Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2056/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, badamdar yolunda xüsusi mülkiyyətdə olan 0,114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114,9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 14/0891 nömrəli xx.xx.2021-ci il tarixli rəyin ləğv edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Müəyyən olunur ki, sözügedən iddia tələbi üzrə mübahisələndirilən rəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(103)-772/2021 nömrəli qətnaməsi ilə qiymət verilmiş və müvafiq rəy nəzərə alınmaqla sözügedən qətnamənin nəticə hissəsində İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, badamdar yolunda xüsusi mülkiyyətdə olan 0,114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114,9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin likvid dəyəri 1,620,000 manat miqdarında qət edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-772/2021 nömrəli qətnaməsi icra mərhələsindədir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbi üzrə münasibətə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(103)- 772/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilməsi nəzərə alınmaqla iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2056/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2056/2023
17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver