Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2131/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmlaka vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 150.000 manat, maddi zərərə görə 250.000 manat olmaqla, cəmi 400.000 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, 1999-cu ilin may ayında cavabdeh "Cavabdeh” MMC ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanda yerləşən İddiaçı1 və atası X9 hələ Sovetlər Birliyi vaxtından zibillik və daşkəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığı 10 sot torpağı ve evi 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. X19 1998-ci ildə xərçəng xəstəliyindən əməliyyat olunmuş, polis tərəfindən döyüldüyündən, əmələ gələn fəsadlardan 2003-cü il tarixdə rəhmətə getmişdir. Evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Yaşadıqları ərazi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 422 saylı sərəncamına əsasən Cen Telekom LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrilmişdir. Bu şirkət haqqinda ailənin məlumatı olmayib. Əraziyə heç gəlməyib maraqlanmayıblar. Həmin ərazidə 17 ailənin yaşadığını görən "Cen Telekom LTD" şitkəti fikrindən dönür. Onlara məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları varidi. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətınə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini Cavabdeh MMC-ya ayırmışdır. Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2001-ci il tarixli 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şitkatinin müraciətinə əsasən şirkətə məxsus gələn ərazinin 1.0 hektarlıq sahəsini Cavabdeh MMC-ya ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 İldən artıq vaxt keçsə də, cavabdeh 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onların və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında 17 evi dağıdaraq ailələri çöllərə salməşlar. Evin cavabdeh tərəfindən məcburi özününküləşdirilməsinın, sökülməsinin və məcburi köçürməsinin nəticəsi olaraq ailələri taleyin ümidinə buraxıldı. İddiaçı2 1993-cü il tarixdə bu evə gəlin köçmüşdür. X8 xx.xx.1993-cü il, qızları X15i xx.xx.1996-cı il, X12 xx.xx.1999cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllədə vaxtilə mövcud olmuş İddiaçı1 illərlə qurub yaratdığı evdə, qızı X16 evsiz eşiksiz, qaçqın kimi xx.xx.2000-ci il tarixində dünyaya gəlmişdir. Bu gündə cavabdehin onlara qarşı təcavüzündən əziyyət çəkirlər. Günü bu gün də qardaşı X13 məxsus evdə qalırlar. Cavabdeh Avropa İnsan Hüquq və Əsas azadlıqlarının müdafiəsi haqqnda Avropa Konvensiyasına dair Protokolun 1, 3, 6, 8-cı maddələrinin heç birinə riayət etməmişdir. “Onəryıldız Türkiyəyə qarşı” (2002) məhkəmə işi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Onəryıldız Türkiyəyə qarşı iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1 -ci maddəsinin 1 -ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Eyni zamanda İvanova (İvanova) va Çerkezov (Cherkezov) Bolqarıstana qarşı 21.4.2016 tarixli qərar- ərizəçinin özbaşına tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq “mülkiyyətə”xxxx"Cavabdeh MMC tərəfindən, övladlar X14, X3, X4 və X5 yaşamaq və inkişaf etmək, həyatı və sağlamlığının mühafizəsi azadlıq və şəxsi toxunulmazlıq, zəruri maddi təminat, mənzil, təhsil almaq, istirahət, şərəf va ləyaqətinin müdafiəsi hüquqları pozulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən cavabdehə torpaq ayrılan zaman, iddiaçıların sahibliyində olan evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan polis gücünə sökülərək ailənin küçəyə atılması onların həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra evsiz- eşiksiz qalmış, uçurulmuş evin müqabilində cavabdeh tərəfindən heç bir kompensasiya verilməmişdir. Hesab edirlər ki, Bakı şəhər İcar Hakimiyyəti onlara məxsus olan Baki şəhəri Yasamal rayonu, Tblisi prospekti, 3166-ci məhəllədəki yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin Cavabdeh MMC-yə ofis binasının tikilməsi üçün ayıran zaman ya özü tərəfindən, ya da MMC tərəfindən evin sökülməsi ilə əlaqədər ya yaşayış yeri ilə ya da həmin evden istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüquqları pozulmuşdur. Uzun illərdən bəri evsiz-eşiksiz qaldıqlarına görə cavabdehdən bu vəziyyəti yaratmasına cavab verməsini- pozulmuş hüquqlarının bərpa olunmasını tələb edirlər. Bunun üçün qanunda nəzərdə tutulmuş formada məhkəmə müdafiəsindən istifadə edərək cavabdehlərin ailələrinə vurduqları maddi və mənəvi zərərə görə həmin zərərlərin əvəzlərin ödənilməsi barədə qərar qəbul olunmasına zərurət yaranmışdır. Bundan əlavə cavabdehin təşkil etmiş olduğu müraciətdə onlara sarsıdıcı mənəvi zərər vurulmuşdur. Cavabdeh "Cavabdeh" MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçılar İddiaçı1 və X6 iddia tələbi ilə bağlı onların anası X17 və sonra qızları X12 və X16 tərəfindən dəfələrlə əsası olmayan eyni məzmunlu məktublarla, "Cavabdeh" MMC-yə müraciətlər edilmiş və bu müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydada cavablandırılmışdır. İddia ərizəsindən görünür ki, iddia edilən hadisələr 1999-cu ilin may ayında baş vermişdir. Hal-hazırda Azercell Plaza ofisinin yerləşdiyi Bakı şəhəri, Tblisi prospekti, 61A ünvanındakı 1,8 hektarlıq torpaq sahəsi barəsində Bakı şəhəri İcra hakimiyyəti ilə bağlanmış xx.xx.2001-ci il tarixli 0020 saylı və xx.xx.2002-ci il tarixli 0088 saylı 49 illik torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr Bakı şəhər Torpaq Şöbəsində xx.xx.2002-ci il tarixdə 370 nömrə ilə qeydiyyata salınmış və JN-2608 kodlu, 01100003 saylı xx.xx.2002-ci il tarixli "Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə" alınmışdır. xx.xx.2002- ci il tarixli Tikintinin başa çatmış obyektin istismaraq qəbul edilməsi haqqında qəbul komissiyasının Aktının 5-ci hissəsindən görünür ki, ərazidə tikinti işləri xx.xx.2000-ci il tarixində başlamış və xx.xx.2002-ci il tarixində isə bitmişdir. Göründüyü kimi bəhs edilən torpaq sahəsində mövcud olması iddia edilin tikililərin sökülməsinin cavabdehə heç bir aidiyyatı yoxdur, əgər sökülmüşdürsə də, torpağın "Cavabdeh" MMC-yə təhvil verilməsindən daha öncə sökülmüş və MMC tərəfindən heç kimin evi və ya torpağı dağıdılmamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin iddiaçıların anası X10 ünvanladığı xx.xx.2003-cü il tarixli Q-520/2 saylı məktubunda bildirilmişdir ki, Tbilisi prospektində (indiki Azərcell-in yerləşdiyi ünvan) o, qanunsuz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədilə ev sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün M.A.Quliyevaya torpaq sahəsi ayrılsa da, torpaq sahəsi yoldan aralı olduğu üçün o, başqa sahə ilə əvəz edilməsini tələb etmişdir. Onu da xüsusi ilə vurğulayır ki, M.A.Quliyevanın eyni məzmunlu iddiasına məhkəmələrdə baxılmış, heç bir sübut və hüquqi əsası olmadığı üçün iddia bütün məhkəmə instansiyalarında rədd edilmiş və bu barədə dövlətin adından çıxarılmış yekun məhkəmə aktı Ali Məhkəmnin xx.xx.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmələr hesab etmişdir ki, M.A.Quliyeva iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "Cavabdeh" MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyindən iddia təmin edilməməlidir. Həmçinin M.A.X18 Hüquqları Məhkəməsinə verdiyi şikayət ərizəsi (Guliyeva v. Azerbaijan, 40004/12) xx.xx.2017-ci il tarixli qərardadla mümkün hesab edilməməklə rədd edilmişdir. Əlavə olaraq iddiaçıların qızları X12 və X16 Bakı şəhər İcra Hakimiyyətinə və "Cavabdeh" MMCyə qarşı eyni məzmunlu iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciə etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-827/2020 saylı qərardadı ilə iddiaçıların subyektiv hüququ olmadığına görə iddia mümkün sayılmamışdır. Bundan sonra yenə də Yasamal rayon məhkəməsinə müraciət etmiş və Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsi ilə iddiaçıların "Cavabdeh" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməmişdir. X12 və X16 tərəfindən həmin qətnamədən və inzibati məhkəməsinin Qərardadından apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, iddiaçıların hazırkı iş üzrə iddia etdiyi halın mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapdığından başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarının surətindən görünür ki, iddiaçı X17 (hazırki mülki iş üzrə iddiaçıların anası) cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları 1 otaqlı evin 1999-cu ildə “xxxx” MMC tərəfindən söküldüyünü göstərmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1545/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-3184/2011 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011ci il tarixli 2(102)-3803/11 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarları ilə mübahisəli sahələrdə heç bir tİkinti, qurğu, ağac, yaşıllığın olmaması, X7 iddia etdiyi sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz “xxxx” MMC tərəfindən söküldüyünü və bununla da, sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4 və X5 cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmlaka vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3508/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 2493/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apeylasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlillərinin əksinə olaraq qeyd olunan ünvandakı evin icra hakimiyyəti tərəfindən qanuni olaraq sökülməsi və əvəzində onlara yeni salınmış qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması işdəki sənədlərə öz təsdiqini tapmışdır. Hər iki məhkəmə instansiyasında iddiaçılar hazırki iş üzrə iddiaçı olan İddiaçı1 təmsil etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, xx.xx.2011-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda yerləşən, iddiaçıların iddia etdikləri sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz “xxxx” MMC tərəfindən söküldüyünə dair sübutların olmaması müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçıların "Cavabdeh" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2131/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2131/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver