Məhkəmə qərarları › İş №2(004)-2010/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2010/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2010/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X14” X26ə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X14” X26ə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 törətdiyi inzibati xətaya görə əmlakı olan 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlər X14 Publik Hüquqi şəxs və X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09.11.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində 1963-cü il təvəllüdlü Cavabdeh1 idarə etdiyi, 3 saylı TTYS-na məxsus olan “Mercedes” markalı **- JG-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə oğlu 1998-ci il təvəllüdlü X5 idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir. Həmçinin həmin vaxt oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş X3 xəsarət aldığı üçün “Medi Club” hospitala aparılmışdır. Hadisə ilə əlaqədar olaraq Səbail RPİ-nin PPXB-nün 3484 çağırışlı naryadı radiorabitə vasitəsilə Səbail RPİ-nin Növbətçi hissəsinə məlumat daxil olmuşdur. Səbail RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı C.Ə.Əsədov 1NK-449 saylı təhqiqat materialı üzrə müvafiq təhqiqat hərəkətlərini aparmış bununla əlaqədar da 26.11.2020- cii il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın nəticə hissənindən göründüyü kimi X18 416 CDİ markal **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobilim sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh1 törədiyi inzibati xətaya görə həmin hadisə baş vermiş və iddiaçıya maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq qərarın təsviri-əsaslandırıcı hissəsində cavadehin hadisə ilə əlaqədar birbaşa məsuliyyət daşıdığı göstərilmişdir. Xəsarətlə əlaqədar olaraq xxxx MMC-nin qiymətləndirmə aktından görünür ki, ona 22947 manat zərər dəymişdir. Diqqətinizə çatdırım ki, Paşa sığorta şirkəti tərəfindən Rahim vasitəsi ilə ona cəmi 2902 manat pul ödənilmişdir. Həmçinin yuxarıda qeyd etdiklərindən əlavə o, həmin vaxtı oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş X3 xəsarət aldığı üçün “Medi Club” hospitala aparılmağı, müalicə və konsultasiya üçün 119 manat pul ödəniş etmişdir. Ona görə də, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat, və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlər X14 Publik Hüquqi şəxs və X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 törətdiyi inzibati xətaya görə 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA- 001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat maddi ziyan, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, eyni zamanda ekspert rəyi ilə razı olmadığını bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 09.11.2020-ci il tarixdə saat 16:30 radələrində “X14” PHŞ-nə məxsus və yol vərəqəsi ilə idarə etdiyi “Mercedes” markalı **- JG-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və X5 idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Lexus” markalı avtomobildə sərnişin qismində X3 xəsarət almış, bununla bağlı Bakı şəhəri, bail RPİ-nin Təhqiqat şöbəsində təhqiqatçı Cəlil Əsədov tərəfindən araşdırma aparılmış, toplanmış materiallarda cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılmasının rədd olunması haqqında 26.11.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Eyni zamanda, iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Qeyd olunan avtomobilin Azərbaycan bazarında həmin il istehsal olunan işlənmiş variantının qiyməti 19.000 manat təşkil edir. Nəzərə alınsa ki, bu qiymətin üzərinə müvafiq vergilər, avtomobili Azərbaycana gətirmə xərcləri və gömrük rüsumları gəlir. Avtomobilin Gürcüstan bazarında həmin il və ondan sonrakı illərdə qiyməti 6000-8000 ABŞ dolları arası dəyişir (iddiaçı özü Gürcüstan dövlətinə məxsus avtomobil elanları saytında sözügedən avtomobili 6300 ABŞ dolları qiymətinə satışa çıxarmışdır). Təhqiqat materiallarında olan ekspert isə avtomobilin təmir xərcini 12638,00 manat və 10946,00 manat aralığında qiymətləndirmişdirki, bu özlüyündə reallığı əks etdirmir. Ondan belə qənaətə gəlmək olur ki, adıçəkilən avtomobil hadisə nəticəsində yararsız vəziyyətə düşmüşdür. Şəkillərə diqqətlə baxdıqda isə, bunun belə olmadığını əyani şəkildə görmək mümkündür. Mülki iş üzrə təyin edilmiş ekspert rəyi ilə, eyni zamanda ekspertin ifadəsi ilə də müəyyən olundu ki, avtomobilin əksər hissələrinin dəyişilməsi ilə əsaslı təmiri rentabelli hesab olunmur. “X23” MMC-nin 12 mart 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən verilmiş rəyi bazar qiymətlərinə tam uyğundur. “xxxx” MMC-nin çıxarmış olduğu qüsur aktındakı məbləğ maşının öz qiymətindən də yüksəkdir, bu həmin qüsur aktının şişirdilmiş qiymətlərlə hesablandığını göstərir. Eyni zamanda hesab edir ki, hüquqi yardıma görə tələb olunan 800 manat çox yüksəkdir. Belə ki, iddiaçı istənilən Vəkil qurumu ilə yeksək məbləğdə müqavilə bağlaya bilər, lakin bu ağlabatan məbləğ olmalıdır. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı isə iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh “X14” Publik Hüquqi şəxsi məhkəməyə dəftərxana vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbini onlara dair hissədə əsassız sayır. Etiraz onunla əsaslandırılmışdır ki, “X14” Publik Hüquqi şəxsi “X19” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobilinin sahibi olaraq heç bir avtonəqliyyatdan istismar qaydalarını pozmamışdır. 09.11.2020-ci il tarixdə 2020-ci il buraxılışlı “X19” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki saz vəziyyətdə xəttə buraxılmışdır. Sürücü tibbi müayinədək keçərək, sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında təcili yardım avtomobilini təyinatı üzrə idarə etmişdir. İddia ərizəsində 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobilin bazar qiyməti avtomobil saytlarında olan məlumata əsasən bu rəqəmdən xeyli aşağıdır. Maddi ziyan məbləği ciddi olaraq şişirdilmişdir, qüsur aktında göstərilmiş bəzi hissələr artıq yazılmışdır. (misal üçün arxa qranat, arxa remen və s), ehtiyat hissələrinin dəyərinə 2008-ci il buraxılışlı avtomobilə uyğun amortizasiya hesablanmamışdır. Cavabdeh “X14” X26ə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən ekspert X10 ifadəsində göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Yasamal Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı əsasında 13 aprel 2021-ci il tarixdə “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə dair əmtəəşünaslıq ekspertizasını verilmiş hər iki qüsur aktı əsasında müqayisəli tədqiqat metodu ilə keçirmişdir. Ümumiyyətlə əmtəşünaslıq ekspertizası yalnız verilmiş ehtiyat hissələrinin qiymətləndirilməsini həyata keçirir. Birinci qüsur aktı üzrə ehtiyat hissələrinin adları 40% salamat qalan hissələrin adlarıdır. 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobilin bazar qiyməti 18000 manatdır. 40% çıxıldıqda alınan ehtiyat hissələrin bazar qiymətləridir. Ehtiyat hissələrinin orta bazar qiyməti “Toyota Əhmədli” filialının qiymətləri ilə üst-üstə düşür. Ekspert hansı hissələrin zədələnib-zədələnmədiyini müəyyən etmir. Ehtiyat hissələrinin qiymətləri ilə bağlı rəy verir. “Toyota Bakı” Mərkəzinin verdiyi rəydə 3500 manat ƏDV də göstərilmiş qiymətə daxil edilmişdir, bu düzgün deyil, şişirdilmiş qiymətlərdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, iddiaçının oğlunun dostudur. Qəzadan üç dəqiqə sonra hadisə yerində idi. Maşının təmiri ilə bağlı qüsur aktını birlikdə almışlar. Qüsur aktına əsasən 15000-20000 manat ziyan dəymişdir. Rəhim Həsənov indi burda deyil, İtaliyada oxuyur. Avtomobilin harada nə vaxt təmir edilməsini bilmir, təmirində iştirak etməmişdir. Sonradan məlumatı olmuşdur ki, maşın təmir olunub, satılmışdır. Belə ki, iş materiallarında olan AM5207195 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan N191367890 nömrəli 10 noyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə dair X7 nəqliyyat vasitəsini 10 il müddətinə sərəncam hüquqi ilə bərabər idarə etmək hüququ vermişdir. İş materiallarında olan AD 861307 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X19 416 CDİ” Xüs.Təy. markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil “X14” X26ə məxsusdur. İş materiallarında olan 6360 nömrəli yol vərəqəsindən görünür ki, “X19 416 CDİ” Xüs.Təy. markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.11.2020-15.11.2021-ci il tarixləri əhatə edən dövr ərzində idarə olunması üçün “X14” Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında olan Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X16 tərəfindən qəbul edilmiş 26.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, 09.11.2020-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “X19 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobilinin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, “Ford Mustang” markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, “Kia Ceed” markalı **-SN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” surətindən görünür ki, 09.11.2021-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” surətindən görünür ki, 09.11.2021-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X11” X26 618 saylı 18.11.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinir: Vət.E.Y.Mustafazadənin almış olduğu xəsarətlər burunun, sağ dirsək oynaq nahiyəsinin arxa səthinin sıyrıqları, çənəaltı nahiyənin səthi əzilmiş yarası, sol bazunun yuxarı 1/3-nin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin ön səthlərinin, sol baldırın orta-yuxarı 1/2- nin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 09 noyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5135 nömrəli, 20 noyabr 2020-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş 17.11.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15798,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 12638,00 manat, təmir-bərpa işlərinin qiyməti - 3160,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10946 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7786,00 manat, təmir-bərpa işlərinin qiyməti - 3160,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/2103 nömrəli, 20 noyabr 2020-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən X19 416 markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 10,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır, hərəkət üçün təhlükə yaranan anda Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 10,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 22947 (iyirmi iki min doqquz yüz qırx yeddi) manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş məxaric üzrə hesabdan çıxarışdan müəyyən olunur ki, X7 2902,95 (iki min doqquz yüz iki manat doxsan beş qəpik) sığorta ödənişi edilmişdir. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, “Mediclub LTDyə 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 23 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, X12 tərəfindən “Yusifbəyli və partnyorları” Vəkil Bürosuna məxsus **********930709109 nömrəli hesaba 800 (səkkiz yüz) manat ödənilmişdir. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, X1 müalicəsi məqsədilə həkimin konsultasiyası üzrə 118 manat, kiçik yara sarğısı üçün 9,44 manat, alın burun boşluqları rentgenoqrafiyası üçün 25,96 manat, terapevtin konsultasiyası üçün 38,11 manat, cəmi 191,51 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “Toyota Əhmədli-Servis” Mərkəzinin 466 saylı 12 mart 2021-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001- HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin material-ehtiyat hissələrinin dəyəri 4619 manat, təmir xərcləri 1260 manat olmaqla, cəmi 5879 manat təşkil edir. Mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyinin təsviri hissəsindən görünür ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2008-cı il buraxılışlı, “Lexus İS250” markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı mülki iş materiallarında olan 12.03.2021-ci il tarixli nöqsan aktı əsasında hesablanır. Aparılmış tədqiqat nəticəsində, qərarda qeyd edilən avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymətlər cədvəldə verilmişdir. Rəyin nəticə hissəsindən görünür ki, “xxxx” MMC-nin 17.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 (18000 m-40%) manat müəyyən edilir. Nəzəri hesablanma yolu ilə, “X23” MMC-nin 12.03.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5919,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4619,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1300,00 manat. Autopapa.ge Gürcüstan avtomobil saytından çıxarılmış məlumatdan görünür ki, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobillərin satış qiyməti 6300 ABŞ dolları- 7500 ABŞ dolları arasında qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X19 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobili “X14” X26ə məxsusdur. “X14” Publik Hüquqi şəxsi “X19 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 nəqliyyat vasitəsini 01 noyabr 2021-ci ildən 15 noyabr 2021-ci il tarixədək yol vərəqəsi əsasında idarə etmək hüququ vermişdir. Cavabdeh1 09.11.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qəza törətmiş, X5 idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olmuş X3 xəsarət almışdır, eyni zamanda “Lexus İS 250” markalı avtomobilə maddi ziyan dəymişdir. Göründüyü kimi, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Məhkəmə iddianın “X14” Publik Hüquqi şəxs münasibətdə olan hissəsinə hüquqi qiymət verib hesab edir ki, iddia tələbinə cavab verməli olan tərəf avtomobili qanuni əsasla idarə edən Cavabdeh1 oldugundan, iddianın “X14” Publik Hüquqi şəxsə aidiyyatı olmadıgından ona münasibətdə iddia rədd olunmalıdır. Bununla belə, Cavabdeh1 törətmiş olduğu inzibati xəta nəticəsində İddiaçı mülkiyyətində olan “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması müəyyən edildiyindən, Cavabdeh1 bu halda mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləği mülki iş üzrə təyin edilmiş ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli, həmin rəylə müəyyən edilmiş 5919 (beş min doqquz yüz on doqquz) manat vəsaitdən araşdırma zamanı müəyyən edilmiş və iddiaçı şəxsin özünün də müvafiq iddia ərizəsində qeyd etdiyi-sığorta şirkəti tərəfindən ödənilmiş 2902,95 (iki min doqquz yüz iki manat doxsan beş qəpik) manat məbləği çıxıldıqdan sonra qalan 3016,05 (üç min on altı manat beş qəpik) manat (5919-2902,95=3016,05) müəyyən edilərək, İddiaçı maddi zərər tələbinə dair iddiası qismən - müəyyən edilmiş 3016,05 (üç min on altı manat beş qəpik) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən, ekspertin məhkəmə iclasında vermiş olduğu ifadədən də müəyyən olunur ki, “xxxx” MMCnin 17.11.2020-ci il tarixli qüsur aktındakı sözügedən avtomobilə dəymiş zərərin qiyməti (ehtiyat hissələri və təmir xərcləri) hadisə baş verən dövr üzrə orta bazar qiymətlərindən, hətta həmin avtomobilin orta bazar qiymətindən də yüksəkdir. Belə olan halda məhkəmə avtomobilə dəymiş maddi ziyanın məbləğini mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilmiş 5919 (beş min doqquz yüz on doqquz) manat məbləğini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, “Lexus İS 250” markalı avtomobildə olan sərnişin X1 xəsarət alması və müalicəsi üçün 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat ödəniş edildiyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə, iddiaçının hüquqi xidmətə görə vəkilə ödədiyi 800 manat tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 23.01.2021-ci il tarixli qəbzlə həmin məbləğin ödənildiyi sübuta yetirildiyindən, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı iddiası qismən təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar