Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1973/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "X4" MMC-yə üçüncü şəxslər "xxxx" QSC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı "hərracın yekunları barədə protokolların etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "X4" MMC-yə üçüncü şəxslər "xxxx" QSC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı "hərracın yekunları barədə protokolların etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək əmlakların Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Salyanu Çadırlı kəndində yerləşən əmlak kompleksinə, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanında yerləşən mənzilə, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 15, mənzil 44-də yerləşən mənzilə, ünvan 2 ünvanında yerləşən bağ evinə xx.xx.2022-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 11:00-ə təyin edilmişdir. İddiaçılar və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə baxış iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "X4" MMC-yə üçüncü şəxslər "xxxx" QSC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı "hərracın yekunları barədə protokolların etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. xx.xx.2023-cü il tarixli (GPP qəbz nömrəsi: **********) qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1973/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1973/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver