Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2017/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı “elektrik enerjisi təchizatı və satışının dayandırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı “elektrik enerjisi təchizatı və satışının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsi tərəfindən Nazim Hikmət küçəsi ev 25 mənzil 10 ünvanda Məmiyevin həmin mənzildə yaşamaq, istifadə etmək hüququnun olmamasını nəzərə alıb, cavabdeh enerjisi təchizatı satışı idarə ilə heç bir müqavilənin olmamasını nəzərə alıb mənzilə verilən elektrik elektrik enerjisi təchizatı və satışının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Həmçinin iddiaçı 100 manat dövlət rüsumu ödəməli olduğu halda 50 manat ödəmişdir. Pretenziya qaydasına riayət etməmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbini - Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı irəli sürmüşdür, lakin Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsi hüquqi şəxs deyildir və məhkəmədə müstəqil tərəf kimi çıxış edə bilməz. Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı olan iddia tələbləri hüquqi şəxs olan - "xxxx" ASC-yə qarşı verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hazırkı iddia ərizəsi "xxxx" ASC-yə qarşı verilməli olduğu halda, Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə "xxxx" ASC-nin hüququ ünvanı AZ1065 ünvan 1yon Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 108.3-cü madəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 152, 152.1, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Yasamal rayon “Enerji təchizatı və satışı” İdarəsinə qarşı “elektrik enerjisi təchizatı və satışının dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2017/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2017/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver