Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2002/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X17, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X20 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və SOCAR-ın “Azneft” İstehsalat Birliyinə qarşı komissiyanın təhqiqat aktının və İZ formalı aktın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı komissiyanın təhqiqat aktının və İZ formalı aktın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adma Neft və Qazçıxarma İdarəsinin işçisi X15 2018-ci il 02 sentyabr tarixdə, saat 12:15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktının və onun əsasında tərtib olunmuş 01/2018 nömrəli İZ formalı Aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X28 vəsatətlə məhkəmə müraciət edərək, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, eyni zamanda iddia tələbinə dəqiqləşmə (əlavə) barədə ərizə təqdim edərək, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adma Neft və Qazçıxarma İdarəsinin işçisi X15 2018-ci il 02 sentyabr tarixdə, saat 12:15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktının və onun əsasında tərtib olunmuş 01/2018 nömrəli İZ formalı Aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası 40 ilə yaxındır ki, neftçıxarma sahəsində çalışmış və bu illər ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Sonuncu çalışdığı vəzifə böyük usta vəzifəsi idi. Hətta onun yüksək 13 dərəcəli iş kateqoriyası var idi. Faktiki iş yeri isə SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsi idi. Lakin xx.xx.2018-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisəsi onun dəhşətli ölümü ilə nəticələnmişdir. Belə ki, növbəti əmək məzuniyyətindən qayıdarkən mərhum atası Əsəd Əliyev işə çıxmış və işin hallarına görə həmin gün Buzovna-Maştağa yatağının 1368 saylı istismar quyusunda tapşırıq icra vərəqəsi əsasında müvafiq təmir işləri aparılırdı. Atasının həlak olması ilə əlaqədar AR Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 105-T nömrəli xx.xx.2018-ci il tarixli Əmri ilə baş vermiş ölüm hadisəsinin təhqiq edilməsi məqsədilə 3 nəfərdən ibarət tərkibdə komissiya yaradılmışdır. İlk növbədə qeyd etmək istəyir ki, komissiyanın təhqiqat aktının, eləcə də, onun əsasında tərtib olunmuş İZ formalı aktının, qəbul olunmasından belə xəbərləri olmayıb. Sadəcə atalarının çalışdığı müəssisəsinin vəzifəli səxsləri keçirilən təhqiqat nəticəsində onun hadisənin baş verməsində hər hansı bir məsuliyyətin və ya cavabdehliyin olmadığını şifahi olaraq onlara bildirmişdirlər. Təhqiqat aktının və İZ formalı aktının sürətini yalnız işəgötürənin vəzifəli şəxsi olan Ə.Nağıyevin AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xəzər Rayon Məhkəməsində aparılan cinayət işinin materialları ilə zərər çəkmiş şəxsin hüquqi varisi qismində hüquqlarını müdafiə edən vəkilin köməyi ilə aşkar etmişlər. Bundan öncə baş vermiş ölüm hadisəsi ilə əlaqədar Xəzər Rayon Prokurorluq tərəfindən cinayət işi açılmış və müstəntiq iş üzrə çoxsaylı ekspertizaların keçirilməsini təyin etmişdir. Hazırda AR Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi Xəzər Rayon Məhkəməsində davam etdirilir. ancaq qanuna görə onlar mərhum atasının ailə üzvləri olaraq həmin təhqiqat qərarının, eləcə də İZ formalı Aktının surətini almalı idilər. Lakin işəgötürənin rəsmiləri nədənsə istəməmişdirlər ki, bu sənədlərdən ümumiyyətlə xəbərləri olsun. Halbuki, AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxthadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təhqiqat komissiyası sığorta ödənişi verilməli olan şəxsin və sığortaçının xəsarətlə və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında iştirak etmək hüququnun təmin edilməsinə şərait yaradır. Ancaq buna baxamayraq komissiya onların iştirakını təmin etməmişdir. Həmin Qaydaların müvafiq bəndinə əsasən bədbəxt hadisə baş vermiş sahədə əməyin təhlükəsizliyinə bilavasitə cavabdeh şəxs təhqiqat komissiyasına üzv ola bilməz. Amma yuxarıda göstərdiyi Əmrə əsasən komissiyanın üzvlərindən biri SOCAR-ın “Azneft” X8 mühafizəsi şöbəsinin rəisi olan X16 olmuşdur. Bu da təbii ki, təhqiqatın obyektiv və ədalətli olmasına bir daha şübhəni artırır. Nəticə etibarı ilə təhqiqat rəyinin 4.1-ci bəndinə əsasən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi tərəfindən xx xxxxx 2015-ci il tarixdə təsdiq edilmiş “H.Z. Tağıyev adına Neft və X6 əsaslı və yeraltı təmiri sahəsinin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın vəzifə təlimatı”nın 6-cı bəndlərinin tələblərinə əməl edilməməsi olmuşdur. Nəticə etibarı ilə X15 (atamın) ölümü ilə nəticələnmiş bədbəxt hadisə guya istehsalat xarakterli olduğu müəyyən edilmişdir. Ancaq hesab edir ki, bu heç də belə deyil, iş üzrə təkrar araşdırma aparılmalı və atasının ölümünə səbəb olan hadisə hərtərəfli araşdırılaraq onun peşəkar neftçi adına atılan ləkə götürülməlidir. Əvvəla qeyd etmək istəyir ki, 1368 quyunun təmirinə əsas olan ilk işlər (yəni hazırlıq mərhələsi) kim tərəfindən və hansı qayda ilə həyata keçirilməsi, quyunun daxilində yerləşdirilən borular hansı növünə aid olan borular müəyyən olunmalı, yəni, ümumləşdirilmiş təcrübəyə əsasən iki əsas növ borular vardır - kompressor və qazma boruları. Daha sonra kartoqramma nə vaxt və hansı vəzifəli şəxsin göstərişi ilə çıxarılmışdır. Çünki, həmin kartoqrammaya baxdıqda, açıq-aşkar mühüm uyğunsuzluqlar üzə çıxır. Təhqiqat aktında göstərilir ki, “Ə.Əliyev guya yenidən alətin azad olmasına cəhd göstərmiş və tal kanatına artıq yük vermişdir. Bu məqsədlə kənarda yerləşdirilmiş HÇİ-ya (hidravlik çəki indikatoru) baxmaq üçün ona yaxınlaşaraq tal kanatının “ölü” ucunun yaxınlığında dayandığı göstərilmişdir. Belə olduğu halda ölümə səbəb olan tal kanatın hadisə zamanı dəqiq yerləşməsi qaydası və vəziyyətinin müəyyənləşdirilməsi həyata keçirilmədiyindən, hesab edir ki, bu fakt da əlavə olaraq müyyən olunmalıdır. Çünki, fərz edilsə ki, atası Ə.Əliyev çəkini müəyyənləşdirən cihaza yaxınlaşaraq onun göstəricələrinə baxdığı zaman ani vəziyyətdə tal kanatı boşalaraq mərhumun boğaz hissəsinə necə ilişə bilər ki, əgər onun yerləşməsi təhlükəsizlik qaydaları zidd deyildirsə??!!. Əgər iş keçirilən zaman HÇİ-ya yaxınlaşaraq göstəricələrinə baxmaq olarsa, onda o zaman necə olur ki, tal kanatının boşalması nəticəsində işçiyə xəsarət yetirirək onu öldürə bilir??. Yəqin ki, ümumi qaydaya əsasən tal kanatının yerləşməsi daha təhlükəsiz yerdə olmalı idi. Bu da bunu göstərir ki, müəssisənin iş yerlərinin attestasiyası ümumiyyətlə müvafiq əməkdaşlar tərəfindən keçirilməmişdir.??!! Lakin işəgötürənin irəli sürdüyü versiyasına əsasən 121 saylı tapşırıq icazəyə əsasən xx.xx.2018-ci il tarixdən QƏYTS-nin 3 saylı təmir briqadası 1368 saylı quyunun əsaslı təmirinə başlamışlar. Briqadaya işin davamı olaraq xx.xx.2018ci il tarixli 126 saylı tapşırıq icazəyə əsasən quyuda istismar kəmərinin sıxılmış hissəsini düzləndirici alət təmirinə başlamışlar. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Ancaq buna baxmayaraq İZ formalı akt nəinki bir gündən gec olamayaraq, ümumiyyətlə onlara təqdim (yəni, zərərçəkənin ailəsinə) edilməmişdir. Bu da bir daha bunu göstərir ki, işəgötürən öz məsuliyyətini atasının üstünə atmaq məqsədi güdmüşdür. Beləliklə, hesab edir ki, həmin təhqiqat aktı və onun əsasında qəbul edilmiş İZ formalı akt ləğv olunmalı və baş vermiş ölüm hadisəsi yenidən ətraflı və obyektiv araşdırılaraq (işdə olan bütün sənədlərin, faktların və əşyaların və sairə) ədalətli və qanuni təhqiqat aktı qəbul olunmalıdır. Hər bir halda bu hadisə nəticəsində atası Əsəd Əliyevin ölümünə səbəb olan bütün faktlar araşdırılmalı və müəssisədə əməyin mühafizəsi işinin tələblərinin pozulmasında cavabdeh olan şəxslər müəyyən olunmalıdı. Həmin Qaydaların ci bəndinin 2-ci abzasına əsasən işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. Odur ki, bütün göstərilənləri nəzərə alaraq və bu Qaydaların müddəalarını rəhbər tutaraq Məhkəmədən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin işçisi X15 2018-ci il 02 sentyabr tarixdə, saat 12:15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktının və onun əsasında tərtib olunmuş 01/2018 nömrəli İZ formalı Aktın ləğv olunması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X26 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X28 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, SOCAR-ın “Azneft” İstehsalat Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Neft Qaz X13 İttifaqı Respublikası Komitəsi növbəti məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, müvafiq iş üzrə Komissiya yaradılarkən Əmək Müfəttişliyindən, Respublika Həmkarlar Təşklatından və müəssisənin baş idarəsinin işçilərindən biri dəvət edilmişdi. Onların hər biri tədqiqatın aparılmasında iştirak etmişlər. Orada heç bir qanunsuzluq olmayıb. İddiaçı qeyd edir ki, komissiya üzvləri zərərçəkənlərlə görüşməyib. Lakin komissiya üzvləri 2 dəfə mərhumun ailəsi ilə görüşüb. 1-ci dəfə mərhumun həyat yoldaşı ilə, 2-ci dəfə isə mərhumun oğlanları ilə görüşmüşdür. Görüş zamanı onlara bütün sosial hüquqları izah edilmiş, hansı məsələlərdən narazı olduqları soruşulmuşdur. Komissiya üzvləri olaraq müəssisə rəhbərliyindən mərhumun ailəsinə köməklik edilməsini xahiş etdilər. Müəssisə rəhbərliyi tərəfindən mərhumun dəfn xərcləri qarşılanmış, son haqq-hesabı, mərhumun minimum əmək haqqısının 20 mislinin ödənilməsi təmin edilmişdir. 2-ci görüş zamanı mərhumun ailəsi mərhumun banka 5 min manat borcunun olduğunu bildirmişdir. Onlar həmin məsələni müəssisə rəhbərliyinə bildirmiş, həmin borc da, müəssisə tərəfindən ödənilmişdir. Baş vermiş hadisə istehsalat xarakterlidir. İZ aktı istehsalat xarakterli olduğu zaman verilir. Əgər hadisə istehsalat xarakterli olmasaydı İZ aktı verilməzdi. İZ aktını onlar tərtib etmirlər, onu müəssisə tərtib edir. İZ aktını ailə üzvlərinin imzalamasının heç bir əsası yoxdur. Sadəcə olaraq bir nüsxəsi ailə üzvlərinə təqdim edilir. Ailə üzvləri həmin aktı qəbul etməkdən imtina ediblər. İZ aktı 5 nüsxədə tərtib edilmiş, Sığorta Şirkətinə və Prokurorluğa da göndərilmişdir. Sığorta şirkəti İZ aktı olmadan ödənişləri həyata keçirmir. Hadisə baş verən gün istirahət günü olduğu üçün növbədə növbə rəisi kimi mərhum özü olmuşdur. Bütün işlərə də, rəhbərlik edən mərhum özü idi. Bütün mürəkkəb işlərin aparılması zamanı birbaşa onun icazəsi lazım idi. Mərhumun işlədiyi sahədə problem olduğu üçün bütün işçiləri hadisə yerindən kənarlaşdıraraq özü həmin işin icrası ilə məşğul olmuşdur. Mərhum boruda sıxılma olduğu üçün onu açmaq istəmiş, yığılmış hissəni açmaq üçün boruya əlavə yük vermişdir. Yük verildiyi zaman tros ilişərək qayıtmamiş, bir anda boşluq yaranmış və ölü nöqtədə olan tros sürətlə yüklə birlikdə gedib qayıdan zaman boşalmışdır. Mərhum ölü nöqtənin yaxınlığında olduğu üçün tros mərhumun boğaz nahiyəsinə ilişmiş və nəticədə dünyasını dəyişmişdir. Daha sonra hadisə araşdırılaraq müəyyən edilmişdir ki, həmin vaxt prosesə rəhbərlik edən mərhum özü olmuşdur. İddiaçı tərəf onlara irad bildirir ki, nə üçün rəhbər vəzifədə çalışanlar İZ aktında günahkar kimi qeyd edilməyiblər. Bildirir ki, həmin günü istirahət günü olduğu üçün rəhbər vəzifədə çalışan heç kim işdə olmayıb. İşdə olmayan şəxsləri İZ aktında təqsirli şəxs kimi qeyd edə bilməzdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Neft Qaz X13 İttifaqı Respublikası Komitəsinin nümayəndəsi iddia tələbi ilə bağlı bildirmişdir ki, müvafiq işin araşdırılmasında əvvəldən axıra kimi şəxsən iştirak etmişdir. Ümiyyətlə həmkarlar ittifaqı olaraq appanent rolunu oynayırlar. Həmkarlar ittifaqı üçün ən mühüm amil işçinin hüquqlarının qorunması, işin düzgün aparılmasına nəzarət etməkdir. Onlar bunun üçün məsuliyyət daşıyırlar. Mərhumun ölümü onlar üçün ağır hadisədir. Əvvəlki illərlə müqayisədə istehsalatda bədbəxt hadisələr 3-4 dəfə aşağı düşüb. Hazırki iç üzrə işlərin təhlukəsiz aparılmasının təşkili bilavasitə mərhumun vəzifə borcu olmuşdur. Onu bu gün təsdiq edən sənədlər var. Əmək və X19 Nazirliyi tərəfindən təsdiq edilmiş məlumatlar, dövlət neft şirkətinin prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Neft Sənayesində işlərin təhlükəsiz aparılmasının vahid idarə edilməsi qaydalarında bu qaydalar öz əksini tapır. Hər bir işçinin öz vəzifə borcu var. Bütün bunlar da, təlimatla təsdiqlənir. O işin aparılması mərhumun səlaiyyətində idi. O işin təhlükəsiz təşkilinə cavabdeh şəxs mərhum özü idi. İşin təhlükəsiz aparılması mərhumun vəzifə səlahiyyətlərinə daxil idi. Bütün bunlar təsdiq edilmiş iş bölgüsündə də, öz əksini tapır. O, bu işin mütəxəssisi olaraq deyə bilər ki, orada təhqiqat nazirlər kabinetinin təlimatına uyğun olaraq düzgün aparılmışdır. Mərhumun ailə üzvləri olan zərərçəkmiş şəxslərlə şəxsən görüş olmuşdur. O, özü də həmin vaxt görüşdə iştirak etmişdir. Onlar akta tanış olarkən akta heç bir etiraz göstərməmişdirlər. Həmin sənədlər hal hazırda olduğu kimi yerindədir. Akt düzgün tərtib edilib. Hadisə mərhumun işi düzgün təşkil etməməsi səbəbindən baş verib. İş təşkil edilməmişdən əvvəl iş yeri düzgün təşkil edilməli, avadanlıqlar düzgün sxem üzrə yerləşdirilməli idi. Hər bir işçinin özünün düzgün yeri seçilməli idi. Mərhum hadisə zamanı hər kəsi oradan kənarlaşdırmışdır. Tədqiqat aparılan zaman bütün sənədlər tələb edilir və işə tikilir. Hər bir vəzifəli iş icraçısı ümumi səlahiyət çərçivəsində fəaliyyət göstərir. Həmin qaydalardan kənara çıxmaq olmaz. Hər bir buruqda yük vermə intervalı var. İş icraçısının ondan artıq yük vermə səlahiyyəti yoxdur. Onları özündə əks etdirən müvafiq sənədlər var. Həmin gün saat 9-a qalmış işə başlanılmışdır. Yük ağır verilən zaman orada sıçrayış olması səbəbindən silkələnmə baş vermiş, havanın küləkli olması səbəbindən çernil kartoqramaya tökülmüşdür. İş düzgün təşkil edilsəydi, artıq yüklənmə olmasaydı, həmin hadisə baş verməyəcəkdir. Bundan başqa mərhum özu üçün düzgün yer seçməmişdir. Mərhum hidravik çəki indiqatoru olan yerdə dayanmalı idi. Mərhum isə ölü sonluq deyilən yerdə dayanmışdır. Akt düzgün tərtib edilib. Orada heç bir yanlışlığa yol verilməyib. Nümayəndə izahatına əlavə olaraq göstərmişdir ki, izahatında sadaladığı qaydalar Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Azərbaycan Respublikası Neft Sənayesi sahəsinə aid olan qulluqcu vəzifələrin tarif ixtisas sorğu kitabçasında və vəzifə təlimatında öz əksini tapır. İş yerinin təşkili dedikdə, baş ustanın iş yerinə gələrək vizual baxış keçirməsi, avadanlıqların sxemə uyğun yerləşdirilməsinin təmin edilməsi başa düşülür. Baş usta hər bir riski qiymətləndirməlidir. Ondan sonra isə öz vəzifə səlahiyyətləri çərçivəsində işə başlamalıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin «istehsalatda baş verən bədbəxt hadisənin təşqiq edilməsi üçün təşqiqat komissiyasının yaradılması haqqında» xx.xx.2018-ci il tarixli 105-t saylı əmrindən görünür ki, SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin işçisi X15 xx.xx.2018-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxthadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədi ilə 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi-baş əmək müfəttişi M.Ə.Əhmədov, SOCAR “Azneft” İB-nin əməyin mühafizəsi şöbəsinin rəisi M.S.Şamilov, AzərbaycanRespublikasının Neft və X30 HİRK-nin baş texniki əmək müfəttişi İ.İ.Əliyev tərkibində təhqiqat komissiyası yaradılmışdır. - SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin xx.xx.2018ci il tarixdə tərtib etdiyi «İstehsalatda bədbəxt hadisə haqqında» İZ formalı 01/2018 saylı aktdan görünür ki, H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 121 saylı tapşırıq icazəyə əsasən xx.xx.2018-ci il tarixdən QƏYTSnin 3 saylı təmir briqadası 1368 saylı quyunun əsaslı təmirinə başlamışlar. Briqadaya işin davamı olaraq xx.xx.2018-ci il tarixli 126 saylı tapşırıq icazəyə əsasən quyuda istismar kəmərinin sıxılmış hissəsini düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatının aparılması tapşırılmışdır. xx.xx.2018-ci il tarixdə iş qrafikinə uyğun olaraq 3 saylı təmir briqadasının işçiləri usta X29, qazmaçı X11, qazmaçı X7 və qaldırıcı maşinist X21 işə çıxmışlar. Növbəni qəbul etdikdən sonra böyük usta X22 işin davamı olaraq 1368 saylı istismar quyusuna 38 ədəd borunun endirilməsini tapşırmış və mürəkkəb əməliyyatı özü gəldikdən sonra yerinə yetirilməsini bildirmişdir. X35 işçiləri təlimatlandırdıqdan sonra işə başlamışlar. Onlar quyuya 38 ədəd borunu endirdikdən sonra vurucu aqreqat vasitəsi ilə quyuda su dövriyyəsi yaratmışlar. Böyük usta Ə.Əliyev sahəyə gəlmiş, işçiləri iş meydançasından kənarlaşdırmış və mürəkkəb əməliyyatın aparılmasına başlamışdır. Ə.Əliyev qaldırıcı maşinist F.Paşayevə işarə verərək təqribən 10-15 dəqiqə düzləndiricini aşağı-yuxarı hərəkət etdirmişdir. Bu zaman düzləndirici alət kəmərin sıxılmış hissəsinə pərçimlənməsi səbəbindən yuxarı gəlməmişdir. Ə.Əliyev yenidən alətin azad olmasına cəhd göstərmiş və tal kanatına artıq yük vermişdir. Bu məqsədlə kənarda yerləşdirilmiş HÇİ-ya (hidravlik çəki indikator) baxmaq üçün yaxınlaşaraq tel kanatının ölü ucu yaxınlığında dayanmışdır. Bu an sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olmuş və boşalma nəticəsində kanatın ölü ucu Ə.Əliyevin boyun nahiyəsinə ilişib qaldıraraq yerə çırpmışdır. Bunu görən iş yoldaşları ona yaxınlaşaraq xəsarət aldığını görmüşlər, tez təcili tibbi yardıma və rəhbərliyə məlumat vermişlər. Hadisə yerinə gəlmiş tibbi yardım briqadası Ə.Əliyevi müayinə edərək onun öldüyünü bildirmişdir. Rəhbərlik hadisə yerinə gəldikdən sonra hadisə barədə aidiyyəti orqanlara məlumat verilmiş, hüquq mühafizə orqanları hadisə yerinə gəldikdən sonra Ə.Əliyevin cəsədi Xəzər rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya şöbəsinə aparılmışdır. Bədbəxt hadisənin səbəbi- H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi tərəfindən xx xxxxx 2015-ci il tarixdə təsdiq edilmiş “H.Z.Tağıyev adına Neft və X6 əsaslı və yeraltı təmiri sahəsinin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın vəzifə təlimatı”nın 6cı bəndlərinin (Təmirin keyfiyyətinin və texnologiyanın pozulma səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülür.) tələblərinə əməl edilməməsi göstərilmişdir. Aktda əmək qanunvericiliyinin pozumasına yol verilmiş şəxslər göstərilməmişdir. Bədbəxt hadisənin şahidləri Yaşar Abliyev,Zahid İbrahimov, Qəhrəman Qasımov və Fərman Paşayev göstərilmişdir. Aktı işəgötürənin vəzifəli şəxsi Dəvəli Azər, əməyin mühafizəsi xidmətinin rəisi Əliyev Rəşad, müəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndəsi Abbasəli Rüstəm imza etmişlər. - SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin işçisi X15 xx.xx.2018-ci il tarixdə saat 12.15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxxx 2018-ci il tarixli, 105-T saylı əmri ilə təyin edilmiş tərkibdə sədr X18 – 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi – baş əmək müfəttişi və üzvlər, X16 – SOCAR-ın “Azneft” X8 mühafizəsi şöbəsinin rəisi və X12 – Azərbaycan Respublikası Neft və X30 HİRK-nin baş texniki əmək müfəttişi olan komissiya xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını apardı və bu aktı tərtib etdilər. Zərərçəkən barədə məlumat: X22, 1963-cü il təvəllüdlü, quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta, ümumi iş stajı 36 il 11 ay, həmin müəssisədə iş stajı 36 il 1 ay, peşəsi üzrə iş stajı 20 il 2 ay. ƏM və TT üzrə biliyi xx xxxxxxxx 2017-ci il tarixdə yoxlanılmışdır. Ə.Əliyev istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətininin itirilməsi hallarından “xxxxxxxxxxxxxxxxxx” ASC-də icbari sığorta olunmuşdur. Ailə vəziyyəti – evli. Himayəsində aşağıdakı tərkibdə ailə üzvləri olmuşdur. Həyat yoldaşı – X23, 1968-ci il təvəllüdlü. Oğlu – İddiaçı, 1991-ci il təvəllüdlü. Oğlu – X26, 1993-cü il təvəllüdlü. Müəssisənin, sahənin, iş yerinin xarakteristikası: “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ Bakı şəhəri, Xəzər rayon Qala qəsəbəsində yerləşir. H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi təsdiq edilmiş əsasnaməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada əsasnamədə göstərilən və qanunvericiliyə zidd olmayan fəaliyyət növlərini həyata keçirir. Qala, Buzovna-Maştağa, Zirə yataqlarının işlənməsi, neftin, qazın, qaz kondensatının hasilatı, hazırlanması və təhvili ilə bağlı istehsalatın qabaqcıl texnika texnologiyalar əsasında səmərəli təşkili və idarə olunması və digər xidmətləri həyata keçirməkdən ibarətdir. Bədbəxt hadisə Buzovna-Maştağa yatağının 1368 saylı istismar quyusunda tapşırıq icra vərəqəsi əsasında istismar kəmərinin 1984 metrlikdə sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatının aparılması zamanı baş verilmişdir. 1368 saylı quyu xx.xx.2009-cu il tarixdən qazılmağa başlamış, xx.xx.2009-cu ildə istismara verilmişdir. Quyu layihə üzrə dərinliyi 2050 metr nəzərdə tutulmuş, faktiki dərinliyi 2081 metrdir. Hadisə nəticəsində müəssisəyə maddi ziyan dəyməmişdir. Bədbəxt hadisənin şəraiti:- H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 121 saylı tapşırıq icazəyə əsasən xx.xx.2018-ci il tarixdən QƏYTS-nin 3 saylı briqadası 1368 saylı quyunun əsaslı təmirinə başlamışlar. Briqadaya işin davamı olaraq xx.xx.2018-ci il tarixli 126 saylı tapşırıq icazəyə əsasən quyuda-istismar kəmərinin sıxılmış hissəsini düzləndirici alət vasiətsi ilə genişləndirmə əməliyyatının aparılması tapşırılmışdır. xx.xx.2018-ci il tarixdə iş qrafikinə uyğun olaraq 3 saylı təmir briqadasının işçiləri usta X27, qazmaçı X11, qazmaçı X7 və qaldırıcı maşinist X21 işə çıxmışlar. Növbəni qəbul etdikdən sonra böyük usta X22 işin davamı olaraq 1368 saylı istismar quyusuna 38 ədəd borunun endirilməsini tapşırmış və mürəkkəb əməliyyatı özü gəldikdən sonra yerinə yetirilməsini bildirmişdir. X35 işçiləri təlimatlandırdıqdan sonra işə başlamışlar. Onlar quyuya 38 ədəd borunu endirdikdən sonra vurucu aqreqat vasitəsi ilə quyuda su dövriyyəsini yaratmışlar. Böyük usta Ə.Əliyev sahəyə gəlmiş, işçiləri iş meydançasından kənarlaşdırmış və mürəkkəb əməliyyatın aparılmasına başlamışdır. Ə.Əliyev qaldırıcı maşinist F.Paşayevə işarə verərək təqribən 10-15 dəqiqə düzləndiricini yuxarı-aşağı hərəkət etdirmişdir. Bu zaman düzləndirici alət kəmərin sıxılmış hissəsinə pərçimlənməsi səbəbindən yuxarı gəlməmişdir. Ə.Əliyev yenidən alətin azad olmasına cəhd göstərmiş və tal kanatına artıq yük vermişdir. Bu məqsədlə kənarda yerləşdirilmiş HÇİ-ya (hidravlik çəki indikator) baxmaq üçün yaxınlaşaraq tal kanatının ölü uçu yaxınlığında dayanmışdır. Bu an sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olmuş və boşalma nəticəsində kanatın ölü ucu Ə.Əliyevin boyun nahiyəsinə ilişib qaldıraraq yerə çırpmışdır. Bunu görən iş yoldaşları ona yaxınlaşaraq xəsarət aldığını görmüşlər, tez təcili tibbi yardıma və rəhbərliyə məlumat vermişlər. Hadisə yerinə gəlmiş tibbi yardım briqadası Ə.Əliyevi müayinə edərək onun öldüyünü bildirmişdir. Rəhbərlik hadisə yerinə gəldikdən sonra hadisə barədə aidiyyəti orqanlara məlumat verilmiş, hüquq mühafizə orqanları hadisə yerinə gəldikdən sonra Ə.Əliyevin cəsədi Xəzər rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya şöbəsinə aparılmışdır. Bədbəxt hadisənin səbəbləri: H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi tərəfindən aprel 2015-ci il tarixdə təsdiq edilmiş “H.Z.Tağıyev adına Neft və X6 əsaslı və yeraltı təmiri sahəsinin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın vəzifə təlimatı”nın 6-cı bəndlərinin (Təmir keyfiyyətinin və texnologiyanın pozulma səbəblərinin aradan qaldırılması üçün tədbirlər görür) tələblərinə əməl edilməməsi. ADNŞnin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Dənizdə Neft və X9 X25”nın (birinci buraxılış) 13 bəndinin (Qazma kəmərinin qaldırılması zamanı onun pərçimlənməsi (ilişmənin nəticəsi olaraq) halı baş verərsə,, onu alətin çəkisindən artıq çəki ilə dartıb çıxarmağa yol verilmir. Birinci etapda qəzanı, alətin çəkisini azaltmaq (aşağı buraxmaq) və onun fırladılması yolu ilə ləğv etməyə cəhd göstərilməlidir tələblərinə əməl edilməmişdir. Əməyin mühafizəsi üzrə qanunverici aktlarının və qaydalarının pozumasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi: Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və X6 əsaslı və yeraltı təmiri üzrə böyük ustası X15 cavabdehliyini müəyyən etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1473/2019 saylı qərarından görünür ki, Xəzər rayon məhkəməsinin 1(003)- 187/2019 saylı hökmü ilə X5 AzərbaycanRespublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir ona görə ki, o, səhlənkarlıq, yəni vəzifəli şəxs olan vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, X5 “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NeftX6ın əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqyed münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində xx xxxxxxxx 2018-ci il tarixdə H.Z.Tağıyev adına X4 sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin parçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftçıxarma İdarəsinin quyularının əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X14 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq həyat üçün təhlükəli olan ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşayiət olunan boyun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması qırtlağın cırılıb, ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1473/2019 saylı qərarı ilə zərərçəkmişin hüquqi varisi İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X2 haqqında olan xx xxxxxx 2019cu il tarixli hökmü dəyişdirilmiş, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, X5 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması,onun məhkəmə zalında həbs edilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına Neftçıxarma İdarəsinin quyularının əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X24 xx xxxxxxxx 2018-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş, bununla əlaqədar AR Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 105-T nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə baş vermiş ölüm hadisəsinin təhqiq edilməsi məqsədilə 3 nəfərdən ibarət tərkibdə komissiya yaradılmışdır. Komissiya tərəfindən təhqiqat aktı və İZ formalı aktı tərtib edilmiş, bədbəxt hadisənin baş verməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və X6 əsaslı və yeraltı təmiri üzrə böyük ustası X15 cavabdehliyi müəyyən edilmişdir. Baş vermiş ölüm hadisəsi ilə əlaqədar Xəzər Rayon Prokurorluq tərəfindən cinayət işi açılmış və Xəzər rayon məhkəməsinin 1(003)-187/2019 saylı hökmü ilə X5 AzərbaycanRespublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1473/2019 saylı qərarı ilə zərərçəkmişin hüquqi varisi İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin X2 haqqında olan xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Hazırda iddiaçı atası X15 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin guya istehsalat xarakterli olduğu müəyyən edilməsi ilə razılaşmır və iş üzrə təkrar araşdırma aparılmalı olması ilə atasının ölümünə səbəb olan hadisə hərtərəfli araşdırılaraq onun peşəkar neftçi adına atılan ləkənin götürülməli olmasını, bunun üçün isə, iddia tələbində bir sıra hallar üzrə müəyyən dəlillərini irəli sürərək həmin halların araşdırılmasının zəruri olmasını iddia edir. İddiaçı bu dəlillərini onunla əsaslandırır ki, komissiya onların iştirakını təmin etməmiş, bunda isə işəgötürən öz məsuliyyətini atasının üstünə atmaq məqsədi güdmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 №li qərarı ilə təsdiq edilmiş, müvafiq fərmana əsasən 1999-cu ilin iyun ayının 1-dən qüvvəyə minmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiq və uçota alınması Qaydaları»nın: - 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. - 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrinin və yaxud ölumun başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyatı müalicə tibb idarəsinə və ya məhkəmə–tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. - 1.4-cü bəndində istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməyən və uçota alınmayan hallar konkret müəyyən edilmişdir. - 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. - 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçı tərəfin komissiyanın təhqiqat aktının, eləcə də, onun əsasında tərtib olunmuş İZ formalı aktının qəbul olunmasından belə xəbərləri olmamasına dair dəlilinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlil cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin izahatının məzmunu ilə təkzib edilir. Belə ki, o, izahatında mərhumun ailə üzvləri ilə iki dəfə görüşün olmasını, onlara bütün sosial hüquqlarının izah edilməsini, müəyyən məsələlərin həllində müəssisə rəhbərliyinin köməkliklər etməsini, İZ aktının bir nüsxəsinin ailə üzvlərinə təqdim edilməsinə baxmayaraq, onların həmin aktı qəbul etməkdən imtina etmələrini göstərmişdir. İş materiallarında olan mərhumun ailə üzvlərinin İZ aktını qəbul etməkdən imtina etmələrini təsdiq edən yazılı sənəd olmasa da, məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin izahatının məzmununda göstərilənlərin işin digər halları ilə uzlaşdığı üçün inandırıcı sayır və izahatını sübut kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin digər dəlillərinə qiymət verərək komissiyanın üzvlərindən birinin SOCAR-ın “Azneft” X8 mühafizəsi şöbəsinin rəisi olan X16 olmasının təhqiqatın obyektiv və ədalətli olmasına bir daha şübhəni artırmasına dair dəlilini də, əsassız sayır. Belə ki, ilk növbədə iddiaçı tərəf təhqiqatın qeyri-obyektiv və ədalətli olmamasına dair iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Çünki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin iddiaçı mübahisələndirdiyi Təhqiqat Aktının və onun əsasında tərtib olunmuş 01/2018 nömrəli İZ formalı Aktın qanunvericiliyin tələblərinə uyğun olmamasına dair məhkəməyə heç bir mötəbər sübut növləri təqdim etməmiş, iddianın dəlilləri heç bir elmi və ya xüsusi bilik tələb edilən sahə üzrə mütəxxəssis rəylərinə istinadən deyil, yalnız subyektiv mülahizələr üzərində qurulmuşdur. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq etməklə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar etməklə, hadisənin şahidlərindən izahatlar almaqla, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib etmiş, bununla da AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə H.Z.Tağıyev adına X4 sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftçıxarma İdarəsinin quyularının əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X14 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə sonuncunun ölümü ilə bağlı hadisə ilə əlaqədar X1, yəni vəzifəli şəxs olan vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yetirməməsi kimi ittiham verilmiş və o, AzərbaycanRespublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, daha sonra apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cəzası dəyişdirlərək eyni müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də, məhkəmə iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyi və iddianın əsası kimi istinad edilən hallar sübuta yetirilmədiyi üçün iddianın rədd edilməsi nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və SOCAR-ın “Azneft” İstehsalat Birliyinə qarşı SOCARın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin işçisi X15 2018-ci il 02 sentyabr tarixdə, saat 12:15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının və onun əsasında tərtib olunmuş 01/2018 nömrəli İZ formalı aktın ləğv olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2002/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2002/2020
26.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver