Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1974/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərəkona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq tətbiq olunan EQ18321161 və EQ18329826 protokolların ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbinə mülki icraat qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 noyabr 2011-ci iltarixli 3-N nömrəli Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə kollegiya qərarına əsasən 147-ci bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat; 2 - mülki işlər üzrə icraat; 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat; 2-3 - apellyasiya məhkəmələrinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat; 3 - inzibati xətalar haqqında işlər üzrə icraat; Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək EQ18321161 və EQ18329826 protokolların ləğv olunmasını məhkəmədən xahiş etsə də, İddiaçı tələbi inzibati xətalar haqqında işlərə aid olduğundan, yəni İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “protokolların ləğv edilməsi” tələbinə mülki işlər üzrə deyil, inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmçinin inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalı olduğundan məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməlidir. Həmçinin iddiaçıya izah olunur ki, hazırki tələblə inzibati xətalar haqqında işlər üzrə icraat formasında məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1974/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1974/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver