Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1959/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh Şirkətinin və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Şirkəti və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi; Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı qarşı “ödənilmiş bonus məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkəti qarşı “pul” tələbinə dair iddia ərizəsi 10.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 17.323,98 avro əsas borc, 433,09 avro illik beş faiz, 1.082,74 avro maddi və 4.800 avro mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 23.639,81 avro pul tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə müştərək qaydada - mükafatlar üzrə 17.324 Avro (36.034 manat) pul tutulması; həmin məbləğin 11 ay ərzində qaytarılmamasına görə 794 Avro (1650 manat) faiz borcu tutulması; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə 1.083 Avro (2252 manat) zərərin əvəzinin tutulması; mənəvi zərərə görə hər ay 800 Avro (1664 manat) olmaqla 11 aylıq dövr üçün 8.800 Avro (18.304 manat) pul tutulması; əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddiaçı X3 qarşı “ödənilmiş bonus məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun bu günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı 27 iyul 2018-ci il tarixdə yazılı şəkildə iş təklifi olmuşdur. İş təklifinə əsasən işəgötürən iddiaçıya 1500 manat aylıq maaş və tərəfindən həyata keçirilən “Belzona” polimerlərinin satışından 8%, Belzona polimerlərinin tətbiqi ilə sonlanan layihələrdən 3% və əlavə olaraq geri qalan digər məhsulların satışından 3% əlavə bonus - ödənilməsi şərtilə texniki-məsləhətçsi vəzifəsini təklif etmişdir. Cavabdeh Şirkəti “Belzona”, “PPG”, “Straaltechniek” kimi şirkətlərinin Azərbaycan Respublikasıdakı rəsmi distribüteridir. İddiaçı təklifin qeyd olunan şərtləri daxilində işləməyə razılaşmış və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 17.09.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə başlamışdır. 14.07.2020-ci il tarixədək orada işləmişdir. İddiaçıya işlədiyi 2 illik müddət ərzində 1500 manat aylıq əmək haqları ödənilsə də, onun təşəbbüsü ilə müştərilərlə bağlanmış bütün satış və xidmət müqavilələri üzrə bonuslar işəgötürən tərəfindən qismən ödənilmiş, bonusların əsas hissəsi ödənilməmişdir. Tərəflər arasında əldə olunmuş şifahi razılığa əsasən, işəgötürən bonusları hər rübün sonunda ödəməli idi. Satış əməliyatları uyğun olaraq iddiaçı tərəfindən qeydiyyata alınmış və filialın direktoru - Paul Gielen tərəfindən yoxlanıldıqdan sonra rüblük bonuslar hesablanmışdır. Cavabdeh tərəfindən ödənilməyən bonuslar 2019-cu il üzrə 8.808,40 avro və 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. İddiaçı 14 iyul 2020-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Son iş günündə şirkət direktorundan aldığı elektron məktubda yuxarıda göstərilən ödənilməmiş bonus məbləğinin 2020-ci ilin iyul ayının sonunadək ödəniləcəyi vəd olunmuşdur. Bununla bağlı şirkət rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi yaradaraq borcun ödənilməsini xahiş etsə də, sonuncu hər dəfə ona vaxt verilməsini xahiş etmiş, axırıncı dəfə onun elektron poçtuna yazılı qaydada müraciətinin də müsbət nəticəsi olmamış, cavabsız qoymuşdur. İddiaçı işəgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları - əşyaları (HP markalı noutbuk, yanacaq kartı, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri və s.) sonuncu iş günü 14.07.2020-cü il tarixdə cavabdehə təhvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir və 16.06.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının əmək kitabçası nümayəndəsinə təqdim edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının təhvil verilməməsi səbəbindən iddiaçı bu günədək hər hansı bir orqanda, təşkilatda işə düzələ bilməmişdir. Bundan əlavə iddiaçının əvvəl işlədiyi X1 şirkəti “Belzona” şirkətinin Azərbaycan Respublikasıdakı rəsmi distribüteri olmuş və İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləməyə başladıqdan sonra, həmin şirkət də Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə işləməyə başlamışdır. Hesab edir ki, cavabdehlər tərəfindən əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən əmək kitabçası rəsmi təqdim edilən 16.06.2021-ci il tarixə kimi iddiaçıya hər ay üçün əmək müqaviləsi üzrə aldığı məvacib (1790 manat) hesablanmalı və orta əmək haqqı kimi ödənilməlidir. Həmçinin, iddiaçı əvvəlki iddia tələblərinin hesablamasında müəyyən dəqiqləşdirilmələr aparmışdır. Belə ki, cavabdehin mükafatlar üzrə ödəməli olduğu 17.324 Avro (36.034 manat) pul; həmin məbləğin 11 ay ərzində qaytarılmamasına görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən 794 Avro (1650 manat) faiz borcu; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 1083 Avro (2252 manat) zərər məbləği; mənəvi zərərə görə hər ay 800 Avro (1664 manat) olmaqla 11 aylıq dövr üçün 8.800 Avro (18.304 manat) pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının qarşılıqlı iddia ərizəsində İddiaçı 4567,51 Avro və 285,47 Avro pulun tutulmasını tələb etməsi tamamilə əsassızdır. İddiaçı 4.567,51 Avro mükafat hesablansa da, vergilər çıxılandan sonra 4.567,51 Avro pulun yalnız 2847 Avro hissəsi iddiaçının bank kart hesabına köçürülmüşdür. Qalan 1720,51 Avro pul köçürmələr zamanı Filial tərəfindən tutulmuş, İddiaçı sonuncu məbləğ ödənilməmişdir. Qeyd edilən fakt İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank kart hesabından çıxarışda da öz təsdiqini tapmışdır. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı öz ərizəsində 4.567,51 Avro pulun tutulması barədə tələb irəli sürsə də, bununla bağlı sənədləri - tutulmalar tabelini, bank köçürmə sənədlərini, ödəniş tapşırıqlarını və sair məhkəməyə təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddia tələbində iddiaçı Filial cavabdeh Tehran Yusifiinin ondan ilkin iddia üzrə tələb etdiyi mükafat məbləğlərinə etiraz edərək, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş satış reyestrində qeyd edilmiş məbləğlərin hamısının şirkətin öz şəbəkədaxili satışlarından əmələ gəldiyini, İddiaçı iş təklifində qeyd edilmiş 300.000 Avro həddində satış hədəfinə nail olmadığını, İddiaçı yeni müştərilərlə alqı-satqı müqavilələri bağlanmasında hər hansı iştirakının olmadığını qeyd etmiş, sonda 2019-cu ilin mükafat ödənişləri qismində ödənilmiş 4.567,51 Avro pulun əsassız varlanma qaydasında qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, qarşılıqlı iddiaçı öz tələbini əsaslandıran heç bir sənədi - İddiaçı tərəfindən təqdim edilmiş satış reyestrində qeyd edilmiş məbləğləri əks etdirən satış sənədlərini (müqavilələr, sifariş orderləri, hesab-fakturalar, ödəniş tapşırıqları və s. mühasibat sənədləri), özlərinin qeyd etdiyi kimi satışların öz şəbəkədaxili satışlarından və ya Tehran Yusifiinin işçi kimi fəaliyyəti nəticəsində əmələ gəlib-gəlmədiyini təsdiq edən sənədləri-müqavilələri, İddiaçı göndərilmiş iş təklifində qeyd edilmiş 300.000 Avro həddində birləşmiş satış hədəfinə nail olunubolunmadığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaya əlavə edilmiş satış sənədləri (sifariş orderləri, hesab-fakturalar və s.) hamısı 2016-2017-ci illəri əhatə etmişdir ki, həmin dövrdə İddiaçı ümumiyyətlə cavabdeh Filialda çalışmamışdır. Bundan başqa, Tehran Yusifiinin əvvəllər çalışdığı Absheron Engineering MMC tərəfindən təqdim edilmiş Təyinat məktubunda qeyd edilir ki, həmin MMC Azərbaycan və Gürcüstan əraziləri üzrə Belzona Polymeries LTD məhsullarının rəsmi agenti-distribütoru olmuşdur, İddiaçı sonradan Absheron Engineering MMC-dən "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialına rəsmi olaraq işə keçdikdən sonra Belzona Polymeries LTD məhsullarının rəsmi distribütoru "Cavabdeh" şirkəti olmuşdur. Yəni, İddiaçı "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialında rəsmi olaraq işə qəbul edilənədək, cavabdeh Filial ümumiyyətlə Belzona Polymeries LTD məhsullarının satışını həyata keçirməmişdir. Hətta, cavabdeh Filialın məhkəməyə təqdim etdiyi işçinin Əmək funksiyaları barədə sənədində belə Texniki məsləhətçi ştatı üzrə işçinin Belzona Polymeries LTD, PPG, Marine Coatings məhsulları üçün səlahiyyətli distirbütor olduğu qeyd edilmişdir. Absheron Engineering MMC-yə əvvəllər verilmiş Təyinat məktubunun eynisi distribütorluq "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialına verildikdən sonra sonuncu təşkilata verilmişdir. Lakin cavabdeh Filial hal-hazıradək onun hansı tarixdən etibarən Belzona Polymeries LTD məhsullarının rəsmi distribütoru olmasını təsdiq edən sənədi məhkəməyə qəsdən təqdim etmək istəmir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifində illik nəzərdə tutulan satış hədəfinə (300.000 avro həcmində satışın həyata keçirilməsi) çatdığı təqdirdə, işçiyə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmasını qeyd etsə də, bu hal ərizədə təhrif olunaraq göstərilir. Çünki, 300.000 Avro şirkətin il ərzində əldə edə biləcəyi satış hədəfi kimi göstərilmişdir. Satış məbləğinin 300.000 Avroya çatıb-çatmamasından asılı olmayaraq iddiaçıya mükafatlar ödənilməlidir. Hesab edir ki, qarşılıqlı iddia əsassızdır və cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bir illik tələb etmə müddətini də ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh Şirkətinin və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 27.07.2018-ci il tarixdə təklif olunan işin əsas funksiyaları ondan ibarət idi ki, iddiaçı texniki işlər üzrə məsləhətçi vəzifəsinə təyin olunur və Filial tərəfindən satış edilən məhsullar üzrə texniki dəstəyin edilməsi, müştəri bazasının genişləndirilməsi, alqı-satqı məhsulları ilə bağlı gəlmiş pretenziyaları qəbul etmək, həmin pretenziyaya cavabın verilməsi kimi fəaliyyətlər iddiaçıya həvalə olunmuşdur, həmçinin, iddiaçının müəyyən sertifikatlara yiyələnməsi bu vəzifə təlimatında öz əksini tapmışdır. İddiaçının iş funksiyalarına heç bir halda birbaşa satış fəaliyyətini həyata keçirmək tapşırılmamışdır. Onun iş funksiyası yalnız şirkətin hazırkı və yeni müştərilərinə texniki dəstək göstərməkdən ibarətdir. Eyni zamanda Filial praktikasının tərkib hissəsi olaraq işçiləri həvəsləndirmək, satışların həcmini artırmaq məqsədi ilə yeni şirkətlərlə müqavilə bağlayan və ya yeni müştərilər cəlb edən bütün işçilərə şirkət rəhbərinin iradəsi və xoş niyyəti əsasında müvafiq bonusların verilməsi həyata keçirilirdi. Həmin bonusların verilməsi filialın özünə məxsus satış şəbəkəsi daxilində deyil, yalnız işçi tərəfindən gətirilən yeni müştərilərə edilən satışlara şamil edilmişdir. Şirkət tərəfindən aparılmış daxili araşdırılma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifinə əsasən, əgər işçi illik nəzərdə tutulan satış hədəfinə - yəni 300.000 avro həcmində satışın həyata keçirilməsi çatdığı təqdirdə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən yalnız yeni müştərilərlə alğı-satqı müqaviləsindən işçiyə bonuslar ödənilir. Buna baxmayaraq, iddiaçı özünün formalaşdırdığı və yanlış məlumatları özündə əks etdirən satış reyestrində həm Cavabdeh şirkətinin AR filialı ilə əməkdaşlıq edən alıcıları, həm də filialın distributor olduğu şirkətlərdən və ana şirkət tərəfindən yönləndirilən sifarişləri öz satışları kimi qələmə vermişdir. İddiaçı bilərəkdən yanlış formada tərtib etdiyi satış reyestrinə yuxarıda göstərilən sifarişləri də əldə etməsinə baxmayaraq təqvim ili ərzində nəzərdə tutulan 300.000 avro satış limitini tamamlaya bilməmişdir. Bu da faktiki olaraq iş təklifindəki şərtlərin pozulması deməkdir. Filial tərəfindən isə, iddiaçının müəyyən olunmuş hədəfə çatacağı güman edilərək, mütəmadi olaraq rüblər üzrə həmin ödənişlər həyata keçirilmişdir. Bu fakt həm iddiaçının iddia ərizəsinə əlavə etdiyi satış reyestrinin sağ küncündə (1-ci rüb üzrə 210,50 avro, 2-ci rüb üzrə 893,93 avro, 3-cü rüb üzrə 274,80 avro, 4-cü rüb üzrə 3.188,28 avro), həm də bank çıxarışlarında göstərilmişdir. İş təklifindən də göründüyü kimi, bonusların ödənilməsi yalnız 2 halda - birinci hal yeni müştərilərə satışların birbaşa olaraq texniki məsləhətçi kimi İddiaçı tərəfindən həyata keçirilməsinə başlanılması və uğurla tamamlanması; ikinci hal isə ümumi illik satış dövriyyəsinin 300.000 avroya çatması idi. Lakin iddiaçı tərəfindən işlədiyi vaxtlar ərzində heç bir nəzərdə tutulan hala əməl olunmamışdır. Bundan başqa qarşılıqlı razılıq əsasında bağlanan iş təklifi razılaşması heç bir zaman əmək müqaviləsinin tərkib hissəsi olmamışdır, sırf yeni müştərilərlə bağlı satışları tənzimləyən xüsusi bir razılaşma idi. Çünki, birinci səbəb bu əmək müqaviləsindən əvvəl bağlanan bir razılaşma idi. İkinci səbəb, əmək müqaviləsində belə bir əlavənin olduğu göstərilməmiş, əmək münasibətlərini yaradan əsas akt kimi əmək müqaviləsi çıxış edir. 31 may 2021-ci il məhkəmə iclasından sonra şirkət daxili araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifinə əsasən, əgər işçi illik nəzərdə tutulan satış hədəfinə (300.000 avro həcmində satışın həyata keçirilməsi) çatdığı təqdirdə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən yalnız yeni müştərilərlə alğı-satqı müqaviləsindən işçiyə bonuslar ödənilir. Buna baxmayaraq, iddiaçı özünün formalaşdırdığı və yanlış məlumatları özündə əks etdirən satış reyestrində həm Cavabdeh şirkətinin AR filialı ilə əməkdaşlıq edən alıcıları, (“Socar Cape” və “MQS PR” şirkətlərlə bağlanan 2018-ci ildən əvvəl olan müqavilələr qoşmaya əlavə olunur) həm də filialın distributor olduğu şirkətlərdən və ana şirkət tərəfindən yönləndirilən sifarişləri (e-poçt yazışmalar qoşmada əlavə olunur) öz satışları kimi qələmə vermişdir. İddiaçı bilərəkdən yanlış formada tərtib etdiyi satış reyestrinə yuxarıda göstərilən sifarişləri də əldə etməsinə baxmayaraq təqvim ili ərzində nəzərdə tutulan 300.000 avro satış limitini tamamlaya bilməmişdir. Bu da faktiki olaraq iş təklifindəki şərtlərin pozulması deməkdir. Odur ki, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı mühüm neft-qaz lahiyələri üzrə - “Azəri-Çıraq- Günəşli", “Şahdəniz”, “Abşeron” yataqlarında subpodratçı olaraq təyinatlı işlər görür, neft-qaz hasilatında antikorroziya məhsullarının satışı, mühəndislik lahiyələndirilməsi və texniki dəstəyi həyata keçirir. İş təklifinə əsasən işəgötürən iddiaçıya 1500 manat aylıq maaş və tərəfindən həyata keçirilən “Belzona” polimerlərinin satışından 8%, Belzona polimerlərinin tətbiqi ilə sonlanan layihələrdən 3% və əlavə olaraq geri qalan digər məhsulların satışından 3% əlavə bonus ödənilməsi şərtilə texniki-məsləhətçi vəzifəsini təklif etmişdir. İddiaçı müştəri gətirdiyi təqdirdə bu ödənişlər hayata keçirilməli idi. Sifarişləri qəbul etdikdən sonra Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Paul Gielen və İddiaçı birlikdə gedib sifarişçinin yerinə baxış keçirir, orada ölçmə işləri aparır, hansı boyadan istifadə olunacağını müəyyən etdikdən sonra İddiaçı müştəriyə böyanın texniki göstəriciləri barədə məlumat verirdi. Daha sonra şirkətə qayıdaraq boyanı hazırlayır və ödəniş ediləndən sonra İddiaçı sifarişçinin obyektinə gedərək boyanı aparıb rəngləmə işlərini həyata keçir və sifarişçiyə təhvil verirdi. İddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı məktub göndərilsə də, iddiaçı özü əmək kitabçasını götürməmişdir. Cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işin faktiki halları, proses iştirakçılarının izahatları və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edildi ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen 27.07.2018-ci il tarixdə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında iş təklifi göndərmiş və İddiaçı ilə olan görüşlərinə istinad edərək, böyük məmnuniyyətlə şirkətdə 17.09.2018-ci il tarixdən başlayan və 1.500,00 manat əmək haqqı ilə Texniki Məsləhətçi vəzifəsinə iş təklifini təsdiq etmişdir. İş haqqında ətraflı məlumatlar aşağıda qeyd olunur: İşə götürən: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı vəzifə: Texniki Məsləhətçi; Müqavilə: Qeyri-müəyyən müddət; Sınaq müddəti: üç ay; Bonus: X5 üçün 8%, Belzona Tətbiqlərinin satışı üçün 3% və bütün digər Məhsul satışları üçün 3% (Mövcud PPG müştəriləri (satın alma hesabları) istisna olmaqla). > 2.500 litrlik PPG strateji layihələr üçün Bonus kommersiya uyğunluğu üzrə qarşılıqlı razılaşdırılır. İş yeri: Bakı-Azərbaycan Tibbi sığorta: İşə götürən tərəfindən təmin olunur. Daşınma: İş saatları ərzində üçüncü tərəf tərəfindən təmin olunur. Digər şərtlər: Laptop, GSM, Treyninq (PPG Korridor daxil olmaqla) Məzuniyyət: 21 iş günü/il X9: 300.000 avro /2018 (sonrakı illər qarşılıqlı razılaşdırılır). Əmək müqaviləsini hazırlamaq üçün iş təklifinin surətini imzalamağı və qısa müddətdə onlara geri göndərməsi xahiş olunur. Əgər iş şərtləri haqqında hər hansı sualınız yaranarsa, onlarla əlaqə saxlamaqdan çəkinməsin. İddiaçı tezliklə öz kiçik komandalarında görməyi səbirsizliklə gözləyir və ümid edir ki, bu uzun və qarşılıqlı fayda verən əməkdaşlığın başlanğıcı olacaqdır. Hörmətlə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru-Paul Gielen. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielenin 27.07.2018-ci il tarixdə etdiyi iş təklifini İddiaçı təsdiq etmiş və 17.09.2018-ci il tarixdən etibarən aylıq əmək haqqı 1.500 manat olmaqla texniki məsləhətçi vəsifəsinə qəbul edilmişdir. İş təklifinə əsasən əmək müqaviləsi qeyri-müəyyən müddətdə bağlanılmaqla, Belzona məhsullarının satışından 8%, Belzona tətbiqlərinin satışından 3% və bütün digər məhsulların satışıncidan 3% (bəzi mövcud PPG alış hesabları istisna olmaqla) 2500 litrdən çox olan PPG strateji layihələri üçün mükafat, ticarət məqsədəuyğunluğu şərtilə qarşılıqlı razılaşdırılmaqla mükafat təklif edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2018-ci il üçün satış hədəfi (proqnozu) 300.000 avro müəyyən edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen ilə İddiaçı arasında 17.09.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı müddətsiz olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında texniki məsləhətçi vəzifəsinə işə götürülmüş, onun aylıq əmək haqqı 1.790 manat təşkil etmişdir. İddiaçı ərizəsinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 14.07.2020-ci il tarixli əmri ilə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 14.07.2020-ci il tarixli təhvil təslim aktından müəyyən edilir ki, HP Laptop, Toyota Prado markalı avtomobil 2 ədəd yanacaq kartı ilə birlikdə, ofis açarı, azercell sim kartı, İSR Plaza giriş kartı, Belzona Təqdimat çantası, rəngləndirmə avadanlığı üçün ehtiyyat hissələri, İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə 13.07.2020-ci il tarixli ərizəsi əmək müqaviləsi, əmək müqaviləsinə əlavələr və əmrlər İddiaçı tərəfindən “xxxx” MMC-nin İSR Plaza Mühafizə rəisi vəzifəsində çalışan əməkdaşı X2 təhvil verilmişdir. Lakin əmək kitabçası İddiaçı təhvil verilməmişdir. İş təklifinə əsasən işəgötürən iddiaçıya 1500 manat aylıq maaş və tərəfindən həyata keçirilən “Belzona” polimerlərinin satışından 8%, Belzona polimerlərinin tətbiqi ilə sonlanan layihələrdən 3% və əlavə olaraq geri qalan digər məhsulların satışından 3% əlavə bonus - ödənilməsi şərtilə texniki-məsləhətçsi vəzifəsini təklif etmişdir. Cavabdeh Şirkəti “Belzona”, “PPG”, “Straaltechniek” kimi şirkətlərinin Azərbaycan Respublikasıdakı rəsmi distribüteridir. İddiaçı təklifin qeyd olunan şərtləri daxilində işləməyə razılaşmış və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 17.09.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə başlamışdır. 14.07.2020-ci il tarixədək orada işləmişdir. İddiaçıya işlədiyi 2 illik müddət ərzində 1500 manat aylıq əmək haqları ödənilsə də, onun təşəbbüsü ilə müştərilərlə bağlanmış bütün satış və xidmət müqavilələri üzrə bonuslar işəgötürən tərəfindən qismən ödənilmiş, bonusların əsas hissəsi ödənilməmişdir. Tərəflər arasında əldə olunmuş şifahi razılığa əsasən, işəgötürən bonusları hər rübün sonunda ödəməli idi. Satış əməliyatları uyğun olaraq iddiaçı tərəfindən qeydiyyata alınmış və filialın direktoru - Paul Gielen tərəfindən yoxlanıldıqdan sonra rüblük bonuslar hesablanmışdır. Cavabdeh tərəfindən ödənilməyən bonuslar 2019-cu il üzrə 8.808,40 avro və 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. İddiaçı 14 iyul 2020-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Son iş günündə şirkət direktorundan aldığı elektron məktubda yuxarıda göstərilən ödənilməmiş bonus məbləğinin 2020-ci ilin iyul ayının sonunadək ödəniləcəyi vəd olunmuşdur. Bununla bağlı şirkət rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi yaradaraq borcun ödənilməsini xahiş etsə də, sonuncu hər dəfə ona vaxt verilməsini xahiş etmiş, axırıncı dəfə onun elektron poçtuna yazılı qaydada müraciətinin də müsbət nəticəsi olmamış, cavabsız qoymuşdur. İddiaçı işəgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları - əşyaları (HP markalı noutbuk, yanacaq kartı, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri və s.) sonuncu iş günü 14.07.2020-cü il tarixdə cavabdehə təhvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir və 16.06.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının əmək kitabçası nümayəndəsinə təqdim edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının qarşılıqlı iddia ərizəsində İddiaçı 4567,51 Avro və 285,47 Avro pulun tutulmasını tələb etməsi tamamilə əsassızdır. İddiaçı 4.567,51 Avro mükafat hesablansa da, vergilər çıxılandan sonra 4.567,51 Avro pulun yalnız 2847 Avro hissəsi iddiaçının bank kart hesabına köçürülmüşdür. Qalan 1720,51 Avro pul köçürmələr zamanı Filial tərəfindən tutulmuş, İddiaçı sonuncu məbləğ ödənilməmişdir. Qeyd edilən fakt İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank kart hesabından çıxarışda da öz təsdiqini tapmışdır. Hesablanan rüblük bonuslar, əmək haqqına dair bank çıxarışında təsbit olunan bonus ödənişləri ilə müqayisəli şəkildə təhlil edildikdə (Məsələn, satışların restrerində 1-ci rüb (Q1) – 210,50 avro bonus - bank çıxarışında “Aprel 2019 Əmək haqqı və Bonus” ödəniş tapşırığı kimi göstərilir (səh. 7) müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməyən bonusların ümumi məbləği aşağıdakı kimidir: 2019-cu il üzrə 8.808,40 avro; 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. Təqdim edilmiş alış sifarişləri, orderlər və qaimələr, hesabdan çıxarışlardan və bank kart hesabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı 2018-ci il üçün hesablanan mükafatları iddiaçıya ödəsə də, 2019-cu il üçün hesablanan 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafatı (bonus) İddiaçı ödəməmişdir. Nəticədə İddiaçı 17.323,98 Avro həcmində maddi zərər vurulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırda isə, cavabdeh iddiaçıya mükafatlar üzrə məbləğin ödənilməsini gecikdirildiyindən, iddiaçı ödənilməmiş mükafatlar üzrə məbləğə gündəlik 1 faiz ödənc kimi hesablamaqla 794 avro pul ödənilməsini tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək əmək haqqına gündəlik 1 faiz ödənc kimi 794 avro pul azaldılaraq 100 avro müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 Avro cərimə olmaqla, cəmi 17.423,98 Avro pul (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İlk İddia tələbi qalan, yəni “mükafatlar üzrə məbləğin 11 ay ərzində qaytarılmamasına görə 694 Avro faiz borcu tutulması; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə 1.083 Avro zərər məbləğinin tutulması; mənəvi zərərə görə hər ay 800 Avro olmaqla 11 aylıq dövr üçün 8.800 Avro pul tutulması; əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən əmək kitabçası rəsmi təqdim edilən 16.06.2021-ci il tarixə kimi hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı iddia tələblərinin bu hissələrinin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı təsdiqini tapmamışdır. Qarşılıqlı iddia rədd edilməlidir. Çünki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen tərəfindən təsdiq edilərək İddiaçı təklif edilmiş iş təklifinə əsasən sonuncuya Belzona məhsullarının satışından 8%, Belzona tətbiqlərinin satışından 3% və bütün digər məhsulların satışıncidan 3% (bəzi mövcud PPG alış hesabları istisna olmaqla) 2500 litrdən çoxu olan PPG strateji layihələri üçün mükafat, ticarət məqsədə uyğunluğu şərtilə qarşılıqlı razılaşdırılmaqla mükafat təklif edilmişdir. Şirkətin 2018-ci il üçün satış hədəfi, yəni proqnozlaşdırılmış satış planı 300.000 avro müəyyən edilmişdir. İddiaçıya mükafatların verilməsi hər hansı şərtdən, o cümlədən şirkətin illik satışının 300.000 avroya çsatacağı təqdirdə, cavabdehin iddiaçıya mükafat ödənilməsinə dair hər hansı bir şərt müəyyən edilməmiş və yazılı razılaşmada öz əksini tapmamışdır. Bu səbəbdən cavabdehin iddia etdikləri iş materiallarında olan sənədlərlə və işin həqiqi halları ilə təkzib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.2-ci maddəsinə əsasən xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə bağmağa haqlıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 Avro cərimə olmaqla, cəmi 17.423,98 (on yeddi min dörd yüz iyirmi üç avro doxsan səkkiz sent) Avro pul (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissələrində rədd edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı qarşı “ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun bu günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu isə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1959/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1959/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver