nəvəsinə zəng etdilər ki, ev satılıb, 7%-i gətirib götürsün. İddiaçı protokolu istədi, lakin ona verilmədi. 51000 manata hərraca çıxarıblar. Lakin bu barədə ona məlumat verilməyib. İsmayılova Könül, İsmayılova Ülviyyə qızlarıdır, Əsgərov İlkin, Əsgərova Aytən nəvələridir və Sevdimov Ədalət kürəkənidir. Onlar məcbur olub evin satılmasına razılıq veriblər. 15365 manat pul hərracda mənzil satıldıqdan sonra ödənilən pul vəsaiti, daha sonra Cavabdeh1 BOKT ASC-nin 60000 manata satdığı məbləğin fərqidir. Hesab edir ki, 60000 manata satılan məbləği Cavabdeh1 BOKT ASC əldə edib, bundan sonra da 21000 manat, 18000 manat və 3000 manat ödəyiblər. Ona görə ümumilikdə 65000 müəyyən edirlər ki, ödənilməli idi, 15000 manat qalığı Cavabdeh1 BOKT ASC-dən tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X8 etirazda qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, hesab edir ki, iddia tələbi əsassızdır. Etirazda 3197,85 manat hələ də iddiaçının borcu olması qeyd olunur, lakin bank tərəfindən borcun olmaması ilə bağlı sənəd varsa, iddiaçının banka hazırda borcu yoxdur. Ola bilsin ki, verilən məlumatlar yanlış olub. Mayda iddiaçı tərəfindən ödəniş olunduqdan sonra 3000 manat qalıq borcu qalıb. 2022-ci ilin noyabr tarixində qalıq 3000 manat borc ödənilib. İddiaçının hazırda borcu yoxdur. Mənzil isə artıq bankın mülkiyyətində olduğuna görə bu bankdan asılı olaraq müxtəlif qiymətə satıla bilərdi. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 BOKT ASC tərəfindən Mərkəzi Bankın sədr müavini cənab Əliyar Məmmədyarova ünvanlanmış xx.xx.2022-ci il tarixli 1424-082022 nömrəli məktuba əsasən müəyyən olunur ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 2015/00168-01 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. Əsas kredit məbləği və ona hesablanmış faizlər ödənilmədiyi üçün təşkilat tərəfindən borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 38585,30 ABŞ dolları pulu tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(105)-2218/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 22 aprel 2019cu il tarixli 2(102)-2853/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. İpoteka predmeti olan əmlak ilkin satış qiyməti 65000 manata "xxxx" MMCdə satışa çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata əldə edilmişdir. İddiaçı təşkilata olan borcu əmlakın balans qiymətinə müvafiq olaraq silindikdən sonra onun təşkilata 24157,85 manat qalıq borcu qalmışdır. Qətnamə qəbul edildikdən sonra İddiaçı tərəfindən müxtəlif tarixlərdə ödənişlər olmuşdur. Belə ki, 2960 manat ödəniş etmişdir. Daha sonra isə 20 may 2022–ci il tarixində 18000 manat məbləğində ödəniş etmişdir. İddiaçı etdiyi ödənişlər onun qalıq borcundan çıxılmışdır. Buna baxmayaraq onun hələ də təşkilata 3197,85 manat borcu qalmışdır. Daha sonra isə hərrac protokoluna və alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC xx.xx.2022-ci il tarixində sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Əmlak təşkilatın balansına götürülənədək İddiaçı etdiyi ödənişlər qalıq borcun silinməsinə yönəldilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 BOKT ASC-yə, Sumüsyıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı mənzilə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-278/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-774/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Təşkilatın rəhbərliyi ilə İddiaçı dəfələrlə görüşüb, hərracın keçirilməsi, əmlakın hərracdan təşkilatın balansına keçməsi barədə ona məlumat verilib və təşkila tərəfindən ona heç bir vəd verilməyib. Sonuncu dəfə İddiaçı və onun qohumları ilə təşkilat arasında keçirilən görüşdə İddiaçı qohumları bıçaqla əməkdaşlara hədə-qorxu gəlmişdir. Daha sonra hadisəyə polis müdaxilə etmiş, İddiaçı qohumları polis bölməsinə aparılaraq izahatları alınmışdır. İş materiallarında olan Cavabdeh1 BOKT ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1206-072022 nömrəli məktuba əsasən müəyyən olunur ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxus olan ünvan 2 ünvanında yerləşən 63,2 m2 ümumi, 39,6 m2 yaşayış, 23,6 m2 yardımçı sahədən ibarət olan 33 nömrəli mənzil girov götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, №2(060)-49 saylı icra vərəqəsin, "xxxx" MMC-nin hərrac yekunları üzrə xx.xx.2022-ci il tarixli 056/22 saylı protokoluna əsasən ünvan 2 ünvanında yerləşən 63,2 m2 ümumi, 39,6 m2 yaşayış, 23 m2 yardımçı sahədən ibarət olan 33 nömrəli mənzil Cavabdeh1 BOKT ASC hərracdan almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Bu əsas üzrə qeyd olunmuş mənzilin üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi xahiş olunur. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli Qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-48 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən "xxxx" MMC-yə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi cənab Azər İsmayılova, İddiaçı və Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 184/16 nömrəli Sifarişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-48 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon 3 nömrəli evin 33 nömrəli mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, borclu İddiaçı və tələbkar Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon 3 nömrəli evin 33 nömrəli mənzil ilkin satış qiyməti 65000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 02 mart 2022-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, borclu İddiaçı və tələbkar Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon 3 nömrəli evin 33 nömrəli mənzil satış qiyməti 55250 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 17 mart 2021-ci il tarixdə saat 11:00-da ünvan 8 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli, 056/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-49 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 3, 33 nömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əmlakı 41437,50 manata almışdır. İş materiallarında olan 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı məxus olan ünvan 2 ünvanında yerləşən 63,2 m2 ümumi, 39,6 m2 yaşayış, 23,6 m2 yardımçı sahədən ibarət olan 33 nömrəli mənzil Cavabdeh1 BOKT ASC tərəfindən girov götürülmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(060)-278/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin qiymətinin dəyişdirilərək 85000 manat məbləğində müəyyən olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-4126/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2218/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2(060)- 49/2018 saylı qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, 2(102)-2853/2019 nömrəli qərarı ilə İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-2218/2018 saylı qətnamənin dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Habelə xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh1 BOKT ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli Ofertadan görünür ki, ilkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata hərracda alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ №1079992 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 60000 manat müqabilində X1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********068 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Əsgərova Aytən Taleh qızı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********178 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Əsgərov İlkin Taleh oğlu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********541 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə İsmayılova Ülviyyə İsmayıl qızı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada yüklü edilməsinə etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********570 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə İsmayılova Könül İsmayıl qızı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada yüklü edilməsinə etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********177 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sevdimov Ədalət Xavər oğlu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********610 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 BOKT ASC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 5051-112022 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00168- 01 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli №2(060)-49 saylı qətnaməsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 2015/00168-01 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. Əsas kredit məbləği və ona hesablanmış faizlər ödənilmədiyi üçün təşkilat tərəfindən borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 38585,30 ABŞ dolları pulu tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti, kassasiya şikayəti vermişdir, lakin şikayətləri təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhər İcra İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı Abış qızının mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mkr., 3 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir. Belə ki, Sumqayıt Şəhər İcra İdarəsi, borclu İddiaçı Abış qızı və tələbkar Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Hərrac bildirişindən görünür ki, sifariş olunan əmlaka dair xx.xx.2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə məlumat hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya poçt vasitəsi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Daha sonra Sumqayıt Şəhər İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil satış qiyməti 65000 manat olmaqla hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 12 ünvanında açıq hərrac keçirilmişdir. Açıq hərracın keçirilməsi alıcının olmaması səbəbindən baş tutmamış və təkrar hərracın keçirilməsi ilə bağlı eyni qaydada hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya xx.xx.2022-ci il tarixli hərrac bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Daha sonra Sumqayıt Şəhər İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil satış qiyməti 55250 manat olmaqla xx.xx.2022-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mənzil təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata əldə edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 056/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil keçirilən iki hərrac baş tutmadığına görə 41437,50 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əmlakı 41437,50 manata almışdır. Eyni zamanda iddiaçı hazırkı iddia ərizəsində qeyd etmişdir ki, keçirilmiş hərraclar qanunverciliyin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Lakin iş materiallarında olan xəbərnamələrdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Habelə xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh1 BOKT ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər icra sənədi üzrə borcluya poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi cavabdeh "xxxx"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli protokolunun etibarsız sayılması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Belə ki, hazırkı mübahisə üzrə isə "xxxx" MMC-nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən mənzilə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi “kredit borcunun ödənişi zamanı Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək məbləğindən 15365 manat məbləğində artıq aldığı pulunun iddiaçıya ödənilməsi” hissəsində də təmin olunmamalıdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata almış və mənzil Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra 30 sentyabr 2022-ci il tarixli AN-İ №1079992 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 60000 manat müqabilində X1. Alqı-satqı müqaviləsi bağlanan zaman müqavilə predmeti – ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər İddiaçı, İsmayılova Könül İsmayıl qızı, İsmayılova Ülviyyə İsmayıl qızı, Əsgərov İlkin Taleh oğlu, Əsgərova Aytən Taleh qızı və Sevdimov Ədalət Xavər oğlu notarial qaydada ərizə təqdim edərək mənzilin satılmasına etiraz etmədiklərini bildirmiş və müqavilədə göstərilən müddət ərzində pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Göründüyü kimi, qanuni prosedurlar çərçivəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 3 ünvanında yerləşən 33 saylı mənzil Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçmiş və təşkilat mülkiyyətində olan mənzili X2. Beləliklə, İddiaçı 30 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən Cavabdeh1 BOKT ASC tərəfindən ona 15365 manat məbləğində pulun qaytarılmalı olduğu barədə iddiası da əsassızdır. Habelə iddia tələbi iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi hissəsində də dəmin edilməməlidir. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1952/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1952/2023
18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver