Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-206/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə cavabdeh X29 nümayəndəsi və vəkili Vəkil5, qarşılıqlı iddia üzrə cavabdeh X18 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiaları; Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X19, X13, X22, X34 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, qətnamənin icrasına dönüş edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, mənzilin və qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, ünvan 2ə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X35 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh4, ünvan 3i və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini əlavə olaraq cavabdehlər qismində cəlb olunmasını xahiş edərək, yekun olaraq məhkəmədən: Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in Xüsusi X4 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 07 oktyabr 2019-cu il tarixli 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair ünvan 2in Xüsusi X4 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 25 oktyabr 2019-cu il tarixli 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X1 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhər 30 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışların və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə (3 saylı emalatxana) dair çıxarışların və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olan adlarına çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh2, ünvan 2ə qarşı“əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiaları təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in Xüsusi X4 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakışəhəri 19 saylı Notariat Ofisi tərəfindən 07 oktyabr 2019-cu il tarixdə verilmiş 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 19 saylı Notariat Ofisinin Xüsusi X4 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində 25 oktyabr 2019-cu il tarixdə verilmiş 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X1 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 30 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Hüquqlarının X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi Hüquqlarının X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********01-05101-083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışlar və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi, Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhərƏrazi İdarəsi Hüquqlarının X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmişdir. Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adlarına çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4507/2023 qərardadı ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi işə ərazi və müstəsna aidiyyəti qaydalarının pozulması ilə baxıldığından ləğv edilmiş və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mübahisəyə məhkəmədə baxılıb qurtaranadək müvəqqəti təminat tədbiri olaraq Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin aparılmasının cavabdehlər İddiaçı1, İddiaçı2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və başqa şəxslərə qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizə ilə eyni vaxtda, yəni xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(004)-4854/2023 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsini, Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququnun bərpa olunması, cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin sahələrdən çıxarılaraq, sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-390/2023 nömrəli qərardadı ilə Cavabdeh4 “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizəsi təmin edilmişdir. Məhkəmədə mübahisə həll edilənədək (mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi), müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.50 kv.m-dən ibarət mənzilin (reyestr nömrəsi **********01-05101- 093003, qeydiyat nömrəsi **********) və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) özgəninkiləşdirilməsinə qadağa (həbs) qoyulmuşdur. Qərardad dərhal icra edilmişdir. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə tapşırılmışdır. Daha sonra Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə xx.xx.2024cü il tarixdə qarşılıqlı iddia tələbinin həcmini artırılması barədə ərizə təqdim edərək, Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X19, X13, X22, X34 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, qətnamənin icrasına dönüş edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X26 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair X26 ilə X41 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh X29 ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X11 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 (X11 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh X18 ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; Ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi; ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilməsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməsi; Cavabdehlərin ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət olan mənzildən və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyriyaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılmaları və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı1 əmlakına dair qardaşı Cavabdeh7 etibarnamə vermişdir. Cavabdeh7 etibarnamədən istifadə etməklə İddiaçı1 məxsus olan əmlakı bağışlama müqavilə bağlanması yolu ilə öz adına sənədləşdirmiş, sonra isə Cavabdeh4 satmışdır. Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 19 saylı Notariat Ofisinin Xüsusi X4 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində 25 oktyabr 2019-cu il tarixdə verilmiş 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Hesab edir ki, Cavabdeh7 bacısı İddiaçı1 və anası İddiaçı2 aldadıb. Məhkəmə qətnaməsinə əsasən əmlak İddiaçı1 adına qaytarılandan sonra Cavabdeh7 ilə münasibətləri düzəlmiş və yenidən etabarnamə əsasında Cavabdeh7 vasitəsilə Fəridə və Gülnarənin adına keçirmişlər. Fəridə Emilin arvadı, Gülnarə isə baldızıdır. Əmlakları Emil idarə edib. Cavabdeh1 Cavabdeh7 uzaq qohumu və dostu olaraq bu məsələdən məlumatlı olduğu halda onlardan gizlətmişdir və hətta onlarda olan məlumata görə həmin əmlakların özgəninkiləşdirilməsi üçün müştərini də o, tapmışdır. Cavabdeh1 da Cavabdeh7 ilə eyni dərəcədə məsuliyyət daşıyır. Müqavilələr İddiaçı1 həqiqi iradəsini əks etdirməmişdir. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, nümayəndəsi olduğu Cavabdeh4 ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyət hüququnun bərpası və əmlakın boşaldılıb təhvil verilməsi barədə məhkəmənin icraatında baxılmağa hazırlanmaqda olan mülki iş üzrə qarşılıqlı iddianın dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi mübahisəli yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məhkəmənin sorğusuna DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş və Elektron Məhkəmə İnformasiya sisteminə yüklənmiş sənədlərdən məlum olmuşdur ki, sözügedən əmlaklar iddiaçıların adına qaytarılaraq rəsmiləşdirildikdən sonra, onlar başda Cavabdeh7 olmaqla öz hüquqazidd əməllərini davam etdirərək, izi itirmək və bununla da Cavabdeh4 həmin əmlaklar üzərində mülkiyyət hüququnun bərpa olunması imkanını heçə endirmək məqsədi ilə qısa müddət ərzində hər iki əmlakla bağlı formal xarkter daşıdığı açıq-aydın görünən alqı-satqı müqavilələrini rəsmiləşdirməklə, əmlakları başqa şəxslərin adına keçirmişlər. O cümlədən, ünvan 4 ünvanda yerləşən 28.5 kv.m mənzilə dair. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, həmin mənzili təmsil etdiyi şəxs əldə edərkən, faktiki sahəsi 39,9 kv.m olmuş, lakin mənzilə dair çıxarışda sahəsi 28,5 kv.m kimi göstərildiyindən, alqısatqı müqaviləsində də rəsmi reyestr məlumatı əks olunmuşdur. Təmisil etdiyi şəxs mənzili faktiki sahəsi (39,9 kv.m) əsas götürülməklə satın almış və gələcəkdə reyestr məlumatının faktiki mövcud olan vəziyyətə uyğunlaşdırmaq üçün rəsmi müraciət etmək fikrində olmuşdur. Qeyd olunduğu kimi, mənzil məhkəmə qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi tərəfindən artıq ləğv olunmuşdur) əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh7 anası İddiaçı2 adına qaytarıldıqdan 1 ay 15 gün sonra, İddiaçı2 ilə X14 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Fəridə Zeynalovanın adına qeydə alınmışdır. Müqavilənin tərəflərinin və satıcı Elza İmaverdiyevanın adından müqaviləni imzalayn şəxsin kimliynə nəzər saldıqda, yenə də Nəsirli ailəsinin qurduğu oyun aşkar olunur. Belə ki, müqavilədən göründüyü kimi satıcı kimi göstərilmiş İddiaçı2 adından müqaviləni oğlu Cavabdeh7 etibarnamə (xx.xx.2019-cu il tarixdə Bakı 19 saylı Notariat ofisidə verilmişdir) əsasında imzalamışdır. Halbuki, İddiaçı2 və İddiaçı1 hazırki iş üzrə irəli sürdükləri iddiada özlərinin verdyi etibarnamə əsasında hərəkət etmiş Cavabdeh7 onların iradəsinə zidd getdiyini bildirmişlər. Həmin müqavilə üzrə alıcı qismində olan Fəridə Zeynalova isə 1 saylı Bakı Ərazi İdarəsindən göndərilmiş sənədlərə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli (iş No 2(004)-1330/2016) qətnaməsi ilə müəyyən edilmiş qohumluq əlaqəsindən görünür ki, Cavabdeh7 arvadıdır. Bundan sonra, sözügedən Fəridə Zeynalova ilə X29 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********01-093003 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Vüsal Qasımovun adına qeydə alınmışdır. 15.60 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair. Həmin qeyri-yaşayış sahəsi də məhkəmə qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi tərəfindən artıq ləğv olunmuşdur) əsasında xx.xx.2020-ci il tarixdə paylı mülkiyyət hüququ ilə ½ payla Cavabdeh7 anası İddiaçı2, ½ payla bacısı İddiaçı1 adına qaytarıldıqdan 1 ay 15 gün sonra, satıcılar: İddiaçı2 və İddiaçı1 ilə alıcı qismində X11 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və qeyriyaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakı dövlət reyestrində Gülnarə Novruzovanın adına qeydə alınmışdır. Bu halda da satıcıların adından etibarnamə (xx.xx.2019-cu il tarixdə Bakı 19 saylı Notariat ofisində verilmişdir) əsasında yenə də Cavabdeh7, alıcı Gülnarə Novruzovanın adından isə bacısı Fəridə Zeynalova (Cavabdeh7 baldızı) çıxış etmişdir. Bundan 2 ay 1 gün sonra, Bakı şəhəri 5 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əvvəlcə qeyri-yaşayış sahəsinin yarısına - 7,8 kv.m hissəsinə, xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında isə qeyri-yaşayış sahəsinin digər yarısına - 7,8 kv.m hissəsinə, ümumilikdə 15,6 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********01- 05***- ******* reyestr 4 nömrəsi, **********8 qeydiyyat nömrəsi ilə X18 adına qeydə alınmışdır. Göründüyü kimi, Cavabdeh4 təhvil verilməsi tələb olunan mənzilə dair 2 müqavilə, qeyri-yaşayış sahəsinə dair isə 3 müqavilə mövcud olmuşdur. Hesab edir ki, hər iki əmlaka dair müqavilələrnin predmetini müvafiq olaraq eyni əmlaklar təşkil etdiyindən, prosessual qənaət prinsipi baxımından gələcəkdə yeni məhkəmə mübahisəsinin açılmaması üçün həmin müqavilələr də hazırkı iş çərçivəsində məhkəmə qaydasında mübahisələndirilməlidir. Bildirir ki, hər iki əmlaka dair şərh olunan müqavilələr mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından, etibarsız (əhəmiyyətsiz) əqddirlər. İddianın faktiki əsasları (işin faktiki halları) onu deməyə əsas verir ki, iş üzrə cavabdeh olan şəxslər Cavabdeh7 təşkilatçılığı və rəhbərliyi ilə qabaqcadan əlbir olan bir qrup şəklində vahid niyyətlə peşəkarcasına qurulmuş vahid cinayət planı əsasında birlikdə hərəkət etmiş və Cavabdeh4 ilə bağlanmış alqı-satqı müqavilələrinə əsasən əmlakların ona təhvil verilməsi müddəti bitmədən, qurduqları cinayət planına məhkəmənin əli ilə “qanuni” don geyindirmək yolu ilə əmlakları ələ keçirmiş və üçüncü şəxslərin adına sənədləşdirmişlər. İşin hallarından göründüyü kimi, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair bütün hüquqları, o cümlədən, özgəninkiləşdirmək (satmaq, bağışlamaq) səlahiyyətlərini etibarnamə əsasında Cavabdeh7 vermişlər, Cavabdeh7 isə öz növbəsində etibarnamə üzrə səlahiyyətləri cinayət əlaqəsində olduğu qrupun digər üzvü Cavabdeh2 adlı şəxsə ötürmüş, məhz, bundan sonra, Cavabdeh2 etibarnamə əsasında hərəkət edərək, həmin əmlakları (mənzili xx.xx.2019-cu il tarixdə, qeyri-yaşayış sahəsini isə xx.xx.2019-cu il tarixdə) bağışlama müqavilələri ilə Cavabdeh7 adına keçirmiş və daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra, Cavabdeh7 yuxarıda qeyd olunduğu kimi sözügedən əmlakları Lalə Əlmyevaya satmışdır. Qeyd edir ki, onların bütün notarial hərəkətləri (etibarnamə verməklə müqavilə bağlamaq) Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu Hafiz Hacızadə tərəfindən rəsmiləşdirilmişdir. Onlar həmin cinayət sxemini ona görə bu ardıcıllıqla qurmuşlar ki, mülki qanunvericilik etibarnamə verilmiş şəxsin (bu halda, Cavabdeh7) etibar olunmuş əmlakı öz adına keçirməsini qadağan etdiyindən, qabaqcadan bilirdilər ki, məhkəmə belə hallarda əmlakların özgəninkiləşdirilməsinə dair müqavilələri etibarsız hesab edəcəkdir. Həqiqətən, belə də olmuş, İddiaçı2 və İddiaçı1 Xətai Rayon məhkəməsində iddia qaldıraraq, guya, Cavabdeh7 onlardan xəbərsiz əmlakları öz adına keçirdiyini və Cavabdeh4 satdığını bildirmişlər. Belə çıxır ki, Cavabdeh7 əmlakları icarədə saxlamaq adı ilə Cavabdeh4 təhvil verməməkdə məqsədi, hələ ən başdan, Cavabdeh4 ona inamından istifadə etməklə, saxta yollarla həmin əmlakları yenidən özlərinə qaytarmaq olmuşdur. Bildirir ki, aşağıda göstərilənlər Cavabdeh7 anası və bacısının verdiyi etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 ötürməsindən, Cavabdeh2 onların adından əmlakları Cavabdeh7 bağışlamasından və Cavabdeh7 əmlakları Cavabdeh4 satarkən onlardan xəbərsiz hərəkət etməsindən və ümumiyyətlə, bütün bunlardan guya, İddiaçı2 və İddiaçı1 məlumatsız olduqlarını tam təkzib edir. O cümlədən, birincisi, sözügedən əmlaklar yenidən İddiaçı2 və İddiaçı1 adına qaytarıldıqdan qısa müddət sonra xx.xx.2020-ci il tarixli alqısatqı müqavilələri bağlanmış və bu zaman Cavabdeh7 anası və bacısının verdiyi xx.xx.2019-cu il tarixli etibarnamə (19 saylı notariat ofisində təsdiq olunmuşdur) əsasında onların əvəzindən müqavilələri imzalamışdır. Haqlı olaraq sual yaranır: əgər, Cavabdeh7 anası və bacısının verdiyi etibarnamədən istifadə edərək, onlardan xəbərsiz əmlakı öz adına keçiriıb Cavabdeh4 satmışdırsa, bəs nə üçün onlar yenə də Cavabdeh7 etibarnamə əsasında onların əvəzindən yenidən alqı-satqı etməsinə razı olmuşlar? Deməli, heç də onların iddia etdiyi kimi məlumatsız olmamışlar. İkincisi, Cavabdeh2 xx.xx.2029-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı2 və İddiaçı1 adından çıxış edərək, etibarnamə əsasında 15.6 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh7 bağışlanmasna dair müqaviləni imzalayarkən, həmin vaxt həm İddiaçı2, həm də İddiaçı1 orada (notarat ofisində) olmuşlar və Cavabdeh7 xx.xx.2019-cu il tarixli etibarnamə vermişlər. Yəni onların adından eyni gündə, eyni vaxtda və eyni bir məkanda iki notarial hərəkət həyata keçirilmişir. Burada da haqlı olaraq suallar yaranır: necə ola bilər ki, kiçik bir sahəsi olan notariat ofisində eyni bir notariusun təsdiq etdiyi notarial hərəkətlərlə, eyni bir əmlaka dair mülkiyyətçilər həm etibarnamə verir, həm də bağışlama müqaviləsi bağlanır və bu zaman mülkiyyətçilərin özləri orada ola-ola, onlardan xəbərsiz əvəzlərindən “tanımadıqları başqa bir şəxs (Cavabdeh2)” müqaviləni imzalayır və əmlak onların adından çıxarılır? Bu fakt bir daha təsdiq edir ki, onlar qəsdən, məqsədli şəkildə gələcəkdə həmin əmlaklarla bağlı aparılacaq əməliyyatların etibarsız hesab olunmasına əvvəlcədən zəmin yaratmaq üçün bu cür davranmışlar. Üçüncüsü, araşdırma zamanı məlum olmuşdur ki, onlar eyni bir üsulla həmin ünvanda yerləşən başqa bir mənzili Təyyar adlı şəxsə satmışlar və sonradan yenə də eyni qaydada məhkəməyə müraciət edərək, Təyyarın adından mənzili çıxarıb öz adlarına qaytarmışlar. Belə ki, İddiaçı2 oğlu Cavabdeh7 verdiyi etibarnamə üzrə səlahiyyətləri Cavabdeh7 cinayətkar qrupun digər üzvü Cavabdeh2 ötürmüş, sonuncu isə İddiaçı2 adından çıxış edərək, mənzili Cavabdeh7 bağışlamış, Cavabdeh7 isə mənzili Təyyara satmışdır. Bundan “xəbər tutan” İddiaçı2 dərhal məhkəmədə iddia qaldıraraq, müqavilələrin etibarsız şesab olunmasına nail olub əmlakı öz adına qaytarmış və bu üsulla Təyyarın pulunu ələ keçirmişlər. Digər tərəfdən, Cavabdeh4 tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəflərinin subyektiv tərkibindən göründüyü kimi, bütün alqı-satqı müqavilələrinin sənədləşdirilməsində Cavabdeh7 (anası və bacısının adından) və onun arvadı Fəridə Zeynalova (bacısı Gülnarə Novruzovanın adından) iştirak etmişdir. Bu fakt təsdiq edir ki, əmlaklar kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, müqavilələr formal olaraq bağlanmış və mübahisələndirilən əmlaklar Cavabdeh7 və onun ailə üzvlərinin sahibliyində qalmışdır. Əmlakların Cavabdeh7 sahibliyində qalmasını daha bir fakt təsdiq edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mənzil Vüsal Qasımovun adına xx.xx.2021-ci il tarixdə, qeyri-yaşayış sahəsi isə Zülfüqar Məmmədovun adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin Cavabdeh7 Cavabdeh4 həyat yoldaşı Nümayəndə əmlakların icarədə qalmasına razı salaraq, ona bir müddət icarə haqqı ödəmişdir, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə 1000 manat pulu öz kartından Nümayəndə kart hesabına köçürmüşdür. Belə ki, "xxxx" ASC-nin Səbail filialından verilmiş xx.xx.2023-cü il tarixli 1959 nömrəli məktubla həmin fakt təsdiq edilir. Habelə, Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə hər dəfə əmlaklara baş çəkməyə gedərkən, Cavabdeh7 orada olduğunu və icarəçilərlə söhbət etdiyini görmüşdür. Belə olan halda, yəni həqiqətən də əmlaklar başqasına satılmış və başqasının mülkiyyətində olmuşdursa, Cavabdeh7 həmin əmlaklara aidiyyəti olmamışdırsa, nə üçün alqı-satqıdan sonra (sonuncu alqısatqıdan 1 il 2 ay sonra) da icarə haqqını o, toplamış və Nümayəndə icarə haqqı ödəmişdir? Bu fakt, əmlakların üçüncü şəxslərin adına sənədləşdirilməsinə baxmayaraq, əsl sahibinin Cavabdeh7 və ailəsinin olduğunu təsdiq etməklə yanaşı, həmin əmlaklara dair bağlanmış və Cavabdeh4 tərəfindən mübahisələndirilən müqavilələrin yalan əqd olduğunu bilavasitə sübut edir. Beləiklə, işin faktiki əsasları olan halları ilə təsdiq olunur ki, hər iki əmlaka dair yuxarıda şərh olunan müqavilələr formal olaraq bağlanılmış yalan əqdlərdir. İşin hüquqi əsasları ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyn əqdlərə aid hüquq münasibətlərini tənzimləyən normalarının məna və tələbinə əsasən əqdin etibarlı olması üçün əqd: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə qüsurlu olmamalıdr. Bu ünsürlərdən hər hansı birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Cavabdeh4 tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələrində tərəflərin iradəsi və iradə ifadəsi qüsurlu olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Qeyd olunduğu kimi hər iki əmlaka dair müqavilələr formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakların cavabdehlərin mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdlər heç bir hüquqi nəticə doğurmur. Konstitusiya Məhkəməsinin digər bir qərarında ifadə etdyi huquqi mövqeyə görə, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərar). Son olaraq mübahisəli mənzil üzərində X29 və qeyri-yaşayış sahəsi üzərində X18 xeyrinə aparılmış qeydiyyat, onların həmin əşya üzərində hüquq əldə etməsinə əsas vermir. Çünki, mübahisəli əmlaklara dair Cavabdeh4 ilə bağlanmış müqavilələr etibarlı əqdlərdir, bunun əksinə olaraq, yuxarıda göstərilən müqavilələr əhəmiyyətsiz əqd olmaqla etibarsız əqdlərdir. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etdikləri ilə razıdır. Əlavə olaraq bildirir ki, Cavabdeh7 ilə mübahisəli mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı danışıqları Cavabdeh4 nümayəndəsi kimi o, aparmışdır. Belə ki, o, 2019-cu ilin oktyabr ayının sonlarında Cavabdeh7 ünvan 4 ünvanda yerləşən mənzilini və obyektini (qeyri-yaşayış sahəsini) satmaq istədiyini bilib, onunla əlaqə saxlamış və əmlakların qiyməti ilə bağlı müvafiq danışıqlar apararaq, mənzili 90.000 manata, qeyri-yaşayış sahəsini isə 60.000 manata satın almağa razılaşmışdır. Danışıqlar zamanı, Emil əmlakların qiymətini 10.000 manat baha demiş, lakin o, razılaşmamışdır. Belə olanda, Cavabdeh7 şərt qoymuşdur ki, hər iki əmlak kirayədə olduğu üçün ona əmlakların boşaldılıb təhvil verilməsinə 6 ay möhlət verilsin və həmin müddət ərzində kirayə haqqını özünə götürsün. O, Emilin bu şərtinə razı olmuşdur. Qeyd edir ki, əmlaklara yerində baxış keçirərkən və danışıqlar aparılarkən, Emil hər iki əmlakın özünün olduğunu demiş və bunu təsdiq edən çıxarışları göstərmişdir, əmlaklarla bağlı hər hansı bir mübahisənin olduğu barədə heç bir söhbət, danışıq olmamışdır. İlkin razılaşmadan sonra Cavabdeh7 ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı notariat ofisində mənzilin satın alınmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli alıq-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair müqavilə bağlayarkən, alqı-satqı xərclərini (vergi və s.) ödəmək üçün Cavabdeh7 ondan 2000 manat nağd şəkildə almış, ona görə də müqavilədə mənzilin qiyməti 88.000 manat göstərilmiş, ümumilikdə Emilə 90.000 manat pul ödəmişdir. Alqısatqı müqavilələrini etibarnamə əsasında Cavabdeh4 nümayəndəsi kimi özü imzalamışdır. Müqavilələrdə Cavabdeh7 öhdəsinə götürmüşdür ki, mənzili xx.xx.2020-ci ildə, qeyri-yaşayış sahəsini isə xx.xx.2020-ci il tarixdə boşaldıb Cavabdeh4 təhvil verəcəkdir. Alqı-satqı müqavilələri əsasında Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, mənzilə dair xx.xx.2019-cu il tarixli, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Qeyd edir ki, onun və Cavabdeh4 həmin əmlakları almaqda məqsədləri icarəyə vermək olmuşdur. Göstərilən müddətlərin başa çatması vaxtı pandemiya dövrünə düşdüyündən, Emil bildirmişdir ki, kirayəçi tapmaq çətindir, imkan verilsin əmlaklar özündə qalsın, hər ay mənzilə görə 1000 manat, qeyri-yaşayış sahəsinə görə 400 manat olmaqla, cəmi 1400 manat icarə haqqını özü ödəyəcəkdir. Qeyd edir ki, Emil özünü dürüst, vicdanlı bir insan kimi göstərdiyindən, o, Emilin sözlərinə etibar edib razılaşmışlar. Emil bir müddət ona fasilələrlə təxminən 10.000 manata qədər pul ödəmiş, hər dəfə də ondan ödənilməyən pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək, xaricdə olduğunu, qayıdanda hesablaşacağını, icarə pulunun qalan hissəsini ödəyəcəyini demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 1000 manat pulu Cavabdeh7 öz kartından onun kart hesabına köçürmüşdür. Bu hərəkətləri etməklə yanaşı məhkəmədə iddia qapldırmışlar və əmlakı qanunsuz yolla Cavabdeh4 adından çıxardaraq başqa şəxslərin adlarına keçirmişlər. Nəhayət, xx.xx.2023-cü il tarixdə o, növbəti dəfə əmlaklara baş çəkməyə gedəndə, Emil də oraya gəlmiş və kobud şəkildə davranaraq bildirmişdir ki, sizin burada əmlakınız yoxdur. Həmin tarixədək Emil bir dəfə də olsun əmlakların Cavabdeh4 adından çıxarılmasına dair hər hansı bir formada fikir bildirməmişdir. Emilin həmin davranışından sonra Cavabdeh4 həmin əmlaklara dair texniki sənədlərin surətlərinin əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin əmlaklar üzərində Cavabdeh4 mülkiyyət hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi əsasında ləğv olunmuşdur. Məhz, bundan sonra, vəkilə müraciət edərək, qətnamənin surəti əldə etmiş və Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Məhkəmənin olmasından məlumatları olmamışdır. İddiaçlar İddiaçı2 və İddiaçı1 Cavabdeh7 ilə əlbir olaraq insanları aldatmaqla və əmlaklarını, pullarını ələ keçirməklə məşğul olurlar. Odur ki, ilkin iddianın rədd edilməsini, Cavabdeh4 qarşılıqlı iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil4 elektron kabinet vasitəsilə məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən müvafiq olaraq sahəsi 28,5 kv.m. və 15,6 kv.m. təşkil edən daşınmaz əmlaklara dair bağlanmış müqavilələr onların həqiqi iradəsini əks etdirməmişdir. Çünki, nə Cavabdeh4, nə də onun həyat yoldaşı, həmçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə müqavilə predmetini təşkil edən əmlaklarla, ümumiyyətlə tanış olmamışlar. Başqa sözlə, Cavabdeh4 əmlakları əldə etmək niyyəti olmamışdır. Əslində, Cavabdeh7 Nümayəndə faiz ödənilməsi şərtilə borc pul aldığına görə, adı çəkilən daşınmaz əmlaklar borcun qaytarılmasının təminatı kimi formal olaraq Cavabdeh4 (Nümayəndə həyat yoldaşının) mülkiyyətinə verilmişdir (iş materiallarında Cavabdeh7 tərəfindən Nümayəndə kart hesabına borc üzrə faiz ödənilsinə dair təsdiqedici sənəd mövcuddur). Cavabdeh7 ilə Nümayəndə razılaşması ondan ibarət olmuşdur ki, borc qaytarıldıqda, əmlaklar da Cavabdeh7 mülkiyyətinə veriləcəkdir, qaytarılacaqdır. Borc məbləği Cavabdeh7 tərəfindən Nümayəndə tam ödənilmişdir. Bundan başqa, Nümayəndə və Cavabdeh4 Xətai Rayon Məhkəməsinin icraatında olmuş, yəni İddiaçı1 və İddiaçı2 onlara və Emin Nəsirliyə qarşı iddiaları üzrə məhkəmə mübahisəsindən də məlumatları olmuşdur. Lakin sonradan Emin Nəsirli ilə Nümayəndə arasında borc üzrə faizlərin ödənilməsində müəyyən problemlər yarandığına görə, Cavabdeh4 Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti, hazırda isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunanlardan belə nəticə hasil olur ki, Emin Nəsirli ilə Cavabdeh4 arasında müvafiq əmlaklara dair bağlanmış alqı-satqı müqavilələri yalan əqdlərdir və bağlandığı andan etibarsızdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə məhkəmə baxışını onların iştirakı olmadan keçirilməsini və Cavabdeh4 qarşılıqlı iddiasının rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X29 nümayəndəsi və vəkili Vəkil5 məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, qarşılıqlı iddia tələbləri üzrə iddiaçı Cavabdeh4 iddia tələblərini tamamilə əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, cavabdeh X41 Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 39,90 kv.m-dən ibarət mənzili xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında X12 186.150 manata almışdır. Həmin mənzilin mülkiyyətçisi olaraq sahiblik və istifadə hüquqlarını həyata keçirir. X29 aldığı mənzillə bağlı hər hansı mübahisənin olmasından məlumatı olmamışdır. Hesab edir ki, Cavabdeh4 hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş X29 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Qeyd etdiyi kimi, cavabdeh X29 mübahisəli mənzilə dair üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmamış, mənzili vicdanlı alıcı olaraq əldə etmiş və dəyərini ödəmişdir. Odur ki, qarşılıqlı iddia tələbinin X34 aid hissədə rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh X18 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, qarşılıqlı iddia tələbləri üzrə iddiaçı Cavabdeh4 iddia tələblərini tamamilə əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh X18 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh X30 ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsini almaq üçün X13 80.000 manat ödəmişdir. Cavabdeh X30 vicdanlı alıcıdır. Cavabdeh4 ona dəymiş zərərin əvəzininin ödənilməsini tələb edə bilər. Odur ki, qarşılıqlı iddianın X22 aid hissədə rədd edilməsini xahiş edir. İddiaçı2, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, qarşılıqlı iddia üzrə cavabdehlər X19 və X13 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə mobil telefonlarına SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bakı şəhəri 19 saylı Notariat Ofisi və Bakı şəhəri 46 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və notariat işini nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1708 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m, yaşayış sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili X20 51.282,50 manata satmışdır. X2 əvəzindən Bakı şəhəri 41 saylı Notariat kontorunda xx.xx.2007-ci il tarixdə verdiyi 11036 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh7 imzalamışdır. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili X15 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixli 002114 nömrəli şəhavdətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən 3 saylı emalatxana X21 xüsusi mükiyyətində olmuşdur. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X31 Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) X19 7500 manata satmışdır. xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) xüsusi mülkiyyət hüquqi ilə X14 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1330/2016 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X6 cavabdehlər X19, Cavabdeh7 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payına vərəsəlik və mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş paya mülkiyyət hüququnun tanınması və buna müvafiq mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, həmçinin qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X31 ilə X26 arasında Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, miras qoyan X16 miras qalmış Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) üzərində İddiaçı2 1/2 hissədə, İddiaçı1 1/2 hissədə payı tanınmışdır. Cavabdehlər X14 və Cavabdeh7 həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) paylı mülkiyyət hüququ üzrə X15 adına ½ hissə, İddiaçı1 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-422 reyestr nömrəli bağışlma müqaviləsinə əsasən X27 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzilini oğlu Cavabdeh7 bağışlamışdır. X2 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə verdiyi 15189 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili Cavabdeh7 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-441 reyestr nömrəli bağışlma müqaviləsinə əsasən X27 və İddiaçı1 paylı mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsini (3 saylı emalatxana) (hər birinin pay ½ hissə) Cavabdeh7 bağışlamışlar. X2 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə verdiyi 16208 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır. Müqaviləni İddiaçı1 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə verdiyi 16207 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bağışlanan mənzilə və qeyri-yaşayış sahəsinə dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakların X20 və İddiaçı1 məxsus olması yoxlanılmışdır. Bağışlama müqavilələrini Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən X15 və İddiaçı1 əvəzindən onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri olan Cavabdeh2 imzalamışdır. X15 öz əmlakını oğlu Cavabdeh7, İddiaçı1 isə qardaşı Cavabdeh7 bağışlamışlar. Notarius tərəfindən bağışlama müqavilələri təsdiq edilmişdir. Bağışlama müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh7 bağışlanmış əmlakları qəbul etmiş və daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirməklə çıxarışlar əldə etmişdir. Daha sonra isə Cavabdeh7 Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ hüququndan istifadə etməklə mülkiyyətində olan mənzilin və qeyri-yaşayış sahəsinin hüquqi müqəddəratını həll etməklə Cavabdeh4 satmışdır. Lakin özdəliyini tam olaraq yerinə yetirməmiş, müqavilədə göstərilən müddət ərzində əmlakları Cavabdeh4 sahibliyinə təhvil verməmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-461 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh7 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m, yaşayış sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili alıcı Cavabdeh4 88.000 manata satmışdır. Müqavilənin 11-13-cü bəndinə əsasən satıcı Cavabdeh7 əmlakı xx.xx.2020-ci il tarixdə akt tərtib etməklə alıcı Cavabdeh4 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləni alıcı Cavabdeh4 əvəzindən Nümayəndə imzalamışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili Cavabdeh4 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-505 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh7 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsini (3 saylı emalatxana) alıcı Cavabdeh4 60.000 manata satmışdır. Müqavilənin 11-13-cü bəndinə əsasən satıcı Cavabdeh7 əmlakı xx.xx.2020-ci il tarixdə akt tərtib etməklə alıcı Cavabdeh4 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləni alıcı Cavabdeh4 əvəzindən Nümayəndə imzalamışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X3 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, mənzilə və qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələri bağlanarkən tərəflərin fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakların Cavabdeh7 məxsus olması notarius tərəfindən yoxlanılmışdır. Müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh4 aldığı əmlakları daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirməklə çıxarışlar əldə etmişdir. Cavabdeh4 daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Göründüyü kimi, Cavabdeh7 ilə satdığı mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı danışıqları Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə aparmışdır. Belə ki, Nümayəndə 2019-cu ilin oktyabr ayının sonlarında Cavabdeh7 ünvan 4 ünvanda yerləşən mənzilini və obyektini (qeyriyaşayış sahəsini) satmaq istədiyini bilib, onunla əlaqə saxlamış və əmlakların qiyməti ilə bağlı müvafiq danışıqlar apararaq, mənzili 90.000 manata, qeyri-yaşayış sahəsini isə 60.000 manata satın almağa razılaşmışdır. Danışıqlar zamanı, Emil əmlakların qiymətini 10.000 manat baha demiş, lakin Nümayəndə razılaşmamışdır. Belə olanda, Emil şərt qoymuşdur ki, hər iki əmlak kirayədə olduğu üçün ona əmlakların boşaldılıb təhvil verilməsinə 6 ay möhlət verilsin və həmin müddət ərzində kirayə haqqını özünə götürsün. Nümayəndə onun bu şərtinə razı olmuşdur. Qeyd edir ki, əmlaklara yerində baxış keçirərkən və danışıqlar aparılarkən, Emil hər iki əmlakın özünün olduğunu demiş və bunu təsdiq edən çıxarışları göstərmişdir, əmlaklarla bağlı hər hansı bir mübahisənin olduğu barədə heç bir söhbət, danışıq olmamışdır. İlkin razılaşmadan sonra Cavabdeh7 ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı notariat ofisində mənzilin satın alınmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli alıq-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair müqavilə bağlayarkən, alqı-satqı xərclərini (vergi və s.) ödəmək üçün Cavabdeh7 Fizuli Əliyevdən 2000 manat nağd şəkildə almış, ona görə də müqavilədə mənzilin qiyməti 88.000 manat göstərilmiş, ümumilikdə Emilə 90.000 manat pul ödənilmişdir. Alğı-satqı müqavilələrini etibarnamə əsasında Nümayəndə imzalamışdır. Müqavilələrdə Cavabdeh7 öhdəsinə götürmüşdür ki, mənzili xx.xx.2020-ci ildə, qeyri-yaşayış sahəsini isə xx.xx.2020-ci il tarixdə boşaldıb Cavabdeh4 təhvil verəcəkdir. Alqı-satqı müqavilələri əsasında Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, mənzilə dair xx.xx.2019-cu il tarixli, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Lalə və Nümayəndələrin həmin əmlakları almaqda məqsədləri icarəyə vermək olmuşdur. Göstərilən müddətlərin başa çatması vaxtı pandemiya dövrünə düşdüyündən, Emil bildirmişdir ki, kirayəçi tapmaq çətindir, imkan verilsin əmlaklar özündə qalsın, hər ay mənzilə görə 1000 manat, qeyri-yaşayış sahəsinə görə 400 manat,cəmi 1400 manat icarə haqqını özü ödəyəcəkdir. Qeyd edir ki, Emil özünü dürüst, vicdanlı bir insan kimi göstərdiyindən, Cavabdeh4 və həyat yoldaşı onun sözlərinə etibar edib razılaşmışlar. Emil bir müddət Nümayəndə fasilələrlə təxminən 10.000 manata qədər pul ödəmiş, hər dəfə də ondan ödənilməyən pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək, xaricdə olduğunu, qayıdanda hesablaşacağını, icarə pulunun qalan hissəsini ödəyəcəyini demişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 həyat yoldaşı Nümayəndə növbəti dəfə əmlaklara baş çəkməyə gedəndə, Emil də oraya gəlmiş və kobud şəkildə davranaraq bildirmişdir ki, sizin burada əmlakınız yoxdur. Həmin tarixədək Emil bir dəfə də olsun əmlakların Cavabdeh4 adından çıxarılmasına dair hər hansı bir formada fikir bildirməmişdir. Emilin həmin davranışından sonra Cavabdeh4 sözügedən əmlaklara dair texniki sənədlərin surətlərinin əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin əmlaklar üzərində Cavabdeh4 mülkiyyət hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1011/2020 nömrəli qətnaməsi əsasında ləğv olunmuşdur. Məhz, bundan sonra, Cavabdeh4 vəkillə müqavilə bağlamış və xx.xx.2023-cü il tarixdə qətnamənin surəti rəsmi qaydada əldə edərək apellyasiya şikayəti vermişdir. Belə ki, Cavabdeh4 əmlaklarla bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, əmlakların üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı əmlaklara münasibətdə o, vicdanlı alıcı (əldə edən) hesab olunur, ona görədə alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Yuxarıda qeyd olunduğu kimi, sözügedən əmlaklara dair daşınmaz əmlakın reyestrindən çıxarışlar Cavabdeh7 adına olmuşdur. Cavabdeh4 ilə Cavabdeh7 arasında bağlanılmış hər iki müqavilə mülki qanunvericilikdə əqdlərin etibarlılığını şərtləndirən bütün tələblərə uyğun olmuş və işdə həmin müqavilələrin formal bağlanıldığını təsdiq edən heç bir sübut yoxdur. Bu baxımdan, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vicdanlı alıcının hüquqlarının qorurmasını vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. “X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin vicdanlı alıcı olaraq Cavabdeh4 münasibətdə təmin edilməsi, onun dəyərini ödəməklə qanuni əsaslarla əldə etdiyi əmlaklar üzrərində qanuni əsaslarla yaranmış mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh4 mübahisəli mənzili və qeyri-yaşayış sahəsini üçüncü şəxslərin gələcəkdə qaldıracaqları iddialardan məlumatı olmadan, əmlakların mülkiyyətçisi olan Cavabdeh7 dəyərini ödəməklə, vicdanlı olaraq əldə etmiş və əmlakın real bazar dəyərini bank vasitəsilə notariusun depozit hesabı vasitəsilə satıcı-mülkiyyətçi Cavabdeh7 ödəmişdir. Alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdir. Cavabdeh4 mübahisəli mənzili və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilməli və həmin sahələr onun faktiki istifadəsinə və sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 25 iyun 2020-ci il tarixli **********55 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh4 adına verilmiş dövlət reyestrdən elektron çıxarış xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Cavabdeh4 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçıların mənzil və qeyri-yaşayış sahəsini “satmaq niyyətləri olmadığına” dair mülahizələri əsassızdır. İşdə olan etibarnamələrdə iddiaçıların təmsil edənə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri”ni verdikləri təsbit olunmuşdur. İddiaçıların əmlakları satmaq niyyətinin olduğu etibarnamədə açıqaydın göstərilmişdir. Hadisələrin sonrakı gedişatından belə məlum olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh7 qəsdən əvvəlcədən düşünülmüş plan əsasında hərəkət edərək, Cavabdeh4 aldatmaq yolu ilə onun əmlakını ələ keçirmək niyyəti ilə əlbir olaraq, Cavabdeh4 aldadıb pulunu ələ keçirmişlər və əmlakları guya, icarədə qalması adı ilə bilə-bilə özlərində saxlamışlar. Daha sonra Cavabdeh4 xəbərsiz, gizli şəkildə məhkəməyə müraciət edib, onunla bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasına nail olaraq, əmlakı öz adlarına qaytarmışlar. Cavabdeh4 bu müddət ərzində icarə haqqı ödəməklə əmlakın icarədə olmasına inandırmışlar. Daha sonra isə izi itirmək niyyəti ilə yenidən həmin əmlakları alqı-satqı müqavilələri əsasında başqa şəxslərin adlarına keçirmişlər. Bu zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 yenidən etibarnamələr əsasında Cavabdeh7 təmsil etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh7 ilə əlbir olaraq özgəsinin etibarından sui-istifadə etməklə, əmlakını və külli miqdarda pul vəsaitini ələ keçirməklə dələduzluq etməklə məşğul olurlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi icra edilməklə Cavabdeh4 mülkiyyətində olan mənzil və qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 və İddiaçı2 adına qaytarıldıqdan sonra, onların verdikləri etibarnamələr əsasında əmlaklar Cavabdeh7 tərəfindən alqı-satqı müqavilələri əsasında arvadı X14 və baldızı X11 adlarına keçirilməklə, daha sonra X14 və X11 adlarından alqı-satqı müqavilələri əsasında X29 və X18 adlarına keçirməklə, Cavabdeh4 qanuni əsaslarla əldə etdiyi əmlakları dələduzluq yolu ilə ələ keçirməyə nail olmuşlar. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin 120.000 manata satılmasına dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X26 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilinin 186.150 manat satılmasına dair X26 ilə X41 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə- 25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində X29 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) aparılmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin (emalatxana) 100.000 manata satılmasına dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X11 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə- 326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinin (emalatxana) 50.000 manata satılmasına dair dair X23 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinin (emalatxana) 30.000 manata satılmasına dair X23 (X11 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində X18 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) aparılmışdır. İlkin iddia ərizəsində götərilənlər iddiaçıların şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı1, İddiaçı2 və Cavabdeh7 arasında bağlanmış bağışlama müqaviləsinin və Cavabdeh7 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə uyğun olaraq əqdlərin etibarsızlığının nəticələri tətbiq edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməlidir. ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilməli və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməlidir. Azərbaycan Respublikası MPM-in 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Azərbaycan Respublikası MPM-in 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X48rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in xüsusi X4 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi X4 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in xüsusi X1 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 46 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair xx.xx.2019-cu il tarixli çıxarışın və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair xx.xx.2019-cu il tarixli çıxarışın və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair çıxarışların və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adlarına çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiaları rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X26 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair X26 ilə X41 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh X29 ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısı ləğv edilsin. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X11 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 (X11 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X23 (X11 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X26) ilə X30 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh X18 ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) yazısı ləğv edilsin. Ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilsin. ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilsin və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilsin. Daşınmaz əmlakın dövlət reyestrində hazırkı iş üzrə çıxarılmış qətnaməyə uyğun olaraq müvafiq dəyişiklik aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. X41 ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət olan mənzildən və X30 Bakı şəhəri Yasamal rayonu X3 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılsınlar və həmin sahələr boşaldılıb Cavabdeh4 təhvil verilsin. xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 120.000 (yüz iyirmi min) manat İddiaçı2 alınaraq X19 qaytarılsın. xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 186.150 (yüz səksən altı min yüz əlli) manat X12 alınaraq X34 ödənilsin. xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə müqaviləsi üzrə ödənilmiş 100.000 (yüz min) manat pulun - 50.000 (əlli min) manatı İddiaçı1 alınaraq X13, 50.000 (əlli min) manatı isə İddiaçı2 alınaraq X13 ödənilsin. xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manat və xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 30.000 (otuz min) manat olmaqla, cəmi 80.000 (səksən min) manat X7 alınaraq X22 ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-206/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-206/2024
28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver