Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2108/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, Hakim Əlizadə Fariz Ariz oğlu İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 2(004)- 1391/2023 nömrəli iş üzrə qəbul etdiyi qərardadların Azərbaycan Respublikası CM-in 178, 295-ci maddələri əsasında dələduzluq vasitəsilə çıxarılmış ədalətsiz qərardad və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan qərardad olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 2(004)-1391/2023 nömrəli iş üzrə qəbul etdiyi qərardadların Azərbaycan Respublikası CM-in 178, 295-ci maddələri əsasında dələduzluq vasitəsilə çıxarılmış ədalətsiz qərardad və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan qərardad olması faktının təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Ərizənin ilkin araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Cavabdeh 2(004)-1391/2023 nömrəli iş üzrə qəbul etdiyi qərardadların Azərbaycan Respublikası CM-in 178, 295-ci maddələri əsasında dələduzluq vasitəsilə çıxarılmış ədalətsiz qərardad olması faktının təsdiq edilməsi.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan qərardad olması faktının təsdiq edilməsi. Tələbin birinci hissəsi ilə bağlı iddiaçının iddia tələbi Cavabdeh qərardadı əsasında yolverilməz hesab edilməklə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilsə də, şikayət təmin edilməmişdir. Hazırki iş üzrə də sözügedən hissə yolverilməzdir. Tələbin ikinci hissəsi isə əqdlərin etibarsızlığı ilə bağlı (MM 340.2) maddi hüquq normasıdır ki, sözügedən normanın qərardadın yalan qərardad olmasına xüsusatına tətbiq edilməsi yolverilməzdir. Bundan əlavə, forma və məzmununa əsasən ərizənin iddia icraatı qaydasında yoxsa xüsusi icraat qaydasında verilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi üzrə İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Bu xüsusat Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinin tələblərinə əsasən ərizənin geri qaytarılmasının əsaslarından biridir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 2(004)-1391/2023 nömrəli iş üzrə qəbul etdiyi qərardadların Azərbaycan Respublikası CM-in 178, 295-ci maddələri əsasında dələduzluq vasitəsilə çıxarılmış ədalətsiz qərardad və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan qərardad olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Cavabdehnə şikayət verilə bilər.
Sədrlik edən: Fariz Əlizadə