Məhkəmə qərarları › İş №2(004)-219/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-219/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-219/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin vurulmasının qarşısının alınması, maddi və mənəvi zərər ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddaçının evinə ziyan vurmasına son qoyaraq, evinin otaqlarına bitişik olaraq qanunsuz və mülkiyyətinə zərər vuran tikintisi olan hamam-tualetinin hazırki yerində fəaliyyətinin dayandırılması və ona xitam verilməsi, cavabdehin vurduğu maddi zərərə, o cümlədən dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək təmir xərclərinə görə 3689,86 manat məbləğin iddiaçıya ödənilməsi, 32 ay ərzində 2019-cu ildən bu günə qədər evini kirayə verərək əldə edəcəyi gəlirdən onu məhrum etdiyinə görə-32 ay bərabərdir, hər ay 300 manatdan kirayə haqqından əldə edəcəyi gəlirdən 9600 manat edəcəkdi ki, həmin məbləğdən məhrum etdiyinə görə 9660 manatın iddaçıya ödənilməsi, son illərdə yaşatdığı mənəvi işgəncə və əzablara görə aldığı mənəvi sarsıntılara görə 10000 manat məbləğində mənəvi zərərin iddaçıya ödənilməsi, toplam 23289,86 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onlar 3 otağın pulunu tələb edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, ekspertin rəyi ilə razı olduğunu, hal-hazırda özünə aid olan hissəni təmir etdiyini, oranı da təmir edəcəyini, hal-hazırda buna maddi imkanının çatmadığını, bildirmiş və iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş 27.07.2021-ci il tarixli arayışdan görünür İddiaçı R.Tağıyev küçəsi 20 V saylı evin mənzilində yaşayır. İş materiallarında olan "xxxx" MTK tərəfindən təqdim edilmiş 20.08.2020-ci il tarixli hesab fakturadan görünür ki, mənzilin təmir xərci 3689,86 manat təşkil edir. İş materiallarında olan 31.08.2020-ci il tarixli Yasamal rayon 22 saylı MKİS-in mühəndisi P.Sadatov, sahə nəzarətçisi A.Yusubov, çilingəri Z.Məmmədyarov tərəfindən tərtib edilmiş aktdan görünür ki, R.Tağıyev küçəsi ev 20 v saylı evdə yaşayan İddiaçı müraciət edərək evinə su sızdığını bildirmişdir. Yerində baxış keçirərkən məlum oldu ki, həqiqətən də, Cavabdeh adlı vətəndaşın yaşadığı ev 20-dən su sızması nəticəsində ev 20v-nin yataq otaqlarının və qonaq otağının divarlarına ziyan dəymişdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli Yasamal rayon 22 saylı MKİS-in mühəndisi P.Sadatov, sahə nəzarətçisi O.Abdullayeva, çilingəri Z.Məmmədyarov tərəfindən tərtib edilmiş aktdan görünür ki, R.Tağıyev küçəsi ev 20 v saylı evdə yaşayan İddiaçı müraciət edərək evinə su sızdığını bildirmişdir. Yerində baxış keçirərkən məlum oldu ki, həqiqətən də, Cavabdeh adlı vətəndaşın yaşadığı ev 20-dən su sızması nəticəsində ev 20v-nin yataq otaqlarının və qonaq otağının divarlarına ziyan dəymişdir. İş materiallarında olan 25.08.2020-ci il tarixli Bakı şəhəri Təcili və X1 Stansiyası Sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanına gəlmiş təcili yardım xəstə İddiaçı təzyiqinin 160/100 olmasını qeyd etmişdir. Sahə həkiminin müayinəsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 03.12.2021-ci il tarixli, 10/5076 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 20B saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalzasiya boru xətləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 20V saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən müəyyən etmək mümkün olmadı. ünvan 2ndə yerləşən 20v saylı mənzilin divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 22 saylı MKİS əməkdaşları tərəfindən 20 V saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq, ünvan 2ndə yerləşən 20v saylı mənzilə bitişik şəkildə yerləşən 20B saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 2ndə yerləşən 20v saylı mənzilə su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1476 manat məbləğində müəyyən edilir. Yerli baxış protokolundan görünür ki, iddiaçının mənzilinə yerli baxış keçirilmiş, yerli baxış zamanı iddiaçının 3 otağına cavabdehin mənzilindən vaxtilə su sızması halları olması müəyyən olunmuşdur. Bunu vizual olaraq görmək mümkündür. İddiaçının bildirdiyinə görə yaydan bu vaxta kimi su sızması halı olmamışdır. Hal-hazırda evdə olan izlər yaydan qalmışdır. Həmin evdə iddiaçı yaşayır. Cavabdehin mənzilinə baxış zamanı müəyyən olunmuşdur ki, hamam təmir olunub. Hal-hazırda su sızma yoxdur. Cavabdeh iddiaçının mənzilinə vaxtilə su sızması hallarınının olmasını bildirib. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübuta yeritilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən 1476 manat məbləğində maddi ziyan Cavabdeh oğundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması müəyyən edilsə də, 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələb iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, 300 manat məbləğində mənəvi zərəri məhkəmə ağlabatan hesab etdiyindən, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, 9600 manat məbləğində kirayə pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hallara bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, cavaddeh Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1476 manat maddi və 300 manat mənəvi zərər, cəmi 1776 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar