Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2069/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə Məmmədəli oğlunun iştirakı ilə, İddiaçı1, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı1, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin vaxtında üzrlü səbəbdən qəbul edə bilmədiklərindən müddətin bərpa olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 noyabr 2001-ci il tarixdə X8 və İstismarı Birliyi ilə ailə başçıları X15 arasında bağın icarəyə verilməsi haqqında 30438 nömrəli müqavilə imzalanaraq, 12 ha torpaq sahəsi ayrılmaqla 1308a bağ sahəsi X10 icarəsinə verilmiş və həmin bağ sahəsinin yerləşdiyi ərazisinin sxemi tərtib edilməklə fiziki cəhətdən sərhədləri müəyyən edilmişdir. X8 və İstismarı Birliyinin direktoru T.S.Allahverdiyev tərəfindən X.A.Mirzəyevin adına ünvanlanmış xx.xx.2006-cı il tarixli 1278 saylı məktubda bildirilir ki, X4 və X18 ünvan 8iyyəti Aparatının xx.xx.1986-cı il tarixli 18\924 saylı və xx.xx.1988-ci il tarixli 6/333 saylı qərarlarına əsasən icarənizdəki bağ sahəsində hasar tikməyə icazə verilməsini və xx.xx.2006-cı il tarixdə həmin bağ sahəsinin cizgiləri tərtib edilərək, fiziki sərhədləri də qeyd edilməklə iki tərəfdən yolla əhatə olunması, digər tərəfdən 1308 saylı bağın olması digər tərəfdən isə 1309 saylı bağın olması göstərilmişdir. Onlar bir neçə ildən sonra həmin bağ sahəsinin hasarlamaq istəsələr də, Kürdaxanı kənd sakinləri tərəfindən həmin bağın hasarlanmasına imkan verilməmişdir. Ailə başçıları X15 həmin tarixdən başlayaraq, o X8 və İstismarı Birliyinin direktoru T.S.Allahverdiyevə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəisinə müraciət edərək, həmin ərazinin kadastr planının tərtib edilməsini istəsə də cavabdeh təşkilat tərəfindən onlara müxtəlif cavablar verilməklə çıxarış almalarına şərait yaratmamışlar. X15 03 yanvar 2008- ci il tarixdə vəfat etdiyindən, həmin torpaq sahəsinin sənədləşməsinə nə qədər cəhd etsələr də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin əmakdaşları tərəfindən qeyri obyektiv cavablar verildiyindən, heç bir nəticəyə nail ola bilməmişlər. X1 adına bu torpaqdan başqa hər hansı bir əmlak qeydə alınmadığından, vərəsə kimi şəhadətnamə də ala bilməmişlər. Nəticədə onlar vərəsələr kimi ailə başçılarından miras qalan torpaq sahəsini qəbul edə bilməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə Məmmədəli oğlu izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. Müvafiq torpaq sahəsi hüquqlarını müdafiə etdiyi şəxsin mərhum həyat yoldaşına müharibə iştirakçısı olduğuna görə verilmişdir. Bu işlə bağlı uzun müddətdir ki, məhkəmə prosesləri davam edir. Son dəfə notariat kontoruna müraciət edəndə bildirilib ki, müddət buraxılıb. Ona görə də imtina məktubu təqdim olunub. Müddət üzrlü səbəbdən buraxıldığına görə vərəsəliyə görə müddətin bərpa edilməsini məhkəmədən xahiş edirlər. Digər iddiaçılar İddiaçı1 qızlarıdır. Qızlarından biri fəaliyyət qabiliyyətsiz olduğuna görə bununla bağlı məhkəmə qərarı təqdim olunmuşdur. Bundan əvvəl iş Fərid Eyyubovun icraatında olmuşdur. Uşağın qəyyumu anası təyin olunub. Fəaliyyət qabiliyyətsiz olan İddiaçı4dır. Torpaq sahəsi İddiaçı1 həyat yoldaşının adına olub və o, vəfat edib. Hazırda iddiaçılar torpaq sahəsini qəbul etmək istəyirlər. Vərəsəliyi qəbul edəndən sonra torpağın sənədləşdirilməsi, çıxarışın alınması ilə bağlı hərəkətləri edəcəklər. Şəxs xx.xx.2008ci ildə vəfat edib. Vəfat edənə qədər İddiaçı1 ilə nikahda olub. Vəfat edəndən sonra vərəsəliyə heç kəs gəlməyib. Bunları nəzərə alıb iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Bakı şəhəri 12 saylı Notariat Kontoru məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İ 268055 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 05/Q-1885/69 saylı Nikah haqqında arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X11 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan ******* nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 416189 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçı1dır. İş materiallarında olan 414300 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçı1dır. İş materiallarında olan 396674 saylı Doğum haqqında Arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı4 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçı1dır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 76 nömrəli Sərəncamına əsasən İddiaçı1 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş övladı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı4 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İ 033813 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 1040 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 7 saylı Bakı “ASAN Xidmət” X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 ailə tərkibi : əri X15 (ölüb), qızları X7, İddiaçı3, X12 (ölüb) və İddiaçı4 ibarətdir. İş materiallarında olan ünvan 8iyyəti Aparatının X5 və İstismarı Birliyi ilə X15 arasında bağlanmış xx.xx.2001-ci il tarixli Bağın icarəyə verilməsi barədə 30438 nömrəli müqaviləyə əsasən birlik Ləhiş qəsəbəsində 0,12 hektarlıq bağ sahəsini icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. İş materiallarında olan ünvan 8iyyəti Aparatının X5 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli X13 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, ona ünvan 8iyyəti Aparatının xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki Ləhic bağ-1308a bağ sahəsində hasar tikməyə icazə verir. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli X2 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, Ləhiş qəsəbəsində istifadələrinə ayrılmış 1308a saylı bağ sahəsinə dair müvafiq cizginin alınması ilə əlaqədar İdarəyə təqdim olunmuş ərizəyə baxılmış və onlar tərəfindən göstərilən bağ sahəsinin nömrəsində uyğunsuzluq var. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli İddiaçı1 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1308a saylı bağ sahəsinə texniki baxış keçirilmiş və bağ sahəsinin nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, sözügedən bağ sahəsinin nömrəsi 1308a kimi deyil, 1427 kimi göstərilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli X2 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən tərəfinizdən göstərilən 1308a saylı bağ sahəsi digər fiziki şəxsin adına hüquqi qeydiyyatdan keçdiyindən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, ünvan 8iyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komossiayanın 12 oktyabr 2001-ci il tarixli Sərəncamının 654 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1308 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X15 arasında 02 noyabr 2001-ci il tarixli 30438 saylı müqavilə bağlanmışdır və bağ sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli İddiaçı1 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1308a saylı bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi barədə ərizəyə baxılmış və göstərilən bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində məhkəmə qətnaməsi əsasında digər fiziki şəxsin adına hüquqi qeydiyyatdan keçdiyi üçün ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli mətubunda qeyd edilmişdir ki, mərhum əri X9 miras qalmış əmlakın hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əri X9 miras qalmış əmlakdan ona vərəsəlik haqqında şəhadətnamə verilə bilməz. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı X11 ilə mərhum X15 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Doğum haqqında Şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən də görünür ki, digər iddiaçılar X7, İddiaçı3 və İddiaçı4 mərhum X10 qızlarıdır. İş materiallarında olan AZ-İ 268055 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İddiaçılar İddiaçı1, X7, İddiaçı3 və İddiaçı4 miras qoyanın 1-ci növbə vərəsələridir. Hazırda iddiaçılar İddiaçı1, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin vaxtında üzrlü səbəbdən qəbul edə bilmədiklərindən müddətin bərpa olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X7, İddiaçı3 və İddiaçı4 mərhum X10 birinci növbə vərəsələridir. Odur ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək bərpa olunsun (uzadılsın). Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2069/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2069/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver